S.B.Kazımov, A.A.Qasımova
26
(OM-I, OM-IA, OM-3M və s. markalı təmizləyicilərdən)
COM-3-10000, COM-7-600, CПФМ-2000, ОСТ-3 mar-
kalı seperatorlardan istifadə edilməsi daha məqsədəuy-
ğundur (şəkil 3).
Sağım zamanı və sonra, süd daşınanda və emal olunan-
da,
təmizliyə riayət edilməzsə, südə düşən mikroorqa-
nizmlərin miqdarı sürətlə çoxalacaq,
südün turşuluğunun
artmasına və sonra çürüməsinə səbəb olacaqdır. Odur ki,
sağılan südü dərhal soyutmaq lazımdır. Süd +10
0
C və da-
ha aşağı temperaturda nə qədər tez soyudularsa, onun key-
fiyyəti bir o qədər də yaxşı olur, çünki həmin mühitdə
mikroorqanizmlərin çoxunun inkişafı məhdudlaşır və hət-
ta dayanır. Lakin temperatur bir çox mikrobların həyat
fəaliyyətini yalnız dayandırır, onları
tamamilə məhv et-
mir. Deməli, süd soyudulmaqla bərabər, mümkün qədər
aşağı temperaturda (+5+6
0
C-də) saxlanmalıdır. Süd soyu-
duqda müəyyən temperatur rejiminin saxlanması vacibdir.
Əgər fermada südün soyudulması ilə süd zavoduna təhvil
verilən vaxt 6 saatdan artıq deyildirsə, onda süd 10-12
0
C-
dək soyudulur. Əgər soyudulduqdan sonra fermada 10-12
saat saxlanmalı olursa, onda südü 8
0
C-dək soyutmaq la-
zımdır. Soyudulmuş südə təzə qatmaq olmaz. Soyudulmuş
axşam südünün soyudulmuş səhər südünə qarışdırılmasına
o şərtlə icazə verilir ki, qarışdırılacaq süd dərhal 8
0
C-dək
soyudulsun. Südü emal müəssisələrinə
kiçik fermalardan
gündə bir dəfə göndərmək lazımdır. Belə süd 5-6
0
C-dək
soyudulur və həmin temperaturda saxlanılır.
Hazırda südün ilkin emalını aparmaq üçün bir çox sər-
fəli soyuducu çənlərdən (РПО-1,6, РПО – 2Ф, МКА –
2000, АВ-30, А1-ООА-3, УВ-10, МВТ-14, МВТ-20) is-
tifadə edilir ki, bununda südün keyfiyyətini qoruyub sax-
lanmasında çox böyük əhəmiyyəti vardır. Südü soyutmaq