|
S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasiSud ve sud mehsullarinin texnologiyasiS.B.Kazımov, A.A.Qasımova
22
malıdır. Sağım vaxtı hər bir heyvan sağıma hazırlandıq-
dan sonra, vedrələrdəki su mütləq dəyişdirilməlidir. Əgər,
təmizləmə eyni su ilə aparılarsa, həmin su həddindən artıq
çirklənər, bir az təmiz olan yelin və əmcəklərin daha da
natəmizliyinə səbəb olar.
Heyvanların yelin və əmcəklərini daha təmiz
yumaq üçün mütləq dezinfeksiyaedici maddələrdən kali-
umpermanqanat – 1 : 12000 : 15000 durulaşdırılmış məh-
lulu, 0,5 %-li Na hipoxlorid, 0,1 %-li kalsium hipoxlorid,
xloramin B-nin 0,5 %-li məhlulları və başqa dezifeksiyae-
dici məhlullardan geniş istifadə olunmalıdır. Axırıncı
məhlula inəyin yelininin dezinfeksiya edilməsi su ilə tə-
mizlənməsinə nisbətən yelin və əmcəklərin bakteriyalar
ilə çirklənməsini 10 dəfə aşağı salır, bunula da südün mik-
robla çirklənməsi 4,0-5,5 dəfə qıcqırdıcı, bağırsaq çöpləri
və digər mikroorqanizmlərin miqdarı isə 7,30-11,0 dəfə
azalır. Göstərilən dezinfeksiyaedici məhlullardan istifadə
olunması inəyin yelininin və sağıcının əlinin dərisinə heç
bir qıcıqlandırıcı təsir göstərmir. Bu kimi məhlullarla tə-
mizləmə aparmaq, həm də mastit xəstəliyinin qarşısını
alır. Sağım maşınla aparılarsa, inəyi sağıma 50-60 saniyə
müddətində hazırlamaq lazımdır. Əgər tövlədə havanın
temperaturu 10
0
C olarsa, sağımdan qabaq sağım stəkanla-
rını isitmək üçün 45-50
0
istiliyi olan suya salmaq lazım-
dır. Göstərilən tədbirlər aparıldıqdan sonra sağıma başlan-
malıdır.
Sağım
zamanı yelindən ilk dəfə çıxan süd əmcək kana-
lının uc hissəsini yuyub təmizlədiyinə görə mikrobla çirk-
lənmiş olduğundan onu süd sağılan qaba deyil, mütləq ay-
rı bir qaba sağmaq lazımdır. Təcrübələr göstəriri ki, sağı-
lan ilk damlaların 1 ml-də 34000 qədər bakteriyaya təsa-
düf olunduğu halda, axırıncı damlalarda 7 dəfə az bakteri-
ya olur.
|
|
|