S.B.Kazımov, A.A.Qasımova
18
Südün texnoloji xassələrinə, məhsul çıxımına,
keyfiy-
yətinə, süd məhsullarının qidalılıq dəyərinə çox mühüm
təsir edən amillər
onun kimyəvi tərkibindən, sağım döv-
ründən, yaşından, heyvanın sağlamlığından, onun fizioloji
vəziyyətindən, yemləmə və bəsləmə şəraitindən asılı ola-
raq dəyişə bilər. Bu dəyişkənlik ən çox süddə, yağın və
zülalın, az dərəcədə isə şəkərin
və mineral maddələrin
miqdarının artıb azalmasında özünü biruzə verir. Südün
tərkibində olan yağ və zülalın miqdarı, onların
kimyəvi
tərkibi, quruluşu, onun texnoloji xassələrinə təsir edən çox
əhəmiyyətli göstəricilərdir. Süddə bu komponentlərin
miqdarının, yağ dənəciklərinin və kazein mitsellərinin öl-
çüsünün, eləcə də miqdarının artması ilə əlaqədar olaraq,
kərə yağının, kəsmiyin, pendirin, xamanın və s. məhsulla-
rın çıxımında çoxalır, onların hazırlanma texnologiyası
əməliyyatlarının səmərəliyi yüksəlir, məhsulun konsisten-
siyası və dadı, bioloji dəyərliyi yaxşılaşır. Bu dəyişiklikdə
əsasən heyvanın yüksək keyfiyyətli rasionla yemləndiril-
məsi, seleksiya damazlıq işlərinin aparılması
əsas rol oy-
nayır. Ona görə də məhsulun istehsalında texnoloji pro-
seslərin parametrlərinin dəyişdirilməsində xammalın tər-
kib komponentlərinin (quru maddə, yağ, zülal və s.) nor-
mallaşdırılmasında bu fərqləri nəzərə almaq lazımdır. Sü-
dün texnoloji xassələrinin dəyişilməsinə
ən çox fəsildən
asılı olaraq kimyəvi tərkibinin dəyişilməsi təsir göstərir.
Fəsildən asılı olaraq südün tərkibinin dəyişilməsi isə əsa-
sən sağım dövründə (laktasiya dövründə), eləcə də il ər-
zində heyvanın yemləndirilməsi səviyyəsi və saxlanılma
şəraiti ilə sıx əlaqədardır. Südün, yağın, zülalın, SUQQ-
nın miqdarı fəsildən asılı olaraq,
demək olar ki, oxşar qay-
dada dəyişilir. Belə ki, həmin maddələrin miqdarı
yanvar