S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə138/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   134   135   136   137   138   139   140   141   ...   153

449 

 

alifatik turşular, yağda əriyən A, D, E vitaminləri və sairə maddələr vardır. 



Orqanizmin  yağa  olan  tələbatını  ödəmək  yalnız  heyvani  yağlarla  bitki 

yağlarını birgə işlətdikdə mümkün olur. Çünki onlar bir-birini həyat üçün 

zəruri  maddələrlə  •tamamlayır.  Orta  yaşlı  adam  üçün  ağır  fiziki  işdə, 

xüsusilə soyuqda sutkalıq yağ norması 100-dən 150 q-a qədərdir. Sutkalıq 

yağ rasionunun 60 - 70 %-ni heyvani yağlar və 30 - 40 %-ni bitki yağları 

təşkil etməlidir. 

Karbohidratlar  orqanizmin  sərf  etdiyi  enerjini  ödəyən  əsas  mənbədir. 

Karbohidratlarm  mənbəyi  şəkər,  bal,  tərəvəzlər,  taxıllar  və  onlardan 

hazırlanan  yeyintilər,  şirin  meyvələrdir.  Bundan  əlavə,  bitki 

məhsullarında  qeyri-qida  karbohidratları  -  sellüloza  vardır  ki,  bu,  həzm 

olunmur  və  sorulmur,  lakin  qidanın  həcmini  artıraraq,  bağırsaqların 

hərəkət  funksiyasını  normal  saxlayır.  Sutkalıq  qida  rasionunda 

karbohidratlarm orta norması 400 - 500 q-dır. 

Su  insan  bədəninin  çəkisinin  65  %-ni  təşkil  edir.  Hücey¬rələrin  və 

toxumaların,  qanın,  limfanm,  vəzi  şirələrinin  əsas  kütləsi  sudur. 

Orqanizmdə həyat üçün zəruri olan bütün proseslər müxtəlif maddələrin 

suda məhlulunda gedir. Orqa-nizmin 10 % su itirməsi onun vəziyyətinə 

pis təsir edir, 20-25 % su itirməsi isə ölümə səbəb olur. İnsan sutka ərzində 

orta  hesabla  2,5  1  su  qəbul  edir  (təxminən  1,5  1-i  müxtəlif  mayelər 

şəklində, 1 1-ə qədərinr 40 % sudan ibarət olan bərk qidalarla alır). Əzələ 

işi zamanı və xarici mühitin temperatu¬ru yüksək olduqda, insanın suya 

tələbatı xeyli artır. 

Mineral  maddələr  -  qida  rasionunun mütləq  tərkib  hissəsi  olub,  düzgün 

maddələr  mübadiləsi  üçün  böyük  əhəmiyyətə  malikdir.  Orqanizmdə 

miqdarı  bədən  kütləsi¬nin  0,001%-dən  az  olan  mineral  maddələrə 

(manqan, sink, mis, molibden, kobalt, qalay, selen və s.) mikroelementlər 

deyilir. Belə cüzi miqdarda olsalar da, onların çatışmazlığı  

downloaded from KitabYurdu.org




450 

 

orqanizmin  funksiyalarının  ciddi  pozulmasına  səbəb  olur.  Çünki 



mikroelementlər mühüm funksiyalar daşıyan fermentlərin, hormonların, 

vitaminlərin tərkibinə daxildir. 

Natrium  (əsasən xörək duzu şəklində) qanda və toxumaarası  mayelərdə 

olur və osmos təzyiqini müəyyən səviyyədə saxlamaq üçün zəruridir ki, 

bunsuz  həyat  proses¬lərinin  normal  gedişi  qeyri-mümkündür.  Xörək 

duzunun  orta  sutkalıq  norması  15  q-dır.  Natrium  duzlarında  suyu 

orqanizmdə  saxlamaq  xassəsi  olduğuna  görə  ödemləri  və  iltihab 

proseslərini müalicə edən dövrdə duzların miqdarı sutkalıq rasionda xeyli 

azaldılır (axlorid dieta). 

Kalium  orqanizmə  çox  daxil  olduqda  oradan  natrium  duzlarını  və  suyu 

sıxışdırıb çıxarmaq xassəsinə malikdir, buna görə də ödem və iltihablarda 

tətbiq olunur. Bundan əlavə, o, ürək əzələlərinin yığılmasını gücləndirir. 

Kartofda, quru meyvələrdə, paxlalılarda, yulaf yarma¬sında, balıq ətində, 

buğda kəpəyində olur. 

Kalsium  sümüklərin  böyüməsi  və  normal  vəziyyətdə  olması  üçün 

zəruridir,  qanın  laxtalanma  proseslərində  iştirak  edir,  sinir  sisteminə 

müsbət və iltihab əleyhinə təsir göstərir. O, süddə və süd məhsullarında, 

habelə soyada və göyərtidə olur. 

Fosfor  maddələr  mübadiləsinin  bütün  əsas  proseslə¬rində  iştirak  edir, 

beynin, cinsiyyət orqanlarının, əzələlərin hüceyrələri üçün, xüsusilə zehni 

və fiziki iş zamanı zəruridir. Fosfor duzlarının orqanizmə daxil olması və 

mənimsənilməsi  zülalların,  yağların,  karbohidratlarm  və  başqa  mineral 

duzlarin  daxil  olması  ilə  sıx  əlaqədardır.  Fosfor  yumurta  sarısmda, 

beyində, pendirdə, paxlalılarda, buğdada, yulafda, qoz-fmdıqda daha çox 

olur. 

downloaded from KitabYurdu.org




451 

 

Dəmir hemoqlobinin əmələ gəlməsi üçün zəruridir və hüceyrə nüvələrinin 



əsas tərkib hissəsidir. Yumurta sarışın¬da, qaraciyərdə, soyada, lobyada, 

çiyələkdə, almada olur. 

kalsium 


Maqnezium 

buna görə daralmaya meyllik olan damar xəstəliklərində  

tətbiq edilir. Kartofda, kələmdə, pomidorda, çovdar çörəyin¬də, kəpəkdə, 

buğdada, lobyada, pendirdə, badamda olur. 

Kükürd  orqanizm  üçün  əvəzedilməz  aminturşularm  (metionin,  sistein) 

tərkibinə  daxildir.  Oksidləşmə  və  mübadi¬lənin  zəhərli  maddələrinin 

zərərsizləşdirilməsi  proseslərində  iştirak  edir.  Paxlalılarda,  kəsmikdə, 

pendirdə, yağsız ətdə, yulafda olur. 

Yod qalxanabənzər vəzinin normal fəaliyyəti üçün zəruridir, soğanda və 

dənizlərdə yaşayan balıqlarda olıır. 

Vitaminlər də mineral duzlar kimi istilik enerjisi vermir və orqanizmə çox 

az miqdarda lazımdır, lakin onlarsız normal həyat qeyri-mümkündür. 

C vitamini - askorbin turşusu suda əriyir, yüksək temperaturda və qələvi 

mühitdə parçalanır, bir sıra metallarla və oksigenlə oksidləşir, aktivliyini 

itirir.  Ərzaq  məhsullarını  bişirəndə  bunu  nəzərə  almaq  lazımdır.  C 

vitamini  skorbutun  (sinqa)  müalicəsində  və  orqanizmin  müqavimətini 

artırdığı üçün, həm də başqa xəstəliklər zamanı tətbiq edilir. Sağlam adam 

üçün sutkalıq dozası 50 mq-dır. Xəstə üçün 3-5 dəfə artıq tələb olunur. C 

vitamini tərəvəzdə, göyərtidə, meyvə və giləmeyvələrdə çox olur 

downloaded from KitabYurdu.org




452 

 

B qrupu vitaminləri (Bı, B2, BÖ, B12, Bis, PP, pantoten turşusu, xolin, 



inozit,  paraaminobenzoy  turşusu,  fol  turşusu)  suda  əriyir,  yüksək 

temperatura davamlıdır, orqanizmdə bir-biri ilə sıx əlaqədədir. 

Bı  vitamininin  -  tiaminin  -  əsas  əhəmiyyəti  sinir  sistemini  normal 

vəziyyətdə  saxlamaqdan  ibarətdir.  Tiamin  karbohidrat  mübadiləsində 

mühüm  rol  oynayır  və  zülal  mübadiləsində  iştirak  edir.  Əsasən, 

karbohidratlardan  ibarət  olan  qida  orqanizmin  tiaminə  tələbatını  artırır. 

Tiamin  az  miqdarda  mayalarda  (pivə  və  çörək  mayasında),  habelə  iri 

üyüdülmüş unun çörəyində, donuz ətində, paxlalılarda, qarabaşaq, yulaf 

və arpa yarmasındı olur. 

B? vitamini - riboflavin - zülal mübadiləsində. 

• * 

boyatma prosesində və görmə funksiyasının tənzimində iştirak edir. Süd 



məhsulları, yumurta ağı, mayalar, buğda,   

pomidor, soğan, göy noxud və s. ribofiavinlə zəngindir. 

PP  vitamini  -  nikotin  turşusu  -  pellaqraya  qarşı  amildir.  Ərzaq 

məhsullarında digər B kompleksli vitamin¬lərlə bir yerdə olur. 

B12  vitamini  bədxassəli  qanazlığmm  müalicəsində  müstəsna  dərəcədə 

təsirlidir - lakin başqa növ qanazlığmm müalicəsində təsiri azdır. 

A  vitamini  yağlarda  əriyir,  temperatura  xeyli  davamlıdır.  Boyatma, 

gözlərin normal funksiyası, həmçi¬nin dərinin və selikli qişaların normal 

vəziyyətdə olması üçün zəruridir. A vitamini ilə balıq yağı, kərə yağı, süd, 

yumurta,  qaraciyər,  kök,  pomidor,  qabaq,  ispanaq,  göy  noxud,  ərik, 

qarğıdalı yağı zəngindir. 

D vitamini  yağlarda  əriyir. Ultrabənövşəyi şüalarda  aktivləşən bir neçə 

maddədən  ibarətdir.  Orqanizmdə  bu  proses  dəridə  gedir.  D  vitamini 

kalsium,  fosfor  mübadilə¬sində  və  böyüməkdə  olan  orqanizmin 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə