S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə146/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   142   143   144   145   146   147   148   149   ...   153

478 

 

Aminoqlikozidlər eşitmə sinirini zədələyə bilər; bunlardan əksəriyyətinin 



işlədilməsinə böyrək xəstəlikləri də əks-göstərişdir. 

VI.  Siklik  polipeptidlər  (polimiksinlər).  Bunlardan  polisiklin  -  M  - 

sulfatın  qram-mənfi  bakteriyalara  təsiri  daha  çox  nəzərə  çarpır.  Yalnız 

hüceyrədən  xaric  mikroorqa-  nizmlərə  təsir  göstərir.  Patogen  kokklar, 

difteriya çöpü və s. 

bunlara  qarşı  davamlıdır.  Polimiksin  -  M  -  sulfatı  paren-  teral  yolla 

yeritmək olmaz. Çünki sinir sisteminə və böyrəklərə toksik təsir göstərə 

bilər. 


Böyrək xəstəlikləri bu preparatların işlədilməsinə əks- göstərişdir. 

VII.  Lin-kozamidlər  (linkomisin,  klindamisiıı  və  s.)  -  xüsusən  anaerob 

mikroorqanizmlərə,  streptokokklara  və  stafilokokklara  qarşı  aktivdir. 

Təhlükəli əlavə təsiri psevdomembranoz kolitdir (selikli və qanlı ifrazatla 

ishal, qarında ağrı, qızdırma). 

VIII. Qlikopeptidlər  (vankomisin,  teykoplanin  və  s.)  -  xüsusən  qram  - 

müsbət  kokklara,  o  cümlədən,  metisillinə  qarşı  davamlı  stafilokokklara 

güclü  təsir  göstərir.  Toksik  (xüsusən  eşitmə  orqanı  və  böyrəklər  üçün) 

olduqlarından az işlədilir. 

IX.  Fuzidi  turşusu  -  məhdud  (əsasən  qram-müsbət  bakteriyalara)  təsir 

dairəsinə malik antibiotikdir. 

Natrium duzu işlədilir. Penisillinə qarşı davamlı stafilikokk infeksiyaları, 

xüsusən osteomielit zamanı tətbiq edilir. 

X. 


Müxtəlif antibiotiklər - fuzafuııtin (bioparoks) antimikrob və iltihab 

əleyhinə təsirə malik olub, inhalya- siya üçün aerozol şəklində buraxılır. 

Gənziyin,  tənəffüs  yollarının  infeksiyaları  zamanı  tövsiyə  edilir.  10 

gündən çox işlətmək olmaz (disbakterioz törədə bilər). 

downloaded from KitabYurdu.org



479 

 

Antibiotiklər  gözəl  antimikrob  və  müalicəvi  əhəmiy¬yətə  malik 



olmalarına baxmayaraq, onların hər birinin zərərli təsiri də vardır. Əsasən 

bunlar böyrəklərin işinə, bir çoxları  qaraciyərə, görmə, eşitmə, qoxu və 

dadbilmə sinirlərinə zəiflədici təsir göstərir. Bəziləri selikli qişalarda və 

dəridə  göbələk  xəstəliyi  əmələ  gətirir.  Demək  olar  ki,  hamısı  allergik 

reaksiyalar  verir.  Buna  görə  də  onların  .dozası,  təyin  edildiyi  müddət 

dəqiq olmalıdır. Xüsusilə uşaqlara və hamilə qadınlara bunların təyinində 

çox diqqətli olmaq lazımdır. Bu dərmanlardan çox kəskin xəstəliklərdə, 

ağır hallarda istifadə edilməsi məqsədəuyğundur. 

XXIII. TELEPAT VƏ EKSTRASENSLƏRİN 

FƏALİYYƏTİNİN MAHİYYƏTİ 

Bu gün «ekstrasens» ən çox dəbdə olan sözlərdəndir. 

müraciət 

trasens  qoyub,  xalqı  «müalicə  etməyə»  girişən  geoloq,  mühəndis  ya 

santexniklər özləri heç həmin sözün doğru- dürüst mənasını da bilmirlər. 

Çünki bu, mövcud olmayan şeyi ifadə etmək üçün uydurulmuş bir sözdür. 

yanında, ətrafında) 

Parapsixologiya (yun. 

tərəfdarları  bu  iddiadadırlar  ki,  guya  «ekstraserısor  (lat.  ekstra  -  xaric, 

kənar;  senus  -  duyğu,  hissiyyat)  qavrayış»,  yəni  məlum  beş  duyğu 

orqanından əlavə, elmə məlum olmayan «altıncı hiss» mövcuddur (Çox 

vaxt  söhbət  müxtəlif  adlar  verilən  «bioloji  sahə»dən  gedir).  Guya  belə 

hissiyyata malik olan şəxslərə isə «telepat» (yun. tele - 

  

downloaded from KitabYurdu.org




480 

 

, uzağa, uzaqda; patos - hiss, həyəcan, təəssürat, iztirab, xəstəlik) və ya 



«ekstrasens»  adı  vermişlər.  Beləliklə,  «ekstraseııs»  və  «telepat»  sözləri 

sinonimdir. Odur ki, 

adı altında çıxış 

dünənki telepatlarm bu gün ekstr 

etməsi təəccüblü deyil. Amma bu «metamorfoza» telepat üçün nə qədər 

xeyirlidirsə, xalq üçün bir o qədər zərərlidir. Çünki telepat min bir fokusla 

tamaşaçıları  inandırır  ki,  guya  duyğu  orqanlarının  və  heç  bir  cihazın 

köməyi  olmadan  fikirləri  tapır.  Onlar  da  şənlənib  dağılışırdılar. 

Ekstrasens isə insanların sağlamlığına müdaxilə edir, qazancı artır, amma 

yanma gələnlər ikiqat itirirlər: həm ekstrasensə daha çox pul verməli olur, 

həm  də  sağlamlıqlarını  tibbdən  uzaq  dələ¬duzlara  etibar  edib,  təhlükə 

altına qoyurlar. 

Parapsixologiyaya  telepatiyadan  başqa,  spiritizm  (ölülərin  ruhunun 

çağırılması), telekinez və ya psixokinez (fikrin gücü ilə əşyaların hərəkətə 

gətirilməsi), proskopiya və ya prekoqnisiya (gələcəyi görmə, sadə desək, 

falabaxma) 

olmadığı dəfələrlə 

hamısının fırıldaqçılıqdan başqa bir 

keçirək  

Telepatlar  və  ya  ekstrasenslər  xaricdə  göstərdikləri  «şücaətlərdən», 

parapsixoloji  akademiyalara  fəxri  üzv  seçilmələrindən,  elmin  onların 

«istedadmı» izah etməkdə aciz olduğundan nə qədər pafosla danışsalar da, 

əslində onların fəaliyyətində elm üçün qaranlıq olan heç bir şey yoxdur. 

Əksinə,  məhz  elmə  yaxşı  məlum  olan  ideomotor  hərəkətlər,  hipnoz, 

təlqin,  özünətəlqin  kimi  fizioloji,  psixoloji  və  s.  fenomenlərdən  istifadə 

downloaded from KitabYurdu.org




481 

 

edərək, bunlardan xəbərsiz olan tamaşaçılara fövqəladə, füsunkar görünən 



mənzərə yaratmağa müvəffəq olurlar. 

Hər hansı bir əşya və ya canlı məxluq haqqında gər¬gin surətdə düşünən 

şəxsin əllərində, başında, gözlərində, mimiki əzələlərində həmin obyektə 

doğru  yönəlmiş  güclə  seziləcək  hərəkətlər  törənir  ki,  bunlara  da 

ideomotor  (yun.  idea  -  fikir,  təsəvvür,  anlayış;  lat.  motor  -  hərəkətə 

gətirən) hərəkətlər deyilir. 

İdeomotor aktı müşahidə etmək üçün hələ əsr yarım bundan əvvəl fransız 

kimyaçısı M.E.Şevryol sadə bir təcrübə təklif etmişdir. Asan təlqin olunan 

şəxs  ucuna  xırda  daş  bağlanmış  sapı  sakitcə  əlində  tutaraq,  gözlərini 

yumub  fikirləşsə  (və  ya  ona  təlqin  edilsə)  ki,  daşı  fırladır,  bir  azdan 

gözlərini açıb görəcək ki, daş, doğrudan da, fırlanır. 

Telepat onun əlindən tutub, bir kəs və ya bir şey haqqında fikirləşən şəxsin 

ideomotor  hərəkətlərini  izlə¬yərək,  haqqında  düşündüyü  obyekti  tapır. 

Vəssalam. Heç bir fikri tapmaq qabiliyyəti yoxdur. Çoxları belə etiraz edir 

ki,  ideomator  hərəkətləri  sezmək  də  bir  qabiliyyətdir  və  bunu  hər  kəs 

bacarmır.  Düzdür.  Amma  söhbət  keyfiyyət  fərqindən  -  altıncı  hissdən 

yox,  kəmiyyət  fərqindən  -  mövcud  duyğu  orqanlarının  daha  həssas 

olmasından gedir. 

Həm də bu qabiliyyət adətən düşünüldüyü qədər də nadir deyil. Sadəcə 

olaraq,  çox  adam  həmin  qabiliyyəti  özündə  hiss  etmir  və  ya  əhəmiyyət 

vermir.  Məsələn,  psixiatrlardan  Xalid  Həsənov  və  Boris  Ostrovski 

telepat- ların seanslarında gördüklərimizin hamısını nümayiş etdi¬rirlər. 

X.Həsənovun  deməsinə  görə,  xalası  oğlu,  mərhum  bəstəkarımız 

C.Cahangirov da bunu bacarırmış. 

Telepatın  fikirləri  duymayıb,  məhz  ideomotor  hərəkət¬ləri  izləyərək, 

haqqında  düşünülən  şeyi  tapdığını  sübut  etmək  çox  asandır.  Əvvələn, 

telepat  ortada  olmayan  bir  şey  haqqında  düşünən  şəxsin  fikrini  tapa 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə