S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə142/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   138   139   140   141   142   143   144   145   ...   153

464 

 

Bir  çox  ölkələrdə  yenidən  təbii  qida  vasitələrinə  qayıtmağın  sirləri 



aydınlaşdırılır,  faydalı  yollar  araşdırılır.  Biz  də  həmin  üsullardan  çox 

faydalana  bilərik.  Ağıllı,  savadlı  ziyalılarımız,  bioloq-alimlərimiz,  tibb 

işçilərimiz bu sahədə öndə irəliləməlidirlər. 

Keçmiş  təbabətin  bir  cəhətini  də  bilmək  lazımdır.  Bitki,  heyvan  və 

mineral mənşəli təbii vasitələrin xammal 

şəklində  alınması,  hazırlanması  və  saxlanması  qədim  əczaçı-  ların, 

əttarların və təbiblərin diqqət mərkəzində olmuşdur. 

Heyvan mənşəli dərmanları cavan və sağlam heyvan¬dan, baharda, alınan 

dərmanın xüsusiyyətindən asılı olaraq diri halda və ya kəsilən kimi dərhal 

götürmək  məsləhətdir.  Mineral  mənşəli  (mədən)  dərmanları  isə  qışın 

əvvəlində, torpağa qatışıq, rəngi, iyi tam qalmış halda əldə etmək tövsiyə 

edilir.  Dərman  meyvələrdən  alınarsa,  onu  meyvə  yetişəndən  sonra, 

ağacdan  özü  düşməmişdən  əvvəl  dərmək  lazımdır.  Bəzi  hallarda  isə 

yetişməmiş  meyvə  tələb  olunur.  Yarpaqlar  tam  inkişafa  çatdıqdan, 

quruyub  saralmamış  tam  yetişib,  quruluğu  orta  həddə  çatdıqda  yığılır. 

Çiçəklərin tam açılıb, iyi, rəngi normaya çatdıqda,  əsasən səhər sərində 

dərilməsi  faydalıdır,  köklər  isə  payızın  sonunda,  yarpaqlar  tökülməmiş 

yığılmalıdır. 

Bu göstərilən prinsiplərdən kənara çıxmalar da ola bilər. 

Bir  sıra  bitkilərdən  alman  vasitələr  acı  və  xoşagəlməz  olur.  Acılığı 

aparmaq və dadını yaxşılaşdırmaq üçün bal, şəkər qatırlar. Bəzi vasitələr 

sirkədə,  şərabda,  işgəncəbidə  hazırlanır,  başqaları  gülabın,  zeytunun, 

küncütün və s. yağında hazırlanmaqla daxilə və ya xaricə işlədilir. 

Qeyd etmək lazımdır ki, Azərbaycan təbiəti ta qədim zamanlardan şəfalı 

bitkilərlə,  heyvanat  aləmi  və  mineral¬larla  zəngin  olmuş  və  indi  də 

zəngindir.  Torpağın  mün¬bitliyi,  iqlim  şəraitinin  əlverişli  olması,  su 

ehtiyatı  və  lazımi  günəş  istiliyi,  həyat  üçün  zəruri  sayılan  qədim  dörd 

downloaded from KitabYurdu.org




465 

 

ünsürün varlığı burada yaşayan bitki və heyvanların sağlamlığına dəlalət 



edir. Bu isə insanların sağlamlığını, uzunömürlü olmasını təmin etmişdir. 

Deyilən  milli  sərvətlərin  qorunması  bu  gün  bütün  Azərbaycan 

vətəndaşlarının ümdə borcudur. 

XXII. DƏRMANLAR VƏ ONLARIN NÖVLƏRİ 

Xəstəliklərin müalicəsi və profilaktikası üçün müxtəlif 

bitki,  heyvan  və  mineral  mənşəli  maddələrdən  dərman  preparatları 

hazırlanır. 

Dərman  maddələri  və  dərman  xammalı  tibbi  prakti¬kada  işlədilməzdən 

əvvəl  müəyyən  üsullarla  emal  edilir.  Bundan  sonra  dərman  maddəsi 

dərman preparatı adlanır. 

Tibbdə  işlədilən  dərman  preparatları  konsistensi-  yalarına  görə  üç  növ 

olur. 


1. 

Sərt  və  ya  bərk  dərman  formaları  (tozlar,  kapsul¬lar,  tabletlər, 

drajelər və s.). 

2. 


Yumşaq  dərman  formaları  (məlhəmlər,  linimentlər,  pastalar, 

plastırlar, şamlar, kürəciklər, çubuqcuqlar və s.). 

3. 

Maye  dərman  formaları  (məhlullar,  inyeksiyalar,  damcılar, 



emulsiyalar, dəmləmələr, bişirmələr, cövhərlər, şirələr, miksturalar yaxud 

qarışıqlar və s.). 

Dərman  maddələrini  təsir  növlərinə  görə  qruplaş¬dırırlar.  Dərmanların 

aşağıdakı təsir növləri vardır: 

1. 

Yerli və ümumi təsir. Yerli təsir orqanizmin müəy¬yən nahiyəsinə, 



dərmanın  işlədildiyi  yerə  göstərilən  təsirdir  ki,  bu  da  keyidici, 

qıcıqlandırıcı,  dezinfeksiyaedici  və  s.  olur.  Ümumi  təsir  isə  dərmanın 

qana sorulduqdan sonra bütün orqanizmə göstərdiyi təsirdir. Dərmanların 

downloaded from KitabYurdu.org




466 

 

ümumi və yerli təsir göstərməsi şərti qəbul olunmuşdur. Hər bir dərman 



yerli təsirlə yanaşı, müəyyən dərəcədə ümumi təsir də göstərir. 

2. 


Reflektor  təsir.  Bu  təsir  dərman  maddələrinin  hissi  sinir  uclarına 

olan təsiri nəticəsində mərkəzi sinir sisteminin iştirakı ilə həyata keçirilir. 

Reflektor  təsir  çox  tez  baş  verir,  lakin  qısamüddətli  olur.  Məsələn, 

tənəffüs fəaliyyətinin kəskin zəifləməsində xəstəyə naşatır spirti iylədiılər 

ki,  bu  da  burun  boşluğundakı  selikli  qişa  resep-  torlarmı  qıcıqlandırır, 

uzunsov beyindəki tənəffüs mərkə¬zini oyadır və tənəffüs yaxşılaşır. 

3. 

 Bilavisitə və dolayı yolla təsir. Bilavisitə təsir dərman preparatının 



müəyyən orqana və ya toxumaya 

birbaşa  ilkin  təsiridir.  Dolayı  yolla  təsir  isə  digər  orqan  və  ya  toxuma 

vasitəsilə göstərilən ikincili təsirə deyilir. 

4. 


Dönən  və  dönməyən  təsir  (Əksər  dərmanlar  dönər  təsir  göstərir). 

Dönən təsir müəyyən müddətdən sonra keçib gedir. Dönməyən təsir isə 

həmişəlik qalır (Belə dərmanlar azlıq təşkil edir). 

5. 


Əsas  və  yanaşı  təsir.  Əsas  təsir  dərman  maddələ¬rinin  göstərdiyi 

müalicəvi  təsirdir.  Yanaşı  təsir  isə  lazımsız,  arzıı  olunmayan,  bəzən  də 

hətta zərərli təsirə deyilir. 

6. 


 Etiotrop və simptomatik təsir. Etiotrop təsir xəstəliyin səbəblərinə 

və amillərinə qarşı yönəldilmiş təsirdir. Simptomatik təsir isə xəstəliyin 

simptomlarma, əlamətlərinə qarşı olan təsirdir. 

7. 


 Kombinəedilmiş  təsir.  Bir  neçə  dərmanın  eyni  vaxtda  və  eyni 

məqsədlə  işlədildiyi  zaman  verdiyi  effektə  deyilir.  Sinergist  dərmanlar 

eyni  istiqamətdə  təsir  göstərən  dərmanlardır.  Antaqonist  dərmanlar  isə 

bir-birinin əksinə (zidd) təsir göstərir. Bunlardan zəhərlənmələrdə geniş 

istifadə olunur. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə