S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə2/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   2   3   4   5   6   7   8   9   ...   153

 

Orqanların  xəstəliklərinə  uyğun  olaraq  sınıq  və  çıxıq¬larda,  diş 



ağrılarında, qanaxmalarda, yaralarda, boğulma¬da, zəhərlənmələrdə, sinir 

xəstəlikləri  tutmalarında,  donma,  elektrik  zədələnməsi,  günvurma  və  s. 

zamanı ilk yardım tədbirləri aydınlaşdırılmışdır. 

Bir  sözlə,  kitabda  100-dən  artıq  xəstəlik,  onların  profilaktikası  və 

müalicəsi haqqında material vardır. 

Cəmiyyətimizin  bəlalarından  biri  də  əhalinin  müəyyən  qisminin  öz 

sağlamlığını ekstrasens adlandırılan hər cür fırıldaqçılara etibar etməsidir. 

Hətta ziyalıların arasında da  

bunların  toruna düşənlər olur. Odur ki, kitabın sonuncu fəsli  telepat və 

ekstrasenslərin fəaliyyətinin təhlilinə həsr edilmişdir. 

Ali  məktəblərin  bütün  fakültələrində  tədi'is  edilən  «Tibbi  biliklərin 

əsasları» proqramı əsasında tibb ixtisası olmayan tələbələr üçün yazılmış 

bu dərsliyin dilinin sadəliyi diqqət mərkəzində olmuşdur. 

Bununla bərabər, hesab edilir ki, tibb elminin bütün sahələrini əhatə edən 

həmin kitab tibb işçiləri də daxil olmaqla bütün ziyalılarımız üçün maraqlı 

və ümumiyyətlə, sağlam yaşamaq istəyən hər kəs üçün faydalı olacaqdır.  



I. 

TİBB ELMİNİN VƏ SƏHİYYƏNİN İNKİŞAF 

TARİXİNDƏN 

Tibbin və səhiyyənin tarixi, demək olar ki, insan cəmiyyətinin tarixi qədər 

qədimdir. 

Qədim  Misir  papiruslarında,  Çin  («Neyszin»),  Hind  («Ayurveda»), 

Babilistan,  yunan,  Roma  əlyazmalarında,  həmçinin  mədəniyyəti 

bunlardan geri qalmayan və hətta bir çox cəhətdən bunlardan üstün olan 

midiyalıların qədim mədəniyyət və ədəbiyyat abidəsi «Avesta»da bir sıra 

səhv,  hətta  fantastik  fikirlərlə  yanaşı,  tibbə  dair  qiymətli  məlumatlar 

vardır. 

downloaded from KitabYurdu.org




 

Eramızdan 3500 - 1500 il əvvəl hindlilərin müqəddəs «Veda» kitablarında 



təbiət  elmləri  və  tibb  haqqında  biliklər  sistemi  vardır.  «Ayurveda»nın 

təliminə görə insan kainatın bir hissəsi olub, orqanizmdə dünyanı təşkil 

edən  əsas  elementlərin  hamısı  vardır.  Həmin  kitabda  150-dək  xəstəlik, 

760  dərman  bitkisi,  müalicə  məqsədilə  işlədilə  bilən  mineral  maddələr 

(mis,  dəmir,  civə,  arsen  və  s.),  120  cərrahi  alət  barədə  məlumat  verilir, 

iltihabın  əlamətləri  təsvir  edilir.  Yeri  gəlmişkən,  Ayurveda  təliminə 

mükəmməl  yiyə¬lənmiş  Nepal  həkimlərinin  oncildli  «Ayurvedadan 

rəhbərlik» kitabı indiyədək qalmışdır. 

Hind  həkimləri  qanburaxma,  amputasiya,  laparotomi-  ya,  daşçıxarma, 

yırtıq, plastik, həmçinin  mamalıq sahəsində bəzi əməliyyatlar edirdilər. 

E.ə.  II  əsrə  aid  edilən  «Manu  qanunvericiliyi»ndə  sanitariya 

qanunvericiliyi, əhaliyə tibbi yardımın təşkili, şəxsi və ictimai sanitariya 

və gigiyena qaydaları hüquqi baxımdan öz əksini tapmış, həkim etikası, 

deontologiya məsələlərinə toxunulmuşdur. 

Qədim  çinlilər  xəstəliklərin  səbəblərini,  onların  fikrin¬cə,  orqanizmi 

təşkil  edən  dörd  elementin  (torpaq,  hava,  su,  od)  miqdarca  nisbətinin 

dəyişilməsində  görürdülər  (sonra-  lar  bu  fikrə  qədim  dövrün  bir  çox 

görkəmli alimləri şərik olmuşlar). Çin həkimləri belə hesab edirdilər ki, 

orqanizm¬də daim xəstəliklə sağlamlıq arasında mübarizə gedir. 

Aktiv (kişi mənşəli) qüvvələr «yan», passiv (qadın mənşəli) qüvvələr «in» 

adlanır,  xəstəliklər  də  müvafiq  olaraq  iki  qrupa  -  yana  (funksiyaların 

artması)  və  inə  (funksiyaların  azalması)  bölünürdü.  Çinlilər  bir  sıra 

düzgün anatomik və fizioloji təsəvvürlərə malik idilər. Bilirdilər ki, ürəyin 

sıxılması qanın hərəkətini təmin edir; nəbzin müxtəlif formalarını bilir və 

diaqnostikada  nəzərə  alırdılar.  Çin  təbabətində  gigiyenik  qaydalara, 

bədənin  möhkəmlən¬dirilməsinə  (pəhriz,  masaj,  gimnastika,  günəş 

vannaları, su proseduraları və s.) xüsusi fikir verilir, bitki, heyvan, mineral 

mənşəli  çoxlu  dərmanlar  hazırlanırdı.  Özlərinə  məxsus  minillik  tarixə 

downloaded from KitabYurdu.org



 

malik  iynəbatırma  və  dağlama  üsullarına  malik  olan  çinlilər  insan 



bədənində 600-dək «həyat nöqtəsi» bilirdilər. 3500 il tarixi olan bir Tibet 

əlyazmasında göstərilir ki, ürək vurğusu bütün bədənə yayılır və hər bir 

orqanın damarlarında aşkar olur. Qədim Tibet  həkimləri 400 xəstəliyin 

1600-dən  artıq  variantını  bilirdilər,  o  cümlədən,  vərəm,  sifilis,  qurd 

xəstəlikləri və s. ilə tanış idilər. Tibet təbabəti əvvəlcə zərərsiz həyat tərzi, 

normal pəhriz, sonra dərman və axırda bıçaqla tibbi yardım göstərməyi 

tövsiyə edirdi. 

Qədim  Misir  həkimləri  eramızdan  2000  il  əvvəl  xəstəliklərin  260-dək 

növünü  ayırd  etmiş,  onların  diaqnos¬tikasında  xarici  müayinədən, 

palpasiyadan,  nəbzdən  və  bədən  temperaturundan  istifadə  etmiş,  döş 

qəfəsinə qulaq asmışlar. Qədim misirlilər ölümdən sonrakı həyata inanır, 

insanların  cənazəsini  və  «müqəddəs»  heyvanları  balzamlayıb 

saxlayırdılar. Mumiyalama prosesində insan bədəninin quruluşu haqqında 

məlumat  əldə  etmişdilər.  Hazırda  məlum  olan  10-dək  Qədim  Misir 

papirusunda  insanın  anatomiyası  (beyin,  ürək,  damarlar,  böyrəklər, 

bağırsaqlar, əzələlər və s.), cərrahlıq, daxili, yoluxucu, parazitar, burun, 

qulaq,  boğaz,  göz,  dəri,  diş  xəstəlikləri,  yanıqlar,  qanaxmalar  və  s. 

haqqında  material  vardır. Eləcə  də  dərmanşünaslığa dair  məlumatlar, o 

cümlədən 900 dərman, bir çox kosmetik maddələr təsvir edilmişdir.  

Qədim Misir həkimləri xəstəliklərin səbəblərini təbii (qeyri-sağlam qida, 

bağırsaq parazitləri, havanın dəyişil¬məsi və s.) amillərlə yanaşı, həm də 

fövqəltəbii  qüvvələrlə  izah  etdiklərindən  zalım  ruhları  qorxutmaq  üçün 

dərman-ların tərkibinə pis dadlı və qoxulu maddələr qatırdılar ki, onların 

da qəbulu qorxunc dua və cadularla müşayiət edilirdi. 

Bütün  dünyada  məşhur  olan  Misir  həkimləri  arasında  İxtisaslaşma 

gedirdi, yəni bir həkim başı, digəri daxili orqanları, başqası gözü, dişi və 

s. müalicə edirdi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə