S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə7/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   2   3   4   5   6   7   8   9   10   ...   153

22 

 

yatrofızika  kimi  istiqamətlər  formalaşırdı.  Həmin  cərəyanlar  birtərəfli 



xarakter  daşısa  da,  sxolastika  ilə  mübarizədə  böyük  rol  oynamışdır  və 

onların  nümayəndələri  bir  sıra  konkret  işləri  ilə  tibb  elmlərini 

zənginləşdirmişlər. 

Yatrokimyanın  tərəfdarları  orqanizmdə  gedən  proses¬lərə  kimyəvi 

hadisələr,  xəstəliklərə  isə  kimyəvi  tarazlığın  pozulması  kimi  baxır  və 

xəstəlikləri  müalicə  etmək  üçün  həkimin  tarazlığı  bərpa  edən  kimyəvi 

vasitələrin  axtarışını  qarşıya  məqsəd  qoymuşdular.  Yatrokimyanın 

banilərindən  olan  Parasels  (1493  -  1541)  kimyəvi  preparatların  tibbdə 

tətbiqi sahəsində xeyli iş görmüşdür. 

Yatrofızikanm  nümayəndələri  (N.Kuzanski,  Qaliley,  Santorio,  Borelli, 

Dekart və s.) bütün fizioloji və patoloji prosesləri fizikanın (mexanikanm) 

qanunları  ilə  izah  etməyə  çalışırdılar.  İnsanı  mürəkkəb  mexaniki  cihaz 

hesab 

edən fransız filosofu və təbiətşünası Dekart Rene (1596  - 1650) refleks 



qövsünü  kəşf  etməklə  tibb  elminin  inkişafında  böyük  rol  oynamışdır. 

Santorio  eksperimental  tədqiqat  metodunu  və  alınmış  nəticələrin  riyazi 

metodlarla işlənilmə- sini ilk tətbiq edənlərdən olmuşdur. 

Renessans  dövrünün  görkəmli  nümayəndəsi,  məşhur  İtaliya  rəssamı  və 

alimi  Leonardo  da  Vinçi  (1452  -  1519)  də  təbiətin  dərk  edilməsində 

təcrübənin həlledici rol oynadığını hesab etmiş, 30-dək meyit yarmışdır. 

Rəssamın  200  səhifə  həcmində  13  cildli  anatomiya  şəkilləri  indi  də 

saxlanılır. O, plastik anatomiyanın əsasını qoymuşdur. 

Anatomiyanın  tam  inkişaf  etmiş  elm  kimi  formalaş¬ması  Andreas 

Vezalinin  (1514-1564)  adı  ilə  bağlıdır.  Vezali  meyit  yarmaqla  insan 

orqanizmini  mükəmməl  surətdə  öyrənmiş,  bütün  orqan  və  sistemlərin 

quruluşunu elmi surətdə təsvir edərək, özündən əvvəlki alimlərin, xüsusən 

Qalenin səhvlərini göstərmişdir. 

downloaded from KitabYurdu.org




23 

 

Tibb  tarixi  də  diqqətdən  kənarda  qalmamışdı.  XVI  əsrdə  O.Brunfelsin 



«Təbabətin qısa tarixi» kitabı və tibb tarixinə dair S.Şampyenin sanballı 

əsəri nəşr edildi. Sonralar (1719-cu ildə) Peterburqda I Pyotrun təşəbbüsü 

ilə Kunstkamera (əntiqəxana) ilk tibb muzeyi açılmışdır. 

XVII - XVIII əsrlərdə tibb elmi yem ideyalar və 

kəşflərlə zəngin olmuşdur. Müasir fiziologiyanın və 

embriologiyanm banisi hesab edilən ingilis həkimi Harvey 

Uilyam (1578 - 1657) 1628-ci ildə nəşr etdirdiyi əsərində 

qan dövranı haqqında Qalen dövründən bəri hakim olan 

• • 

yanlış təsəvvürləri qəti surətdə təkzib etdi. Ürəyin sol hissəsinin vəzifəsi, 



aortanm funksiyası, kiçik qan dövranın¬da ürəyin rolu, orqanizmdə qanın 

miqdarı haqqında fikirlərini elmi surətdə sübut edərək, böyük və kiçik qan 

dövranlarının dəqiq təsvirini verdi. 

Beləliklə,  renessans  dövrünün  qüdrətli  nümayəndəsi,  rəssam  və  alim 

Leonardo  da  Vinçi  plastik  anatomiyanın,  Andreas  Vezali  müasir 

anatomiya  elminin,  U.Harvey  qan  dövranının  elmi  cəhətdən  tam 

əsaslandırılmış şəkildə kəşfi (1628) ilə elmi fiziologiyanın banisi oldular. 

Patoloji  anatomiyanın  banilərindən  olan  C.Morqani  (1682-1771) 

xəstəliklərin  orqanolokalistik  prinsipə  əsasla¬nan  təsnifatını  yaratmış, 

anatom və fizioloq Luici Qalvani (1737-1798) canlı orqanizmdə elektrik 

hadisəsini  kəşf  etməklə  eksperimental  elektrofıziologiyanm  əsasını 

qoymuş,  E.Cenner  (1749-1823)  çiçəyə  qarşı  peyvənd  üsulunu  işləyib 

hazırlamış və tətbiq etmişdir. 

K.Rokitanski  (1804  -  1878)  Hippokratm  humoral  nəzəriyyəsini  inkişaf 

etdirdi.  O,  hesab  edirdi  ki,  anatom-  ların  heç  bir  üzvi  dəyişiklik  tapa 

downloaded from KitabYurdu.org




24 

 

bilmədikləri  xəstəliklərin  izahını  gələcəkdə  qanı  və  sinir  sistemini 



öyrənən tədqiqat¬çılardan gözləmək lazımdır. 

XIX  əsrdə  təbiətşünaslığın  nailiyyətləri  (orqanizmdən  kənarda  üzvi 

birləşmələrin  alınması,  hüceyrə  nəzəriyyəsi,  enerjinin  saxlanması 

qanununun kəşfi, təkamül nəzəriyyəsi) tibb elmlərinin inkişafı üçün təkan 

oldu. 

Fizioloji 



eksperimentin 

təkmilləşməsi, 

mikrobiologiyanın 

formalaş¬ması ilə əlaqədar olaraq klinik tibbin inkişafı sürətləndi. Həm 

diaqnostikanın,  həm  də  müalicənin  imkanlarını  genişləndirən  yeni  və 

daha  dəqiq  metodlar  işlənib  hazırlandı.  Morfoloji  diaqnostikadan, 

immunoloji  sınaqlardan  istifadə  edilməyə  başlandı.  Perkussiya  və 

auskultasiya, termometriya, labora- tor, klinik analizlər, güzgülər və optik 

cihazlar,  elektrodiaq-  nostika  və  funksional  diaqnostika  metodları  daha 

geniş  tətbiq  edilirdi.  Tibb  elmlərində  diferensiasiyanın  nəticəsi  olaraq 

terapiyadan  pediatriya,  nevropatologiya,  psixiatriya,  dermatologiya  və 

venerologiya, 

cərrahlıqdan 

isə 


ginekologiya, 

oftalmologiya, 

otorinolarinqologiya kimi sahələrə ayrıldı. 

XIX əsrdə paralel inkişaf edən morfoloji elmlər və fiziologiya ilə klinik 

elmlər arasındakı sıx əlaqə sayəsində ümumi patologiya (patofiziologiya) 

müstəqil  elm  kimi  formalaşdı.  Xəstəliklərin  öyrənilməsinin  fizioloji 

istiqaməti  müasir  eksperimental  patologiyanın  əsasını  qoymuş  Klod 

Bernarm (1813 - 1878) adı ilə bağlıdır. 

Alman  patoloqu  Rudolf  Virxov  (1821-1902)  hüceyrə  patologiyası 

nəzəriyyəsini irəli sürərək, belə hesab edirdi ki, 

orqanizmdə törənən patoloji proses onun ayrı-ayrı hücey¬rələrinin həyat 

fəaliyyətindəki  pozulmaların  məcmusudur.  Beləliklə,  sinir  sisteminin 

hüceyrələri  tam  orqanizm  halında  birləşdirən  tənzimedici  rolu  inkar 

edilirdi.  Buna  baxma¬yaraq,  Virxov  hüceyrələrdəki  patoloji  prosesləri 

dərindən öyrənib, onların patogenezini izah etmişdir. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə