S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə9/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   5   6   7   8   9   10   11   12   ...   153

29 

 

• # 



Osman və ya Omər Osmanoğlu (XI əsrin sonu - XII əsrin birinci yarısı) 

Şamaxı şəhəri yaxınlığındakı Məlhəm adlı yaşayış məntəqəsində tarixdə 

məlum  olan  ilk  tibb  məktəbini  -  «Mədrəseyi-tibb»  adlanan  Tibb 

Akademiyasım  yaratmışdır.  Ömər  Osmanoğlu  o  dövrdəki  dini 

qadağalarla əlaqədar təhlükəyə baxmayaraq, anatomiyanı öyrənmək üçün 

insan  meyiti  yarmışdır.  O,  xəstəliyin  mahiyyəti  haqqında  materializm 

mövqeyindən mülahizələr yürütmüş¬dür. Bitkilərdən hazırlanmış dərman 

maddələrinin təsirini və əks-təsirini ilk dəfə Ömər Osmanoğlu öyrənmiş, 

onların təsnifatını verməklə farmakopeyanm əsasım qoymuşdur. 

Azərbaycanda tibb elminin inkişafı qədimdən bədii ədəbiyyatda öz əksini 

tapmışdır.  Folklorumuzda,  görkəmli  şair  və  nasirlərimizin  əsərlərində 

bütün  dövrlərdə  tibb  elminin  nailiyyətləri,  mövcud  nəzəriyyələr  barədə 

məlumat¬lara  rast  gəlirik.  Tibbi  təhsili  olan  yazıçı  və  şairlərimiz 

hakimliklə də məşğul olmuşlar. 

Böyük  şairimiz  Nizami  Gəncəvinin  əsərlərindəki  tibbə,  səhiyyəyə  dair 

fikirlər onun bu sahəyə dərindən 

yiyələndiyini,  insanın  anatomiyasını  və  fiziologiyasını  yaxşı  bildiyini, 

tibbi  ədəbiyyatla  ətraflı  tanış  olduğunu  göstərir.  Nizami  humoral  təlimi 

əsas  götürmüş,  qanın,  daxili  orqanların  (ürək,  qaraciyər  və  s.)  bədənin 

sağlamlığı üçün mühüm rolunu qeyd etmiş, müalicəvi məqsədlə işlədilən 

bitki və digər maddələr barədə dəyərli fikirlər söyləmiş, bəzi xəstəliklərdə 

musiqinin və mahnının müalicəvi təsirini göstərmişdir. 

Azərbaycanın  ensiklopedik  alimi,  Şərqdə  intibah  döv¬rünün  görkəmli 

nümayəndəsi tibbi təhsilə malik Məhəmməd İbn Həsən Nəsirəddin Tusi 

(1201 - 1274) tibbi əsərləri ilə yanaşı, məşhur «Əxlaqi - Nasiri» əsərində 

tibbə,  o  cümlədən,  gigiyenaya  dair  fikirlər  söyləmişdir.  O,  orqanizmin 

həyat fəaliyyətində psixi amilin mühüm rolunu qeyd etmişdir. 

downloaded from KitabYurdu.org




30 

 

Tusi  «Cavahirnamə»  əsərində  mikroelementlərin  və  qiymətli  daşların 



tibbdə rolu haqqında geniş izahat vermişdir. 

Qeyd edək ki, müasir tibbdə böyük əhəmiyyət kəsb edən həmin problem 

bu  gün  də  aktual  olub  ATU-nun  Patofıziologiya  kafedrasında  aparılan 

elmi tədqiqatların əsas istiqamətini təşkil edir. 

XIII  əsrin  əvvəllərində  Seyfəddin  Əbdül  Mömin  Urməvi  dünyaşöhrətli 

«Kitabi-ədvar»,  Məhəmməd  Naxçı-  vani  «Dəstur  əl-kitab  fı  təyin  əl-

məratib», «Tibbnamə» əsərlərini yazmışlar. 

XIII əsrdə Təbrizdə «Dar - üş - Şəfa» elmi-tibb şəhəri yaradılmış, Təbrizin 

şimal-qərbində  salınmış  Rəşidi  şəhərin¬də  akademiya  tipli  universitet 

təşkil  edilmişdir.  Orta  əsrlərdə  Elxani  hökmdarı  Qazan  xanın  vəziri, 

görkəmli  Azərbaycan  tarixçisi,  islahatçısı  və  həkimi  Rəşidəddinin 

təşəbbüsü ilə «Sağlamlıq evi» adlanan klinik mərkəzlər təşkil edilmişdir. 

• 

Bu işdə həkimə Mahmud ibn ilyas Şirvani yaxından 



 



 

kömək etmişdir. Mahmud ibn ilyas 1260-cı ildə «Elmi təbabət kitabı»nı 

yazmışdır.  Kitab  çoxəsrlik  Şərq  təbabəti  təcrübəsinin  təhlili,  müəllifin 

şəxsi  həkimlik  praktikası  əsasında  yazılmış  və  çap  edilmişdir.  Onun 

eyniadlı oncildli əsərindən çıxarış olan kitab tibbin nəzəri və təcrübi 

məsələlərinə 

həsr 

olunmuşdur. Müəllif xəstəliklərin 



səbəblərinə,  diaqnostika  və  müalicə  üsullarına  dair  bir  sıra  dəqiq 

məlumatlar  vermişdir.  Məsələn,  nəbzin  əmələ  gəlməsinin  izahı  diqqəti 

downloaded from KitabYurdu.org



31 

 

cəlb edir: «Nəbz ürəyin yığılma və açılması nəticəsində ürək damarlarının 



yaratdığı dalğavarı hərəkətdən başqa bir şey deyildir». 

Əbdül  Məcid  Təbib  Şərqdə  geniş  yayılmış  «Kitab  üt-  tibb»  (1307) 

əsərində  diaqnostikaya,  bir  çox  xəstəliklərin  (xüsusən  sinir  sistemi  ilə 

əlaqədar) müalicəsinə dair orijinal fikirlər irəli sürür, mənfi emosiyaların 

orqanizmə  ağır  təsirini  göstərir.  O,  belə  hesab  edir  ki,  insanın  psixi 

fəaliyyətinin  mərkəzi  beyiıı,  onu  ətraf  aləmlə  qovuşduran  isə  hiss 

orqanlarıdır. Bunlar vasitəsilə müsbət və mənfi təəssüratlar yaranır. Mənfi 

təəssüratlar üst-üstə yığılıb, ruhi əzab və sıxıntı yaradır ki, bu da dəliliyə 

səbəb ola bilər. Kitabda ilk dəfə mamalıq sənətinə toxunulub, hamiləliyə 

dair ayrıca fəsil ayrılıb, psixiatriyaya xüsusi yer verilib. 

XV  əsrin  tanınmış  alimlərindən  olan  təbib  Ramazan  İbn  Şeyx  Əli 

Lənkəraninin Frensis 1409-cu ildə ərəb dilində yazdığı «Fərruxnameyi - 

Cəmali»  əsəri  o  dövrdə  Azərbay¬canda  tibb  elminin  inkişaf  səviyyəsi 

haqqında  məlumat  verən  qiymətli  mənbədir.  Alimin  orijinal  tibbi 

baxışlarını əks etdirən bu kitabda heyvanların orqanlarının, bitkilərin və 

mineral  maddələrin  müalicəvi  təsirindən  bəhs  edilir,  diaqnostika 

məsələlərinə toxunulur. 1594-cü ildə Möhübb Əli İbn Əhmədi Lənkərani 

əsəri  bəzi  əlavələrlə  farscaya  tərcümə  edərək,  «Fərruxnameyi  -  Cəlali» 

adlandırmışdır. 

Orta əsrlərə məxsus əsərlərdə tibb elminin nəzəri 

məsələləri, müalicə üsulları və farmakologiya problemləri 

kompleks şəkildə araşdırılmışdır. Ayrı-ayrı dövrlərdə 

fəaliyyət göstərən bir sıra tibb alimləri səhiyyənin təşkili ilə 

• • 


də ciddi məşğul olmuşlar. Mənsur ibn Məhəmməd ibn 

Yusif İbn İlyas («Tibb»), Mahmud İbn İlyas («Tibbnamə»), 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə