S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə17/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   13   14   15   16   17   18   19   20   ...   153

56 

 

turşularının  tərkibində  olan  riboza,  dezoksiriboza  və  sərbəst  halda  olan 



qlükoza  aiddir.  Qlükozanm  oksid¬ləşməsi  protoplazmanın  tənəffüsünü 

təmin edir. 

Mürəkkəb  karbohidratlar  monosaxaridlərin  bir-biri  ilə  birləşməsindən 

əmələ gələn polisaxaridlərdir. Heyvan və . insan orqanizmlərində ən geniş 

yayılmış  polisaxarid  qliko-  gendir.  O,  protoplazmanın  ehtiyat  enerji 

mənbəyidir.  Çox¬lu  miqdarda  qlikogen  əzələdə  və  qaraciyərdə 

toplanmışdır. 

Karbohidratlar  zülal  və  yağlarla  reaksiyaya  girib  müva¬fiq  olaraq 

qlükoproteidləri və qlükolipidləri əmələ gətirir. 

Su  və  mineral  duzlar.  Hüceyrənin  həyat  fəaliyyəti  müəyyən  maye 

mühitində keçir ki, bunun vacib hissələrini su və suda həll olmuş qeyri-

üzvi  duzlar  təşkil  edir.  Su  və  mineral  duzlar  protoplazmanın  mütləq 

komponentləri 

olub, 


hüceyrənin 

fiziki-kimyəvi 

xassələrini 

müəyyənləşdirir. 

Hüceyrənin həyat fəaliyyəti. Hər bir hüceyrə çoxhü- ceyrəli orqanizmin 

elementar hissəsi olmaqla bərabər, özünün müstəqil fəaliyyətini-maddələr 

mübadiləsi,  qıcıq¬lanma,  hərəkət,  öz-özünü  yaratma,  böyümə, 

diferensiasiya, qocalma, ölüm kimi prosesləri daşıyır. 

Maddələr  mübadiləsi.  Hüceyrə  onu  əhatə  edən  ətraf  mühitdən  həyat 

fəaliyyəti  üçün  zəruri  olan  maddələri  onların  potensial  enerjiləri  ilə 

birlikdə  mənimsəyir,  özünün  kimyəvi  tərkibini  yeniləşdirir,  həyat 

fəaliyyətini  davam  etdirir.  Maddələr  mübadiləsi  sintez  və  dağılma 

proses¬lərindən  ibarətdir.  Hüceyrənin  xarici  mühitdən  alınan  qida 

maddələrini 

mənimsəyib, 

protoplazma 

maddəsinə 

çevirmə¬sinə 

assimilyasiya,  protoplazmanın  üzvi  maddələrinin  parçalanıb,  həyat 

prosesləri  üçün  vacib  enerjinin  ayrılma¬sına  isə  dissimilyasiya  deyilir. 

Əsas iki növ mübadilə -  

downloaded from KitabYurdu.org




57 

 

plastik  və  energetik  mübadilə  həyata  keçir.  Plastik  mübadilə  zamanı 



hüceyrə  ətraf  mühitdən  aldığı  maddələrin  hesabına  böyüyür  və  öz 

pozulmuş hissələrini bərpa edir. Energetik mübadilə zamanı isə hüceyrə 

mənimsədiyi  mad¬dələrin  parçalanması  nəticəsində  həyat  proseslərini 

təmin edən enerji hasil edir. Hüceyrədə enerjinin yaranması iki yolla baş 

verir: aerob və anaerob. Aerob yolla maddələr mitoxondrilərdə oksigenin 

iştirakı ilə parçalanır, anaerob yolla isə enerji mənbəyi olan karbohidratlar 

oksigenin  iştirakı  olmadan  mitoxondrilərdən  kənarda  hidrolitik  yolla 

parçalanır ki, bu da qlikoliz adlanır. 

Maddələrin  ətraf  mühitdən  hüceyrəyə  keçməsində  və  ya  əksinə, 

hüceyrədən  ətraf  mühitə  verilməsində  hüceyrə  membram  mühüm  rol 

oynayır. Eyni zamanda bu prosesdə ətraf mühitin kimyəvi tərkibi və orada 

maddələrin qatılığı, konsistensiyası da mühüm əhəmiyyət kəsb edir. Belə 

ki, ətraf mühitdə duzluluğun artması hüceyrədən suyun xaricə çıxmasına, 

əksinə ətraf mühitdə duzluluğun azalması su¬yun hüceyrəyə keçməsinə 

səbəb  olur.  Beləliklə,  hüceyrənin  daxilində  olan  duzlarla  ətraf  pıühitdə 

olan suyun miqdarı arasında lazımi nisbət yaranır. Bir çox irimolekullu 

üzvi maddələr və yaxud iri hissəciklər hüceyrəyə faqositoz və rofeositoz 

yolla keçir. 

Faqositoz  -  müxtəlif iri  maddələrin  hüceyrələr tərəfin¬dən udulub, fitik 

fermentlərin  təsiri  ilə  həzm  olunması  prosesidir.  Belə  hüceyrələrə 

faqositlər  (yunanca  faqos  -  udan;  sitoz  -  hüceyrə)  deyilir.  Onlar  yad 

cisimcikləri, mikroorqanizmləri, toxuma parçalanması məhsullarını, bəzi 

zəhərləyici  maddələri  öz  daxilində  zərərsizləşdirir.  Əvvəlcə  bu 

hüceyrələrdə  yalançı  ayaqlar  udulacaq  maddəni  əhatə  edir.  Sonra  onu 

hüceyrə daxilinə keçirir və lizosom- larda olan əridici fermentlərin təsiri 

ilə həzm olunur. 

Pinositoz  (yunanca  pino  -  içmək)  prosesində  hüceyrə  ətraf  mühitdən 

mayeni  özünə  keçirir.  Hüceyrə  qişası  ətraf  mühitə  doğru  mikroskopik 

downloaded from KitabYurdu.org



58 

 

çıxıntılar  verir,  onlar  arasında  hüceyrə  daxilinə  doğru  girintilər  əmələ 



gəlir.  Əmələ  gəlmiş  çuxurlara  ətraf  mühitdən  maye  dolur  və  ağız 

qapanaraq hüceyrə daxilində qovuqcuq (vakuol) yaradır. 

Rofeositoz  zamanı  ətraf  mühitdə  submikroskopik  his¬səciklər  və 

makromolekullar cəzb olunma yolu ilə hüceyrə daxilinə keçir və vakuol 

əmələ  gətirir.  Hər  iki  prosesdə  pino-  .  sitoz  və  rofeositozda  vakuolda 

maddələr neytrallaşdırılır. 

Hüceyrədaxili  məhsulların  xaricə  çıxması  sekresiya  ilə  əlaqədardır. 

Hüceyrələrin  ifraz  etdiyi  seliyəbənzər  maddə¬lər  toxumaların  mexaniki 

zədələrdən qorunması, habelə hüceyrəarası əsas maddənin əmələ gəlməsi 

üçün  çox  əhəmiyyətlidir.  Maddələr  mübadiləsinin  son  məhsullarının, 

habelə  orqanizmə  daxil  olmuş  yad  maddələrin  toxu¬malardan  xaricə 

çıxarılmasında faqositoz qabiliyyətinə malik makrofaqlar sistemi iştirak 

edir. 

Hüceyrənin bioloji reaksiyaları. Hüceyrənin xarici mühi¬tin təsirinə qarşı 



hər  hansı  cavab  verə  bilmək  qabiliyyətinə  qıcıqlanma  qabiliyyəti,  təsir 

edən  amilə  qıcıq  və  ya  qıcıqlan¬dırıcı,  qıcığın  təsir  etməsi  prosesinə 

qıcıqlanma, hər hansı təsi¬rə qarşı hüceyrənin verdiyi cavaba isə bioloji 

reaksiya deyilir. 

Hüceyrənin qıcığa qarşı verdiyi spesifik cavaba oyan- . ma, oyanma ilə 

cavab vermək qabiliyyətinə oyanma qabiliyyəti və ya oyamcılıq, oyanma 

qabiliyyətinə  malik  toxumalara  (sinir,  əzələ  və  vəzi  toxumaları)  isə 

oyanıcı toxumalar deyilir. Refleks - qıcığa qarşı mərkəzi sinir sisteminin 

iştirakı ilə verilən cavabdır. 

Orqanizmin qıcıqlara qarşı hər bir konkret şəraitə müvafiq şəkildə cavab 

verə bilmək qabiliyyəti reaktivlik adlanır. Reaktivlik daha geniş anlayış 

olub, bütün əvvəl¬kiləri əhatə edir. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə