S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə16/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   12   13   14   15   16   17   18   19   ...   153

53 

 

insan orqanizmi əzələ yığıl¬malarının köməyilə hərəkət edir. Əzələ lifinin 



yığılmasını təmin edən struktur miofibrillördir. 

Neyrofıbrillər  sinir  hüceyrəsinin  sitoplazmasmdakı  spesifik  orqanellər 

olub, oyanmanın nəql olunmasında bilavasitə iştirak edir. 

Əlavələr. Sitoplazmada müxtəlif maddələrin ayrı-ayrı toplantıları hüceyrə 

əlavələri  adlanır.  Bunlar  qeyri-sabit  törəmələr  olub,  hüceyrənin  bütün 

həyatı  boyu  əmələ  gəlir  və  ya  itir.  Əlavələrə  hüceyrənin  özünün  hasil 

etdiyi və ya faqositoz, pinositoz yolu ilə ətraf mühitdən udduğu maddələr 

aiddir. 


Hialoplazma  sitoplazmanm  struktur  komponentləri  arasında  qalan 

homogen  şəffaf  hissəsinə,  başqa  sözlə,  orqanellərdən  azad  olan 

sitoplazmatik  maddəyə  deyilir.  O,  hüceyrənin  maddələr  mübadiləsində 

mühüm rol oynayır. Belə ki, suda həll olmuş müxtəlif maddələrin diffuz 

yolla  hüceyrəyə  daxil  olmasında  və  ondan  xaricə  çıxmasında  bilavasitə 

iştirak edir. 

Hüceyrə nüvəsi. Hüceyrənin əsas tərkib hissəsidir. Onun iki müxtəlif halı 

ayırd edilir: interfaza nüvəsi və bölünməkdə olan nüvə, interfaza nüvəsi 

hüceyrə bölünmə¬ləri arasındakı dövrdə olan nüvəyə deyilir. Bu zaman 

nüvə hüceyrənin bütün funksiyalarında iştirak edir və adətən bölünməyən 

hüceyrə  nüvəsi  adlanır.  Nüvə,  adətən  hüceyrə¬nin  mərkəzində  yerləşir, 

sitoplazma  ilə  əhatə  olunur.  Nüvənin  forması  hüceyrənin  forma  və 

vəziyyətindən,  yaş  xüsusiyyətindən,  yerləşdiyi  yerdən  və  s.  asılıdır. 

Hüceyrələr birnüvəli və çoxnüvəli olur. 

Nüvə  -  nüvə  pərdəsi,  nüvə  şirəsi,  nüvəcik  və  xromo-  somdan  ibarətdir. 

Nüvə pərdəsi ilə nüvə sitoplazmadan ayrılır. Burada sitoplazma ilə nüvə 

arasında  fasiləsiz  mad¬dələr  mübadiləsi  gedir.  Nüvə  şirəsi  onun  daxili 

mühitini  təmsil  edir  və  orada  niivəciklər,  xromosomlar  yerləşir. 

Nüvəciyin  tərkibinə  RNT  və  zülal  daxildir.  Nüvəciklər  xromosomlarla 

downloaded from KitabYurdu.org




54 

 

əlaqədar  olub,  onlarda  RNT  sintez  olunur.  Xromosomlar  nüvənin  əsas 



tərkib hissəsi olub, irsi əlamət¬ləri nəslə ötürür. 

Nüvə hüceyrədə aşağıdakı funksiyaları yerinə yetirir: 

1. 

Nüvə hüceyrənin normal həyat fəaliyyətini təmin edir. 



2. 

RNT-ııin sintezi və ribosomların yaranması yalnız nüvənin iştirakı 

ilə gedir. 

3. 


Zülal maddələrinin əmələ gəlməsi bilavasitə nüvə¬nin funksiyası ilə 

bağlıdır. 

4. 

Nüvədəki 



xromosomlarda 

irsi 


məlumatın 

ardıcıl¬lığının 

saxlanılması,  həmin  məlumatın  eyni  şəkildə  gələcək  nəsillərdə  yenidən 

təkrar edilməsi nüvənin ən mühüm funksiyalarından biri sayılır. 

5. 

Nüvə hüceyrə strukturlarının formalaşması prosesi¬nin tənzimində 



mühüm rol oynayır. 

Protoplazma  termini  altında  hüceyrənin  bütün  canlı  maddəsi,  yəni 

sitoplazma,  nüvə  və  onları  təşkil  edən  strukturlar  düşünülür. 

Protoplazmanm həyat xassələri onun kimyəvi tərkibindən, xüsusilə zülal 

maddələrindən asılıdır. 

Hüceyrənin  kimyəvi  tərkibi.  Müəyyən  edilmişdir  ki,  təbiətdə  olan 

kimyəvi maddələrin, demək olar ki, hamısı (Mendeleyev cədvəlinə daxil 

olan  elementlərin  60-a  qədəri)  hüceyrə  daxilində  vardır.  Lakin  onlar 

miqdarca  müxtəlif  olub,  protoplazmadakı  miqdarına  görə  dörd  qrupa 

bölü¬nür: birinci qrupa karbon, oksigen, hidrogen və azot ' daxildir. İkinci 

qrupa kalsium, fosfor, kalium, kükürd aid edilir. Üçüncü qrupu natrium, 

xlor,  yod,  dəmir,  maqne-  zium  təşkil  edir.  Dördüncü  qrupa  isə  mis, 

manqan,  kobalt,  sink  və  bəzi  digər  elementlər  daxildir.  Bunlar  cüzi 

miq¬darda  (bədən  kütləsinin  0,001%-dən  az)  olduqlarına  görə 

mikroelementlər  adlandırılır.  Bu  elementlərin  çoxu  hüceyrə  tərkibində 

downloaded from KitabYurdu.org




55 

 

sərbəst deyil, üzvi və qeyri-üzvi maddələrin tərkibində onlarla birləşmiş 



şəkildə olur. Üzvi birləşmələrə zülallar, nuklein turşuları, karbohidratlar, 

yağlar, qeyri- üzvi birləşmələrə isə mineral duzlar və su aiddir. Beləliklə, 

hüceyrələrin  kimyəvi  tərkibi  sudan,  mineral  duzlardan  və  üzvi 

birləşmələrdən ibarətdir. 

Üzvi  maddələr.  Zülallar  protoplazmamn  ən  vacib  və  əhəmiyyətli 

komponenti olub, həyati proseslərin əsasını təşkil edir. Zülal tərkibcə 53% 

karbondan,  7%  hidrogen-  .  dən,  22%  oksigendən  və  16%  azotdan 

ibarətdir. Bunlardan əlavə, zülalların tərkibində fosfor, kükürd, dəmir və 

s. elementlər də vardır. Zülallar azotlu birləşmələr olub, quruluş əsasını 

aminturşular təşkil edir. Aminturşular amfoter xassəyə malik olub, onların 

zəncir kimi müəyyən ardıcıllıqla yerləşməsi və bir-biri ilə çoxlu miqdarda 

müxtəlif kombinasiyalara girməsi nəticəsində müxtəlif zülal molekulları 

əmələ gəlir. 

Fermentlər.  Hüceyrənin  zülal  xarakterli  komponent-  lərindəndir. 

Fermentlər bioloji katalizator vəzifəsini gör¬məklə, protoplazmada gedən 

kimyəvi  reaksiyaların  sürətini  tənzim  edir.  Fermentlər  spesifik  təsirə 

malikdir.  Belə  ki,  hər  bir  ferment  yalnız  bir  və  ya  bir  neçə  kimyəvi 

reaksi¬yanın katalizində iştirak edə bilər. 

Lipidlər.  Bunlara  qliserin  və  yağ  turşularından  ibarət  neytral  yağlar  və 

həmçinin  yağabənzər  maddələr-lipoidlər  aiddir.  Neytral  yağlar 

protoplazmamn tərkibində müxtəlif  

ölçülü  dənələr  və  damlalar  şəklində  toplanaraq  ehtiyat  qida  mənbəyi 

vəzifəsini görür. 

Karbohidratlar.  Karbon,  oksigen  və  hidrogendən  təşkil  olunmuşdur  ki, 

bunların oksidləşməsi nəticəsində hüceyrədə həyat prosesləri üçün lazım 

olan zəngin enerji hasil olur. Karbohidratlar sadə və mürəkkəb olur. Sadə 

karbohidratlara  monosaxaridlər  deyilir.  Monosaxaridlərə  nuklein 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə