S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə15/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   11   12   13   14   15   16   17   18   ...   153

50 

 

Hüceyrələr  bölünmə  yolu  ilə  çoxalır,  yeni  hüceyrə  tam  yetişmiş 



hüceyrənin bölünməsindən əmələ gəlir. 

Mürəkkəb  çoxhüceyrəli  orqanizmlərdə  hüceyrələr  yerinə  yetirdikləri 

funksiyalar üzrə ixtisaslaşmış və müvafiq toxumalar əmələ gətirmişdir. 

Orqanlar  toxumalardan  ibarət  olub,  bunların  fəaliy¬yətini  sinir  və 

humoral sistemlər tənzim edir. 

Hər  bir  canlı  hüceyrə  sitoplazmadan  və  nüvədən  ibarət,  özünü  tənzim 

edən  və  özünə  oxşar  strukturlar  yarada  bilən  mürəkkəb  quruluşlu 

mikroskopik canlı sistemdir. Çoxhüceyrəli orqanizmlərdə hüceyrələr öz 

fəaliyyətini bu və ya digər toxuma, yaxud orqan daxilində həyata keçirir. 

Hüceyrənin  əsas  xüsusiyyətlərindən  biri  xarici  mühitlə  fasiləsiz  olaraq 

maddələr  mübadiləsini  həyata  keçirmək  və  özünü  bərpa  etməkdir. 

Orqanizmdə hüceyrələr hüceyrəarası maye və ya bərk maddə mühiti ilə 

əhatə olunmuşdur. 

İnsan  bədəninin  hüceyrələri  öz  formasına,  ölçülərinə  və  quruluşlarına 

görə olduqca müxtəlifdir. Burada 200-ə yaxın müxtəlif növ hüceyrələrə 

rast gəlinir. Onlar kubabənzər, silindrik, yastı, iyəbənzər, çıxıntılı, oval, 

dai¬rəvi  və  digər  formalarda  olur.  Hüceyrələrin  forması  daşı¬dıqları 

funksiyadan, 

protoplazmanm 

xassələrindən, 

əhatə 

olunduğu 



mikromühitdən, onların bir-birinə olan mexaniki təsirindən və s. asılıdır. 

Hüceyrələrin əksəriyyəti mikroskopik ölçüdədir. 

Hüceyrələr  müxtəlif  formaya,  ölçüyə  və  funksiyaya  malik  olmalarına 

baxmayaraq, onların ümumi quruluş planı prinsip etibarilə eynidir, yəni 

hər bir hüceyrə bir-biri ilə sıx əlaqədə olan iki əsas hissədən - nüvədən və 

sitoplazmadan  təşkil  olunmuşdur.  Sitoplazma  ətraf  mühitdən  hüceyrə 

qişası  (membram)  vasitəsilə  ayrılır.  Nüvə  xromatin  strukturlardan, 

nüvəcikdən və nüvə qişasından ibarətdir. 

downloaded from KitabYurdu.org



51 

 

Sitoplazma hüceyrənin ən zəruri komponentidir. Ona hüceyrə membram



orqanellər, əlavələr və hialoplazma aiddir. 

Hüceyrə  qişası  və  ya  membram  hüceyrəni  xaricdən  örtə¬rək,  onu  ətraf 

mühitdən ayırır. Membran yarımkeçirici zar 

olub, xarici mühitlə hüceyrə arasındakı mübadilə proseslərini tənzim edir 

və  hüceyrənin  daxili  mühitini  sabit  saxlayır.  Maddələr  xarici  mühitdən 

hüceyrəyə  və  hüceyrədən  xarici  mühitə  osmos  və  diffuziya  qanunları 

əsasında  keçir.  Bu  proses  habelə  faqositoz,  pinositoz  yolu  ilə  də  icra 

olunur. 


Orqanellər. Hüceyrə orqanelləri və ya orqanoidləri xüsusi quruluşa malik, 

müəyyən  funksiya  icra  edən  sitop-  •  lazmatik  strukturlardır.  Bunlar 

hüceyrənin həyat fəaliyyə¬tində bilavasitə iştirak edir. Orqanellər ümumi 

və xüsusi 

• t 

əhəmiyyətli  olmaqla  iki  qrupa  ayrılır.  Ümumi  əhəmiyyətli  orqanellər 



bütün  hüceyrə  növlərinə  məxsusdur.  Bunlara  sitoplazmatik  tor, 

ribosomlar, mitoxondrilər, lövhəcikli kompleks, sentrosom və lizosomlar 

aiddir.  Xüsusi  əhəmiy¬yətli  orqanellər  yalnız  müəyyən  növ  hüceyrələr 

üçün  səciyyəvidir.  Bunlara  tonofibrillər,  miofibrillər,  neyrofibril-  lər, 

mikroqovuqcuqlar, qamçılar və s. aiddir. 

Sitoplazmatik  tor  bir-birindən  xeyli  fərqlənən  iki  tipə  bölünür:  hamar, 

dənəsiz və dənəli, qranulyar sitoplazmatik tor. 

Sitoplazmatik  torun  əsas  vəzifəsi  zülal  maddələrinin,  yağların  və 

polisaxaridlərin  sintezindən  ibarətdir.  Belə  ki,  zülallar  dənəli 

sitoplazmatik  torda,  polisaxarid  və  yağlar  dənəsiz  sitoplazmatik  torda 

sintez olunur. 

downloaded from KitabYurdu.org




52 

 

Ribosomlar ribonukleotidlərdən təşkil olunub, hücey¬rədə tək-tək və ya 



qrup  halında  (polisom)  yerləşir.  Onlar  zülalların  sintez  mərkəzidir. 

Ribosomlardaıı  olan  spesifik  RNT  vasitəsilə  sitoplazmadakı  amin 

turşularından poli- peptid zəncirləri əmələ gəlir. 

Mitoxondrilər  hüceyrənin  energetik  sistemi  hesab  olu¬nur.  Yeni 

mitoxondrilər  hüceyrədə  mövcud  olan  mitoxon-  drilərin  bölünməsi 

hesabına  yaranır.  Mitoxondrinin  əsas  funksiyası  adenozin-trifosfat 

turşusunu  (ATF)  sintez  et-məklə  hüceyrə  üçün  lazım  olan  enerjini 

ayırmasıdır. 

Lövhəli  kompleks  və  ya  Holci  kompleksi  hüceyrənin  sintetik  fəaliyyəti 

məhsullarının-zülal,  karbohidrat  və  yağ¬ların  daşınmasında  iştirak  edir. 

Holci  aparatının  fəaliyyəti  sayəsində  plazmatik  membran  təzələnir  və 

böyüyür. 

Sentrosom,  yaxud  hüceyrə  mərkəzi,  bir  qayda  olaraq,  nüvənin  yanında 

yerləşir, hüceyrənin mitoz bölünməsində bilavasitə iştirak edir. 

Lizosomlarm  daxilində  üzvi  maddələri  parçalayan  hidrolitik  fermentlər 

vardır.  Hüceyrənin  qidalanmasında  və  ifrazatında  iştirak  edir.  Bu  da 

faqositoz və avtoliz prosesləri ilə gedir. 

Xüsusi orqanellər. Kirpiklər və qamçılar həm sərbəst hüceyrələrdə, həm 

də  toxumaların  tərkibindəki  hüceyrələrdə  olur.  Adətən  hüceyrənin  tək, 

hərəkətli  və  uzun  çıxıntısım  qamçı,  nisbətən  qısa  və  çoxlu  çıxıntılarını 

kirpiklər  adlan-dırırlar.  Bunlar  hüceyrədə  hərəkət  funksiyasım  yerinə 

yetirir. 

Tonofıbrillər keratin zülalından təşkil olunmaqla hüceyrədə mexaniki və 

ya  istinad  vəzifəsini  həyata  keçirə¬rək,  epitel  hüceyrəsinə  möhkəmlik 

verir. 

Mikroqovuqcuqlar  mühafizə  funksiyasını  daşıyır,  su  və  mineral 



maddələrin  sorulma  prosesində  iştirak  edir.  Çoxhüceyrəli  heyvan  və  ya 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə