S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə18/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   14   15   16   17   18   19   20   21   ...   153

59 

 

Hüceyrənin  hərəkəti.  Xarici  qıcıqlanmaya  qarşı  pro-  toplazmanm  ən 



elementar cavab reaksiyası onun hissə¬ciklərinin daxili yerdəyişməsi ilə 

əlaqədardır.  Bunun  nəticəsində  həyatın  ən  xarakterik  funksiyalarından 

biri  olan  hərəkət  baş  verir.  Fəaliyyətdə  olan  hüceyrələrdə  nüvə, 

sitoplazma, orqanellər və digər struktur hissəcikləri daim • hərəkətdədir. 

Hüceyrənin  hərəkəti  bir  neçə  növdür:  amöbə-  bənzər,  sürüşmə  tipli, 

vintəbənzər  və  s.  Amöbəbənzər  hərəkət  yalançı  ayaqların  köməyilə  baş 

verir. Sürüşmə tipli  

hərəkətdə  hüceyrə  müəyyən  substrat  üzərində  sanki  sürüşərək  hərəkət 

edir.  Bu  hərəkət  formaları  çox  zəif  olur.  Daha  sürətli  hərəkət  xüsusi 

çıxıntıların-qamçı  və  kirpiklərin  köməyilə  baş  verir.  İnsanlarda  daha 

yüksək hərəkət forması əzələ hərəkəti ilə əldə edilir. Həmin hərəkət əzələ 

hücey¬rələrinin  köməyilə  həyata  keçir.  Bu  hüceyrələrdə  yığılma 

qabiliyyətinə  malik  spesifik  zülallar  (aktinomiozin  komplek¬si)  və 

yığılma  qabiliyyətinə  malik  miofibrillər  vardır.  Hüceyrənin  hərəkəti  də 

həmin miofibrillərlə əlaqədardır. 

Hüceyrənin  böyüməsi.  Canlı  orqanizmin,  onun  orqanla¬rının  müəyyən 

ölçüsü  onu  təşkil  edən  hüceyrələrin  böyüməsi,  bölünməsi  və  s. 

proseslərdən  asılı  olur.  Hüceyrənin  böyüməsi  dedikdə,  onun  kütləsinin 

çoxalması və morfometrik göstə¬ricilərin artması nəzərdə tutulur. Hər bir 

canlı hüceyrə böyümə qabiliyyətinə malikdir. Lakin hüceyrənin böyüməsi 

hədsiz deyildir; onun müəyyən hüdudu vardır. 

Hüceyrənin böyüməsi onun daxilində gedən assimil¬yasiya proseslərinin 

dissimilyasiya  proseslərinə  üstün  gəlməsi  kimi  qiymətləndirilməlidir. 

Buna müvafiq olaraq, sintez prosesləri gücləndikdə, hüceyrənin ölçüləri 

arta, zəif-lədikdə isə azala bilər. Hüceyrənin ölçüsü bir çox amillər¬dən - 

orqanizmin ümumi ölçülərindən, yaşından, cinsiy¬yətindən, fiziki inkişaf 

dərəcəsindən, bir çox xarici mühit amillərinin təsirindən asılı olur. 

downloaded from KitabYurdu.org




60 

 

Hüceyrənin bölünməsi. Canlı hüceyrənin bioloji xüsu¬siyyətlərindən biri 



də onun öz-özünü törətmə, yəni çoxalma qabiliyyətinə malik olmasıdır. 

Bu  xüsusiyyət  canlı  aləmin  daimiliyini  təmin  edir.  Hüceyrənin 

bölünməsinin  bir  neçə  forması  vardır.  Somatik  hüceyrələr  mitoz  və 

amitoz  yolla,  cinsiyyət  hüceyrələri  isə  meyoz  və  ya  reduksion  formada 

bölünür. Somatik hüceyrələrin mitoz yolla bölünməsi çoxalmasının əsas 

formasıdır. 

Mitoz  bölünmənin  bioloji  mahiyyəti  irsi  xassələrin  hüceyrə  nəsillərinə, 

yəni  bölünən  hüceyrədən  bölünmüş  yeni  hüceyrələrə  qanunauyğun 

şəkildə verilməsini təmin etmək¬dən ibarətdir. Bu bölünmənin əsasında 

başlıca olaraq 

«ana» hüceyrədə xromosomların ikiqat artması - redupli- kasiya və həmin 

xromosomların  düzgün  olaraq  eyni  miq¬darda  iki  «qız»  hüceyrələr 

arasında paylanması durur. İnterfaza dövründə xromosomlarda olan DNT 

molekulları ■ avtoreduplikasiyaya uğrayır. Xromosomların sayı iki dəfə 

artmış  olur.  Bu  dövrdə  eyni  zamanda  hüceyrə  mərkəzi  (sentriollar)  da 

ikiləşir. Mitoz bölünmə dörd mərhələdə həyata keçir: profaza, metafaza, 

anafaza, telofaza. 

Profaza mərhələsində ikiləşmiş sentriollar sentrosferlə əhatə olunaraq bir 

cüt  dənələr  şəklində  hüceyrənin  iki  qütbünə  çəkilir  və  qütblər  arasında 

mərkəzi  axromatin  saplar  əmələ  gətirir.  Nüvəciyin  ölçüləri  kiçilərək 

tamamilə  itməsinə  səbəb  olur.  Nüvə  membranı  dağılır,  sitoplazma  ilə 

qarışır, xromo- somlar əvvəl yumaq şəklində yerləşir, sonra bir-birindən 

ayrı¬laraq, sentromerlər vasitəsilə axromatin iyin saplarına bağlanır. 

Metafaza mərhələsində xromosomlar ayrılaraq, qız xromosomları əmələ 

gətirir. 

Anafaza mərhələsində xromosomlar bərabər sayda hüceyrənin qütblərinə 

çəkilir.  Hər  qütbə  ana  hüceyrədə  .  olan  qədər  xromosom  yığılır  və  bir-

downloaded from KitabYurdu.org




61 

 

birinə sıxlaşır. Eyni zamanda mitoxondrilər, endoplazmatik tor və hücey- 



rədaxili tor aparatda qütblər yaxınlığında paylanır. 

Telofaza son mərhələ olub, bu vaxt qız nüvələr yaranır və ana hüceyrənin 

sitoplazması iki yerə bölünür. Nəhayət, iki yeni hüceyrə əmələ gəlir. Hələ 

nüvə  membranı  əmələ  gəlməmiş  nüvənin  daxilində  bir  və  ya  bir  neçə 

nüvəcik  çıxır.  Telofazanın  sonunda  axromatin  iy  dağılır  və  sorulur, 

hüceyrə cismi bölünür. 

Mitoz  prosesinin  davametmə  müddəti  orqanizmdən  və  hüceyrənin 

nüvəsindən asılı olaraq  müxtəlifdir. Heyvan və insan hüceyrələrində bu 

əsasən  2-5  saata  bərabər  olur.  Həmin  müddət  mitozun  mərhələləri 

arasında  da  bərabər  paylanmır.  Mitoz  bölünmənin  hər  bir  toxumanın 

artması  və  fizioloji  regenerasiya  prosesləri,  yəni  toxumanın  özünü 

təzələməsi üçün böyük əhəmiyyəti vardır. 

Hüceyrələrin  az  qismi  amitoz  yolla  bölünür.  Bölünmə  zamanı  hüceyrə 

nüvəsi ortadan aralanaraq, iki «qız»  

«qız»  hüceyrə  yaranır.  Yeni  hüceyrələr  öz  fuksiyalarını  fəal  sıırətdə 

davam etdirə bilir. 

Hüceyrənin  qocalması.  Qocalma  elə  hüceyrələrə  aid  edilir  ki,  bu 

hüceyrələrin ömrü orqanizmin öz ömrünə bəra¬bər olsun. Belə ki, həmin 

hüceyrələrdə orqanizmin qocal¬ınası ilə əlaqədar dəyişikliklər baş verir. 

Belə hüceyrələrə sinir və eninəzolaqlı əzələ lifləri aiddir. Bu hüceyrələr 

hələ  embrional  dövrün  axırlarında  bölünmə  qabiliyyətini  itirə¬rək, 

orqanizmin  həyatının  sonuna  qədər  yaşayır.  Yaşlı  adamlarda  həmin 

hüceyrələr cavan orqanizmlə müqayi¬sədə, doğrudan da, elə dəyişikliklər 

kəsb  edir  ki,  onları  qocalıq  əlamətləri  hesab  etmək  olar.  Qocalmış 

hüceyrələr¬də  morfoloji,  funksional,  fiziki-kimyəvi  və  biokimyəvi 

xarakterli dəyişikliklər müşahidə edilir. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə