S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə26/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   22   23   24   25   26   27   28   29   ...   153

85 

 

Bu  dövrlər  mütləq  xarakter  daşımayıb,  kəskin  infeksion  xəstəliklər 



zamanı aydın nəzərə çarpır, irsi xəstəliklərdə çətin   

ayırd edilir, travmalar zamanı fərqləndirilməsi mümkün olmur, kəskin şüa 

xəstəliyi zamanı isə prodromal və latent dövrlər yerini dəyişir. 

Xəstəliklərin aşağıdakı nəticələri ayırd edilir: 

1. 

Sağalma. 



2. 

Residiv - xəstəliyin təkrarlanması. 

ə. 


Xəstəliyin uzanması, yaxud xronik formaya keç- 

məsi. 


4. Ölüm. 

Sağalma xəstə orqanizmin pozulmuş funksiyalarının bərpa olunması və 

onun ətraf mühitdə yaşamağa uyğunlaş¬ması prosesidir. 

Xəstəlik ərzində orqanizmin pozulmuş özünütənzimi- nin bərpa edilməsi 

mexanizmləri  sanogenez  adlanır.  Sano-  aenezin  əsasını  xəstənin 

sağalmasına  və  reabilitasiyasına  (əmək  qabiliyyətinin  bərpasına) 

yönəlmiş  mühafizə,  uyğun-laşma  və  kompensasiya  reaksiyalarının 

məcmusu təşkil edir. 

Xəstəlik  şəraitində  mühafizə  -  uyğunlaşma  reaksiya¬larının  üç  qrupu 

müşahidə edilir: 

1. 

Sürətli  və  qeyri-sabit  reaksiyalar  -  əsasən  orqaniz¬min  zərərli 



maddələrdən təmizlənməsinə və həyat fəaliyyəti göstəricilərinin normal 

səviyyədə  saxlanılmasına  xidmət  edir  (asqırma,  öskürmə,  qusma,  stress 

zamanı yüksəlmiş arterial təzyiqin normallaşması və s.). 

downloaded from KitabYurdu.org




86 

 

2. 



Nisbi  sabit  reaksiyalar  -  orqanların  ehtiyat  qüvvələ¬rinin 

səfərbərliyə  alınması,  orqanizmin  tənzimedici  sistem¬lərinin  fəaliyyətə 

başlaması, zəhərli maddələrin neytrallaş- dırılması, birləşdirici toxumanın 

mühafizə reaksiyaları. 

3. 

Uzunmüddətli  və  sabit  reaksiyalar  -  kompensator  hipertrofiya, 



reparativ  regenerasiya  (qanitirmə  zamanı  qanın  regcnerasiyası  və  s.), 

infeksion xəstəliklər nəticəsində törənən imrnun reaksiyalar və s. 

Ölüm  orqanizmin  həyat  fəaliyyətinin  dayanmasıdır.  Ölümün  təbii  və 

vaxtından qabaq, yaxud patoloji formaları mövcuddur. 

Təbii ölüm həyatın təbii dayanması, orqanizmin həd¬dən artıq qocalması 

və  onun  funksiyalarının  sönməsidir,  yəni  fərdin  yaşamasının  təbii  başa 

çatmasının nəticəsidir. 

Patoloji  ölüm  hər  hansı  yaşda  və  vaxtından  qabaq  baş  verə  bilər.  Onun 

zorakı  (öldürülmə  və  ya  öz-özünü  öldür¬mə)  yolla  təzahür  etməsi 

mümkündür,  yaxud  müəyyən  qəzadan,  xəstəlikdən  irəli  gələ  bilər.  Ani 

ölüm  qəflətən  baş  verən  ölümə  deyilir.  İnsanın  ölümünün  bilavasitə 

səbəbi ürəyin, yaxud tənəffüs hərəkətlərinin dayanmasıdır. 

Klinik  və  bioloji  ölüm  ayırd  edilir.  Klinik  ölüm  zamanı  ürəyin  və 

tənəffüsün  işi  dayanır,  bütün  reflekslər  yox  olur.  Klinik  ölüm  5-6 

dəqiqədən çox çəkmirsə, o dönən prosesdir. Bioloji ölüm isə orqanizmdə 

və  ilk  növbədə  sinir  sistemində  geri  dönməyən  üzvi  dəyişikliklərlə 

xarakterizə olunur. 

Bəzi hallarda həyatdan klinik ölümə keçmə vaxtı uzanır və ölməkdə olan 

adam  üçün  bu  çox  əzabverici  olur.  Buna  canvermə  deyilir.  Canvermə 

ölməkdə olan adamın həyatının son mərhələsidir. 

Ölümün  şərtsiz  əlamətləri  bədənin  soyuması,  qıc  olması  və  meyit 

ləkələrinin görünməsidir. Meyit ləkələri bədənin alt hissələrində görünür. 

downloaded from KitabYurdu.org



87 

 

Reanimasiya  (orqanizmin  canlandırılınası)  süni  təd¬birlər  kompleksi 



tətbiq  etmək  yolu  ilə  orqanizmin  klinik  ölüm  halından  çıxarılmasıdır. 

Ölüm  həyat  üçün  vacib  orqanlarda  -  ürək,  beyin  və  ağciyərlərdə  baş 

verdikdə canlandırma mümkün deyildir.  

IV.  TİPİK PATOLOJİ PROSESLƏRİN 

BƏZİ FORMALARI 

Hüceyrə  və  toxuınalardakı  müxtəlif  patoloji  proseslərin,  patoloji  və 

mühafizə  reaksiyalarının  təkamül  prosesində  formalaşmış  daimi 

kombinasiyaları  tipik  patoloji  proses  adlanır.  Tipik  patoloji  proseslər 

səbəbindən,  lokalizasiyasm-  dan  asılı  olmayaraq,  əsasən  eyni 

qanunauyğunluqlar üzrə inkişaf edir. Məsələn, hər hansı bir toxumanın və 

ya orqanın iltihabı zamanı iltihaba xas olan  əlamətlərin eyni kompleksi 

(qızartı,  şişkinlik,  temperaturun  yüksəlməsi,  ağrı,  funksiya¬ların 

pozulması) müşahidə edilir. 

Bir  qayda  olaraq,  tipik  patoloji  proseslər  orqanizmin  xəstəliktörədici 

amilə  qarşı  mühafizə  reaksiyası  kimi  başlanır,  sonra  isə,  həddən  artıq 

inkişaf etdikdə, özü orqanizm üçün ziyanlı olur. Tipik patoloji proseslərə 

hüceyrə zədələnməsi, maddələr mübadiləsinin tipik pozulmaları, iltihab, 

qızdırma,  hipoksiya,  aclıq,  allergiya,  şişlər,  ekstremal  vəziyyətlər  və  s. 

aiddir. 

Hüceyrə zədələnməsi 

Bədəndəki  hər  hansı  patoloji  proses  ilk  növbədə  canlı  orqanizmin 

struktur-funksional  vahidi  olan  hüceyrələrin  zədələnməsi  ilə  başlanır. 

Zədələnmə  hüceyrələrin  ara  maddə  ilə  qarşılıqlı  əlaqəsini,  orqan  və 

sistemlərin funksiyalarını pozur ki, bu da xəstəliyin inkişafına səbəb olur. 

Odur ki, 

.  xəstəliklərin  törənməsinin,  inkişafının  və  nəticəsinin  öyrənil¬məsi 

hüceyrə zədələnməsi haqqında təlimlə sıx əlaqədardır. 

downloaded from KitabYurdu.org




88 

 

Xəstəliktörədici  amillərin  təsirindən  hüceyrənin  quru¬luşunun  və 



funksiyalarının pozulmasına hüceyrə zədələn¬məsi deyilir. 

Orqanizmə  təsir  göstərən  saysız-hesabsız  amillərin  hamısı  hüceyrəni 

zədələyə bilər. Odur ki, hüceyrə zədələn- məsinin səbəbləri həddən artıq 

çoxdur. Onları müxtəlif prinsiplər üzrə qruplaşdırmaq olar. İlk növbədə 

fiziki,  

kimyəvi, bioloji amillər ayırd edilir. Bunlar ekzogen və ya endogen ola 

bilər. Hüceyrəni infeksion və qeyri-infeksion amillər də zədələyə bilər. 

Hüceyrəni  zədələyən  fiziki  amillər  özləri  də  çox  müxtəlifdir:  mexaniki 

(zərbə, dartınma, sıxılma və s.), termik (yüksək və ya aşağı temperatur), 

elektrik,  radiasion  (ultrabənövşəyi,  rentgen,  radioaktiv  şüalar)  amillər, 

sərbəst radikallar, elektromaqnit dalğaları və s. 

Kimyəvi amillərə üzvi və qeyri-üzvi turşu və qələvilər, ağır metal duzları, 

sitotoksik birləşmələr (sianidlər və s.), pozulmuş maddələr mübadiləsinin 

məhsulları və s. aiddir. Bir sıra dərmanlar (strofantin, insulin və s.) düzgün 

tətbiq  edilmədikdə,  xüsusən  dozası  artıq  götürüldükdə,  hüceyrə¬ləri 

zədələyir.  Eyni  kimyəvi  maddənin  çatışmaması  da,  miqdarının  çox 

artması  da  hüceyrələri  zədələyə  bilər.  Məsələn,  toxumalarda  oksigen 

çatışmadıqda,  hüceyrələr  oksidləşmə  prosesləri  pozulduğu  üçün, 

oksigenin  miqdarı  həddən  artıq  olduqda  isə  lipidlərin  peroksid  yolu  ilə 

sərbəst  radikallı  oksidləşməsi  prosesinin  fəallaşması  nəticəsində 

zədələnir. 

Ən müxtəlif bioloji amillər orqanizmə infeksion (viruslar, rikketsiyalar, 

mikroorqanizmlər, göbələklər və s.), parazitar (bağırsaq qurdları), toksik 

(ilan,  əqrəb,  arı  və  s.  zəhərləri,  bəzi  bitkilərin  şirələri),  mexaniki 

(heyvan¬ların  dişləməsi,  buynuzla  vurması  və  s.)  təsirlər  göstərməklə 

hüceyrələri zədələyə bilər. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə