S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə34/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   30   31   32   33   34   35   36   37   ...   153

111 

 

soyuması  siqnalları  kimi  qəbul  edərək,  istiliyin  kimyəvi  tənzimi 



mexanizmlərini işə salır və bədəndə istiliyin əmələ gəlməsi artır. 

Qızdırmanın gedişində 3 mərhələ ayırd edilir: 

I. 

Bədən  tempereturunun  yüksəlməsi.  Temperaturun  yüksəlməsinə 



orqanizmdə istiliyin əmələ gəlməsinin 

• artması və istilik vermənin azalması səbəb olur. 

II. 

Temperaturun yüksək səviyyədə qalması. İstiliyin həm orqanizmdə 



əmələ  gəlməsi,  həm  də  xaricə  verilməsi  artır,  amma  bunlar  arasında 

yüksək  səviyyədə  dinamik  tarazlıq  yarandığından,  temperatur  həmin 

səviyyədə  qalır.  Bu  mərhələ  istiliyin  tənzimində  iştirak  edən  mərkəzi 

reseptorların istiyə və soyuğa qarşı həssaslığının normaya yaxınlaşması 

ilə əlaqədardır. 

III.  Temperaturun  enməsi.  Orqanizmdə  pirogen  maddələrin  miqdarı 

azaldıqca, termoreseptorların soyuğa qarşı həssaslığı azalıb, istiyə qarşı 

həssaslığı  artdığından,  orqanizmdə  istiliyin  əmələ  gəlməsi  azalır,  istilik 

vermə artır və bədən temperaturu azalır. 

Qızdırmanın  birinci  mərhələsində  bədən  temperaturu  sürətlə,  2-3  saat 

ərzində (krupoz pnevmoniya, qrip, malyariya, skarlatina və s. zamanı) və 

ya  tədricən,  bir  neçə  gün  ərzində  (qızılca,  qarın  yatalağı  və  s.  zamanı) 

yüksələ  bilər.  Temperaturun  xüsusən  sürətlə  artması  üşütmə,  müxtəlif 

ölçülü əzələlərin yığılması («qaz dərisi», əzələ titrəməsi), dərinin rənginin 

avazıması,  tər  ifrazının  kəsil¬məsi,  qanda  şəkərin  miqdarının  bir  qədər 

artması  ilə  müşayiət  edilir.  Başağrısı  və  əzələlərdə  ağrı,  qusma,  sidik 

ifrazının artması müşahidə edilə bilər. 

Temperatur  yüksəldikdən  sonra  periferik  damarlar  genişlənir,  dəri 

(xüsusən üzün dərisi) qızarır, isti və quru olur. Tər ifrazı artıb, diurez azala 

bilər. 


downloaded from KitabYurdu.org


112 

 

Üçüncü mərhələ bədən temperaturu normal yaxud daha aşağı səviyyəyə 



tədricən  bir  neçə  gün  (litik  enmə),  sürətlə  bir  neçə  saat  (kritik  enmə) 

ərzində  enir.  Kritik  enmə  güclü  tərləmə  ilə  müşayiət  olunur.  Bədən 

temperaturunun sürətlə enməsi (kriz) zamanı orqanizm sürətlə yeni şəraitə 

uyğunlaşmalıdır. Bu isə xoşagəlməz hallara, infeksion xəstəliklər zamanı 

hətta kəskin damar çatışmazlığına (kollaps) səbəb ola bilər. 

İnsanın qoltuqaltı çuxurda ölçülən normal bədən 

temperaturu (36,4 - 36,8°C) səhər saat 3 - 6-da ən aşağı, axşam saat 5 - 9-

da ən yüksək olur, bunlar arasındakı fərq 

isə 0.6°C-dən artıq olmur. Gərgin fiziki iş zamanı, qida qəbulundan sonra 

və isti otaqda bədən temperaturu bir qədər yüksələ bilər. Patoloji şəraitdə 

temperaturun  II  mərhələdə  hansı  səviyyəyədək  yüksəlməsindən  asılı 

olaraq, dörd növ qızdırma ayırd edilir: 

37 

- 38°C - subfebril; 



38 

- 39°C - mötədil; 

39 

- 41 °C - yüksək; 



41°C və daha yüksək - hiperpiretik. 

Adətən xəstələrin temperaturunu səhər saat 7 - 8-də və axşam saat 5 - 7-

də  ölçüb,  nəticəni  onların  temperatur  vərəqinə  qeyd  edirlər.  Bu  üsulla' 

alman  temperatur  əyriləri  müxtəlif  xəstəliklər  zamanı  xəstəliktörədici 

amilin orqa-nizmdə keçirdiyi inkişaf dövründən asılı olaraq bir- birindən 

fərqlənir.  Bəzi  xəstəliklərin  xarakterik  temperatur  əyriləri  diaqnozu 

müəyyənləşdirməyə  kömək  edir.  Tempe¬ratur  əyrilərinin  tipinə  görə 

qızdırmanın aşağıdakı növləri ayırd edilir: 

1. 

Daimi  -  bədən  temperaturunun  səhər  -  axşam  fərqi  l°C-dən  artıq 



olmur (krupoz pnevmoniya, səpgili yatalaq, qarın yatalağının I mərhələsi 

və s.). 


downloaded from KitabYurdu.org


113 

 

2. 



Zəiflədici - bədən temperaturunun səhərki minimal səviyyəsi 37°C-

dən,  sutkalıq  tərəddüdləri  l°C-dən  artıq  olur  (virus  infeksiyalarmm 

əksəriyyəti, bir çox bakterial infeksiyalar, həmçinin ocaqlı pnevmoniya, 

ekssudativ plevrit, vərəm, qarın yatalağının son dövrü və s.). 

3. 

Üzücü  (hektik)  -  sutka  ərzində  bədən  temperaturu  ■  3  -  5°C 



hədlərində dəyişilir (sepsis, kavernoz vərəm, irinli 

infeksiyalar və s.). 

4. 

Fasiləli  -  qısamüddətli  qızdırma  tutmaları  qızdır-  ınasız  keçən 



dövrlərlə  əvəz  olunur  (malyariya  plazmo-  diumunun  növündən  asılı 

olaraq qızdırma tutmaları hər gün, günaşırı və ya 3 gündə bir dəfə olur). 

5. 

Dalğavarı  -  qızdırma  dövri  olaraq  artır  və  azalır  (brusellyoz, 



limfoqranulomatoz və s.). 

6. 


Qayıdan - qızdırma ilə keçən və qızdırmasız dövrlər növbələşir ki, 

bunların da davametmə müddəti bir sutkadan bir neçə sutkayadək ola bilər 

(qayıdan yatalaq, limfoqranulomatoz və s.). 

7. 


Təhrif olunmuş - səhər bədən temperaturu axşama nisbətən yüksək 

olur və bəzən gün ərzində bir neçə dəfə dəyişilir (sepsis, vərəm, brusellyoz 

və s.). 

8. 


Qeyri-müntəzəm - bədən temperaturunun səhər- 

• 

axşam tərəddüdləri ayrı-ayrı günlərdə müxtəlif olur (sepsis, vərəm, 



revmatizm, endokardit və s.). 

9. 


Atipik  -  sirkad  (sutkalıq)  ritm  tam  pozulmaqla  bədən  temperaturu 

sutka ərzində qanunauyğun olmayan surətdə tərəddüd edir (sepsis). 

10.  Efemer  (birgünlük)  -  bir  neçə  saat  davam  edən  qızdırma  (yüngül 

infeksion  xəstəliklər,  günvurma,  qan-  köçürmə,  venaya  inyeksiyalar  və 

s.). 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə