S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə33/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   29   30   31   32   33   34   35   36   ...   153

107 

 

nəzərə çarpmasına görə alterativ, ekssudativ və prolifera- tiv iltihab ayırd 



edilir. Ekssudativ iltihab özü də ekssudatın tərkibinə görə seroz, kataral, 

fibrinoz, hemorragik, irinli, çürüntülii, qarışıq ola bilər. 

iltihabın  nomenklaturasının  bəzi  prinsipləri  vardır.  Orqanın  iltihabı 

latınca adma «itis» (dilimizdə «it») şəkilçisi artırmaqla ifadə edilir ki, bu 

da  çox  vaxt  müvafiq  xəstəliyin  adı  olur  (qastrit,  bronxit,  appendisit, 

ensefalit və s.). Həmin şəkilçisiz müəyyən orqanın iltihabını göstərən bəzi 

terminlər  qəbul  olunmuşdur  (pnevmoniya  -  ağciyərin  iltihabı,  angina  - 

əsnəyin və damaq badamlarının iltihabı, zökəm - burunun selikli qişasının 

iltihabı və s.). Boşluqlu  

orqanların  daxili  təbəqələrinin  iltihabı  «endo»  (endometrit  -  uşaqlığın 

daxili  qişasının  iltihabı),  orta  təbəqənin  iltihabı  «mezo»  (mezoaorlit  - 

aortanın orta təbəqəsinin iltihabı), daxili orqanların seroz qişasının iltihabı 

«peri»  (periqastrit),  orqanı  əhatə  edən  toxumanın  iltihabı  «para» 

sözönlüyü  artırmaqla  göstərilir.  Məhdud  irinli  iltihab  prosesi  abses 

(aaracivər absesi). bos birləşdirici toxumalarda (dəri altında. 

• 

əzələlər,  orqanlar  arasında  və  s.)  yayılan  iltihab  fleqmona,  bədən 



boşluğunda irin toplanması empiema adlanır. 

İltihabın nəticəsi prosesin xarakterindən, bədənin hansı hissəsində olub, 

nə dərəcədə yayılmasından, həmçinin orqanizmin reaktivliyindən' asılıdır. 

Alterasiya  cüzi  olduqda,  spesifik  elementlərin  regenerasiyası  hesabına 

toxumaların strukturu və funksiyaları tam bərpa oluna bilər. Toxumanın 

defekti  böyük  olduqda,  çapıq  əmələ  gəlir.  Çapıq  funksiyalara  təsir 

ğöstərməyə  də  bilər,  orqanın  və  ya  toxumanın  deformasiyasına  və  ya 

yerdəyişməsinə  səbəb  ola  bilər.  Nekrotik,  eləcə  də  ekssudativ  (xüsusən 

fibrinoz, irinli) iltihab lokalizasiyalarmdaıı və yayılmasın¬dan asılı olaraq 

orqanın və ya orqanizmin ölümü ilə nəticələnə bilər. Proliferativ iltihab 

zamanı birləşdirici toxuma həddən çox artdıqda, orqanın sklerozu və ya 

serrozu 


downloaded from KitabYurdu.org


108 

 

• 



inkişaf edir. Kəskin iltihab xronik hala da keçə bilər. 

Bütün  kəskin  patoloji  proseslər  kimi,  iltihab  da  orqanizmin  zədələyici 

amilə  qarşı  mühafizə  reaksiyası  kimi  əmələ  gəlir.  İltihab  ocağında 

hüceyrələr  sürətlə  çoxalır,  faqositoz  prosesi  güclənir,  əks-cisimlərin 

yaranması sürətlənir ki, bu da orqanizmin immunitetini yüksəldir. 

İltihab ödcmi bakteriya və toksinlərin orqanizmə yayılmasını ləngitməklə 

baryer funksiyası daşıyır. Kollagen zülalın sintezi zədələnmiş nahiyədə 

regenerasiyanı sürətlən- 

"> 4 

dirir, çapıq əmələ gəlib, defekti bərpa edir. 



Bununla bərabər, iltihab prosesi orqanizm üçün ziyansız olmur. Məsələn, 

natamam faqositoza uğramış, yəni faqositlərin udub, həzm edə bilmədiyi 

bakteriyalar  qanla  oroanizmin  basaa  nahivəsınə  vavıla  bilər.  Güclü 

ekssudasiva 

i- 




  



ümumiyyətlə  xoşagəlməz  hadisədir.  Ekssudat,  məsələn,  ağci¬yərin 

iltihabı  zamanı  onun  alveollarmda  toplandıqda  isə,  tənəffüsü  pozaraq, 

orqanizmdə ağır hal törədir. 

downloaded from KitabYurdu.org




109 

 

Qızdırma 



Qızdırma  -  ali  istiqanlı  heyvanlarda  və  insanda  infeksion  və  qeyri-

infeksion  qıcıqlandırıcılarm  təsirinə  qarşı  orqanizmin  ümumi  cavab 

reaksiyası kimi bədən temperaturunun yüksəlməsidir. 

Hələ  qədimdən  insanın  bədən  temperaturunun  yüksəlməsi  xəstəlik 

əlaməti sayılırdı və qızdırma alimlərin 



! r ~ ş&KİzA 

(Hippokrat, Qalen, ibn Sina və s.) diqqətini cəlb etmişdi. Qızdırma tipik 

patoloji  proses  kimi  təkamül  prosesində  iltihabdan  sonra  (ilk  dəfə 

gəmiricilərdə və həşəratyeyən- lərdə) yaranmışdır. Filogenetik baxımdan 

bu  proses  mərkəzi  sinir  sistemi  daha  yüksək  diferensiasiya  etmiş 

canlılarda daha artıq təzahür edir. 

Bədən  temperaturunun  yüksəldiyi  halların  (əzələ  işi,  istivurma  və  s.) 

hamısı  qızdırma  deyildir.  Xarici  mühit  temperaturunun  yüksəlməsi  ilə 

əlaqədar olan hipertermiya- dan fərqli olaraq, qızdırma pirogen (yun. pir 

-  od,  atəş,  hərarət)  maddələrin  istilik  tənzimi  mərkəzlərində  törətdiyi 

dəyişikliklər  nəticəsində  orqanizmin  özündə  əmələ  gələn  istiliyin 

hesabına yaranır. 

Pirogen  maddələr  ekzogen  və  ya  birincili,  endogen  və  ya  ikincili  olur. 

Qızdırmaya ən çox infeksion mənşəli pirogenlər səbəb olur ki, bunlar da 

infeksiya 

törədicilərinin 

(viruslar, 

mikroorqanizmlər, 

parazitlər, 

rikketsiyalar,  göbələkciklər)  struktur  elementləri  və  ya  mübadilə 

məhsullarıdır. 

Aseptik travmalar, orqan və toxumaların nekrozu (miokard, ağciyər, dalaq 

infarktı,  şişlərin  parçalanması),  eritrositlərin  hemolizi,  qeyri-infeksion 

iltihab, allergik reaksiyalar zamanı orqanizmin öz toxumalarında qeyri- 

infeksion pirogenlər azad olub, qızdırma törədir. 

downloaded from KitabYurdu.org



110 

 

Müxtəlif kimyəvi üsullarla mikroorqanizmlərdən yüksək aktivliyə malik 



az zəhərli təmiz ekzogen pirogen maddələr (pirogenal, pireksal, piromen) 

alınmışdır. 

Ekzogen 

pirogen 


maddələr 

quruluşuna 

görə 

lipopolisaxaridlərdir və bakteriya hüceyrəsinin endotoksininə aiddir. 



Bakteriya  hüceyrəsindən  fərqli  olaraq,  orqanizmin  hüceyrə  və 

toxumalarında hazır pirogen amillər yoxdur. Endogen pirogen maddələr 

patoloji  proseslər  zamanı  •əmələ  gəlir.  Infeksion  xəstəliklər  zamanı, 

toxumaların  zədələnməsi,  iltihab  prosesi,  pirogen  təbiətli  maddələrin 

artmasına səbəb olur. Endogen pirogen maddələrin mənbəyi zədələnmiş 

hüceyrələr, ekssıidat, dəyişilmiş qan zülalları, neytrofil leykositlər və s. 

ola bilər. 

Belə hesab edilir ki, pirogen təbiətli maddələr mikrob endotoksinləri ilə 

neytrofillərin təmasda olması zamanı  əmələ gəlir. Bu zaman leykositlər 

dağılmır və öz funksi¬yasını saxlayır. 

Bəzi  endogen  hiperemiyalar  zahirən  qızdırmaya  bənzəsə  də,  əslində 

pirogenlərin təsiri ilə əlaqədar olmadığından, «qızdırmayabənzər hallaı*» 

adlanır. Bunlar nevrogen (sentrogen, psixogen, refleksogen), endokrin və 

ya dərmanlarla əlaqədar ola bilər. 

Endogen  pirogenlərin  kiçik  dozalarını  beyinin  yan  mədəciklərinə 

yeritdikdə,  tezliklə  qızdırma  yaranır.  Bunların  istilik  tənzimi  mərkəzinə 

təsiri 

fermentativ  xarakter  daşıyır.  Endogen  pirogenlər  sinir 



hüceyrələrində Eı prostaqlan- 

dinlərinin 

sintezini 

sürətləndirir. 

Bunlar 

isə 


siklik 

3', 


5' 

adenozinmonofosfatı parçalayan fosfodiestereza fermentini 

fəaliyyətdən  salır.  Siklik  3',  5'  AMF  parçalanmayıb,  istilik  tənzimi 

mərkəzlərinin  neyronlannda  toplanaraq,  onların  oyanıcılığmı  dəyişdirir. 

Nəticədə  həmin  neyronlar  qanın  normal  temperaturunu  və  periferik 

termoreseptorlardan  gələn  normal  afferent  impulsları  orqanizmin 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə