S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə41/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   37   38   39   40   41   42   43   44   ...   153

133 

 

insanın qanı plazmadan və qanın formalı element¬lərindən ibarətdir. Qan 



bədən çəkisinin orta hesabla 7,5 faizini təşkil edir ki, bu da yaşlı insanda 

5-6  litrə  bərabərdir.  Orqanizmdə  qanın  45  -  50%-i  qan  depolarında  - 

dalaqda,  qaraciyərdə  və  dərialtı  kapilyarlarda  olur.  Qanın  üçdə  iki 

hissəsinin  itirilməsi  ölümlə  nəticələnir.  Qanın  aktiv  reaksiyası  zəif 

qələvidir.  Onun  kişilərdə  47  faizini,  qadın¬larda  isə  42  faizini  formalı 

elementlər təşkil edir. 

Formalı  elementlər  çökdürüldükdən  sonra  qanın  plazması  alınır. 

Plazmanın 90-92 faizini su, qalan hissəsini quru maddə təşkil edir. Quru 

maddənin çox hissəsi üzvi maddələrin payına düşür. 

Qanda  həll  olmuş  ion  və  molekullar  (əsasən  mineral)  onun  osmotik 

təzyiqini, zülallar isə onkotik təzyiqini əmələ gətirir. Osmotik təzyiq qanla 

hüceyrələr  arasındakı  maddələr  mübadiləsində,  onkotik  təzyiq  isə  su 

balansının tənzimində mühüm rol oynayır. 

Qanın formalı elementləri eritrositlər, leykositlər və trombositlərdir. 

Eritrositlərin və ya qırmızı qan hüceyrələrinin əsas 

bioloji funksiyası qaz mübadiləsində iştirak etməsidir. Eyni 

zamanda onlar öz üzərlərində toksinləri, hormonları və s. 

birləşmələri adsorbsiya etmək qabiliyyətinə malikdir.    • • 

Eritrositlər qırmızı qan iliyində yaranır. Omrü insanda orta 

hesabla  126  günə  bərabərdir.  Olmüş  eritrositlər  əsasən  qaraciyərdə  və 

dalaqda  dağılır  və  ya  faqositoz  yolu  ilə  udulur.  Bu  zaman  hemoqlobin 

parçalanaraq  bilirubinə  çevrilir  ki,  bu  da  ödün  tərkibində  öd  kisəsindən 

oniki- barmaq bağırsağa keçir. 

Normal şəraitdə insanın hər kub mm qanında 4,5-5 milyon eritrosit və 14-

15 faiz hemoqlobin vardır. Normal şəraitdə kişilərin qanında eritrositlərin 

downloaded from KitabYurdu.org




134 

 

çökmə  sürəti  1  saat  ərzində  3-9  mm,  qadınlarda  7-12  mm,  körpələrin 



qanında 1-2 mm olur. 

Leykositlər və ya ağ qan hüceyrələri, daha doğrusu, onların bəzi növləri 

qana düşmüş mikrob və digər yad cisimləri faqositoz yolu ilə məhv edir. 

Leykositlər müxtəlif xəstəliklərin törədicilərinə və orqanizm üçün uyğun 

zülal  molekullarma  qarşı  antitellərin  (əks-cisimlərin)  əmələ  gəlməsində 

iştirak edir. Leykositlər həmçinin qanın laxta- lanmasmda, qidalanmadan 

sonra  həzm  orqanlarından  qana  keçən  zülal  təbiətli  toksinlərlə  rabitəyə 

girərək onların xaric olunmasında iştirak edir. 

Leykositlərin ümumi sayı qanın hər kub ııım-də 4-9 mindir. Onların ömrü 

orta hesabla 2-15 gündür. Leyko¬sitlər limfa vəzilərində, dalaqda, timus 

vəzisində, qırmızı sümük iliyində və selikli qişa toxumasında əmələ gəlir. 

Leykositlərin  sayının  artmasına  leykositoz,  azalmasına  leykopeniya 

deyilir. 

Trombositlər dalaqda və sümük iliyində əmələ gəlir. Qanm 1 kub mm-də 

onların sayı 200-400 minə bərabərdir. Trombositlərin ömrü 3-5 gün təşkil 

edir. Onlar əsasən qanm laxtalanmasmda mühüm rol oynayır. A və B qrup 

vitaminləri çatışmadıqda trombositlərin sayı azalır. 

Qanyaradıcı orqanların fəaliyyətinə B12, B6 və C vitaminləri müsbət təsir 

göstərir və onu mərkəzi sinir  

sistemi  tənzim  edir.  Simpatik  sinir  sistemi  bu  prosesi  aktiv¬ləşdirir, 

parasimpatik  sinir  sistemi  isə  ləngidir.  Qanyaradıcı  orqanlara 

hormonlardan tiroksin və adrenalin təsir edir. 

Qan orqanizmdə dövr edərək, bir çox funksiyaları yerinə yetirir: 

1. 


Orqanizmin  daxili  mühitinin  əsas  hissəsini  təşkil  edir  və  onun 

sabitliyini saxlayır. 

2. 

Orqanizmin qaz mübadiləsində iştirak edir. 



downloaded from KitabYurdu.org


135 

 

3. 



Qida  maddələrinin,  oksigenin,  həmçinin  lazımsız  mübadilə 

məhsullarının və karbon qazının daşınmasım təmin edir. 

4. 

Orqanizmdə  humoral  tənzimedici  sistemin  fəaliy¬yətinə  kömək 



edir. 

5. 


İfrazat funksiyasında iştirak edir. 

6. 


Bədən temperaturunun tənzimini yaxşılaşdırır. 

7. 


Orqanizmdə su mübadiləsinin tənzimində əsas rol oynayır. 

8. 


Orqanizmdə toxumaların bərpa olunmasına xidmət 

edir. 


9. 

Orqanizmin  mühafizə  funksiyalarının  təşkilində  (immunitet  və 

faqositoz)  qan  xüsusi  rol  oynayır.  Qanın  tərkibindəki  qamma-qlobulin 

zülalları  yoluxucu  xəstəlik¬lərin  törədicisi  olan  mikroorqanizmlərə  və 

viruslara qarşı antitellər kimi çıxış edir, onların zəhərlərini neytrallaşdırır. 

immunitet  -  orqanizmin  infeksion  və  qeyri-infeksion  təbiətli  yad 

maddələrdən miihafizəedilmə qabiliyyətidir. 

İmmunitet bütün canlı orqanizmlərdə təsadüf edilən və irsən keçən, eləcə 

də həyat fəaliyyətində formalaşan mühüm bioloji prosesdir. Bu, insanın 

müxtəlif yoluxucu xəstəliklərdən və yad cisimlərdən qorunmasını təmin 

edir, immunitet anadangəlmə və qazanılma olur. Qazanılma immunitetə 

aktiv və passiv immunitet, passiv immunitetə isə həyat fəaliyyətində təbii 

yaranmış immunitet və süni yaradılmış immunitet aiddir. Daxili sekresiya 

vəzilərində sintez olunmuş hormonlar bu prosesdə bilavasitə iştirak edir. 

Qan qrupları. Qanitirmə zamanı bəzən insana qan köçürmək lazım gəlir. 

Köçürülən  qanın  qrupu  xəstənin  qan  qrupuna  uyğun  olmalıdır.  İlk  dəfə 

1900-cü  ildə  Vyana  alimi  K.  Landşteyner  insanların  qanım  üç  qrupa 

bölmüş¬dür. 1907-ci ildə çex alimi Y. Yanski 4-cü qrupu əlavə etmişdir. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə