S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə38/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   34   35   36   37   38   39   40   41   ...   153

123 

 

neyronlarm lifləri ilə sinirlənir. Dərinin, əzələlərin, vətərlərin, oynaqların 



resep-  toıiarından  gələn  impulslar  hissi  sinirlər  vasitəsilə  mərkəzi  sinir 

sisteminə  verilir.  Onurğa  beynindən  gələn  impulslar  hərəki  sinirlərlə 

əzələyə  ötürülür,  bunun  nəticəsində  əzələ  yığılır.  Əzələlər  iradi  olaraq 

yığılıb,  bədənin  hissələrini  hərəkət  etdirir,  orqanizmin  yeriməsini  və 

müəyyən bir vəziyyət almasını təmin edir. 

insanın hər hansı bir hərəkətində bir-birinin əksinə təsir edən (antaqonist) 

iki  əzələ  qrupu:  oynaqları  bükən  və  açan  əzələlər  iştirak  edir.  Hərəkət 

bükücü və  açıcı  əzələlərin  bir-biri  ilə  əlaqəli  işləməsi,  onurğa  beynində 

oyanma və tormoz- lanma proseslərinin növbələşməsi sayəsində mümkün 

olur. 


Oynağı  açan  və  bükən  əzələlər  eyni  vaxtda  boşalmış  halda  olduqda, 

əzələlər istirahət edir. 

Əzələləri  sümüklərə  vətərlər  bərkidir.  Əzələlər  for¬maca  üç  cür  olur: 

uzun,  qısa  və  enli  əzələlər.  Əzələlər  funksiyalarına  görə  açıcı,  bükücü, 

yaxınlaşdırıcı,  uzaq-  laşdırıcı  və  s.  qruplara,  yerləşməsinə  görə  baş, 

boyun, gövdə, ətraf və s. əzələ qruplarına bölünür. 

Baş  əzələlərinə  çeynəmə  və  mimiki  əzələlər  aiddir.  Çeynəmə  əzələləri 

qidanın  ağız  boşluğunda  xırdalanması  prosesində  iştirak  edir.  Mimiki 

əzələlər isə kəllə sümüklərin¬dən başlanıb üz dərisində qurtardığına görə 

onların  yığılması  üz  dərisinin  relyefinin  dəyişməsinə,  mimikanın 

yaranmasına səbəb olur, nitqin icrasında da mühüm rol oynayır. 

Boyun  əzələləri  boyun  nahiyəsinin  müxtəlif  istiqa¬mətlərə  yönəlmiş 

hərəkətlərini, alt çənənin aşağı enməsini və qabırğaların hərəkətini təmin 

edir. Tənəffüs aktının və digər funksiyaların icrasında iştirak edir. 

Döş  əzələləri çiyin qurşağı və  yuxarı  ətrafların hərəkət¬lərini, eləcə  də 

döş  qəfəsinin  həcminin  böyüyüb-kiçilməsini  təmin  edir,  onurğa 

sütununun əyriliklərinin yaranmasında . iştirak edir. 

downloaded from KitabYurdu.org




124 

 

Qarın  əzələləri  qarm  boşluğunu  xaricdən  örtür,  gövdə¬nin  sağa,  sola 



hərəkətlərində, sakit və dərin nəfəsvermə aktlarında, doğuş prosesində və 

s. funksiyaların icrasında iştirak edir. 

Bel əzələləri başın önə, arxaya hərəkətində, nəfəsalma aktının icrasında, 

yuxarı  ətrafların,  kürəklərin  yerdəyişmə¬sində,  onurğa  sütununun 

açılmasında  iştirak  edir.  Ətraf  əzələləri  əsasən  açıcı,  bükücü  və  onları 

müxtəlif tərəflərə hərəkət etdirən əzələ qruplarına bölünür. 

İstinad-hərəkət aparatının xəstəlikləri 

istinad-hərəkət aparatının xəstəliklərinə oynaqların çıxıqları, sümüklərin 



sınıqları, oynaqların iltihabı (artrit), sümüküstlüyünün iltihabı (periostit), 

osteomielit (sümük iliyinin və sümüyün iltihabı), əzilmələr, zədələnmələr, 

yanıqlar, yaralar, donmalar, qanqren, şüalanmalar, sümük və oynaqların 

vərəmi, onların şişləri və s. daxildir. 

Əzilnıə.  Əzilmə  dəri  tamlığı  pozulmadan  gedən  toxuma  zədələnməsinə 

deyilir.  Simptomları:  ağrı,  şişkinlik,  temperaturun  yerli  yüksəlməsi, 

qansızma, yerli funksiya pozulması və s. 

Müalicə: sakitlik, zədələnmiş nahiyəyə yüksək vəziy¬yət vermək, soyuq 

kompres,  buz  qovuğu  qoymaq,  2-3  gün  sonra  qızdırıcı  kompreslər.  İri 

qansızmalarda punksiya edib, qanı sorur, sarğı qoyurlar. 

Osteomielit. Osteomielitin törədicisi stafilokokklardır. • _ 

Infeksiya  qanla  keçir.  Simptomları:  xəstədə  qəfil  üşütmə,  qusma, 

temperaturun yüksəlməsi, susuzluq hissi və s. Yerli əlamətlər: hərəkətin 

pozulması, ağrı, şişkinlik, qızartı, temperaturun yüksəlməsi. 

Müalicə: xəstəni tez xəstəxanaya yerləşdirmək, anti¬biotiklərlə və ümumi 

simptomatik müalicə aparmaq lazımdır. 

downloaded from KitabYurdu.org



125 

 

Artrit.  Oynaqda  kəskin  ağrılarla  başlanır.  Hərəkətlər  pozulur,  yüksək 



temperatur,  başağrıları,  ümumi  halsızlıq  müşahidə  edilir,  iştaha,  yuxu 

pozulur  və  s.  Əsasən  fiziote¬rapevtik  üsullarla  müalicə  edilir.  Yerli  və 

ümumi əlamətləri aradan qaldırmaq üçün də tədbirlər görülür. 

Sümük  vərəmi  vərəm  çöplərinin  sümük  toxumasını  zədələməsi  ilə 

başlanır.  Xəstəlik  ümumi  zəiflik,  halsızlıq,  hərəkətin  pozulması,  rəngin 

avazıması ilə təzahür edir. Ağrılar olur, temperatur yüksəlir, əzələ ağrısı, 

gərginliyi və s. hallar özünü göstərir. 

Müalicə  yerli  və  ümumi  aparılır.  Ümumi  müalicədə  orqanizmin 

möhkəmləndirilməsi  birinci  yerdə  durur.  Vərəmə  qarşı  preparatlardan 

istifadə  olunur.  Yerli  müalicə  isə  xəstə  sümüyün  deformasiyasının 

qarşısını  almağa  yönəldilir,  lazım  gələrsə,  gips  sarğılarından  istifadə 

edilir. 


Sınıqlar və çıxıqlar zamanı ilk yardım 

Kəskin  hərəkət  edərkən,  zərbə  nəticəsində,  hündür  yerdən  yıxılarkən, 

avtomobil  qəzası  və  digər  bədbəxt  hadisə¬lər  nəticəsində  bədənin 

müxtəlif sümükləri sına bilər. Sınıqlar 

qapalı və açıq olur. Sınmış sümüklər görünürsə, yəni əzələnin və dərinin 

tamlığı  pozulmuşsa,  buna  açıq  sınıqlar,  pozul¬mamışsa,  buna  qapalı 

sınıqlar deyilir. Sınmış sümük hissələri yerini dəyişən və ya dəyişməyən 

olur.  Sümük  bir  neçə  yerdən  sınmışsa,  buna  mürəkkəb,  bir  yerdən 

sınmışsa, buna sadə . sınıq deyilir. Güllə və ya qəlpə təsirindən də sınıqlar 

baş verə bilər. Buna güllə sınığı deyilir. 

Sınıqların əsas əlamətləri: ağrı, şişkinlik, normal hərə¬kətin pozulması, 

ətrafların  sınığı  zamanı  onun  qısalması  və  s.  Kəllədaxili  sümüklər 

sındıqda qulaqdan və ya burundan qanaxma, qabırğaların, döş sümüyünün 

sınığında  tənəffüsün  pozulması  müşahidə  edilir,  çanaq  sümüklərinin 

sınığında sidik ifrazı və aşağı ətraflarda hərəkət pozulur. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə