S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə46/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   42   43   44   45   46   47   48   49   ...   153

149 

 

Ürəyin  işi  ürək  əzələsinin  müəyyən  ardıcıllıqla  ritmik  surətdə  yığılıb-



boşalmasmdan ibarətdir. Ürək əzələsinin bir dəfə təqəllüs edib boşalması 

ürəyin bir tsiklini təşkil edir (0,8 san). 1 dəqiqə ərzində ürək tsikli 70-75 

dəfə təkrar olunur. 

Urək tsikli aşağıdakı üç fazadan ibarətdir: 

1) 

qulaqcıqların sistolası (yığılması) -0,1 san; 



2) 

mədəciklərin sistolası -0,3 san; 

3) 

mədəciklərin diastolası (boşalması) və ya ümumi pauza - 0,4 san. 



Orta  yaşlı  insanda  ürəyin  ümumi  həcmi  250-260  kub  sm-ə  bərabərdir. 

Mədəciklər  yığıldıqda  qan  damarlarına  orta  hesabla  65-70  ml  qan 

qovulur. Bu, ürəyin sistolik həcmidir. 

Ürək-damar sisteminin sinir-humoral tənzimi. Bədən- 

dən  izolə  edilmiş  ürəyin  işi  bir  müddət  davam  edir.  Bu,  ürəyin 



avtomatizmini  təmin  edən  aparıcı  sistemin  fəaliyyəti  ilə  izah  olunur. 

Həmin  sistem  bir  neçə  sinir  düyünündən  və  sinir  liflərindən  ibarətdir. 

Ürəyin  işində  xarici  mühit  amil-lərinə  uyğunlaşma  reaksiyaları  yaranır. 

Belə  ki,  müsbət  və  mənfi  emosiyalar,  ağrı  hissi,  xarici  mühit 

temperaturunun yüksəlməsi və ya enməsi halları, günəş kələfi nahiyəsinə 

endirilən fiziki zərbə, bağırsaqlarda qazların yığılması və s. 

bu kimi digər təsirlər ürəyin fəaliyyətində öz əksini tapır. • •  • • 

Ürək  fəaliyyəti  sinir-humoral  yollarla  tənzim  olunur.  Ürəyin  işinə 

tənzimedici təsir göstərən efferent sinirlər azan və sim¬patik sinirlərdir. 

Simpatik  sinirlər  ürək  fəaliyyətini  gücləndirir  və  sürətləndirir,  azan 

sinirlər  isə  zəiflədir  və  yavaşıdır.  Ürəyin  sinir-humoral  tənzimi  biri 

digərini  tamamlayan  vahid  bioloji  prosesdir.  Müxtəlif  tipli  emosional 

downloaded from KitabYurdu.org



150 

 

hisslər  və  nitqlə  ifadə  olunan  şərti  qıcıqlar  reflektor  olaraq  ürək-damar 



sisteminin fəaliyyətinə bəzən güclü təsir göstərir. 

Ürək-damar sisteminin xəstəlikləri 

Bu  sistemin  xəstəliklərinin  ümumi  əlamətləri  aşağıda¬kılardır: 

təngnəfəslik,  ürəkdöyünmə,  ürək  nahiyəsində  ağrılar,  başgicəllənməsi, 

qızdırma. Taxikardiya bəzən müxtəlif emo¬siyaların nəticəsi kimi sağlam 

adamlarda da ola bilər. Bu zaman pişikotu kökünün preparatları yaxşı təsir 

göstərir.  Ürək nahiyəsində ağrı tac damarlarının  mənfəzinin daral¬ması 

nəticəsində miokardm qanla yaxşı təchiz olunmaması ilə əlaqədardır. 

Təngnəfəslik  karbon  qazının  çoxluğundan  tənəffüs  mər¬kəzinin 

qıcıqlanması nəticəsində baş verir. Qanın oksigenlə lazımınca doymaması 

və  karbon  qazının  çoxluğu  kiçik  qan  dövranında  venoz  durğunluğun 

nəticəsidir.  Fiziki  iş  gördükdə  taxikardiya  ilə  birlikdə  təngnəfəsliyin 

əmələ  gəlməsi  iirək  çatışmazlığının  başlanmasının  ilk  əlamətlərindən 

bilidir.  Xəs¬təyə  münasib  vəziyyətdə  oturmağa  kömək  edilir,  oksigen 

veri¬lir. Bəzən başgicəllənməsi, başağrısı, bayılma və zəiflik olur. 

Ürəyin i ş e inik xəstəliyinə - qan dövranının müxtəlif dərəcədə pozulması 

olan stenokardiya, miokard infarktı və kardioskleroz aiddir. 

Döş  anginası  və  yaxud  stenokardiya  tac  damarlarında  qan  dövranının 

pozulması ilə əlaqədar olub, cavan və ahıl yaşlı insanlarda baş verir. Əsas 

əlaməti  ürək  və  ya  döşarxası  nahiyələrdə  tutmaşəkilli  ağrı  və  onun  sol 

qola,  kürəyə,  boyuna  vurması,  bir  neçə  dəqiqədən  bir  neçə  saata  qədər 

davam etməsidir (yarımsaatdan sonra miokard infarktına keçir). Ağrı qan 

dövranının pozularaq miokarda qanın az gəlməsi ilə izah olunur; çox vaxt 

fiziki və psixi gərginlikdən sonra bcişlanır. Ağrı adətən orta şiddətli, az 

hallarda isə güclü olur. Xəstə hərəkətsiz, rəngi avazımış, sifətində qorxu 

və əziyyət ifadəsi olur. Xəstəliyin əvvəllə¬rində tutmalar az-az, sonra isə 

downloaded from KitabYurdu.org



151 

 

hər  gün  olur.  Belə  hallarda  xəstəyə  fiziki  və  psixi  rahatlıq  yaratmaq 



lazımdır. 

Yardım:  tutma  zamanı  dərhal  damargenəldici  dər¬manlar  təyin  edilir: 

damcı və ya tablet şəklində nitroqliserin ağızın selikli qişasından sorulur. 

2-3 damcı qəndin üzərinə damızdırıb, dilin üstünə və ya altına qoyurlar. 

Nitroqliserin  əvəzsiz  dərman  olsa  da,  qısa  müddətli  təsir  edir. 

Uzunmüd¬dətli  təsir  edənlərdən  sustak,  nitronq,  nitromak  və  s.  təyin 

etmək olar. Bunlardan başqa trinitrolonq, izosorbit, nitro- sorbid, kardiket, 

izomak və b. təyin edirlər. 

Ağrıkəsicilərdən  analgin,  baralgin,  dimedrol  və  s.  məsləhətdir. 

Xəstəxanada  ciddi  müalicə  olunur.  Validol  veri¬lir,  cufıllin  40  %-li 

qlükoza ilə venaya vurulur. Ağır hallarda 

dəri altına 0,5 ml 0,1 %-li atropin məhlulu ilə birlikdə I ml 

♦ 

morfın və ya promedol məhlulu yeridilir, isti əl və ya ayaq vannalarından, 



xardal yaxmalarından istifadə edilir. 

Ağır stenokardiya tutmasından sonra xəstə bir neçə gün yataq rejimində 

olmalı, sonra bir müddət dincəlmə¬lidir. Duzu və kalorisi az olan qida 

qəbul etməli, yaxşı istirahətə diqqət yetirməlidir. 

Miokard  infarktı.  Tac  damarlarından  birinin  çox  daral¬ması,  trombla 

tutulması  nəticəsində  ürək  əzələsinin  müəyyən  nahiyəsinin  nekrozudur 

(ölməsi).  Adətən  miokard  infarktına  tac  arteriyalarının  aterosklerozu, 

hipertoııiya  xəstəliyi  və  s.  sə¬bəb  olur.  Şiddətli  həyəcan  təsirindən  də 

infarkt baş verə bilər. Əksərən 40-60 yaşlı, az hallarda cavan adamlarda 

baş verir. 

Miokard  infarktının  əsas  əlaməti  döş  sümüyü  arxa¬sında,  ürək 

nahiyəsində stenokardiyaya xas 20-30 dəqiqə, bəzən bir saat davam edən 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə