S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə44/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   40   41   42   43   44   45   46   47   ...   153

142 

 

Leykozlar - qan sisteminin bədxassəli şiş xarakterli xəstəliyidir. Müstəqil 



xəstəlik  olan  leykoz  simptom  xarak¬teri  daşıyan  leykositozdan  həm  də 

əsasən  leykositlərin  sayının  həddən  çox  (bir  neçə  yüz  min  və  hətta 

milyonadək)  artması  ilə  fərqlənir.  Leykositlərin  yetkin  olmayan  və 

patoloji  formaları  daha  çox  artıb,  normal  leykositlərin,  həmçinin 

eritrositlərin və trombositlərin əmələ gəlməsini zəiflədir. Qanda bunların 

sayı azalır. Leykozun köhnəlmiş leykemiya (ağqanlılıq) adı da bununla 

əlaqədardır. Nəticə-  

də  orqanizmin  infeksiyalara  qarşı  müqaviməti  azalır,  anemiya  inkişaf 

edir,  qanaxmalar  müşahidə  edilir.  Qaraci¬yər,  dalaq,  limfa  vəziləri 

böyüyür. 

Leykozlar kəskin (mieloblast, limfoblast, plazmoblast leykozıı) və xronik 

(mieloleykoz, limfoleykoz, mieloma) olur. 

Leykozlar  zamanı  şüa  müalicəsi  aparılır,  anomal  hü¬ceyrələrin  əmələ 

gəlməsini zəiflədən sitotoksik dərmanlar təyin edilir. 

♦ 

Hemofiliya. irsi xəstəlik olub, qanın laxtalanmama- sıdır. Qanaxma halı 



ilə təzahür edən ağır xəstəlikdir. Qanaxma qanın plazmasında bəzi zülali 

maddələrin  (laxta¬lanma  amillərinin)  lazımi  miqdarda  olmaması 

nəticəsində protrombinin trombinə yavaş çevrilməsi nəticəsində baş verir. 

Xəstəlik  əsasən  kişilərdə  müşahidə  edilir.  Qadınlar  bu  xəstəliyi  öz 

uşaqlarına keçirir, lakin özləri xəstələnmirlər. 

Xəstəliyin ilk əlamətləri hələ uşaqkən aşkar olur. Belə xəstələrdə hər hansı 

travmadan,  hətta  cüzi  bir  zədədən  (sıyrıntı,  iynə  yarası)  sonra  qanaxma 

meydana çıxır ki, bu, saatlarla hətta günlərlə davam edə bilər. Tez-tez dəri 

altına,  əzələyə,  oynaqlara  qansızma  olur.  Bu  sonuncu  halda  xəstələrdə 

oynaqların çətin hərəkətliliyi, ankilozlar əmələ gəlir. Tez-tez təkrar edən 

uzunmüddətli  qanaxma  azqan-  lılığa  səbəb  olur.  Qanı  müayinə  edən 

downloaded from KitabYurdu.org




143 

 

zaman  onun  laxta¬lanma  müddətinin  kəskin  surətdə  yavaşıdığı  aşkar 



edilir. 

Hazırda  hemofiliya  ilə  xəstələnənləri  tam  müalicə  edə  biləcək  dərman 

yoxdur. Artıq başlanmış qanaxmanı dayandıran və qanın laxtalanmasmı 

artıran  ən  etibarlı  üsul  150  -  200  ml  miqdarında  təkrarən  qan,  yaxud 

plazma köçürməkdir. Hemotransfuziya ilə birlikdə yerli qankəsici vasitə 

kimi  soyuq,  təzə  qan  və  plazma  hopdurulmuş  tənzif  kompreslər  tətbiq 

edirlər.  Turnanm  köməyilə  qanaxmanın  dayandırılması  məsləhət 

görülmür.  Xəstələrin  qidasında  müxtəlif  və  lazımi  miqdarda  zülallarla 

vitaminlər olmalıdır. Belə xəstələr zədələnmədən qorunmalı, daim həkim 

nəzarətində olmalıdırlar. 

Qanaxmalar zamanı ilk yardım 

Bədbəxt hadisələr nəticəsində qanaxmalar əmələ gəlir. 

Belə 

hadisələr 



istehsalatda, 

məişətdə, 

nəqliyyatda, 

idman 


meydançalarında və s. baş verə bilər. Bütün zədələn- mələr arasında əsas 

yeri  uşaq  zədələnmələri  tutur  ki,  bu  da  daha  çox  uşaqların  nəzarətsiz 

qaldıqları üçün olur. 

Yaranın ən təhlükəli və yaralının həyatı üçün bilava¬sitə təhlükə törədən 

ağırlaşması qanaxmadır. Qanaxma qanın zədələnmiş qan damarlarından 

xaricə  axmasıdır.  Damar  zədələndikdə  dərhal  baş  verən  qanaxma  ilkin 

qanaxma, bundan bir qədər sonra baş verən qanaxma isə ikincili qanaxma 

adlanır. 

Zədələnmiş  damarın  xarakterindən  asılı  olaraq  qanaxmalar  arterial, 

venoz, kapilyar və parenximatoz olur. 

Arterial qanaxma ən qorxulusudur. Çünki az vaxtda daha çox qan itirilə 

bilər. Arterial qanaxmanın əlamətləri qanın al-qırmızı rəngdə olması və 

sürətlə  axmasıdır.  Venoz  qanaxmada  qanın  rəngi  bir  qədər  tünd  olur. 

downloaded from KitabYurdu.org




144 

 

Kapilyar  qanaxmalar  səthi  zədələnmələr  zamanı,  daxili  orqanlar 



zədələndikdə baş verir. 

Qanın axma yerinə görə daxili və xarici qanaxmalar ayırd edilir. Xarici 

qanaxmada  qan  xaricə  tökülür.  Daxili  qanaxma  zamanı  isə  qan  daxili 

orqanlara və ya boşluqlara axır. Qanın hüceyrəarası sahəyə toplanmasına 

qansızma  deyilir.  Toxumalara  qan  sızdıqda  həmin  orqan  şişir. 

Orqa¬nizmin birdən-birə 1,5-2 litr qan itirməsi ölümlə nəticələnir. 

Qanaxmanın  növündən  və  ilk  tibbi  yardım  göstərər¬kən  əldə  olan 

vasitələrdən asılı olaraq, onu daimi və ya müvəqqəti dayandırırlar. Xarici 

arterial qanaxmam da-  yandırmaq üçün damarı barmaqla sümüyə sıxıb, 

turna  və  ya  burmac  qoymaq  lazımdır.  Xarici  venoz  və  ya  kapilyar 

qanaxmalarda yaraya steril sıxıcı sarğı qoyulur. 

Turna (jqut) qoymaq ətrafların iri arteriya damarla¬rının zədələnməsində 

qanaxmanı  dayandırmağın  ən  əlverişli  üsullarından  biridir.  Turna 

qanaxma nahiyəsindən 

bir qədər yuxarıda qoyulur, paltarın üstündən, paltar olmadıqda hər hansı 

bir  bint  və  ya  parça  materialından  istifadə  etməklə,  əzələ  və  dəri 

sıxılmasmm  qarşısı  alınır.  Turnanı  o  dərəcədə  sıxmaq  lazımdır  ki,  qan 

dayansın. Çox sıxılarsa, ətrafın qidalanması pozular, az sıxıldıqda isə qan 

daha çox axa -bilər. 

Turnamn qoyulduğu saat, dəqiqə bir kağıza yazılır və turna qoyulan yerə 

bərkidilir. Turnamn üstü örtülür, yaralıya ağrıkəsən dərman verilir və ya 

iynə ilə yeridilir. Turna ən çoxu 1,5-2 saat saxlamla bilər. 

Turnamn müddəti keçdikdən sonra xəstə həkimə çatmayıbsa, turnanı 5-

10  dəqiqə  müddotinə  boşaltmaq,  bir  qədər  fasilədən  sonra  yenidən 

qoymaq lazımdır. Vaxt yenidən qeyd olunub, turna bərkidilir.  

VII.  ÜRƏK-DAMAR SİSTEMİ VƏ 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə