S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə42/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   38   39   40   41   42   43   44   45   ...   153

136 

 

İnsanda  qan  qrupu  sabitdir,  həyat  fəaliyyətində  də¬yişmir,  irsi  olaraq 



müəyyən sxem üzrə valideynlərdən övladlara keçir. 

Qan  qrupları  eritrositlərin  tərkibindəki  yapışan  hissəciklərdən  - 

aqqlütinogenlərdən  (A  və  B)  və  plazmada  olub,  eritrositləri  yapışdıran 

hissəciklərdən - aqqlütinin- 

lərdən (a və p) hansılarının şəxsin qanında olmasından asılıdır. 

Eyni şəxsin qanında oxşar, aqqlütinogen və aqqlütinin (A və a yaxud B 

və /3)ola bilməz. Qanköçürmə nəti¬cəsində donorun (qan verən şəxsin) 

eritrositlərindəki aqqlütinogenlər resipiyentin (qan köçürülən şəxsin) qan 

plazmasmdakı  oxşar  aqqlütininlərlə  görüşdükdə,  aqqlüti-  nasiya  törənir 

ki, bu da ölümə səbəb olur. Ona görə də qan köçürərkən diqqətli olmaq 

zəruridir.  Belə  ki,  hər  bir  qan  qrupuna  uyğun  gələn,  yəni  köçürülməsi 

mümkün  olan  qan  qrupu  müəyyənləşdirilmiş  və  cədvəl  şəklində 

verilmişdir (1- ci cədvəl). 

Cədvəldən göründüyü kimi I qrup qanı hər hansı qrupdan olan resipiyentə 

köçürmək olar. IV qrupa mənsub resipiyentə isə hər hansı qrupdan olan 

donorun qanını köçürmək mümkündür. Odur ki, I qrupa mənsub şəxslərə 

universal donor, IV qrupdan olanlara isə universal resi- piyent deyilir. Hər 

bir şəxsə öz qrupundan olan qanı da köçürmək olar. 

Cədvəldəki  «+»  işarələri  aqqlütinasiyanı,  yəni  belə  qanköçürmə 

nəticəsində  resipiyentin  öləcəyini,  «-»  işarəsi  isə  köçürülmənin 

mümkünlüyünü göstərir. 

1 -ci cədvəl 

Donorun 

qan 


qrupları 

və 


eritrositlərdəki 

aqqlütinogenlər

 

Resipiyentin qan qrupları və plazma- sındakı aqqlütininlər 



 

a p  P 


 



 

II 



III 

IV 


downloaded from KitabYurdu.org


137 

 



—  - 


— 

II 





III 





IV 



AB  + 



Bütün insanların 85%-nin qanında rezus-amil vardır, 15 faizində isə bu 

amil yoxdur. Bunların qanı rezus «-» sayılır. Ana ilə körpənin rezus amili 

düz gəlmədikdə ana bətnində körpə üçün təhlükəli olur. 

Qanın  (axtalanmasının  fizioloji  mexanizmi.  Qanm  laxtalanması 

mürəkkəb  fermentativ  proses  olub,  bu  mexa¬nizmdə  oksigen,  qan 

plazmasımn  laxtalanma  amilləri,  kalsium  ionları,  qanda  həll  olmuş 

fıbrinogen  zülalı,  protrom-  bin,  qanın  formalı  elementləri,  xüsusən 

trombositlər,  bir  sıra  toxuma  amilləri  və  s.  iştirak  edir.  Qanm 

laxtalanmasını  sxematik  olaraq,  3  əsas  mərhələdə,  bundan  əlavə, 

başlanğıc  və  yekun  mərhələlərində  təsvir  etmək  olar.  Əvvəlcə  qan 

damarının  mənfəzi  daralır,  oraya  qanm  formalı  elementləri  yığılır, 

trombositlər parçalanaraq, bəzi amillərin və kalsium ionlarının iştirakı ilə 

tromboplastini əmələ gətirir. Bu isə kalsium ionlarının iştirakı ilə qeyri-

fəal protrombini fəal trombinə çevirir. Trombin yenə kalsium ionlarının 

iştirakı  ilə  plazmadakı  fibrinogeni  fibrin  tellərinə  çevirir.  Fibrin  torcuq 

əmələ gətirir ki, formalı elementlər orada yığılıb qalır. 

Orqanizmdə  bəzi  maddələr  qanm  laxtalanmasınm  qarşısım  alır. 

Bunlardan biri qaraciyərdə və ağciyərlərdə hazırlanan heparindir. Xarici 

mühitin  temperaturu  və  həyəcan,  qorxu  hissi  isə  qanm  laxtalanmasını 

sürətləndirir.  Laxtalanma  amillərinin  biosintezi  pozulduqda  insanda 

hemofiliya xəstəliyi baş verir. 

Qanın maye halından həlməşik hala keçmə qabiliyyəti çoxdan məlumdur. 

Eləcə də yaralanmalar, travmalar və s. zamanı qanitirmə ilə mübarizədə 

qanm  laxtalanma  qabiliy¬yətinin  həyati  əhəmiyyətə  malik  olması  da 

downloaded from KitabYurdu.org




138 

 

bəllidir. Eyni zamanda qanm laxtalanmasınm pozulması, xüsusilə onun . 



laxtalanmasınm sürətlənməsi ciddi fəsadlara səbəb olur. 

Yaralanma  nəticəsində  damar  divarının  tamlığı  pozulduqda,  qan 

laxtasının  -  trombun  əmələ  gəlməsi  qanı  damar  mənfəzi  hüdudlarında 

saxlamağa  və  qanaxmanı  da¬yandırmağa  yönəlmişdir.  Böyük 

damarlardan  qanaxma  ani  ölümə  səbəb  ola  bilər.  Daxili  qanaxma  daha 

təhlükəlidir, çünki xəstə və həkim onu hiss etmir, faciəli nəticə qəflətən 

baş verir. Bir sözlə, qanitirmə həyatdan ölümə doğru gedən vəziyyətdir. 

Buna görə də orqanizmin özü qanaxmanın nəticələri ilə mübarizədə bütün 

müdafiə  mexanizmlərini  səfərbərliyə  alır.  Bunlara  eritrositlərin 

yaranmasının  stimul-  yasiyası,  hemoqlobinin  oksigenlə  maksimal 

doyması,  qanm  qan  depolarından  damar  mənfəzinə  səfərbərliyi, 

damarların daralması, arterial təzyiqin yüksəlməsi və s. misal göstərmək 

olar.  Bunlardan  qanm  laxtalanmasınm  sürətlənməsinin  və  .  trombun 

əmələ gəlməsinin mühüm əhəmiyyəti vardır. 

Yuxarıda qeyd etdiyimiz kimi, qanm laxtalanma sis¬temi çox mürəkkəb 

mexanizmə  -  yüksək  özünütənzimləmə  qabiliyyətinə  malikdir.  Ancaq 

həddindən  artıq  güclü  qıcıqların  təsiri  və  ya  bu  qıcığın  uzun  müddət 

davam etməsi zamanı müdafiə-uyğunlaşma reaksiyaları zəifləyir, tənzim 

mexanizmləri sıradan çıxır. 

Qanm  laxtalanma  qabiliyyətinin  ləngiməsi  ilə  əla¬qədar  olan 

ağırlaşmalara,  əsasən,  qanitirmələr,  müxtəlif  mənşəli  qanaxmalar  və 

hemorragik  diatezlər,  yəni  orqaniz¬min  qanitirməyə  meylliyi  aiddir. 

Qanm  laxtalanmasınm  sürətlənməsi  isə  müxtəlif  lokalizasiyalı  trombun 

əmələ gəlməsinə səbəb olur. 

Laxtalanmanm  sürətlənməsi  ilə  əlaqədar  olan  ən  ciddi  ağırlaşmalardan 

biri  damar  daxilində  trombun  əmələ  .  gəlməsidir.  Qanm  laxtalanma 

qabiliyyətinin sürətlənməsi 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə