S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə50/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   46   47   48   49   50   51   52   53   ...   153

161 

 

doğru hərəkət edir. Odur ki, oksigen alveollardan venoz qana, karbon qazı 



isə venoz qandan alveollara keçir. 

Venoz qan karbon qazından azad olub, oksigenlə zənginləşir, yəni arterial 

qana çevrilir. 

Ağciyər kapilyarlarında oksigenlə zənginləşmiş qan böyük qan dövranı 

ilə  orqan  və  toxumalara  çatdırılır.  Kapil-  yarlarda  oksigenin  miqdarı 

(gərginliyi) artır, toxumadaxili və ya hüceyrəarası  mühitdə bu gərginlik 

aşağı olduğundan, oksigen osmos və diffuziya qanunlarına əsasən həmin 

mühitə  keçir.  Orqan  və  toxumalarda  maddələr  mübadiləsi  gedişində 

əmələ gələn karbon qazı isə hüceyrələrdən azad olur.  

  

Qanaxma zamanı turnanm və ya burmacm qoyulması 



  

  

  



Qan və limfa dövranının sxemi 

1-sağ  mədəcik;  2-ağciyər  arteriyası;  3-ağciyər  arteriyasının  sağ  və  sol 

şaxələri;  4-ağciyər  kapilyarları;  5-ağciyər  venası;  6-sol  qulaqcıq;  7-sol 

mədəcik; 8-aorta; 9-ümumi yuxu arteriyası; 

1  O-arteriya  şaxələri;  11-arterial  kapilyarlar;  12-venoz  kapilyarlar;  13-

yuxarı boş vena; 14-aşağı boş vena; 

15-sağ qulaqcıq; 16-limfa dövranı.  

  

Ürəyin öndən (1) və arxadan (2) görünüşü 



  

downloaded from KitabYurdu.org




162 

 

  



Nəbz vurğularının sayıldığı nöqtələr 

  

Toxuma  və  hüceyrəarası  mayedə  onun  gərginliyi  artır  və  qana  keçir, 



böyük və kiçik qan dövranları sistemi ilə ağciyərlərə çatdırılır və burada 

qan karbon qazından azad olur. Deməli, ağciyərlərdə və toxumalarda qaz 

mübadiləsi bir-birinə əks istiqamətlərdə həyata keçirilir. 

Tənəffüsün  sinir-humoral  tənzimi.  Tənəffüs  mərkəzi  uzunsov  beyində 

yerləşir.  Bu,  mürəkkəb  mərkəz  olub,  nəfəsalma  və  nəfəsvermə 

mərkəzlərindən ibarətdir. Hər iki mərkəz arasında funksional əlaqə vardır. 

Belə  ki,  nəfəs¬alma  mərkəzi  oyandıqda  nəfəsalma  baş  verir  və 

nəfəsvermə mərkəzi tormozlanır və ya əksinə, nəfəsvermə zamanı həmin 

mərkəz oyanır, nəfəsvermə baş verir və nəfəsalma mərkəzi tormozlanır. 

Bu  qarşılıqlı  münasibət  Varolio  kör¬püsündəki  pnevmotaksis  mərkəzi 

vasitəsilə həyata keçirilir. 

Sakit  vəziyyətdə  tənəffüs  mərkəzinin  ritmik  oyanması  özünütənzim 

rejiminə  keçir.  Bu,  tənəffüsün  avtomatizmi  adla¬nır.  Tənəffüsün 

avtomatizmi  sinir-reflektor  və  sinir-humoral  yollarla  həyata  keçir. 

Reflektor  təsir  qan  damarlarının  və  ağciyər  toxumasının  reseptorlarının 

qıcıqlanması  sayəsində  yaranır.  Reseptorların  oyanmaları  azan  sinir 

vasitəsilə uzun¬sov beyinin tənəffüs mərkəzlərini növbə ilə stimulə edir. 

Qanda  karbon  qazının  artması  damar  divarının  xemoreseptorlarmm 

qıcıqlanmasma səbəb olur və nəfəs¬alma mərkəzini oyadır, nəfəsalma baş 

verir.  Qanda  əmələ  gələn  karbonat  turşusunun  qatdığının  və  deməli, 

karbon qazı miqdarının artması tənəffüs mərkəzini oyandıran amillərdən 

biridir. Bu, humoral tənzimin əsas mexanizm¬lərinə aiddir. 

Tənəffüs iradi olaraq tənzimlənə bilir, bu zaman böyük yarımkürələr və 

beyin qabığı iştirak edir. 

downloaded from KitabYurdu.org



163 

 

Tənəffüs orqanlarının xəstəlikləri 



Tənəffüs  orqanlarının  xəstəliklərində  adətən,  təngnə¬fəslik,  quru  və 

bəlğəmli  öskürək,  qanhayxırma,  döş  qəfə¬sində  ağrılar,  bədən 

temperaturunun qalxması, titrətmə, çox tərləmə və s. əlamətlər müşahidə 

edilir. 


Tənəffüs orqanlarının əsas xəstəliklərindən biri kəskin bronxitdir. Kəskin 

bronxitin səbəbləri nəfəslə udulan zərərli qazlar, ammonyak, xlor, fosgen 

və  başqa  zəhərli  maddələrin  buxarları,  habelə  infeksion  xəstəliklər, 

qızılca, göyöskürək, qrip, ağciyər vərəmi və s. ola bilər. Adətən bronxit 

yazda  və  payızda,  havanın  temperaturu  kəskin  surətdə  dəyişdikdə 

müşahidə  edilir.  Hər  hansı  yaşda  olan  adamlar  bronxitlə  xəstələnirlər. 

Lakin o, uşaq və qocalarda ağır keçir. 

Bu  xəstəliyin  əmələ  gəlməsində  sinir-reflektor  amillər  mühüm  rol 

oynayır. Orqanizmin və onun ayrı-ayrı hissələ¬rinin soyuması, tənəffüs 

yollarının kimyəvi maddələrlə qıcıqlanması reflektor olaraq qan dövranını 

pozur.  Bu,  damarların  genişlənməsi  nəticəsində  bronxlarm  selikli 

qişasının hiperemiyası şəklində meydana çıxır. Beləliklə, yuxarı tənəffüs 

yollarında olan saysız-hesabsız patogen mikroblarm orqanizmə keçməsi 

üçün şərait yaranır. 

Adətən  ən  çox  təsadüf  edilən  ümumi  əlamətlərdən  kefsizlik,  üşütmə, 

qızdırma, beldə və ətraflarda əzələ ağrısı, əmək qabiliyyətinin və iştahanın 

azalması,  boğazın  göynə-  məsi,  öskürəklə  selikli  və  ya  selikli-irinli 

bəlğəm ifrazı, döşdə ağrı olmasını göstərmək olar. 

Kəskin bronxit bir neçə gündən 2 həftəyə qədər çəkir. 

Xəstənin xarici müayinəsi, döş qəfəsinin perkussiyası və palpasiyası heç 

bir  dəyişiklik  aşkara  çıxarmır.  Bronxlarm  selikli  qişası  şişkin  olduğuna 

görə qulaq asdıqda sərt tənəffüs eşidilir, nəfəsalmaya nisbətən nəfəsvermə 

downloaded from KitabYurdu.org



164 

 

uzun çəkir, quru xırıltılar  eşidilir, iri bronxlar  zədələndikdə bu xırıltılar 



vızıltılı, xırda bronxlar zədələndikdə fışıltılı olur. 

Zəifləmiş adamlarda bəzən proses ağciyərlərin ara toxumasına və alveol 

toxumasına keçir, ocaqlı pnevmo- niya əmələ gətirir. Bu, temperaturun 

birdən-birə  qalxması,  tənəffüsün  tezləşməsi  ilə  xarakterizə  olunur. 

Perkussiya  zamanı  kütlük,  ağciyərlərə  qulaq  asdıqda  çoxlu  gur  yaş 

xırıltılar eşidilir, habelə sianoz baş verir. 

Həkimə qədər yardım: temperatur qalxdıqda xəstəni yatağa salıb, gündə 

3 dəfə 0,5 q aspirin və ya amidopirin 

təyin edir, döş qəfəsində ağrılar olduqda banka, xardal yaxması qoyurlar. 

Öskürəyə  qarşı  kodein,  etilmorfm,  bronxolitin,  mukaltin  və  s.  təyin 

edirlər. Bəlğomgətirici kimi gülxətmi kökünün dəmləməsi,  ammonium-

xlorid,  natrium-  sitrat,  natrium  hidrokarbonat  (çay  sodası),  pertussiıı, 

terpinhidrat vermək olar. Belə xəstələrə isti südlə borjom və çay sodası 

(bir  stəkan  südə  1  çay  qaşığı  soda)  məsləhət  görülür.  Doktor  «MOM» 

preparatı verilir, xardal qoyulur. 

Bəlğəm  gətiricilərdən  mukaltin  preparatı,  altey,  termopsis  dəmləmələri, 

kalium-yodidin  3%-li  məhlulu,  bronxolitin,  bromheksin  yaxşı  nəticə 

verir.  Bronxlarda  spazm  olarsa,  teofedrin,  efedrin,  eufillin  təyin  edilir. 

Quru,  əziyyətverici  öskürəkdə  kodein,  dionin,  libeksiıı,  baltiks  verilir. 

Ağırlaşmaların,  pnevmoniyanın  qarşısını  almaq  üçün  antibiotiklərdən 

biseptol, bakterim, sulfametoksin təyin edilir. 

Ağırlaşma,  pnevmoniya  qorxusu  yoxsa,  antibiotiklər  məsləhət  deyil. 

Xəstələrə  siqaret  qadağan  edilir,  çoxlu  maye  içməsi  məsləhət  görülür. 

Xəstənin  gimnastika,  id¬manla  məşğul  olması  sağalmaya  müsbət  təsir 

göstərir. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə