S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə58/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   54   55   56   57   58   59   60   61   ...   153

189 

 

Cinsiyyət  orqanlarının  anomaliyalan.  Cinsiyyət  orqan¬larının  inkişaf 



prosesi pozulduqda, bir sıra anomaliyalara təsadüf edilir. 

Xayalarda  anomaliyalar  miqdarca  və  vəziyyətinə  görə  müxtəlif  olur. 

Bəzən  bir,  nadir  hallarda  isə  üç  xaya  olur.  Vəziyyətcə  anomaliyalara 

xayaların'yolda qalması, yerlə¬rini dəyişməsi və dönmələri aiddir. 

Yumurtalıqlarda  da  miqdar,  şəkil  və  vəziyyətcə  anomaliyalara  təsadüf 

edilir. 


Uşaqlığın əsas anomaliyalarma ikili, ikibuynuzlu və birbuynuzlu uşaqlıq 

aiddir. 


Uşaqlıq  yolunun  anomaliyalarma  ikili,  arakəsməli  və  yarımarakəsməli 

uşaqlıq yolu aiddir. 

Qızlıq  pərdəsinin  anomaliyalarma  qızlıq  pərdəsinin  bütöv  (dəliksiz) 

olması, saçaqlı, xəlbirəbənzər qızlıq pərdəsi və s. aiddir. 

Xarici 

cinsiyyət 



orqanlarının  anomaliyalarma  yalan  xonsalıq 

(hermafroditizm)  aiddir.  Belə  halda  daxili  cinsiyyət  orqanları  bir 

cinsiyyətə  aid  olduğu  halda,  xarici  cinsiyyət  orqanları  başqa 

cinsiyyətinkinə oxşayır, yəni kişi olduğu halda, xarici cinsiyyət orqanları 

qadınlarmkına oxşayır və ya qadın olduğu halda, xarici cinsiyyət orqanları 

kişilərinkinə oxşayır. 

Yalan xonsalıqdan başqa bir də həqiqi xonsalıq var. Belə halda bir şəxsdə 

hər iki cinsiyyət vəzisi, yəni həm xaya və həm də yumurtalıq olur. 

Yumurtalıqların  şişləri.  Qranulyoz  hiiceyrəli  şişlər,  follikulomalar  və 

tekomalar qadınlarda çox vaxt uşaq yaşlarında və ya klimakterik dövrə 

yaxın rast gəlir. 

Klinik  gedişi.  Xəstəlik  3-5  yaşlarında  başlandıqda  uşaqlarda  vaxtından 

erkən  cinsi  yetişmə  əlamətləri  inkişaf  edir.  Estrogenlərin  miqdarı 

artdığından,  sümüklərin  boy  zonası  tez  bağlanır.  Şiş  böyük  yaşlarda 

downloaded from KitabYurdu.org



190 

 

başladıqda, xəstə qadınlar aybaşının pozulması dövründən asılı olmayan 



uşaqlıq  qanaxmalarından,  qarında  qasıq  nahiyəsinə  və  belə  irradiasiya 

edən  ağrılardan  şikayətlənirlər.  Qadınlar  yaşla¬rına  nisbətən  cavan 

görünürlər. Cinsiyyət orqanlarının yaşla əlaqədar olaraq atrofiyalaşması 

belə  xəstələrdə  olmur.  Androgenlər  ifraz  edən  şişlər  zamanı  virilizm 

(ikincili kişi cinsi əlamətlərinin olması) əlamətləri inkişaf edir. 

Proqnozu.  Diaqnoz  erkən  müəyyən  edilib,  vaxtında  cərrahi  müalicə 

aparılarsa,  xoşxassəli  qranulyoz  hüceyrəli  şişlərdə  və  tekomalarda 

proqnoz yaxşı olur; bədxassəli şişlərdə proqnoz xoşagəlməyəndir. 

Müalicəsi yalnız cərrahi yolla şişi çıxarmaqdan ibarətdir. 

Klimaks.  Klimakterik  nevroz.  Klimaks  -  qadın  həyatın¬da  reproduktiv 

dövrdən  menopauzaya  keçmə  dövrünədək  olan  fizioloji  vəziyyətdir. 

Klimaks  vaxtı  aybaşı  kəsilir,  yumurtalıqların  homıonal  və  generativ 

funksiyası tədricən 

• 

sönür.  Qadınlarda  ovulyasiyanm  və  reproduksiya  qabiliyyəti¬nin 



kəsilməsi, adətən, 45 - 55 yaşlar arasında başlanır. Əgər aybaşı 40 yaşa 

qədər kəsilərsə, buna erkən klimaks, 50 yaşdan sonra kəsilərsə, gecikmiş 

klimaks deyilir. Klimakteri- yanın (klimaksın) mənşəyində mərkəzi sinir 

sisteminin,  xüsusən  hipotalamusun  müəyyən  mərkəzlərində  yaşla 

əlaqədar  dəyişikliklər,  hipofizin  qonadotrop  funksiyasının  tənziminin 

pozulması  əsas  yer  tytur.  Klimakteriya  dövründə  cinsiyyət  vəzilərinin 

funksiyadan qalması normal fizioloji vəziyyətdir və adətən, orqanizmdə 

xüsusi pozulma törətmir. Xəstəlik həm aybaşı dövründə, həm də aybaşısız 

ola  bilər.  Bəzən  klimakterik  nevroz  merıopauzadan  10  -  15  il  sonra 

başlanır.  Patoloji  klimaksa,  klimakterik  nevrozdan  başqa,  uşaqlıqdan 

disfunksional qanaxmaları da aid edirlər. 

Xəstəlik zamanı cinsiyyət orqanlarında, süd vəzilərin- 

• 

də və s. atrofik dəyişikliklər əmələ gəlir. Yumurtalıqlar 



downloaded from KitabYurdu.org


191 

 

♦ 



qırışır və sərtləşir, onların damarlarında ateromatoz proseslər və skleroz 

əlamətləri tapılır. Uşaqlıq əzələləri kiçilir, əzələ hüceyrələri atrofıyalaşır, 

uşaqlığın  divarları  nazikləşir.  Uşaqlıq  yolu  qırışır,  epiteli  yastılaşır, 

toxumala-rının  elastikliyi  itir.  Histoloji  müayinədə  müxtəlif  inkişaf 

dövründə  olan  follikullar,  onların  boşalması,  birləşdirici  toxumanın 

inkişafı, xırda kistoz dəyişikliklər tapılır. 

Qadınların çoxunda klimaks orqanizmdə pozulma vermədən keçir, digər 

hallarda  isə  klimakterik  nevroz  inkişaf  edir.  Klimakterik  nevroz  əksər 

qadınlarda yüngül 

keçir və 1-2 ilədək davam edir. Ancaq bəzi hallarda xəstəlik ağır gedişli 

olur, bir sıra əlamətləri illərlə davam edir. Xəstəliyin xarakterik əlaməti 

bədəndə istilik hissiyya¬tının yaranmasıdır. 

Vegetativ-sinir pozulmalarından ən çox rast gələni «istiləşmə», tərləmə, 

başgicəllənməsi,  başda  və  qulaqlarda  küy,  ürəkdöyünmə,  ətraflarda 

paresteziyalardır.  Klimak-  terik  nevroz  üçün  ən  xarakterik  olan 

qısamüddətli böhran əlamətləri ilə başlanıb qurtaran vəziyyətdir. Bu hal 

30  saniyədən  1  -  2  dəqiqəyədək  çəkir,  «istiləşmə»,  tərləmə,  gözlərdə 

qaralma,  ürəkdöyünmə,  başgicəllənmə  ilə  keçir.  Bir  sıra  xəstələrdə 

qızışma hissiyyatı daha çox davam edir, bəzən sifətin qızarması və ümumi 

tərləmə ilə müşayiət olunur, yavaş-yavaş başlanır və tədricən keçib gedir. 

Bəzən . “istiləşmə” vaxtında hava çatışmazlığı hissi olur, tənəffüs tezləşir 

və nəfəsalma dərinləşir. 

Klimakterik nevroz zamanı xəstələr çox vaxt ürək nahiyəsində ağrıdan və 

ürəkdöyünməsindən şikayətlənirlər. Bu ağrılar uzunmüddətli olur, fiziki 

işlə əlaqədar olmur, əsəbilik vaxtında artır, bəzən isə heç bir aşkar səbəb 

olmadan sakitlik vaxtı belə əmələ gəlir. Ağrılar adətən ürəyin zirvəsində 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə