S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə55/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   51   52   53   54   55   56   57   58   ...   153

178 

 

müalicə aparılmaz¬sa, xronik qastritə keçir. Xronik qastrit isə müəyyən 



dövrlərdə  kəskinləşmələr  verərək,  daim  xəstəni  narahat  edir.  Bu  da 

müalicə  olunmazsa,  mədə  xorasına  və  bağırsaqların  da  iltihabı  və  xora 

xəstəliyinə keçə bilər. Ona görə də mədə-bağırsaqda hər hansı bir xəstəlik 

başlandıq¬da, 

tez 

müalicə 


etmək 

lazımdır. 

Mədə-bağırsaq 

xəstəliklə¬rinin 

müalicəsində 

ilk 


növbədə 

dietanın  (pəhrizin) 

saxla¬nılması vacib şərtlərdəndir. Belə ki, bu xəstəliklər zamanı tez və 

yüngül həzm olunan qidalar qəbul olunmalıdır. Əlamətləri nəzərə alaraq 

əsasən  süd  və  süd  məhsulları,  xörəklərdən,  xüsusilə  ət  xörəkləri  yaxşı 

bişmiş, yəni suda bişirilmiş halda, tərəvəz və meyvə şirələrinə üstünlük 

verilməlidir.  Qızardılmış,  yağlı,  çox  yüksək  kalorili,  həzmi  çətin  olan, 

qıcıqlandırıcı  qidalardan,  yəni  çox  ədviyyatlı  kəskin  yeməklərdən 

çəkinmək  lazımdır.  Siqaret,  spirtli  içkilər  qəti  qadağan  edilir.  Bu 

xəstəliklər  zamanı  çalışmaq  lazımdır  ki,  dərmanlar  da  ağızdan  yox, 

inyeksiya ilə qəbul edilsin. 

Əsasən  aşağıdakı  dərmanlardan  istifadə  edilir:  festal,  antibiotiklər 

(linkomisin,  gentamisin,  levomisetin),  menzim  forte,  nikedaza,  oraza, 

pankreatin,  pepsin,  solizim,  tibbi  mədə  şirəsi,  qastrofarm  və  s.  Serukal, 

reqlan,  diopan,  noşpa,  papaverin,  FİBS,  oksiferriskarbon,  solkoseril, 

retabolil  və  b.  dərmanlardan  istifadə  olunur.  Hipersekre-  siyada  aloye 

məsləhət deyildir. 

Mədə-bağırsaq  yollarının  vərəmi  zamanı,  vərəm  əleyhinə  dərmanlar 

işlədilir: izonazid, ftivazid, bepask, etambutol və s. 

Mədə-bağırsaqlarda  xora,  xərçəng  xəstəlikləri  olduq¬da  cərrahi 

müalicəyə üstünlük verilir. 

Qaraciyərin, öd kisəsinin və öd 

yollarının xəstəlikləri 

downloaded from KitabYurdu.org




179 

 

Qaraciyərin,  öd  kisəsinin  və  öd  yollarının  xəstəlikləri  zamanı  aşağıdakı 



əlamətlər müşahidə edilir: sarılıq, tünd rəngli sidik ifrazı, açıq rəngli nəcis 

ifrazı,  dəridə  qaşınma,  dərinin  qanaması,  dəridə  qarışqa  gəzməsi  hissi, 

ürəkbulan- ma, temperaturun yüksəlməsi, qusma, qaraciyər nahiyə¬sində 

şiddətli ağrılar. 

Qaraciyər və öd kisəsi xəstəliklərindən qaraciyərin iltihabı (hepatit), öd 

kisəsinin iltihabı (xolesistit), qaraci¬yərin sirrozu, öddaşı xəstəliyini və s. 

göstərmək olar. 

Xolesistit öddaşı xəstəliyi ilə eyni vaxtda və ya ayrılıqda müşahidə edilir. 

Əsas əlamətlər: sağ qabırğa altında küt, kürəyə, sağ bazuya vuran ağrılar, 

qusma,  ürəkbulanma  meydana  çıxır,  temperatur  yüksəlir,  nəbz  tezləşir, 

qaraciyər böyüyür və s. 

Öddaşı xəstəliyinin əsas əlamətlərindən biri kəskin tutmaşəkilli ağrıların 

olmasıdır. Ağrılar adətən daşlar öz yerlərini dəyişdikdə baş verir. 

Müalicə.  Əsasən  müalicə  simptomatik  olub,  xəstəni  narahat  edən 

əlamətlər  aradan  qaldırılır.  Sonra  isə  cərrahi  yolla  müalicə  edilir.  Belə 

xəstələr  daim  pəhrizə  fikir  verməlidirlər.  Çox  qıcıqlandırıcı,  ədviyyəli, 

kəskin, duzlu, acı, yağlı qidalar azaldılmalıdır. 

Mədəaltı vəzinin xəstəlikləri. Pankreatit - mədəaltı 

vəzinin iltihabi prosesidir. . Xəstəlik qarının yuxarı 

şöbəsində dairəvi xarakterdə (qurşaqlayıcı) daimi, şiddətli, 

çox vaxt dözülməz ağrılarla kəskin surətdə başlanır. Bəzən 

• * 


şoka  səbəb  ola  bilər.  Urəkbulanması,  qusma,  hıçqırma  ilə  müşayiət 

olunur. 


downloaded from KitabYurdu.org


180 

 

Müalicə xəstəliyin formasından asılı olub, yüngül formada simptomatik 



aparılır. Kəskin olduqda və xəstəlik uzun çəkdikdə cərrahi əməliyyata əl 

atırlar.  

X. 

SİDİK-CİNSİYYƏT SİSTEMİ VƏ ONUN XƏSTƏLİKLƏRİ 



İfrazat orqanları 

İfrazat  orqanlarının  vəzifəsi  orqanizmdə  suyun,  duzların  artığını, 

maddələr mübadiləsi prosesində əmələ gələn azotlu maddələri bədəndən 

xaric  etməkdir.  İfrazat  funksiyasını  əsasən  böyrəklər,  həmçinin  həzm 

kanalı, dəri, ağciyərlər yerinə yetirir. 

Orqanizmdə orqan və toxumaların qarşılıqlı əlaqəli fəaliyyəti prosesində 

karbon  qazı,  ammonyak,  sulfatlar,  süd  turşusu,  sidik  turşusu,  sidik 

cövhəri, kreatin, indol, fenol və s. orqanizm üçün yararsız, hətta zərərli 

maddələr əmələ gəlir ki, bunları da ifrazat orqanları bədəndən xaric 

• 

edir. Xarici mühitdən qida ilə həzm orqanlarına düşən və ya yoğun 



bağırsaqlarda  həzmlə  əlaqədar  əmələ  gələn  zəhərli  maddələr  qanla 

qaraciyərə  daxil  olur  və  burada  parçalanır.  Qaraciyərdə  hemoqlobinin 

parçalanması məhsulları olan bilirubindən və biliverdindən ödün əmələ 

gəlməsində  istifadə  olunur.  Maddələr  mübadiləsinin  bəzi  zərərli  ara 

məhsulları (indol, skatol, fenol və s.) qan plazmasından yoğun bağırsağa 

sorulur və nəcislə xaric olunur. Ağciyərlər vasitəsilə karbon qazı və bəzi 

qoxulu üzvi birləşmələr (aseton, fıtonsidlər və s.) orqanizmdən azad olur. 

Amma böyrəklər və dəri orqanizmin ifrazat mexanizmində çox böyük rol 

oynayır. 

İfrazat orqanlarına böyrəklər, sidik axarları, sidik kisəsi və sidik kanalı 

aiddir. 

Böyrəklər. 120 q ağırlığında cüt orqanlar olub, qarm 

downloaded from KitabYurdu.org



181 

 

• 



boşluğunun  arxa  divarında  yerləşir.  Formaca  paxlaya  oxşayır. 

Böyrəyin  içəriyə  basıq  yerində  böyrək  qapısı  deyilən  oyma  vardır  ki, 

buradan böyrək arteriyası daxil olur və böyrək venası, sidik axarı xaricə 

çıxır. Böyrəklər bir neçə qişa ilə ötürülmüşdür: əzələ qişası, lifli kapsul, 

piy kapsulu, böyrək fassiyası, parietal periton. 

Böyrəklər  beyin  və  qabıq  maddələrdən  təşkil  olun¬muşdur.  Hər  bir 

böyrəyin böyrək ləyəni adlanan qıfabən- zər törəməsi var ki, o, getdikcə 

daralaraq,  sidik  axarlarına  başlanğıc  verir.  Sidik  axarları  30  sm 

uzunluğunda silindrə- bənzər borulardır. Böyrək ləyənindən başlanaraq, 

kiçik  çanaqda  sidik  kisəsinə  açılır.  Sidik  kisəsi  tək  əzələvi  orqandır. 

Tutumu  650-750  ml-ə  çatır.  Buradan  sidik  kanalı  vasitəsilə  sidik  ifraz 

olunur. Qadın və kişilərdə sidik kanalı öz topoqrafiyasına görə fərqlənir. 

Orqanizmdə sidiyin əmələ gəlməsi (diurez) və xaric olması üç mərhələdə 

gedir: 


1. 

Filtrasiya  (süzülmə)  -  Malpigi  yumaqcıqlarından  keçən  arterial 

qanın  zülal  və  formalı  elementlərindən  başqa  qalan  hissəsi  Baumen 

kapsullarına süzülür. Nəticədə sutka ərzində böyrəklərdən keçən 1700 - 

1800 1 qandan 150 - 180 1 ilk sidik əmələ gəlir. 

2. 


Reabsorbsiya (geriyə sorulma) - böyrək borucuqla- rında ilk sidiyin 

əsas hissəsi geriyə sorulur və 1 - 1,5 1 son sidik əmələ gəlir. 

3. 

Sidiyin ekskresiyası-bü mərhələdə sidik kisəsindən sidik xaric olur. 



Sidiyin  əmələ  gəlməsi  və  ifrazı  sinir-humoral  yollarla  tənzim  olunur. 

Beyin  qabığının  ön  hissəsində  sidiyin  əmələ  gəlməsi  prosesini 

sürətləndirən  ali  mərkəzlər  vardır.  İşçi  mərkəz  ara  beyində,  sidik  ifrazı 

mərkəzi isə onurğa beyninin bel nahiyəsində yerləşmişdir. Bu mərkəzin 

beyin qabığı ilə anatomik və fuksional əlaqəsi vardır. 

Cinsiyyət orqanları 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə