S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə57/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   53   54   55   56   57   58   59   60   ...   153

185 

 

yumurtalığın  səthinə  yaxınlaşır,  divarı  nazikləşdiyi  üçün  içərisindəki 



mayenin  təzyiqinə  davam  gətirməyib  partlayır  və  mayenin  təzyiqi 

nəticəsində  yumurta  xaricə,  yəni  periton  boşluğuna  tullanır.  Periton 

boşluğuna  tullanan  yumurta  hüceyrəsi  uşaqlıq  borusu  qıfının  saçaqları 

vasitəsilə  tutularaq,  uşaqlıq  borusuna,  oradan  isə  uşaqlığa  daxil  olur. 

Qadın cinsi əlaqədə olmuşsa, yumurta hüceyrəsi mayalanır və hamiləlik 

əmələ gəlir. Yumurta mayalanmırsa, tələf olur və növbəti aybaşı olur. 

Yumurtalığın  vəzifəsi  cinsi  yetişkənlik  dövründən  başlayaraq  qadın 

cinsiyyət hüceyrəsi və cinsiyyət hormonu ifraz etməkdir. 

Uşaqlıq borusu. Uşaqlıq borusu 10 - 12 sm uzunlu¬ğunda silindrəbənzər 

cüt orqan olub, uşaqlığın yan tərəf-  

lərində, enli bağın yuxarı kənarında yerləşir və yumurta¬lıqdan yumurta 

hüceyrəsini uşaqlığa keçirir. 

Uşaqlıq  borusu  uşaqlıq,  uşaqlıq  yolu  və  xarici  cinsiyyət  orqanları 

vasitəsilə  periton  boşluğunu  xarici  mühitlə  birləşdirir.  Beləliklə  də 

qadınlarda periton boşluğu xarici mühitlə rabitədə olur. 

Uşaqlıq. Uşaqlıq yastılaşmış armudabənzər tək əzələ- 

• 

vi orqan olub kiçik çanaqda, düz bağırsaqla sidik kisəsinin arasında 



yerləşir. 

Uşaqlığın  vəzifəsi  dölləıımiş  yumurtam  müəyyən  vaxt  öz  daxilində 

bəsləmək və döl yetişdikdən sonra yığılaraq onu xaricə çıxartmaqdır. 

Uşaqlıq yolu. Uşaqlıq yolu 8 - 10 sm uzunluğunda, öndən-arxaya doğru 

yastılaşmış kanal olub, uşaqlığı xarici cinsiyyət orqanları ilə birləşdirir. 

Uşaqlıq yolunun aşağı ucu uşaqlıq yolu girəcəyi vasitəsilə uşaqlıq yolu 

dəhlizinə  açılır.  Uşaqlıq  yolu  girəcəyi  qızlarda  qızlıq  pərdəsi  ilə  əhatə 

olunur. 


downloaded from KitabYurdu.org


186 

 

İfrazat orqanlarının xəstəlikləri 



♦ 

ifrazat orqanlarının ən geniş yayılmış xəstəliklərinə 

• 

onların zədələnmələri, iltihabı, vərəmi, xərçəngi, böyrək daşları və 



sidik kisəsi daşları aiddir. 

Böyrəklərin  travması,  zədələnməsi  zamanı  ilk  əlamət  güclü  ağrının 

olmasıdır;  bel  nahiyəsində  qızartı,  şişkinlik,  qanla  qarışıq  sidik  ifrazı 

müşahidə edilir. Böyrəyin zədə- lənmələrində şok və daxili qanaxmaların 

olması təhlü¬kəlidir. 

Xəstəni  tez  xəstəxanaya  yerləşdirmək  və  şoka  qarşı  mübarizə  aparmaq 

lazımdır. Böyrək nahiyəsinə buz, qankəsici vasitələr, antibiotiklər təyin 

edilir. 


Böyrəklərin iltihabi xəstəlikləri orqanizmin infeksion xəstəliyə tutulması 

və ya infeksiyanm sidik kisəsinə keçməsi nəticəsində törənir. 

Pielonefrit. Xəstəlik birdən-birə qabırğa altında və 

beldə ağrılarla başlanır, üşütmə verir, temperatur yüksəlir, ürəkbulanması, 

qusma  müşahidə  edilir.  Böyrək  böyüyür,  əllə  yoxladıqda  ağrılı  olur. 

Sidikdə  və  qanda  dəyişikliklər  baş  verir.  Xəstəlik  vaxtında  və  düzgün 

müalicə edilməzsə, xronik formaya keçə bilər. 

Müalicədə əsas diqqət diurezi artırmağa yönəldil¬məlidir. Çünki sidiklə 

birlikdə  orqanizmdən  toksinlər  ifraz  olunur.  Antibiotiklər  işlədilir, 

urotropin,  sulfanilamid  preparatları  təyin  edilir.  Ağrıları  azaltmaq  üçün 

ağrıkəsici-  lərdən  istifadə  olunur,  böyrək  nahiyəsinə  isidicilər  qoyulur. 

Müalicə xəstəliyin bütün simptomları çəkilənədək aparılır. 

Pionefroz  böyrəyin  digər  iltihabi  xəstəliklərindən  sonra  inkişaf  edir. 

Böyrək toxumalarında irin toplanır, toxumalar atrofiyaya uğrayır. Bəzən 

downloaded from KitabYurdu.org



187 

 

irin  sidiklə  xaricə  də  açıla  bilər.  Xəstəliyin  müalicəsi  yalnız  cərrahi 



yolladır. Xəstə böyrəyi kənar edirlər. 

Böyrəyin və sidik axarlarının daşları. İlkin və ikincili böyrək daşları ayırd 

edilir,  ilkin  (aseptik)  daşların  əmələ  gəlməsi  orqanizmdə  mübadilənin 

pozulması  ilə  əlaqədar¬dır.  İkincili  (infeksiyalaşmış)  daşlar  sidik  ifraz 

edən orqanlarda infeksiyanın səbəb olduğu yerli zədələnmələr nəticəsində 

əmələ gəlir. 

Daşların  ölçüləri,  forması  və  miqdarı  çox  müxtəlifdir.  Çox  vaxt 

böyrəklərdə çoxlu daşlar müşahidə olunur, bəzən onların miqdarı onlarla 

və hətta yüzlərlə olur. 

Sidikdaşı xəstəliyinin simptomları böyrək sancıları, 

• bel nahiyəsində ağrı, hematuriya, piuriya və xırda daşların sidiklə xaric 

olmasıdır. 

Bütün  bu  simptomlar,  axırıncı  müstəsna  olaraq,  başqa  böyrək 

xəstəliklərində  də  ola  bilər.  Sidik  daşları  xəstəliyində  ən  xarakterik 

simptom böyrək sancısıdır. Sancı tutması, yəni bel nahiyəsində ən kəskin 

ağrılar birdən, tamamilə sağlam ikən, bəzən yuxuda baş verir. 

Böyrək  sancısına,  adətən,  xırda,  hərəkət  edən  daşlar  səbəb  olur;  bunlar 

sidik axarında asan surətdə sıxılıb əzilir. Ləyəndə və ya kasacıqlarda olan, 

hərəkət etməyən, hətta 

böyük  daşlar  sidiyin  axmasına  mane  olmadıqda  böyrək  sancısı 

tutmalarına səbəb olmur. 

Müalicə.  Sidikdaşı  xəstəliyinin  müalicəsində  sanatoriya-  kurort 

(Jeleznovodsk,  Yessentuki,  Truskavets,  Soirme,  Qalaaltı)  müalicəsinin 

böyük  əhəmiyyəti  vardır.  Bu  kurort¬ların  içməli  mineral  su  mənbələri 

sidikqovucu  xassələrə  maddələr  mübadiləsini  tənzim  edərək,  sidiyi 

oksidləşdirmək və ya qələviləşdirmək xüsusiyyətinə malikdir. 

downloaded from KitabYurdu.org



188 

 

Böyrək sancısının tutması vaxtı təxirəsalınmaz yardım 



bel nahiyəsinə isitqac qoyulmasından, ümumi, isti vannalar 

təyin etməkdən ibarətdir. Dəri altına promedol və atropinin 

♦ 

1 %-li məhlulunu vururlar, içməyə çöxlu maye və sidik- 



qovucu dərmanlar - ayıqulağı, itburnu dəmləməsi və s. təyin 

edirlər.  Infeksiya  ilə  mübarizədə  geniş  təsir  spektrinə  malik,  həm  də 



nefrotoksik  effekti  zəif  olan  antibiotiklər  (genta-  mitsin,  klofaran  və  s.) 

tətbiq  olunur.  Böyrək  daşı  sancılarında  spazmı  götürən  və  ağrıkəsici 

dərmanlar  (analgin,  baralgin,  no-şpa,  platiflllin  və  s.)  birlikdə  təyin 

edilməlidir. 

Sistit və ya sidik kisəsinin iltihabı, əsasən infeksiya nəticəsində baş verir. 

Çox  vaxt  sistitə  irintörədici  mikroblar  səbəb  olur.  Kisədə  iltihabın 

inkişafına müxtəlif travmatik zədələnmələr, sidik durğunluğu, daş, digər 

yad  cisimlərin  olması  və  s.  amillər  də  şərait  yaradır.  Bir  sıra  hallarda 

xəstəlik kateterizasiya etdikdə aseptikanm pozulması nəticəsində inkişaf 

edir.  Xəstəliyin  davam  etdiyi  müd¬dətdən  asılı  olaraq,  sistit  kəskin  və 

xronik olur. 

Müalicə. Sulfanilamidlərlə birlikdə antibiotiklər (peni- sillin, sintomisin, 

biomisin və s.) pəhriz (şor, kəskin və ədviyyəli yeməkləri, spirtli içkiləri 

istisna etmək) təyin edilir. 

İfrazat orqanlarının xəstəliklərinə bir də onların şişləri aiddir ki, bunların 

da müalicəsi cərrahi yolla aparılır. 

Cinsiyyət orqanlarının xəstəlikləri 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə