S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə60/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   56   57   58   59   60   61   62   63   ...   153

196 

 

müəyyən  edilir.  Buna  müna¬sib  olaraq  xarici  cinsiyyət  orqanlarının 



cərrahi korreksiyası aparılır. 

Prostat vəzinin iltihabı. Prostat vəzinin iltihabı (prosta¬tit) çox vaxt cinsi 

həyat  dövründə  müşahidə  olunur.  İltihaba  prostat  vəziyə  irintörədən 

müxtəlif mikroblarm keçməsi səbəb olur. Mikroblar, adətən, sidik ifrazı 

orqanlarında  müxtəlif  iltihabı  proseslər  olduqda  prostat  vəziyə  keçir. 

Süzənək  xəstəliklərinin  miqdarının  azalması  ilə  əlaqədar  olaraq  son 

illərdə prostatit xeyli az təsadüf edilir. Yadda saxlamaq lazımdır ki, sidik 

kanalını kateterizasiya etdikdə də prostat vəziyə infeksiya keçirmək olar. 

Prostat vəzinin iltihabını kəskin və xronik formaya ayırırlar. 

Xəstələr  sidiyin  ləngiməsini,  anusda  defekasiya  vaxtı  qüvvətlənən  bərk 

ağrılar hiss edirlər. Sidik ifrazına tez-tez ehtiyac hissi oyanır, lakin sidik 

çətinliklə, damcı-damcı ifraz olunur. Xəstələr üşütmədən şikayət edirlər, 

kəskin prostatit zamanı temperatur 39-40°C-dək yüksəlir. Sidik ifrazının 

pozulması,  aralıqda  pulsasiya  edən,  defekasiya  vaxtı  güclə¬nən  ağrılar 

müşahidə olunur. Sepsis inkişaf edə bilər. 

Gündə 3-4 dəfə 0,5-1 q piramidonu yanm stəkan ilıq su ilə mikroimalələr, 

isti oturaq vannaları, aralığa isidicilər təyin edirlər. Ağrıları azaltmaq üçün 

morfın tətbiq edirlər. Anti¬biotiklərin (penisillin, streptomisin, biomisin 

və  s),  sulfani-  laınid  preparatlarının  tətbiq  edilməsi  vacibdir.  Antiseptik 

dərman kimi venaya urotropinin 40 %-li məhlulundan 5-10 ml vururlar. 

Abses olduqda yarırlar. 

Prostat  vəzinin  adenoınası  (hipertrofiyası).  Bu  xəstəlik  ahıl  və  qoca 

yaşlarında  olur,  vəzinin  böyüməsi  ilə  təzahür  edir.  Adenoma  vəzi 

toxumasının və ya vəzinin birləşdirici toxuma əsasının böyüməsi hesabına 

baş verir. Prostat vəzi böyüyərək, sidik kisəsinin boşalması üçün mexaniki 

maneə  yaradır,  bu  da  kisədə,  sidik  axarlarında  və  böyrəklərdə  sidik 

durğunluğu nəticəsində dəyişikliklərə səbəb olur. 

downloaded from KitabYurdu.org




197 

 

Xəstəlik  inkişaf  etdikdə  sidik  kisəsinin  tam  boşal-  maması  ilə  əlaqədar 



olaraq, onda həmişə qalıq sidik qalır. Sidik ifrazı tezləşmiş, çox vaxt ağrılı 

olur. Sidik kisəsinin  

divarları  tədriclə  zəifləyir.  Sidik  həddindən  çox  dolmuş  kisədən  qeyri-

iradi  olaraq,  damcı-damcı  xaricə  ifraz  olur.  Prostat  vəzinin  adenoması 

xərçəngə keçə bilər. 

Müalicə.  Sidik  kəskin  surətdə  ləngidikdə  kateteriza-  siya  edilir.  Bəzən 

kateteri bir neçə gün sidik kisəsində saxlayırlar; bu, xəstənin vəziyyətini 

xeyli yüngülləşdirir. Konservativ tədbirlərə oturaq vannalar, kisə və aralıq 

nahiyəyə  isidicilər  şəklində  yerli  oturaq  isti  tətbiq  etmək  aiddir.  Son 

illərdə endokrin preparat - sinestrol tətbiq edirlər; bu, vəzidə degenerativ 

dəyişikliklər  əmələ  gətirərək  onun  kiçilməsinə  səbəb  olur.  Operativ 

müalicə  üsullarına  sidik  kisəsinə  fistula  qoyulması  və  prostat  vəzinin 

kənar edilməsi aiddir. 

  



» 

  

XI.  DAXİLİ 



SEKRESİYA 

VƏZİLƏRİ 

VƏ 

ONLARIN 


XƏSTƏLİKLƏRİ 

Daxili sekresiya vəziləri 

Vəzi  epitel  toxumasından  əmələ  gəlmiş  və  özündən  şirə  ifraz  edən 

orqandır.  Vəzilər  birləşdirici  toxumadan  əmələ  gəlmiş  kapsulla  əhatə 

olunur. Onlar moıfoloji- fizioloji xüsusiyyətlərinə görə iki qrupa bölünür: 

1)  xarici  sekresiya,  yaxud  ekzokrin  vəzilər;  2)  daxili  sekresiya  və  ya 

endokrin vəzilər. Qarışıq vəzilər də vardır. 

downloaded from KitabYurdu.org




198 

 

Axacağı  olan  vəzilərə  xarici  sekresiya  vəziləri  deyilir.  Bu  vəzilər  öz 



şirələrini (məhsullarını) axacaqlar vasitəsilə müəyyən orqanlara tökür və 

ya  xaricə  çıxarır.  Xarici  sekresiya  vəzilərinin  ifraz  etdikləri  məhsul  iki 

növdür: 1) ifrazal-sekret; 2) ifrazat-ekskret. Birinci məhsul insana lazım 

olan, ikincisi isə insana lazım olmayan məhsullardır. 

Xarici  sekresiya  vəziləri  formaca  borulu,  alveollu  və  borulu-alveollu 

vəzilərə bölünür. Onlar sekresiya-ifrazetmə mexanizminə görə üç qrupa 

bölünür:  1)  merokkrin-hücey-  rələri  sekresiya  zamanı  sökülmür;  2) 

apokrin  hüceyrələrin  protoplazmasmın  bir  hissəsi  sökülərək  onun 

sekretində iştirak edir; 3) holokrin-vəzinin hüceyrələri tamamilə sökülüb, 

onun sekretini təşkil edir. 

Axacağı  olmayan  və  öz  məhsulunu  bilavasitə  qana,  yaxud  limfaya 

buraxan vəzilərə daxili sekresiya vəziləri yaxud endokrin və ya inkretor 

vəzilər, yaxud da axacaqsız vəzilər deyilir. Bu vəzilər qan damarları ilə 

çox zəngin olur. Bundan başqa, onların kapilyarları genişliklərə malikdir 

ki, bu da vəzinin məhsulunun qana keçməsinə şərait yaradır. 

Daxili  sekresiya  vəzilərinin  ifraz  etdiyi  bioloji  aktiv-  maddələr  hormon 

adlanır.  Hormonlar  maddələr  mübadilə¬sində  iştirak  edir,  orqanların 

böyüməsini  və  inkişafını  tənzim  edir.  Orqanizmin  inkişafına  və 

böyüməsinə  təsir  edən  məhsula  hormonozon  deyilir.  Hormonlar  qana 

keçərək, bütün bədənə yayılır, orqanların fəaliyyətini ya 

artırır,  ya  da  azaldır  və  beləliklə  orqanizmdə  funksiyaların  humoral 

tənzimində  iştirak  edir.  Humoral  tənzim  də  müstəqil  olmayıb  sinir 

sisteminin tabeçiliyində olur, yəni daxili sekresiya vəziləri və sinir sistemi 

bir-biri  ilə  sıx  rabitə¬də  fəaliyyət  göstərərək,  birlikdə  neyro-humoral 

tənzim sistemini təşkil edir. 

Daxili  sekresiya  vəzilərinə  aşağıdakılar  aiddir:  qalxa-  nabənzər  vəzi, 

qalxanabənzərətrafı  vəzilər,  timus  (çəngələ-  bənzər  vəzi),  böyrəküstü 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə