S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə62/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   58   59   60   61   62   63   64   65   ...   153

202 

 

Qalxanabənzər vəzinin hiperfunksiyası zamanı tireo- 



toksikoz və ya Bazedov yaxud Qreyvs xəstəliyi əmələ gəlir. 

Bu vaxt orqanizmdə oksidləşmə və fosforlaşma prosesləri 

• • 

arasında  qarşılıqlı  əlaqə  pozulur.  Uzvi  maddələrin  parça¬lanması  xeyli 



sürətlənir.  Lakin enerji  mənbəyi kimi ATF-in sintezi  zəifləyir. Odur ki, 

maddələrin  parçalanmasından  alı-  nan  enerji  istilik  enerjisi  şəklində 

orqanizmdən xaric olunur. 

Böyrəküstü vəzilər. Bu vəzilər böyrəklərin üst nahi¬yəsində yerləşmişdir. 

Vəzinin kütləsi 5-7 qramdır, 40-dan artıq hormon sintez edir.  Qabıq və 

beyin maddədən ibarətdir. Qabıq maddənin bəzi hormonları orqanizmdə 

mineral  duz  və  su  mübadiləsini,  digərləri  karbohidrat,  yağ  və  zülal 

mübadiləsini nizamlayır. Hormonlardan qlükokor- tikoidlər orqanizmdə 

iltihab  proseslərini  söndürür.  Stress  reaksiyası  zamanı  onların  qanda 

miqdarı  artır.  Allergiya  zamanı  da  ondan  müalicəvi  məqsədlə  istifadə 

olunur. Kor- tikosteron isə əsasən karbohidrat mübadiləsini tənzimləyir, 

qanda şəkərin miqdarının normal səviyyədə saxlanılmasını təmin edir. 

Böyrəküstü  vəzilərin  beyin  maddəsinin  hormonları  adrenalin  və 

noradrenalindir  (katexolaminlər).  Adrenalin  daim  ifraz  olunur  və  çox 

fəaldır.  Aqressiv  emosiyalar,  qorxu  və  ağrı  ilə  əlaqədar  olan  emosional 

vəziyyətlər, stress, əzələ işi qanda katexolaminlərin artması ilə müşayiət 

olunur. 

Adrenalin  ürəyin  fəaliyyətini  sürətləndirir,  mədə-bağır¬saq  sisteminin 

fəaliyyətini  ləngidir,  arteriolaları  daraldıb,  qan  təzyiqini  yüksəldir, 

qaraciyərdə  və  əzələlərdə  qlikogenin  parçalanması  nəticəsində  qanda 

şəkərin miqdarını artırır, toxumalarda oksidləşmə proseslərini gücləndirir. 

downloaded from KitabYurdu.org




203 

 

Adrenalinin qana ifraz olunmasını böyük beyin yarımkürələri qabığı və 



ara beynin vegetativ mərkəzləri tənzim edir. 

Modəaltı  vəzi.  Mədəaltı  vəzidə  iki  qrup  hüceyrə  ayırd  edilir.  Bir  qrup 

hüceyrələr həzm prosesində iştirak edən şirə ifraz edir. 

Vəzinin Laııgerhans adacıqlarmm beta hücerələrində 

isə insulin hormonu sintez olunur ki, bu da qanda qlüko- 

. • 


zamn  miqdarını  azaltmaqla  onun  sabitliyinin  saxlanılma¬sına  şərait 

yaradır. Odur ki, insan qida qəbul edən kimi mədəaltı vəzidən qana çoxlu 

insulin  ifraz  olunur.  Nəticədə  həzm  orqanlarından  külli  miqdarda  qana 

sorulan  qlükoza  orqan  və  toxumalara  keçir,  burada  hormonun  təsiri  ilə 

sürətlə  qlikogen  ehtiyat  qida  mənbəyi  kimi  toplanır.  Bundan  başqa, 

insulin  membran  keçiriciliyinə,  zülal  sinte¬zinə  müsbət  təsir  edir.  Eyni 

zamanda  hormon  zülalların  və  yağların  karbohidratlara  çevrilməsini 

tormozlayır. Məhz buna görədir ki, şəkərli diabeti olan şəxslər tədricən 

arıq-   

layır  və  bir  qədər  iş  görən  kimi  yorğunluq  hiss  edirlər.  Bu  hormon 

adrenalinlə  qarşılıqlı  əlaqədə  fəaliyyət  göstərərək,  karbohidratların 

mübadiləsini  və  qanda  qlükozanın  miq¬darının  sabit  vəziyyətdə 

saxlanılmasını tənzim edir. 

Mədəaltı vəzinin alfa hüceyrələrində qlükaqon hormonu  əmələ gəlir ki, 

bu  da  ehtiyat  halmdakı  qlükogeni  qlükozaya  çevirir.  Bu  zaman  qanda 

şəkərin  miqdarı  artaraq  onun  bütün  toxumalara,  xüsusilə  əzələlərə  vo 

beyinə  çatdırılması  fəallaşır.  Mədəaltı  vəzidə  sintez  olunan  lipokain 

hormonu qaraciyərin piylənməsinin qarşısını alır. 

Mədəaltı vəzinin hipofunksiyası zamanı insanlarda şəkərli diabet xəstəliyi 

inkişaf edir. Bu zaman qanda şəkərin miqdarı artır, sidikdə onun sutkalıq 

downloaded from KitabYurdu.org



204 

 

miqdarı bir neçə dəfə çoxalır, sidiklə şəkərin orqanizmdən xaric olması, 



susuzluq hissi, arıqlama, başgicəllənməsi kimi əlamətlər meydana çıxır. 

Qeyd  etmək  lazımdır  ki,  bəzi  bitkilərdə  insulinəoxşar,  onu  əvəz  edən 

maddələr  sintez  olunur.  Bu  maddələr  də  orqanizmdə  insulin  kimi  təsir 

göstərir.  Onlar  ən  çox  vələmirdə,  lobyada,  noxudda  və  az  miqdarda 

düyüdə, buğdada və kartofda toplanmışdır. 

Mədəaltı  vəzinin  hiperfunksiyası  zamanı  qanda  şəkərin  miqdarı  azalır. 

Tənəffüsün  tezliyi  artır  və  mərkəzi  sinir  sistemində  oyanma  vəziyyəti 

yaranır. 

Timus. Timus və ya çəngələbənzər vəzi döş sümüyünün arxa hissəsində 

yerləşmişdir.  Kütləsi  38  qrama  bərabərdir.  Timus  vəzi  immıın  sistemin 

formalaşmasını,  uşaqların  böyüməsi  prosesini  və  kalsium  mübadiləsini 

fəallaşdırır, sümüklərdə bu elementin yığılmasını tənzim edir. 

Timus  cinsiyyət  və  qalxanabənzər  vəzilərin  funksiya¬sına  tormozlayıcı 

təsir göstərir, cinsi yetişkənlik prosesini xeyli zəiflədir. Vəzi uşaqlarda 11-

12 yaşadək böyüyür, sonra tədricən kiçilir və piy toxuması ilə əvəz olunur. 

Epifiz.  Epifiz  və  ya  əzgiləbənzər  vəzinin  bioloji  funksi¬yalarına 

aşağıdakılar aiddir. 

1. 


Cinsiyyət  orqanlarının  endokrin  funksiyasına  tor-  mozlayıcı  təsir 

göstərir. 

2. 

Epifizin  təsiri  altında  sutkalıq  yuxunun  dərinliyi  və  müddəti  artır. 



İnsanın sutkalıq bioritminin yaranmasında bilavasitə iştirak edir. 

3. 


İnsanda  həftəlik,  aylıq,  mövsümi  və  illik  bioloji  ritmlərin  tənzim 

olunmasında həlledici rol oynayır. 

4. 

Mərkəzi  sinir  sisteminin,  o  cümlədən,  simpatik  sinir  sisteminin 



funksiyasına təsir göstərir. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə