S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə61/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   57   58   59   60   61   62   63   64   ...   153

199 

 

vəzilər, hipofiz, epifiz (əzgilə- bənzər vəzi), mədəaltı vəzinin və cinsiyyət 



vəzilərinin daxili sekresiya hissələri. 

Orqanizmdə  orqan  və  toxumaların  qarşılıqlı  əlaqəli  şəkildə  fəaliyyət 

göstərməsində,  eləcə  də  xarici  mühit  təsirlərinə  qarşı  orqanizmin 

uyğunlaşması  proseslərində  sinir  sistemi  ilə  yanaşı,  daxili  sekresiya 

vəziləri  də  bilavasitə  iştirak  edir.  Bu  isə  hormonların  hesabına  olur. 

Vəzilər sinir sisteminin nəzarəti altında fəaliyyət göstərir, eyni zamanda 

qana ifraz etdikləri hormonlar vasitəsilə sinir sisteminin fəaliyyətinə təsir 

göstərə bilir. 

Müxtəlif 

səbəblərdən 

endokrin 

vəzilərin 

fəaliyyəti 

zəifləyə 

(hipofuııksiya) və ya arta bilər (hiperfunksiya). 

Hipofizin funksiyaları. Daxili sekresiya vəziləri arasında hipofiz əsas yer 

tutur. Çünki bir sıra digər endokrin vəzilərinin fəaliyyətinin tənzimində 

iştirak edir. Bu vəzi baş beynin alt hissəsində, türk yəhəri çökəkliyində 

yerləşmişdir.  Ona  yerləşdiyi  yerinə  və  vəzifəsinə  görə  beyin  artımı  da 

deyilir.  Ön,  arxa  paylardan  və  ara  hissədən  ibarətdir.  Bu  vəzidə  22-dən 

artıq hormon ifraz olunur. Onun hormonları kimyəvi cəhətdən zülal tipli 

birləşmələrə aiddir. 

Hipofizin  ön  payında  (adenohipofiz)  hazırlanan  somatotrop  hormon 

boyatma prosesini tənzim edir, daxili orqanların böyüməsinə kömək edir, 

maddələr  mübadiləsini  gücləndirir.  Uşaqlarda  somatotrop  hormonun 

sekresiya¬sının azalması cırtdanboyluğa (karlik), artması isə uşaq¬larda 

nəhəngboyluğa  (giqantizm)  və  yaşlılarda  akromeqa-  liyaya  (ayrı-ayrı 

orqanların  böyüməsi  və  bədənin  mütəna¬sibliyinin  pozulması)  səbəb 

olur. 

• • 


On  payın  adrenokortikotrop  hormonunun  ifrazı  və  təsiri  orqanizmdə 

stress  reaksiyaları  zamanı  artır.  Onun  qonadotrop  hormonlarının  təsiri 

downloaded from KitabYurdu.org



200 

 

qadınlarda  süd  vəzilə¬rinin  fəaliyyətinin  artmasına,  kişilərdə  də  cinsi 



fəaliyyətin 

• t 


yüksəlməsinə  səbəb  olur.  Ümumiyyətlə,  qonadotrop  hor¬monlar 

cinsiyyət  vəzilərinin  inkişafını  və  cinsiyyət  orqanla¬rının  fəaliyyətini 

artıraraq,  cinsiyyət  hormonlarının  ifrazını  sürətləndirir  və  beləliklə, 

ikincili cinsi əlamətlərin yaranma¬sını təmin edir. 

Tirotrop hormon qalxanabənzər vəzinin funksiyasını artırır. 

Hipofızin  arxa  payının  (neyrohipofız)  hasil  etdiyi  antidiuretik  hormon 

(vazopressin) böyrəyin yığıcı boru- cuqlarında suyun geriyə sorulmasmı 

artırır.  Odur  ki,  həmin  hormonun  çatışmazlığı  zamanı  şəkərsiz  diabet 

xəstəliyi əmələ gəlir: xəstədə şiddətli susuzluq hissi yaranır və sutkada on 

litrlərlə tərkibində şəkər olmayan sidik ifraz edir. Antidiuretik hormonun 

böyük  dozaları  damarların  (xüsusən  arteriolalarm)  saya  əzələlərini 

daraldaraq  arterial  qan  təzyiqini  artırır.  Arxa  paym  digər  hormonu  olan 

oksitosin  xüsusən  hamiləliyin  sonunda  uşağlığm  saya  əzələlərinin 

yığılmasını  stimulyasiya  edir.  Doğuş  aktının  normal  getməsi  üçün  bu 

hormonun olması vacibdir. 

Hipofızin  ara  hissəsində  hasil  olan  melanotrop  hormon  (intermedin) 

dəridə piqment mübadiləsini tənzim edir. 

Qalxanabənzər  vəzi.  Bu  vəzi  boyun  nahiyəsində  qırt-  lağın  önündə 

yerləşmişdir. O, iki yan və bir ön hissədən ibarətdir. Bu hissələr arasında 

anatomik  əlaqə  vardır.  Vəzi  limfa  və  qan  damarları  ilə  yaxşı  təchiz 

olunmuşdur. 

Qalxanabənzər  vəzinin  bioloji  aktivliyə  malik  tərki¬bində  yod  olan 

hormonları  tiroksin  və  triyodotironindir.  Tiroksinin  aşağıdakı  bioloji 

təsirləri vardır: 

downloaded from KitabYurdu.org



201 

 

1. 



Orqanizmdə  maddələr  mübadiləsini  sürətləndirir  ki,  bu  da  istilik 

enerjisinin artması ilə müşayiət olunur. Hormonun təsirindən zülal, yağ, 

xüsusilə karbohidratlarm və mineral maddələrin mübadiləsinin səviyyəsi 

yüksəlir. 

2. 

Vegetativ  sinir  sisteminin  fəaliyyətini  artırır.  Sinir  sisteminin 



qıcıqlara qarşı həssaslığını yüksəldir. 

3. 


Orqanizmin  böyüməsi  və  inkişafı  prosesinin  nizam¬lanmasında 

iştirak  edir.  Belə  ki,  uşaqlarda  onun  funksiyası  pozulduqda  boyatma 

ləngiyir, ali sinir sisteminin fəaliyyəti pozulur və kretinizm xəstəliyi baş 

verir. 


4. 

Süd və cinsiyyət vəzilərinin, böyrəküstü vəzinin funksiyasını artırır, 

mədəaltı vəzinin funksiyalarına isə tormozlayıcı təsir göstərir. 

5. 


Orqanizmdə su mübadiləsinin tənziminə təsir göstərir. 

Qalxanabənzər vəzinin tirokalsitonin hormonunun 

təsirindən qanda kalsiumun miqdarı azalır və kalsium sümük toxumasında 

toplanır. 

Qalxanabənzər  vəzinin  funksiyası  hipofizin  tirotrop  hormonu,  eləcə  də 

qida və su ilə daxil olan yod elementinin və qanda olan tiroksinin miqdarı 

ilə tənzim olunur. Qida məhsullarında və suda yod çatışmadıqda endemik 

ur xəstəliyi baş verir. 

Qalxanabənzər  vəzinin  hipofunksiyası  kiçik  uşaq¬larda  kretinizm 

xəstəliyi əmələ gətirir. Belə uşaqlar zehni və fiziki inkişafdan geri qalırlar, 

alın kiçik olur, ağız boşluğundan daim ağız suyu ifrazı müşahidə olunur, 

dil böyük olub, ağıza sığmır. 

Yaşlı insanlarda isə vəzinin hipofunksiyası zamanı miksödema xəstəliyi 

baş verir. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə