S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə69/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   65   66   67   68   69   70   71   72   ...   153

227 

 

sisteminin  tarazlıq  vəziyyətində  olduğu  (orta  tip)  şəxslərdə  isə 



nevrasteniya  törənir.  Eksperimentdə  də  heyvanların  nevroz  törədən 

qıcıqlara  qarşı  reaksiyası  ali  sinir  fəaliyyətinin  tipindən  asılı  olmuşdur. 

Məsələn, zəif və qüvvətli - müvazinətsiz tipə məxsus heyvanlarda nevroz 

yaratmaq daha asandır. 

Nevrozların bütün növlərində ali sinir fəaliyyətində İ.P.Pavlovun hipnotik 

fazalar adlandırdığı mərhələlər müşahidə edilir: 

1. 

Bərabərləşdirici faza  - zəif və qüvvəli qıcıqlar eyni qüvvəli cavab 



reaksiyası törədir. 

2. 


Paradoksal (təəccüblü) faza - qüvvəli qıcığın törət¬diyi reaksiya zəif 

qıcığa qarşı alman reaksiyadan da zəif olur. 

3. 

Ultraparadoksal  (həddən  artıq  təəccüblü)  faza  -  müsbət  (oyadıcı) 



qıcıq ləngimə, mənfi (ləngidici) qıcıq isə oyanma törədir. 

4. 


Ləngimə fazası - heç bir qıcığa qarşı reaksiya alınmır. 

Mərkəzi  sinir  sisteminin  pozulmalarına  əsmə  iflic,  miopatiya  və  s., 

vegetativ  sinir  sisteminin  xəstəliklərinə  övrə  (məxmərək),  ödemlər, 

miqren və s. aiddir. 

Miqren  vaxtaşırı  başağrısı  tutmaları  ilə  meydana  çıxır.  Xəstəlik  adətən 

cinsi yetişkənlik dövründə törənir və irsi yolla yayılır. Patogenezi tam izah 

edilməmişdir. Miqrenin səbəbi damar innervasiyasmm  pozulması hesab 

edilir. 


Başağrısı tutmasının meydana çıxmasına həyəcanlan¬ma, yuxusuz gecə, 

bürkülü hava, ağır zehni iş, sərxoşluq, siqaret çəkmə və s. səbəb ola bilər. 

Şiddətli başağrısı əmələ 

gəlir. Ağrı başın müəyyən bir hissəsində (çox vaxt bir 

• •    

downloaded from KitabYurdu.org




228 

 

yarısında) ola bilər. Urəkbulanma, qusma olur. Bir neçə saat davam edir 



və keçir. Hər hansı gərginlik ağrını gücləndirir. Ona görə də xəstə sakit, 

qaranlıq bir yerdə uzanmaq istəyir. 

Müalicədə xəstənin həyat rejimi düzgün qurulmalıdır. Qlükoza və lüminal 

inyeksiyası kursu, su müalicəsi, ultrabənövşəyi şüalanma və s. təyin edilir. 

Kofein tutmanı yüngülləşdirir. Ayağı isti su ilə vanna etmək olar. 

Meningit  beyin  qişasının  iltihabı  olub,  infeksiyanm  giriş  qapısı  yuxarı 

tənəffüs yolları, əsasən burun-udlaqdır. Törədici mikrobun daxil olduğu 

yerdə  iltihabi  proses  inkişaf  edir.  Selikli  qişanın  ödemi  baş  verir,  selik 

əmələgə¬tirmə yüksəlir, badamcıqlar və yuxarı tənəffüs yollarının selikli 

qişasındakı limfatik düyünlər çox böyüyür. 

Meningitlər  müxtəlif  formalarda  olur.  Bütün  forma¬larda  aşağıdakı 

əlamətlər təzahür edir: 1) ənsə əzələlərinin gərginliyi - xəstə başının daim 

dala  dartınmasım  hiss  edir;  2)  baldırın  bükücü  əzələlərinin  reflektor 

gərginliyi; 3) başı bükdükdə ayaqlar da dala bükülür, qarma dartılır; 4) bir 

ayağı bükdükdə o biri də qeyri-iradi bükülür. 

İnkubasion  dövrün  müddəti  5-7  gündür.  Başlıca  olaraq  alm-təpə 

nahiyəsində  başağrısı,  boğazda  ağrı  və  acışma,  quru  öskürək,  burun 

tutulması, az hallarda bu¬rundan selikli-irinli ifrazatın axması xəstələrin 

səciyyəvi  daimi  şikayətləri  sayılır.  Bu  simptomlarla  bərabər,  əksər  . 

təsadüflərdə xəstənin ümumi əhvalının pisləşməsi: kefsizlik. 

süstlük, zəiflik, iştahanın azalması, yuxunun pozulması müşahidə olunur. 

Xəstələrin çoxunda bədən temperaturu, adətən, subfebril rəqəmlərə qədər 

yüksəlir.  Lakin  bəzən  orta  dərəcədə  və  hətta  yüksək  (39°C-dən  yuxarı) 

qızdırma  baş  verir.  Qızdırma  1  -  3  gündən  artıq  olmur.  Dəri  örtükləri 

solğun olur: konyunktiva və skleranın damarları infeksiya- laşır. Burunun 

selikli qişası hiperemiyalaşmış, şişmiş olur. 

downloaded from KitabYurdu.org



229 

 

Onurğa beyni mayesi dəyişilir, başağrısı, qusma, psixikanın pozulması və 



s.  müşahidə  edilir. Xəstələr səs-  küyü, ucadan danışığı, işığı sevmirlər. 

Meningitdə başağrısı son dərəcə şiddətli, əziyyətli, çox vaxt lokalizasiyası 

müəyyən edilməmiş diffuz şəkildə olur. Axşamlar xüsusən intensiv olur, 

bədən vəziyyətini dəyişərkən, çox bərk səs, parlaq işıq təsirindən güclənir. 

Çox  vaxt  xəstələr  başağrı¬sından  inildəyirlər.  Meningitdə  qusma 

ürəkbulanmasız,  qida  ilə  əlaqədar  olmadan  qəflətən  baş  verir,  xəstəyə 

rahatlıq vermir, o bollu, “fəvvarə ilə”, təkrar olur və bəzən başağrısının 

şiddətləndiyi vaxt meydana çıxır. 

Müalicədə əsasən antibiotiklər (levomisetiıı, tetrasiklin, eritromisin və s.) 

təyin edilir. Müalicə müddəti 3-5 gündür. 

Bütün xəstələrə udlaqlarmı antiseptiklərlə (0,02 %-li furasillin məhlulu, 2 

%-li  bor  turşusu  məhlulu,  0,05-  0,1  %-li  kalium-permanqanat  məhlulu) 

yaxalamağı məsləhət gör- mək lazımdır. Intoksikasiya zamanı çoxlu ilıq 

maye içməyə göstəriş vardır. 

Penisillinlə müalicənin adətən, 5-8 gün müddətində aparılması vacib və 

kifayətdir. • 

Ağır təsadüflərdə ampisillinin bir hissəsini venaya yeridir, sutkalıq dozanı 

isə 400 mq/kq qədər artırırlar. Oksasillin və metisillin sutkada 300 mq/kq 

dozada, inyek- siyalar arasında 3 saat fasilə olmaqla işlədirlər. 

XIII. ANALİZATORLAR 

İnsana  daim  arası  kəsilməyən  daxili  və  xarici  qıcıqlar  seli,  müxtəlif 

məlumatlar təsir edir, insan bu məlumatları duyğu orqanları: göz, qulaq, 

dil,  burun  və  dəri  vasitəsilə  qəbul  edir.  Həmin  qıcıqlara  düzgün  cavab 

verir.  Bu  orqan¬ların  hər  biri  elə  qurulmuşdur  ki,  ətraf  mühitin  ancaq 

müəy¬yən  bir  hadisəsinə  cavab  verir.  Duyğu  orqanları  xarici  aləmin 

siqnallarını sinir sisteminin siqnallarına - sinir impulslarına çevirir. Beyin 

duyğu  orqanlarından  gələn  siqnalları  alıb  işləyir  və  işçi  orqanlara  əmr 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə