S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə71/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   67   68   69   70   71   72   73   74   ...   153

233 

 

Dəri hissiyyatı analizatoru. İnsan orqanizminin dəri 



və  selikli  qişalarında  dəri  hissiyyatı  reseptorları  yerləş¬mişdir.  Bunlar 

dilin  üstündə,  barmaqların  ucunda  və  əlin  .  içində  daha  çoxdur.  Bu 

reseptorlar toxunmadan, təzyiq¬dən, soyuqdan, istidən və ağrı qıcığından 

oyanır.  Oyanmalar  sinir  impulsu  şəklində  beyin  yarımkürələri 

qabığındakı dəri hissiyyatı mərkəzinə çatdırılır. 

Ağrı hissi dəri üzərində daha dəqiq müəyyən edilir, çünki ağrı reseptorları 

qıcıqlandığı zaman taktil reseptorlar da qıcıqlanır. Lakin daxili orqanlarda 

ağrı hissi dəqiq olmur, bir orqanın ağrısı digər nahiyələrdə hiss olunur. 

Müəyyən edilmişdir ki, bir kv.sm dəri səthində 50 ağrı, 25 taktil, 12 aşağı 

temperatura, 2 ədəd yüksək temperatura həssas reseptorlar yerləşmişdir. 

Bəzi  təsəvvürlərə  görə  xüsusi  ağrı  reseptorları  yoxdur.  İstənilən  növ 

reseptora normadan qüvvətli qıcığın təsiri ağrı hissini yarada bilər. 

Əl  barmaqlarının  dəri  səthində  səpələnmiş  reseptorlar  vasitəsilə  insan 

əşyaların  formasını  və  digər  xassələrini  .  ayırd  edir.  Eyni  zamanda  bir 

neçə analizatora qıcıq verilər¬sə, reseptorlarm həssaslığı zəifləyir, hətta 

hissiyyat itir. Bu hal insanın yüksək emosional, vəziyyətində də baş verir. 

Eyni  qüvvəli,  lakin  uzun  müddət  ərzində  təsir  edən  qıcığa  qarşı  dəri 

hissiyyatı reseptorları asanlıqla uyğunlaşır. 

Qoxu analizatoru. insanda qoxu sahəsi 5-10 kv.sm-ə bərabərdir. Hər bir 

qoxu  reseptorunun  üzərində  iyəbənzər  kirpikciklər  vardır.  Onların 

hesabına  qoxu  sahəsi  100  dəfəyədək  artır.  Qoxu  hüceyrələri  burun 

boşluğunda tənəffüs yolundan bir qədər kənarda yerləşmişdir. Tənəffüs 

zamanı alman hava qoxu hüceyrələrinin üzərinə zəif sürətlə diffuziya ilə 

qoxulu  maddələri  çatdırır.  Qoxuladıqda  isə  havanın  sürətli  hərəkəti  bu 

prosesi gücləndirir. Müəyyən edilmişdir ki, qoxunun ayırd edilməsi üçün 

alman havada qoxulu kimyəvi maddənin ən azı 40 molekulu olmalıdır. 

downloaded from KitabYurdu.org



234 

 

.  Bəzi  kəskin  iyli  maddələr  qoxu  sahəsinə  çatdırıldıqda,  üçlü  sinirin 



periferik ucunu qıcıqlandıraraq, asqırmaya, tənəf¬füsün müvəqqəti olaraq 

dayanmasına və digər reflektor reaksiyaların əmələ gəlməsinə səbəb olur. 

Qoxu  hüceyrələri  yüksək  həssaslığa  malikdir.  İyli  maddənin  təsiri  ilə 

qıcıqlanan  reseptorlar  oyanmanı  qoxu  siniri  vasitəsilə  beyin  qabığının 

qoxubilmə  mərkəzinə  çatdırır.  Beləliklə,  beyin  iyli  maddələr  haqqında 

məlumat  alır.  Havanın  hətta  30  milyard  hissəsinə  bir  hissə  iyli  maddə 

düşdükdə belə qoxu reseptorları qıcıqlanır. 

Dad analizatoru. Dad reseptorları dilin selikli qişası¬nın çıxıntılarında - 

dad məməciklərində yerləşən dad tumurcuqlarmda olur. Dilin ön hissəsi 

əsas etibarilə şirin, arxa hissəsi acı, yanlar turş, ucu və yan hissələri şor 

dadı hiss edir. Dad reseptorları suda, yaxud ağız suyunda həll olunmuş 

maddələrin təsirindən qıcıqlanır. Ağız boşluğun¬da təkcə dad reseptorları 

deyil, həm də toxunma və təzyiqi, habelə istini duyan reseptorlar vardır. 

Bunların  əlavə  qıcıqlanması  dadbilməni  gücləndirir.  Qida  qıcıqlarının 

təsirindən dad reseptorları oyanır. Sinir impulslan dad sinirinin lifləri ilə 

böyük  yarımkürələr  qabığının  dad  nahiyə-sinə  aparılır,  burada  qidanın 

dadı  ayırd  olunur.  Qidanın  dadı  dedikdə,  insanın  müxtəlif  reseptorlar  - 

dad, qoxu, dəri reseptorları vasitəsilə aldığı duyğuları başa düşülür. 

Analizatorlar  arasında  qarşılıqlı  funksional  əlaqələr  mövcuddur.  Bunun 

nəticəsində insan ətraf mühit haqqında ' tam təsəvvür əldə edə bilir və bu 

onun  davranış  formala¬rını,  həyat  fəaliyyətinin  istiqamətini  müəyyən 

edir. 


Bəzən  müəyyən  eksperemental  şərait  hər  hansı  ana-  lizatorun 

həssaslığının artmasına gətirib çıxarır, insanın ictimai əmək fəaliyyəti ilə 

bağlı  bu  və  ya  digər  analizatorun  həssaslığı  artıb-azala  bilər.  Belə  ki, 

zərgərlik  peşəsi  əl  barmaqlarında  dəri  hissiyyatının,  musiqişünaslıq 

eşitmə,  müəllimlik  ixtisası  isə  görmə  və  eşitmə  analizatorlarmm 

həssaslığının artmasına zəmin yaradır.  

downloaded from KitabYurdu.org



235 

 

XIV. DƏRİ VƏ ONUN XƏSTƏLİKLƏRİ 



Dəri 

Dəri  orqanizmin  örtük  təbəqəsini  təşkil  etməklə  müxtəlif  funksiyaları 

yerinə  yetirir.  Quruluşuna  görə  dəri  xarici  epitel  və  daxili  birləşdirici 

toxuma qatlarından təşkil olunmuşdur. 

Xarici  epitel  qatı  -  epidermis  nisbətən  nazikdir.  Bədənin  müxtəlif 

sahələrində epidermisin qalınlığı eyni deyil. Belə ki, ovucda, ayaq altında 

və bədənin bel nahiyəsinin aşağı hissəsində epidermis daha qalındır. Dəri 

örtüyü göz qapaqlarında, qulaq seyvanlarında kişilərə nisbətən qadınlarda 

nazikdir. 

Xüsusi dəri və ya derma epidermisə nisbətən daha qalındır. O, lifşəkilli 

birləşdirici  toxuma  hüceyrələrindən  ibarətdir.  Bunların  arasında  elastik 

lillər  yerləşir  ki,  bunlar  dəriyə  elastiklik  verir.  Xüsusi  dəridə  piy  və  tər 

vəziləri,  tük  kisəcikləri,  reseptorlar,  dəri  kapilyarları  və  limfa  sahələri 

yerləşir. 

Piy vəziləri ifraz etdiyi dəri piyi ilə epidermisi və tükləri yumşaldır. Baş, 

üz  və  bel  nahiyələrində  onların  sayı  daha  çoxdur.  Tük  və  dırnaq 

epidermisin törəmələridir, insanda dəri örtüyü tüklərlə təchiz olunmuşdur. 

Tər  vəzilə¬ri  uzunsov  borucuq  şəklindədir.  İnsanın  dəri  örtüyündə 

təxminən 2 milyona qədər tər vəzisi yerləşmişdir. Onlar orqanizmin daxili 

mühitinin  sabit  saxlanılmasında,  su-duz  mübadiləsinin  tənzim 

olunmasında  və  ifrazat  funksiyasının  yerinə  yetirilməsində  bilavasitə 

iştirak edir. 

Dərialtı  təbəqədə  piy  qatı  yerləşmişdir  ki,  bunun  da  qalınlığı  hər  yerdə 

eyni  deyildir.  Dərinin  funksiyalarından  ən  əvvəl  qoruyucu  funksiyasını 

göstərmək lazımdır. Orqanizmin xarici mühitin mexaniki, fiziki, kimyəvi 

və bioloji təsir-lərindən mühafizə olunmasında dərinin rolu böyükdür. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə