S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə74/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   70   71   72   73   74   75   76   77   ...   153

243 

 

Seboreya dəri səthində kimyəvi tərkibi dəyişilmiş • piylənmənin artması 



xəstəliyidir. Bu vaxt keyfiyyət və kəmiyyət etibarilə dəyişilmiş həddindən 

artıq  piylənmə  şəraitində  ağırlaşma  əmələ  gəlir.  Sifətdə  komedonlar 

(civzə),  

sızaqlar  görünür,  irinli  dəri  xəstəlikləri,  başın  tüklü  hissəsində 

kəpəklənmə, tüklərin seyrəlməsi və dazlıq müşahidə olunur. 

Seboreyanm  ilk  əlamətləri  12  -  14  yaşlı  gənclərdə  başlanır.  Belə  hal 

adətən 12-20 yaşlı gənclərdə cinsi yetişkənlik dövründə fizioloji hal kimi 

təsvir olunur. 20 - 26 yaşına bu səpgilər keçib gedir. 

Kəpəklənmə.  Duru  seboreyalı  xəstələrin  başının  tüklü  hissəsində 

kəpəklənmə də müşahidə olunur. Bu zədələn¬mənin ilk əlamətləri 12-14 

yaşlarında  başın  tüklü  hissəsin¬də  piylənmənin  artması  ilə  başlanır. 

Tədricən  kəpəklənmə  artır,  16-20  yaşında  başın  bütün  tüklü  hissəsini 

əhatə edir. Bu vaxt başda külli miqdarda kəpəklənmə müşahidə olunur. 

Onlar  bozumtul-ağ  rəngdə  kəpəyə  bənzəyir,  xəstə¬nin  saçlarına  və 

paltarına  (çiyinlərinə)  tökülür.  Xəstələr  başın  tüklü  hissəsində 

qaşınmadan və qaşınma nəticəsində sıyrıntıdan şikayət edirlər. Xəstələr 

başını yuyandan sonra başın dərisi qızarır, quruyur və dartılır. 

Bəzi xəstələrdə 22 - 25 yaşında, adətən, kəpəklənmə qurtarır, lakin ayrı-

ayrı hallarda 35 - 40 yaşadək uzanır. 

Seboreyanm  profilaktikası.  1.  Şirniyyat,  şirin  qida  məhsulları  (pirojna, 

tort, paxlava, şəkərbura, peçenye, xəmir xörəkləri, ağ çörək və s.) ciddi 

məhdudlaşdırılmalıdır. 

2. 

Yağlı  ət  xörəkləri  (yağlı  qoyun  və  mal  əti,  toyuq,  balıq  və  s.)  də 



məhdudlaşdırılmalıdır. 

Ət 


məhsullarını 

soyutma 


yemək 

məqsədəuyğundur. 

downloaded from KitabYurdu.org



244 

 

3. 



Qızardılmış, duza, sirkəyə qoyulmuş (xiyar, pomidor, sarımsaq və 

s.), konservləşdirilmiş məhsullar da seboreyanm müalicəsində mənfi rol 

oynayır. 

4. 


Spirtli  içkilər  və  papiros  çəkmək  sobereyanm  gedişini  xeyli 

ağırlaşdırır  və  müalicəsini  çətinləşdirir.  Odur  ki,  seboreyanm  müalicə 

müddətində bu adətlərdən çəkin¬mək lazımdır. 

5. 


Süd  və  süd  məhsullarına  (kəsmik,  süzmə,  qatıq,  kərə  yağı  və  s.) 

üstünlük verilməlidir. 

6. 

Meyvə, tərəvəz və göyərti çox xeyirlidir. 



7. 

Qatı seboreyalı şəxslər isə başını ilıq su, uşaq sabunu, yumurta sarısı 

ilə  yumalıdırlar.  Sulsen  sabunu,  şampun  hər  iki  halda  işlətmək  olar. 

Saçları seyrək daraqla daramaq məsləhətdir. 

XV.  EKSTREMAL VƏZİYYƏTLƏR 

Ekstremal  (lat.  ekstremus  -  son,  fövqəladə)  vəziyyət  orqanizmin 

uyğunlaşdırıcı  mexanizmlərinin  həddən  artıq  '  gərginləşməsi  və  ya 

tükənməsi  nəticəsində  törənən  son  dərəcə  ağır,  çox  vaxt  həyatla  ölüm 

arasındakı vəziyyətdir. Ekstremal vəziyyətlərə aid olan şok, stress, koma, 

kollaps,  bayılma,  həmçinin  ağrı  bir-birindən  fərqli  klinik  mənzərəyə 

malik patoloji hallar olsa da, eyni zamanda onların hamı¬sını eyni başlıq 

altında  birləşdirməyə  əsas  verən  ümumi  xüsusiyyətləri  vardır.  Belə  ki, 

bütün  ekstremal  vəziyyətlərdə  maddələr  mübadiləsində  və  orqanizmin 

funksiyalarında oxşar dəyişikliklər, hipoksiya törənir, hüceyrələrdən qana 

çoxlu miqdarda fizioloji aktiv maddələr (histamin, serotonin, kininlər və 

s.)  keçərək,  ümumi  və  yerli  qan  dövranını,  tənəffüsü  pozur.  Simpato-

adrenal və hipofiz- böyrəküstü vəzi sistemləri aktivləşir, çox vaxt qüsurlu 

dövranlar əmələ gəlir. 

Ekstremal  vəziyyətlər  zamanı  xəstəni  xilas  etmək  üçün  '  göstərilən 

təxirəsalınmaz  tibbi  yardımın  xarakterində  oxşarlıq  vardır:  ilk  növbədə 

downloaded from KitabYurdu.org



245 

 

hipoksiya,  sonra  orqanizm  üçün  bilavasitə  təhlükə  törədən  funksional 



pozulmalar, daha sonra ekstremal vəziyyətə səbəb olan amil və qüsurlu 

dövranlar aradan qaldırılır. 

Ağrı və şok 

Ağrı 


toxumalarda üzvi və ya funksional dəyişik¬ 

liklərə səbəb olan zədələyici amillərin törətdiyi mürəkkəb psixofizioloji 

vəziyyətdir. 

Digər hissiyyatlardan fərqli olaraq, nə ağrını törədən spesifik qıcıq, nə də 

qəbul edən xüsusi reseptor yoxdur. Hər hansı qüvvəli qıcıq ağrı törədir və 

bütün yalın sinir ucları bu qıcığı qəbul edir. 

Ağrı  nə  qədər  əzabverici  olub,  insan  ondan  can  qurtarmağa  çalışsa  da, 

onun böyük bioloji əhəmiyyəti  

vardır.  Ağrı  orqanizmə  təhlükəli  amilin  təsiri  barədə  xəbərdarlıq  edir, 

orqanizmdə həmin amillə mübarizəyə yönəlmiş mühafizə reaksiyalarının 

formalaşmasına  səbəb  olur,  xəstəni  həkimə  getməyə  məcbur  edir  və 

həkimə diaqnozu müəyyənləşdirməkdə kömək göstərir. 

Odur  ki,-  həkim  gələnədək  ağrını  aradan  qaldırmaq  üçün  qohum-

qonşunun tövsiyəsi ilə tədbirlər görmək məsləhət deyil. Həm də ağrının 

xüsusiyyətlərinə  diqqət  '  yetirmək  lazımdır.  Ağrı  kəskin,  küt,  kəsici, 

deşici, yandırıcı və s. ola bilər. Səthi və dərin, erkən və gecikmiş, somatik 

və visseral ağrı ayırd edilir. 

Stenokardiya  tutması  zamanı  ağrı',  ürəkdən  başqa,  sol  qolda,  kürəkdə, 

boyunun  və  başın  sol  tərəfində  də  hiss  edilir.  Həzm  sisteminin 

xəstəliklərində  ağrı  yeməkdən  əvvəl  və  ya  sonra,  bəzən  gecəyarısı, 

acqarına  ola  bilər.  Revmatizm  və  s.  zamanı  ağrı  ilin  fəsillərindən  asılı 

olaraq şiddətlənir. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə