S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə76/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   72   73   74   75   76   77   78   79   ...   153

249 

 

Şok zamanı bütün daxili orqanların fəaliyyəti pozu¬lur. Ağciyərlərin və 



böyrəklərin  funksiyalarının  pozulması  şokun  patogenezində  mühüm  rol 

oynayır. 

Şokun  müalicəsinə  mümkün  qədər  tez  başlamaq  lazımdır.  Müalicənin 

prinsipləri  hər  bir  konkret  təsadüfdə  klinik  mənzərədən  asılı  olsa  da, 

ağrının  törətdiyi  hər  hansı  etiologiyalı  şok  zamanı  vacib  olan  ümumi 

tədbirlər də 

• 

vardır. 


ilk növbədə patoloji impulslarm qarşısını almaq lazımdır ki, bu məqsədlə 

də  ümumi  narkoz,  travmatik  şok  zamanı  travma  nahiyəsində  novokain 

blokadası  tətbiq  edilir.  Qan  dövranının  və  tənəffüsün  pozulmasının 

qarşısını almaq üçün qan və ya şok əleyhinə mayelər köçürülür, tərkibində 

çoxlu  oksigen  (hipoksiyanı  aradan  qaldırmaq  üçün)  və  karbon  qazı 

(tənəffüs  mərkəzini  stimulyasiya  etmək  üçün)  olan  qaz  qarışıqları  ilə 

inhalyasiya edilir; lobelin, sititon, kofein və s. dərmanlar işlədilir. 

Xəstəni  isindirmək  və  xarici  qıcıqlardan  maksimal  dərəcədə  qorumaq 

lazımdır. 

Şokun ayrı-ayrı növlərinin öz xüsusiyyətləri də vardır. 

Yanıq  şoku  zamanı  şiddətli  ağrı  nəticəsində  erektil  mərhələ  olduqca 

qısadır, torpid mərhələ isə çox ağır gedir. 

• 

Xəstə çox  maye itirir, qanı şokun digər formalarına nisbətən daha 



çox qatılaşır. Odur ki, qan yox, plazma və ya fizioloji məhlul köçürmək 

lazımdır.  Geniş  yara  səthin¬dən  toxumaların  dağılması  məhsulları 

sorulub,  intoksika-  siya  törətdiyindən,  dezintoksikasiya  tədbirləri 

görülməlidir  (tərkibində  qlükoza,  vitaminlər  olan  çoxlu  miqdarda  maye 

yeridilməsi,  hemodializ,  hemosorbsiya).  Yara  səthinin  infeksiya  qapısı 

olduğunu nəzərə alaraq, antibakterial terapiya aparmaq lazımdır. 

downloaded from KitabYurdu.org



250 

 

Elektroşok  zamanı  elektrik  cərəyanı  başdan  və  ya  döş  qəfəsindən 



keçmişsə, ürəyin qapalı masajı və süni tənəffüs tətbiq edilir. 

Miokardın geniş infarktı zamanı törənən kardiogen şok təsadüflərinin 80 

-  90%-i  ölümlə  nəticələnir.  Şokun  bu  formasında  ilk  növbədə  ağrını 

aradan 


qaldırmaq, 

həmçinin 

miokardm 

ödcminə 


(venaya 

qlükokortikoidlər  yeridilməsi)  və  kollapsa  (diuretiklərin  tətbiqi)  qarşı 

tədbirlər görmək lazımdır. Hemotransfuzion şok xəstəyə uyğun olmayan 

qan köçürdükdə törənir. Eritrositlərin hemolizinin məhsul¬ları, xüsusən. 

böyrəkləri  zədələyir.  Hətta  şokdan  çıxmış  xəstə  daha  sonra  böyrək 

çatışmazlığından  ölə  bilər.  Odur  ki,  müalicə  kompleksinə  mütləq 

hemodializ və hemosorb- siya daxil edilməlidir. 

Stress 


Stress  (ingiliscə  stress  -  gərginlik)  -  güclü  zədələyici  amilin  təsirindən 

törənib, orqanizmin həmin amilə qarşı müqavimət göstərməsinə və ya ona 

uyğunlaşmasına 

yönəlmiş 

mühafizə 

xarakterli 

qeyri-spesifik 

reaksiyalarının məcmusudur. 

Stress  anlayışının  müəllifi,  Kanada  alimi  H.Selye  hipofiz  -  böyrəküstü 

vəzi  sistemini  orqanizmin  hər  hansı  fövqəladə  təsirlərə  qarşı 

adaptasiyasını təmin edən mexanizm hesab edirdi. 

Doğrudan da, ən müxtəlif xəstəliklər zamanı bir sıra oxşar qeyri-spesifik 

simptomlar müşahidə edilir. Hansı amilin törətməsindən asılı olmayaraq, 

orqanizmdə  həddən  artıq  gərginlik  hallarının  hamısında  hipofizin 

adrenokorti-  kotrop  hormonunun  və  bunun  təsirindən  böyrəküstü  • 

vəzilərin  qabıq  maddəsinin  kortikoid  hormonlarının  sekresiyası  artır. 

Kortikoidlər  həzm  sisteminə,  damarlara,  böyrəklərə,  timusa,  qana, 

oynaqlara  və  s.  təsir  göstərir;  timusun  involyusiyası  (geriyə  inkişafı), 

limfopeniya,  həzm  yolu  boyunca  nöqtəvi  qansızmalar  və  s.  törənir. 

downloaded from KitabYurdu.org



251 

 

Kortiko-  idlərin  bir  qismi  iltihab  üçün  şərait  yaradır  (mineralo- 



kortikoidlər),  digər  qismi  isə  iltihab  əleyhinə  təsir  göstərir 

(qlükokortikoidlər).  Bunlardan  hansılarının  üstünlük  təşkil  etməsindən 

asılı olaraq, toxumalar qıcığa qarşı cavab verməyə hazır vəziyyətə gəlir 

və ya onların reaktiv xassələri 

zəifləyir. Patogen amilin hansı patoloji prosesi törətməsi və • mühafizə - 

adaptasiya  reaksiyaları  komplekslərindən  hansılarını  aktivləşdirməsi  də 

bundan asılıdır. 

Funksiyaların  belə  yenidənqurulması  bütün  orqanizmi  əhatə  edirsə, 

ümumi  adaptasiya  sindromu,  yerli  xarakter  daşıyırsa,  yerli  adaptasiya 

sindromu adlanır. 

Beləliklə,  stressorlar,  yəni  fövqəladə  qıcıqlar  orqa¬nizmdə  ümumi 

adaptasiya  sindromu  və  ya  stress  halı  törədir  ki,  bunun  da  aşağıdakı 

mərhələləri vardır: 

I. 


 Həyəcan  mərhələsi  -  stressorun  təsiri  altında  adrenokortikotrop 

hormonun və bunun təsirindən korti- koidlərin sekresiyası artır. 

Bu mərhələ 2 fazadan ibarətdir: 

1) 


şok fazası - arterial təzyiq və bədən temperaturu azalır, kapilyaıiarın 

keçiriciliyi  artır,  mərkəzi  sinir  sistemində  depressiya  qeyd  edilir, 

dissimilyasiya prosesləri 

' assimilyasiya proseslərindən üstün olur

2) 

 antişok fazası - pozulmuş tarazlığın bərpa edilməsinə yönəlmiş əks 



proseslər müşahidə edilir. 

Şok əlamətləri üstün olduqda, orqanizm həyəcan mərhələsində məhv olur, 

antişok əlamətləri üstünlük təşkil etdikdə isə stressin sonrakı  mərhələsi 

başlanır. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə