S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə79/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   75   76   77   78   79   80   81   82   ...   153

258 

 

sianoz,  soyuq  tər,  ali  sinir  fəaliy-yətinin  ləngiməsi  (bəzən  huş  yüngül 



dərəcədə pozulur) aiddir. 

Etiologiyasma görə kollapsm aşağıdakı növləri vardır: 

1. 

Hemorragik  kollaps  -  şiddətli  qanitirmə  nəticəsində  törənir.  Bu 



zaman kəskin posthemorragik anemiya da inkişaf edir. 

2. 


Toksiko-infeksion  kollaps  -  törədicilərinin  endotok-  sini  olan 

infeksion xəstəliklər (krupoz pnevmoniya, qida toksikoinfeksiyaları və s.) 

zamanı müşahidə edilir. 

Mikroorqanizmlər məhv olarkən, çoxlu miqdarda azad olan endotoksinlər 

damar divarına iflicedici təsir göstərərək, kollaps törədir. 

3. 


Pankreatik kollaps - mədəaltı vəzi toxumasının dağılmasına səbəb 

olan qarın travması və kəskin pankreatit zamanı mədəaltı vəzi şirəsinin 

proteolitik fermentlərinin damar yatağına keçməsi nəticəsində törənir. Bu 

fermentlər  damarın  divarının  zədələnməsinə  və  tonusunun  azalmasına 

səbəb olur. 

4. 


Ortostatik  kollaps  -  yataq  rejimindən  sonra  qəflətən  üfüqi 

vəziyyətdən  şaquli  vəziyyətə  keçərkən  müşahidə  edilir.  Həmin  müddət 

ərzində  damar  tonusu  o  qədər  azalmış  olur  ki,  şaquli  vəziyyət  alarkən, 

atoniya nəticəsində qan bədənin 

' aşağı hissəsinə keçir və beyində qanazlığı törənir. Qan təzyiqi aşağı olan 

şəxslər hətta səhər yataqdan sürətlə qalxdıqda da həmin vəziyyətə düşə 

bilərlər. 

5. 


Anoksik (hipoksik) kollaps - nəfəslə alman havada oksigenin parsial 

təzyiqi sürətlə azaldıqda, oksigen aclığı nəticəsində damar divarının saya 

əzələlərinin tonusu azalır ki, bu da kollapsa səbəb olur.  

Hər  hansı  etiologiyalı  kollapsın  müalicəsi  zamanı  ilk  növbədə  arterial 

təzyiqi  yüksəltmək,  dövr  edən  qanın  miqdarını  artırmaq  və  hipoksiyanı 

downloaded from KitabYurdu.org




259 

 

aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Bu məqsədlə qan və ya qanı 



əvəz edən məhlullar köçürülür, kortikoid hormonlar, katexo- laminləı və 

-ya angiotenzin yeridilir, tərkibində çoxlu oksigen və karbon qazı olan qaz 

qarışıqları  ilə  inhalyasiya  tətbiq  edilir.  Narkoz  və  yerli  ağrısızlaşdırma 

istisna olmaqla qalan müalicə tədbirləri şokdakı kimidir.  

XVI. İMMUN SİSTEMİN PATOLOGİYASI 

Immun çatışmazlığı 

Orqanizmin  mühüm  mühafizə  reaksiyası  olan  immuni¬tetin  əsasını 

immunokompetent  sistem  (limfoid  toxuma)  təşkil  edir.  Təbiidir  ki,  bu 

sistemin hər hansı qüsuru imımın proseslərinin pozulmasına səbəb olacaq. 

İmımın çatışmazlığı orqanizmin xəstəliklərə qarşı müqavimətini zəiflədir. 

Belə şəxslər tez-tez xəstələnir və xəstəliyi ağır keçirirlər. 

İmmun  çaışmazlığı  anadangəlmə  (ilkin)  və  qazanılma  (ikincili)  olur. 

Anadangəlmə  immun  çatışmazlığı  olan  uşaqlar  tez-tez  infeksion 

xəstəlikərə tutulurlar, onların fiziki inkişafı ləngiyir, kiçik yaşda infeksion 

xəstəliklərdən və ya bədxassəli şişlərdən tələf olurlar. 

Anadangəlmə immun çatışmazlığı sindromları üç qrupa bölünür: 

1. 

Hüceyrəvi immunitet çatışmazlığı (axondroplaziya, timusun inkişaf 



etməməsi və s.). 

2. 


Humoral immunitet çatışmazlığı  (X xromosomu ilə  əlaqədar olan 

aqammaqlobulinemiya,  immunoqlobulinlə-  rin  ayrı-ayrı  növlərinin 

çatışmazlığı). 

3. 


Qarışıq 

immunitet 

çatışmazlığı 

(İsveçrə 

tipli 

aqammaqlobulinemiya, ataksiya-teleangiekaziya). 



Qazanılma immun çatışmazlığı iki növ olur: 

downloaded from KitabYurdu.org




260 

 

1. 



Birincili,  yəni  bilavasitə  immunokompetent  sistemi  zədələyən 

amillərin törətdiyi immun çatışmazlığı sindromu 

(QİÇS). 

2. 


ikincili,  yəni  bəzi  xəstəliklər  (leykoz,  limfoqranulo-  matoz, 

limfosarkoma  və  s.)  nəticəsində  və  ya  bəzi  müalicə  üsulları  (şüa 

müalicəsi, kortikosteroidlər və immunodepres- santlarla müalicə, timusun 

çıxarılması və s.) ilə əlaqədar törənən immun çatışmazlığı. 

Qazanılmış immun çatışmazlığı sindromu 

Hazırda bütün bəşəriyyəti narahat edən problem¬lərdən biri də hər yerdə 

“SPİD” adlandırdığımız qazanıl- 

255  


mış  immun  çatışmazlığı  sindromu  -  QİÇS-lə  mübarizədir.  Bu  qorxulu 

xəstəliyi virus törədir. Xəstəliyin beynəlxalq işarəsi AİDS-dir. 

İmmun  çatışmazlığı  virusunun  törətdiyi  infeksiya  uzunmüddətli  gedişə 

malik  olub,  bir  neçə  müxtəlif  mərhələdən  ibarətdir.  Elə  buna  görə 

alimlərin əksəriyyəti bütün xəstəliyi “İİÇV (insanın immun çatışmazlığı 

virusu)  infeksiyası”  termini  ilə  ifadə  etməyi  vacib  sayır.  QİÇS 

epidemiyasını  pandemiya  adlandırmağa  başlayıblar  ki,  bu  da  əslində 

infeksiyamn  bütün  yer  kürəsinə  yayıldığını  göstərir.  Son  zamanlar 

xəstəlik  daha  intensiv  yayılaraq,  epidemioloji  mərkəz  artıq  Asiyada 

yerləşmək ərəfəsindədir. 

Bu bizi daha çox narahat etməlidir. 

• • 


ilk vaxtlar belə hesab edirdilər ki, QIÇS xəstəliyinə əsasən qeyri-normal 

cinsi  həyat  tərzi  keçirənlər  tutulurlar.  Lakin  sonra  bu  xəstəliklər 

narkomanlarda,  hətta  uşaqlarda  da  aşkar  edildi.  Odur  ki,  bu  sağalmaz 

downloaded from KitabYurdu.org




261 

 

bəlanın səbəblərini araşdırmaq aktual problemə çevrildi. Müəyyən edildi 



ki, QİÇS sağlam adama virusla,yoluxur və ya xəstədən üç yolla keçə bilər: 

1) cinsi əlaqə zamanı, 2) qan və ya onun preparatları ilə, 3) hamilə qadının 

qanı ilə uşağa. 

QİÇS  törədicisinin  müxtəlif  konsentrasiyalarda  orqanizmin  bütün 

mayelərində (sperma, uşaqlıq boynu ifrazatı, qan plazması, beyin-onurğa 

beyni  mayesi,  gözyaşı,  ağız  suyu,  sidik,  qadın  südü)  tapılmışdır.  Lakin 

xəstəliyin bunlardan hansı ilə yoluxması məsələsi -mübahisəlidir. 

Xəstələnmə kimlərdə daha güclü ehtimala malikdir? İlk növbədə təsadüfi 

şəxslərlə çoxsaylı cinsi əlaqədə olanlar həm xəstələnir və həm də xəstəliyi 

yayırlar.  İkincisi,  xarici  vətəndaşlarla  cinsi  əlaqəyə  girən  qadınlar, 

üçüncüsü,  narkomanlar,  dördüncüsü,  donar  qanından  istifadə  edən 

xəstələr və nəhayət, biz hamımız yəni QIÇS-in nə olduğunu və qorunma 

tədbirlərini bilməyənlər və ya bilib əməl etməyənlər. 

Seksual  kontaktları  olmayan,  eləcə  də  normal  sağlam  cinsi  həyat  tərzi 

keçirən və bir cinsi partnyoru olan

intim həyatda qarşılıqlı sədaqəti qoruyan şəxslər QİÇS 

xəstəliyindən xeyli qorunmuş olur. Xəstəliyin yoluxma 

yollarını və onlardan qorunma tədbirlərini bilən, əməl edən 

» 

şəxslər də QIÇS virusları ilə yoluxmurlar. 



QİÇS insanın immun sistemini parçalayan infeksion 

xəstəlikdir. İmmun sistem orqanizmin müxtəlif infeksion 

xəstəlik törədicilərindən və yad maddələrdən müdafiəsini 

təmin edən reaksiya və mexanizmlərinin məcmusudur. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə