S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə81/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   77   78   79   80   81   82   83   84   ...   153

265 

 

Boston otun təsirindən törənən allergiyanı təsvir etmişdir. Fransız alimi 



Şarl Rişe, rus alimi Q.P.Saxarov, ingilis pediatrı Smit, iyirminci əsrin 

əvvəllərində allergiya xəstəliklərini müşahidə etmiş, müəyyən təcrübələr 

aparmış və faydalı fikirlər söyləmişlər. Sonralar İ.İ.Meçnikov bu fikirləri 

daha da genişləndirmişdir. 

Hazırda allergiya orqanizmə daxil olan hər hansı yad cismə, yad zülala 

qarşı  həssaslığın  artması  kimi  təsəvvür  olunur.  Müəyyən  edilmişdir  ki, 

immunokompetent sistem orqanizmə daxil olan hər hansı cismin, yaxud 

maddənin onun özününmü, ya ona yadmı olduğunu yaxşı bilir. Ona görə 

də  orqanizmə  daxil  olan  hər  hansı  yad  cismə  qarşı  mühafizə  xarakterli 

əks-cisimlər hasil olur. 

Allergiyaların, yəni allergik reaksiyaların və allergik xəstəliklərin bir neçə 

növü, xüsusən aşağıdakılar ayırd edilir: 

1. 

Sürətli  allergik  reaksiyalar,  allergik  xəstəliklər.  Bunlar  antigenin 



orqanizmə daxil olduğu vaxtdan bir neçə 

.  dəqiqədən  bir  neçə  saata  qədər  müddətdə  meydana  çıxır  və  B  - 

limfositlərinin iştirakı ilə həyata keçir. 

2. 


Ləng  gedişli  allergik  reaksiyalar.  Allergen  orqanizmə  daxil 

olduqdan  bir  neçə  sutka  sonra  allergik  xəstəlik  baş  verir.  Bunların 

patogenezində T - limfositlər iştirak edir. 

Müxtəlif  yollarla  orqanizmə  daxil  olmuş  yad  cisim  (kimyəvi  maddələr, 

qida  və  ərzaq  məhsulları,  dərmanlar,  tozlar,  ətirlər  və  sairə  -  onları 

yüzlərlə saymaq olar) aller¬gen olub xəstəlik törədə bilər. 

Bir  sıra  dərman  maddələri  və  kiçikmolekullu  kimyəvi  birləşmələr  tam 

antigen  xüsusiyyətinə  malik  olmayıb,  ayrı-  ayrılıqda  orqanizmdə  əks-

cisimlərin  əmələ  gəlməsinə  səbəb  olmur.  Hapten  adlanan  bu  maddələr 

downloaded from KitabYurdu.org




266 

 

orqanizmdə zülallarla birləşdikdən sonra tam antigen xüsusiyyətləri kəsb 



edir. 

Daxil  olan  allergenlərə  qarşı  orqanizmin  hasil  etdiyi  .  əks-cisimlər 

allergenləri  tutaraq,  antigen  -  antitel  kompleksi  əmələ  gətirir.  Həmin 

kompleks  orqanizmdə  bioloji  fəal  maddələrin  (histamin,  serotonin, 

asetilxolin, prostaqlan- dinlər, kininlər və s.) ifrazına səbəb olur ki, bu da 

allergik xəstəlik üçün zəmin yaradır. 

Tənəffüs və qida ilə, habelə parenteral yolla orqaniz¬mə daxil olmuş hər 

bir allergen antigen-antitel kompleksi əmələ gətirə bilər. Bu kompleks qan 

dövranında əmələ  

gəlirsə,  sürətli  allergiya  reaksiyaları  -  anafılaktik  şok,  serum  xəstəliyi, 

bronxial astma, övrə, Kvinke ödemi və s. baş verir. Hüceyrə ilə əlaqədar 

ləng  gedişli  allergik  reaksiyalara  isə  allergik  kontakt  dermatiti,  toksik 

allergik dermatit, bakterial allergiya, transplantatm ayrılma reaksi¬yası, 

autoallergik xəstəliklər və s. aiddir. 

Düzdür, allergenlərin orqanizmə daxil olması o qədər də asan deyil. Çünki 

hər  bir  canlıda  olduğu  kimi,  insan  orqanizminin  də  müdafiə  qüvvələri 

vardır. Orqanizmin müdafiə qüvvələri dörd-beş qat baryerdən ibarətdir: 

1. 


Dəri  örtüyü  və  selikli  qişalar  (ağız  boşluğu,  mədə-  bağırsaq, 

ağciyərlər və s.) onların üzərinə düşən hər bir orqanizm üçün yad maddəni 

neytrallaşdırır  və  orqanizmdən  kənar  edir.  Odur  ki,  əksər  hallarda  bu 

maddələr orqanizmə daxil ola bilmir. 

2. 

Əgər  bu  maddələr  hər  hansı  yolla  dəridən  və  selikli  qişalardan 



orqanizmə daxil olursa (zədələnmə nəticəsində), limfa və qan dövranında 

olan xüsusi «müdafiəçilər» onları məhv edir. 

3. 

Bu iki «mühafizə xəttini» keçə bilən allergenlər üçüncü «cəbhənin» 



müqavimətinə  rast  gəlir.  Bu  da  orqaniz¬min  hüceyrə  və  toxumalarıdır; 

downloaded from KitabYurdu.org




267 

 

onların  da  özünümüdafiə  sistemi  vardır.  Çox  hallarda  həmin 



mühafizəçilər allergeni məhv edir və nəticədə xəstəlik baş vermir. 

4. 


Üçüncü  mühafizə  xəttini  keçə  bilən  maddələr  əleyhinə  ən  güclü 

baryerlər olan sinir sistemi və endokrin vəziləri işə qoşulur. 

Limfositlərin  orqanizmə  daxil  olmuş  allergenlər  əleyhinə  hasil  etdiyi 

mühafizə maddələri - əks-cisimlər qan dövranı vasitəsilə bütün orqanizmə 

yayılır. Bunlar ən çox allergenlərin orqanizmə daxil olduğu yerlərə yığılır, 

orqanizmi  müdafiə  etmək  məqsədilə  allergenləri  yaxalayır  və  onlarla 

birləşir.  Beləliklə,  allergen-antitel  kompleksi  əmələ  gəlir  ki,  allergik 

xəstəliyin  əsas  mahiyyəti  də  bundan  ibarətdir.  Əgər  hər  hansı  bir 

xəstəliyin baş verməsində allergen-antitel kompleksi  əmələ gəlmirsə, o, 

allergik xəstəlik sayılmır. 

Müdafiə məqsədilə ifraz edilmiş bioloji aktiv mad¬dələr dəri örtüyünün 

reaksiya  gedən  sahəsini  qızardır,  şişirdir,  orada  xırda  sudurcuqlar  və 

düyüncüklər əmələ gəlir, qaşınır. Buna allergik dəri xəstəliyi deyilir. 

Allergiyanın  səbəbləri.  Allergik  xəstəlik  ya  qəfildən,  ya  da  tədricən 

başlana bilər. 

Beləliklə, allergik reaksiya adamların özünün hər hansı bir maddəyə qarşı 

şəxsi həssaslığı nəticəsində baş verir. Belə allergik reaksiya törədə biləcək 

hər hansı bir maddə allergen sayılır. 

Allergenlər 2 qrupa bölünür: 

1) 


ekzoallergenlər, yəni xaricdən orqanizmə daxil olan allergenlər

2) 


endoallergenlər  və  ya  autoallergenlər  -  orqanizmin  özündə  əmələ 

gəlir. 


Məişət  allergenləri.  Mənzildə  təsadüf  olunan  tozların  (əyin  və  yatacaq 

paltarının,  xalçanın,  mebelin,  kitabların  və  s.)  hər  biri  ayrı-ayrılıqda 

allergen olub, xəstəlik törətmək qabiliyyətindədir. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə