S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə78/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   74   75   76   77   78   79   80   81   ...   153

255 

 

1. 



Koma  təhlükəsi  -  əsəbilik,  sürətlə  psixi  üzülmə,  sutkalıq  rejimin 

təhrif  olunması  (gündüz  yatıb,  axşam  oyaq  qalır),  tremor,  ağızda 

xoşagəlməz təm, yüngül sarılıq qeyd edilir. 

2. 


Prekoma  (komaönü  vəziyyət)  -  birinci  mərhələdəki  simptomlar,  o 

cümlədən,  tremor  güclənir,  psixotik  vəziyyət  törənir,  vaxtaşırı  huş  itir, 

ağızdan «qaraciyər qoxusu» (çürümüş ət iyi) gəlir. 

3. 


Koma  -  huşun  itməsi  və  reflektor  fəaliyyətin  pozul¬ması  fonunda 

yuxarıda  göstərilən  əlamətlər  şiddətlənir.  Qaraciyərin  yüksək 

regenerasiya  qabiliyyəti  sayəsində  orqanizm  özü  bu  vəziyyətdən  çıxa 

bilər, amma koma tək-rar olur və nəhayət, ölümə səbəb olur. 

Qaraciyər  komasının  bilavasitə  səbəbi  qaraciyərin  baryer  funksiyasının 

pozulması  nəticəsində  orqanizmin  öz  metabolitləri  (ilk  növbədə 

ammonyak)  ilə  zəhərlənməsidir.  Odur  ki,  xəstələrin  qida  rasionunda 

heyvani zülalları çıxarır, venaya qlükoza və bəzi aminturşular (məsələn, 

metionin) yeridirlər. Qaraciyərdə zülalların sintezini müəy-  

yən  dərəcədə  normallaşdıran  qlükokortikokoidlər  və  yanaşı  gedən 

infeksiyaların  qarşısını  almaq  üçün  geniş  təsir  spektrinə  malik 

antibiotiklər tətbiq edilir. 

IV.  Böyrək 

koması 


uremiyanın 

(böyrək 


çatışmazlığı) 

son 


mərhələlərində kompensasiya olunmamış asidoz və orqanizmin elektrolit 

balansının  (ilk  növbədə  maqnezium  mübadiləsinin)  dərin  pozulmaları 

nəticəsində  törənir.  Hazırda  ən  effektli  müalicə  hemodializdən  və  ya 

böyrəyin transplantasiyasından ibarətdir. 

V. 

Malyariya  koması  tropik  malyariyadan  ölümün  səbəblərindəndir. 



Malyariya  tutması  zamanı  eritrositlər  dağıldıqda,  həm  onların,  həm  də 

plazmodilərin parçalan¬ması məhsulları orqanizmi zəhərləyir. 

Bunlardan  əlavə,  anoksiya,  eklampsiya  (hamiləlik  tok-  sikozu  zamanı), 

apopleksiya (beyinə qansızma), böyrəküstü vəzi (Addison xəstəliyi və ya 

downloaded from KitabYurdu.org



256 

 

qlükokortikoidlərlə  müalicənin  kəsilməsi  zamanı)  koması,  tireotoksik, 



hipoxloremik  (ha¬milələrdə  arasıkəsilməz  qusma  zamanı)  koma  ayırd 

edilir. 


Komatoz  vəziyyətlər  sürətlə  inkişaf  edir  və  tez  ölümə  səbəb  ola  bilər. 

Odur ki, həkim diaqnozu tez müəyyən¬ləşdirib, həm bütün komalar üçün 

ümumi olan, həm də onların həmin növü üçün xarakterik olan pozulmaları 

nəzərə almaqla təcili tibbi yardım göstərməlidir. 

Bayılma və kollaps 

Bayılma  -  beyin  toxumasında  qidalanmanın  qəflətən  pozulması 

(hipoksiya)  nəticəsində  huşun  itməsi  ilə  xarak¬terizə  olunan  patoloji 

vəziyyətdir. 

Beyin  damarlarında  qısamüddətli  spazmaya  və  ya  ürək  yığılmalarının 

kəskin surətdə zəifləməsinə səbəb olan ən müxtəlif amillər bayılma törədə 

bilər:  mənfi  emosiyalar,  ağrı,  qanqlioblokatorlarm  və  bəzi  digər 

farmakoloji  preparatların  həddən  artıq  qəbulu,  sinokarotid  zona, 

vestibulyar  aparat  və  s.  reseptor  zonaların  kəskin  surətdə  qıcıqlanması, 

həddən  artıq  fiziki  gərginlik,  ürəyin  bloka¬dası,  ekstrasistoliyadan 

sonrakı kompensator pauza və s. 

251  


Bayılma adətən bir neçə dəqiqə çəkir: xəstənin ümumi vəziyyəti pisləşir, 

narahat olur, əzələ tonusu zəifləyir, damar tonusu kəskin surətdə pozulur 

və o, huşunu itirir. Bu dəyişikliklər üç mərhələdə gedir: 

1. 


İlkin əlamətlər mərhələsi - xəstə narahatlıq hiss edir, ümumi zəiflik, 

başağrısı, ürək nahiyəsində xoşagəlməz hissiyyat, öyümə qeyd edilir. 

2. 

 Huşun itirilməsi - xəstənin görmə qabiliyyəti pozulur, qulaqlarında 



küy hiss edir; vegetativ damar pozulmaları qeyd edilir; dərinin və selikli 

qişaların  rəngi  avazıyır,  arterial  təzyiq  və  əzələ  tonusu  azalır.  Bu 

downloaded from KitabYurdu.org



257 

 

dəyişikliklər bir neçə saniyə ərzində xeyli şiddətlənir, xəstə huşunu itirib 



yıxılır. 

3. 


 Bərpa  mərhələsi  -  prosesin  ağırlığından  asılı  olaraq,  bir  neçə 

saniyədən bir neçə dəqiqəyədək müddət ərzində xəstənin huşu bərpa olur. 

Bayılmadan  sonra  xəstələr  bir  neçə  müddət  zəiflikdən,  süstlükdən, 

yuxusuzluqdan,  başağrısından  şikayət  edirlər.  Bayılma  o  qədər  də 

təhlükəli,  hal  deyildir.  Yardım  üçün  ııaşatır  spirti  iylədir,  xəstəni 

uzandırırlar, üzünə soyuq su səpirlər, ətrafları qızdırmağa çalışırlar. 

Xəstə yatağa uzadılır, başı aşağı, ayaqları isə nisbətən yuxarı vəziyyətdə 

yerləşdirilir.  Ayaqlara  isitqac  qoyulur.  Arterial  təzyiqi  artırmaq  üçün, 

damardaraldan  dərmanlar¬dan  adrenalin,  dəri  altına  kofeiıı,  kordiamin, 

korazol vurulur. Xəstə üçün rahatlıq yaradılmalıdır; bədənin qızması üçün 

isti kofe içirtmək olar. 

Kollaps (latınca kollapsus - süst - zəifləmiş) - damar tonusunun zəifləməsi 

və dövr edən qanın həcminin azalması nəticəsində törənən kəskin damar 

çatışmazlığıdır. 

Klinik  mənzərəsinə  görə  kollaps  şoku  xatırlatsa  da,  etiopatogenez 

baxımından bunlar arasında prinsipial fərq vardır: kollapsın etiologiyası 

ilk  növbədə  ürək-damar  sisteminin  fəaliyyətinin  pozulması  ilə 

əlaqədardır; şok zamanı isə əvvəlcə sinir sisteminin fəaliyyəti pozulur və 

ilk növbədə sinir komponentinin aradan qaldırılması vacibdir. 

Kollaps zamanı qanın ürəyə qayıtması çətinləşir, arterial təzyiqlə yanaşı, 

venoz təzyiq də enir. Toxumaların qidalanması və maddələr mübadiləsi 

pozulur,  beyində  hipoksiya  törənir,  orqanizmin  funksiyaları  kəskin 

surətdə zəifləyir. Kollapsm klinik əlamətlərinə xəstənin rənginin qəflətən 

avazıması,  nəbzin  sürətli  və  dolğunluğunun  zəif,  tənəffüsün  səthi  və 

seyrək  olması,  ətrafların  soyuması,  bədən  temperaturunun  azalması, 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə