S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə86/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   82   83   84   85   86   87   88   89   ...   153

280 

 

Allergik reaksiya zamanı qan damarlarının zədələnmə dərəcəsindən asılı 



olaraq, müxtəlif allergik xəstəliklər əmələ gəlir. 

Ekzema. Ekzema hazırda ən geniş yayılmış dəri xəstə¬liklərindən olub, 

bəzi  formalarında  allergik  komponent¬lərin  əhəmiyyəti  vardır.  Ekzema 

anadan  olandan  qocalana  qədər  bütün  yaşlarda,  həm  kişilərdə,  həm  də 

qadınlarda eyni dərəcədə təsadüf olunur. 

Ekzema  dərinin  səthi  qatlarının  zədələnməsi  ilə  aşkar  olur.  Dəri  səpir, 

qızarır, bir qədər şişir, orada xırda düyün- cüklər və sudurcuqlar görünür. 

Çox keçmədən sudurcuqlar deşilir və həmin yerdə sulanma əmələ gəlir. 

Sulanma tezliklə quruyur və zədələnmə nahiyəsində nazik qartmaq əmələ 

gətirir. Qartmaqlar quruyub töküləndən sonra ekzemanm yerində normal 

dəri əmələ gəlir. Ekzema nahiyəsində daim qaşınma müşahidə olunur. 

Psixi  sarsıntılar,  mənfi  emosiyalar  və  bunun  nəticəsin¬də  yuxusuzluq, 

ruhi düşkünlük, mənəvi sarsıntılar ekzema¬nm baş verməsində və xronik 

ekzemanm kəskinləşməsində böyük rol oynayır. 

Kəskin ekzemanm eritemalı, düyünciiklü, sudurcuqlu stadiyaları tezliklə 

bir-birini əvəz edir. Bəzən bir neçə saat və ya bir neçə gün müddətində 

birinci üç stadiya da keçib gedir, sulanma əmələ gəlir. 

Sonra tədricən, bəzən də çox tezliklə qaşınma azalır. Kəskin iltihab halları 

çəkilir,  qartmaqlar  tökülür,  zədə¬lənmə  nahiyəsində  dəri  normallaşır. 

Qalmış piqment ləkələri tezliklə sorulur. 

Düzgün  müalicə  nəticəsində  kəskin  ekzema,  əsas  etibarilə  sağalmaqla 

qurtarır. Müalicəsiz qaldıqda və ya düzgün müalicə edilmədikdə, xronik 

hala keçir. 

Allergik dəri xəstəliklərinin müalicəsi və profilaktikası 

Dərinin  açıq  hissələrini  (üz,  əllər)  qorumaq  üçün  peşə  geyimlərindən 

başqa,  bir  sıra  mühafizəedici  məlhəmlərdən,  pasta  və  yuyucu 

downloaded from KitabYurdu.org



281 

 

maddələrdən də istifadə edilir. Bu maddə¬lər iki yerə bölünür: 1) mineral 



yağlardan, neftdən və neft məhsullarından (lak, qətran və s.) qoruyan; 2) 

turşulardan, duzlardan, qələvilərdən qoruyan dərmanlar. 

Birinci qrup məlhəmlərə «bioloji əlcək», «mikolan», «selikon məlhəmi» 

və s. aiddir. Bunlar dərinin səthində üzvi maddələri buraxmayan təbəqə 

əmələ gətirir. 

İkinci qrup məlhəmlər zərərli su məhlullarını keçirmir. 

İşdən sonra «Lanolin», «Yantar» və s. kremləri sürtmək məsləhət görülür. 

Ümumiyyətlə, allergiyaların müalicəsi iki istiqamətdə aparılır: 

1) 

orqanizmin, xüsusilə sinir sisteminin möhkəmlən¬dirilməsi; 



2) 

allergenin orqanizmdən çıxarılması. 

Hər iki istiqamətdə həkim nəzarəti altında kompleks müalicə yaxşı nəticə 

verir. 


Autoallergiya  da  ləng  gedişli  allergik  reaksiyalara  aiddir.  Bunları 

autoallergenlər (endoallergenlər) törədir. Autoallergenlər 2 növdür: 

1. 

Təbii  autoallergenlər  -  orqanizmin  bəzi  toxuma¬larının  (sinir 



liflərinin  mielin  qişasının,  göz  büllurunun,  yumurtalığın  və  s.)  immun 

sistem  hüceyrələrindən  təcrid  olunmuş  dəyişikliyə  uğramamış 

zülallarıdır.  Yerləşdikləri  toxumalar  zədələndikdə,  həmin  zülallar 

immunokom- petent hüceyrələrlə təmasda olub, autoallergiya törədir. 

2. 

Qazanılmış 



autoallergenlər  -  fiziki,  kimyəvi  amillə¬rin, 

hipoksiyanm  (qeyri  -  infeksion)  və  ya  mikroorqanizm-  lərin,  virusların 

(infeksion)  təsirindən  dəyişilmiş  toxuma  zülalları,  yaxud  zülalların 

kimyəvi  maddələr,  yaxud  mikrob  və  ya  toksinlərlə  kompleks 

birləşmələridir. 

downloaded from KitabYurdu.org




282 

 

Patogenezində autoallergik komponentin iştirak etdiyi xəstəliklər (diffuz 



qlomerulonefrit,  qırmızı  qurd-  eşənəyi,  simpatik  oftalmiya  və  s.) 

autoallergik xəstəliklər adlanır. 

XVII. İNFEKSİON XƏSTƏLİKLƏR 

Mikroblar 

Mikroorqanizmlər  mikroskopik  -  gözlə  görünməyən  canlılardır. 

Mikroblarm həyat fəaliyyətini, hüceyrə qurulu¬şunu mikrobiologiya elmi 

öyrənir.  Mikroorqanizmlərin  ölçüləri  o  qədər  kiçikdir  ki,  məsələn,  bir 

damla suda bir neçə milyona qədər mikrob hüceyrəsi ola bilər. Buna görə 

də  onları  min,  on  min  dəfələrlə  böyüdən  mikroskoplarda  görmək 

mümkündür. Bu kiçik orqanizmlərə sadə quruluşlu bakteriyalar, viruslar, 

ibtidai göbələklər, yosun və ibtidai heyvanlar aiddir. 

Mikroorqanizmlər  böyük  əhəmiyyətə  malikdirlər.  Bunların  iştirakı  ilə 

üzvi  və  mineral  birləşmələrin  çevrilməsi  prosesləri  gedir.  Çox  qədim 

dövrlərdən  hələ  bu  orqanizm¬lər  haqqında  heç  bir  məlumat  olmadan 

onlardan  istifadə  etmişlər.  Onların  fəaliyyəti  nəticəsində  spirtli  içkilər, 

süd məhsulları hazırlamış, xəmiri qıcqırtmışlar. Yalnız sonra- lar məlum 

olmuşdur  ki,  bütün  bu  proseslərin  əmələ  gəlməsinə  səbəb 

mikroorqanizmlərdir. 

Təbiətdə  elə  bir  sahə  yoxdur  ki,  orada  mikroblar  bilavasitə  iştirak 

etməsinlər. Onlar bitki və heyvan qalıq¬larının parçalanmasında, üzvi və 

qeyri-üzvi maddələrin əmələ gəlməsində əsas rol oynayırlar. 

Mikroorqanizmlər  torpağın  ayrılmaz  hissəsi  olub,  orada  gedən  bütün 

proseslərdə iştirak edirlər. Mikroor¬qanizmlərin bitkilərin həyatında rolu 

olduqca  böyükdür.  Mikroorqanizmlərin  sənayedə  də,  xüsusilə  yeyinti 

sənaye¬sində,  tibbdə  dərman  hazırlanmasında  və  s.  mühüm  əhəmiyyəti 

vardır. 


Bir 

çox 


antibiotik 

maddələr, 

dərman 

preparatları 



mikroorqanizmlərdən hazırlanır. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə