S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə75/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   71   72   73   74   75   76   77   78   ...   153

246 

 

Ağrının  şiddəti  həmişə  xəstəliyin  ağırlıq  dərəcəsinə  müvafiq  gəlmir. 



Bəzən  elə  bir  təhlükəli  olmayan  zədələnmə  şiddətli  ağrı  törədir  və  ya 

daxili orqanların ağır zədələn- mələri zəif ağrıya səbəb olur. 

İnsanın  ağrını  hiss  etməsinə  onun  ali  sinir  fəaliyyəti¬nin  tipi,  psixo-

emosional  vəziyyəti,  bir  sıra  xarici  mühit  amilləri  təsir  edir. 

Şizofreniyanm bəzi formaları, beyinin ' alın payının zədələnməsi, alkohol 

sərxoşluğu  ağrı  hissinin  itirilməsinə  səbəb  ola  bilər.  Bəzən  ağrı  hissi 

anadangəlmə olmur. 

• % 


Sinirlərin xronik zədələnməsi onların innervasiya 

etdikləri  nahiyələrdə  tutmaşəkilli  ağrıya  səbəb  olur  ki,  bu,  nevralgiya 

adlanır. Odlu silah yaralanmaları və s. nəticə¬sində zədələnmiş sinirlərin 

innervasiya etdiyi nahiyələrdə vazomotor dəyişikliklər, şiddətli tər ifrazı, 

toxuma trofika- sının pozulması ilə  müşayiət olunan  əzabverici ağrılara 

kauzalgiya deyilir. 

Ağrı  reflektor  surətdə  simpatik  sinir  sisteminin  fəaliyyətini  artırmaqla 

adrenalinin,  hipofizin  arxa  payının  hormonlarının,  kortikosteroidlərin 

sekresiyasını artırır,  

orqanizmdə  bir  sıra  neyro-endokrin  dəyişikliklərə  səbəb  olıır.  Nəticədə 

əzələ tonusu artır, ürək fəaliyyəti və tənəffüs sürətlənir, damarlar daralıb 

arterial  təzyiq  yüksəlir,  bronx-  lar  genəlir,  mədə-bağırsaq  sisteminin 

fəaliyyəti  ləngiyir,  sidik  ifrazı  azalır,  tər  ifrazı  artır,  bəbəklər  genəlir, 

qanın laxtalanma qabiliyyəti artır və s. 

Bununla  belə  diaqnoz  müəyyən  edildikdən  sonra  ağrı  hissinin  aradan 

qaldırılması vacibdir. Bu məqsədlə fiziki, farmakoloji, psixoprofılaktik və 

neyrocərrahi üsullardan istifadə edilir. 

downloaded from KitabYurdu.org




247 

 

Şok  (fransızca  şok  -  zərbə)  -  fövqəladə  qıcıqların  orqanizmin 



neyrohumoral  tənzim  mexanizmlərində  törət¬diyi  reflektor  pozulmalar 

nəticəsində əmələ gələn və mərhələlərlə inkişaf edən patoloji vəziyyətdir. 

Tipik pato¬loji proses kimi şok uyğunlaşma xarakteri daşıyıb, ekstremal 

şəraitdə  həyatın  mühafizə  edilməsinə  yönəlmiş  passiv  qoruyucu 

reaksiyalar kompleksi hesab edilə bilər. 

Şokun  etioloji  və  patogenetik  əlamətlərə  əsaslanan  aşağıdakı  təsnifatı 

vardır: 

I. 


Ağrı ilə əlaqədar şok. 

1) 


ekzogen ağrı (travmatik, elektrikvurma, yanıq, donma, operasiya və 

s.) nəticəsində şok; 

2) 

endogen ağrı (kardiogen, nefrogen, həzm orqanla¬rının xəstəlikləri 



və s.) nəticəsində şok. 

II. 


Humoral amillərlə əlaqədar şok (hemotransfuzion, anafilaktik və s.). 

III.  Psixogen şok. 

Şokun  patogenizində  nevrogen  və  mikrosirkulyator  mexanizmlər, 

akapniya  (qanda  karbon  qazının  olmaması  və  ya  azalması),  toksemiya 

(qanda  zəhərli  mübadilə  məhsullarının  toplanması)  və  s.  rol  oynayır. 

Şokogen amil mərkəzi sinir sisteminin həddən artıq qıcıqlanmasma səbəb 

olur, sonra isə güclü oyanma dərin ləngimə ilə əvəz olunur. Buna müvafiq 

olaraq  şokun  gedişində  2  mərhələ  -  erektil  və  torpid  mərhələlər  ayırd 

edilir. 

Kəskin oyanma ilə gedən erektil mərhələ çox qısa 

olub, cəmi bir neçə dəqiqə çəkir. Arterial təzyiq yüksəlir, 

downloaded from KitabYurdu.org




248 

 

ürək  fəaliyyəti  və  damarlarda  qan  cərəyanı  sürətlənir.  Daxili  orqanların 



əksəriyyətinin, həmçinin ürək  əzələsinin damarlarında spazm xarakterli 

dəyişikliklər,  şokun  əvvə¬lində  stress  vəziyyətinin  əmələ  gəlməsi 

simpato-adrenal sistemin aktivləşməsi, böyrəküstü vəzidə kortikoidlərin 

və katexolaminlərin (adrenalin, noradrenalin) sekresiyasının artıb, qanda 

səviyyəsinin yüksəlməsinin nəticəsidir. 

Erektil mərhələnin ardınca mərkəzi sinir sisteminin bütün səviyyələrində 

dərin  ləngimə  törənir  və  torpid  mərhələ  başlanır.  Bu  mərhələ  bir  neçə 

saatdan bir neçə günədək dəvam edə bilər. Orqanizmin bütün funksiyaları 

kəskin  surətdə  pozulur.  Arterial  təzyiq  düşür,  dövr  edən  qanın  həcmi 

azalır,  nəbz  tezləşir  (1  dəqiqədə  200  vurğuya  çata  bilər),  amma 

dolğunluğu azalır. Bəzən taxikardiya bradikardiya ilə əvəz olunur ki, bu 

da  proqnozun  pis  olduğunu  göstərir,  çünki  ürək  əzələsinin  ehtiyat 

qüvvəsinin  tükənməsinin  nəticəsidir.  Beyin  qabığında  parabiozun 

mərhələlərinə müvafiq dəyişikliklər müşahidə edilir. Əvvəlcə xəstə zəif 

qıcıqlara ^məsələn, pıçıltı ilə deyilən sözə) cavab verir, qüvvətli qıcıqlara 

reaksiya vermir, sonra isə heç bir reaksiyası olmur. 

Ağır hallarda tənəffüs seyrəkləşir, dövri tənəffüs müşahidə edilir və xəstə 

tənəffüs mərkəzinin iflicindən ölə bilər. 

Çox  vaxt  şokun  ağırlıq  dərəcəsini  arterial  təzyiqin  hansı  səviyyəyədək 

enməsinə əsasən müəyyən edirlər. I dərəcəli (yüngül) şok zamanı sistolik 

təzyiq civə sütununun 100 - 90 mm-dək, II dərəcəli (orta ağırlıqlı) şokda 

90 - 70 mm-dək enir və III dərəcəli (ağır) şokda 70 mm-dən aşağı olur. 

Amma  nəzərə  almaq  lazımdır  ki,  bəzən  arterial  təzyiqin  enməsi  şokun 

ağırlığına tam müvafiq olmaya bilər. Odur ki, Allgever göstəricisindən, 

yəni nəbz tezliyinin sistolik arterial təzyiqə nisbətindən də istifadə edilir. 

Bu  '  göstərici  sağlam  şəxsdə  0,5  -  0,6  olub,  şokun  ağırlığına  müvafiq 

olaraq  artır  (I  dərəcə  -  0,7-0,8;  II  dərəcə  -  0,9-  1,2;  III  dərəcə  -  1,3  və 

yuxarı).  

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə