S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə72/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   68   69   70   71   72   73   74   75   ...   153

236 

 

Dəri orqanizmdə duyğu orqanı kimi də funksiya daşı¬yır, burada lamisə, 



təzyiq, temperatur hissi yaradan resep- torlar yerləşir. 

Dəri bədən temperaturunun sabit saxlanılmasında 

230  

  

 



  

Baş beyni 

1-uzunsov beyin; 2-Varolio körpüsü; 3-beyincik; 

4-orta beyin; 5-ara beyin 

  

Refleks qövsü 



1-diz refleksi; 2-reseptor; 3-mərkəzəqaçan sinir; 4-onurğa beyni; 

5- 


mərkəzdənqaçan sinir; 6-sinir mərkəzi; 7-mərkəzdənqaçan 

sinir; 8-əzələ, orqan; 9-mərkəzi sinapslar.  

  

Görmə analizatoru 



I - 1-ağlı qişa; 2-buynuz qişa; 3-damarlı qişa; 4-qüzehli qişa; 

5-ön kamera; 6-bəbək; 7-büllur; 8-kirpikli əzələ; 9-şüşəyəbənzər cisim; 1 

O-tor qişa; 11-görmə siniri; 

II - 1) işığa həssas hüceyrələr; 2) görmə siniri; 3) görmə nahiyəsi. 

  

  

downloaded from KitabYurdu.org




237 

 

  



Gözdə xəyalın alınması 

  

  



mühüm yer tutur. Onun tər vəziləri və zəngin kapilyar sistemi orqanizmin 

xarici  mühitin  dəyişkən  temperaturu  şəraitinə  uyğunlaşmasında  mühüm 

rol oynayır. İnsanda dərinin tənəffüs funksiyası olduqca zəifdir. Dəri eyni 

zamanda orqanizmin mühüm qan deposu kimi də fəaliyyət göstərir. Onun 

kapilyarlarında 1000 ml-dək qan yığıla bilər. 

Dərinin  ifrazat  funksiyası  xeyli  yüksəkdir.  Dəri  örtü¬yünün  müxtəlif 

sahələrində tər vəzilərinin miqdarı eyni deyil- dir. insan normal şəraitdə 

sutkada 500 ml tər ifraz edir. Tərin tərkibində 98% su, 2% üzvi və qeyri-

üzvi maddələr, o cümlə-dən, natrium-xlorid, sidik cövhəri, ammonyak və 

s. vardır. Tər vəzilərinin fəaliyyətini vegetativ sinir sistemi tənzim edir, 

ali  tənzim  mərkəzləri  isə  uzunsov  beyində  və  hipotalamusda  yerləşir. 

Burada temperatur tənzimi mərkəzi də yerləşir. 

Dəri xəstəlikləri 

Dəri xəstəliklərindən bəhs edən elmə dermatologiya . deyilir. 



Dəri xəstəliklərinin əlamətləri. Yerli - gicişmə, göynə¬mə, ağrı, dartılma, 

yandırma, bir sıra hissiyyat pozulmaları və s., ümumi - üşütmə, qızdırma, 

yuxusuzluq, iştahasızlıq, əsəbilik və s. olur. 

Dəridə  morfoloji  dəyişikliklər  -  ləkə,  köpüşük,  düyün-  ciik,  qabarıq, 

düyün,  suluq,  irinlik,  kəpək,  qartmaq,  dəmrov-  laşma,  eroziya, 

ekssudasiya, xora, çat, çapıq və s. törənə bilər. 

downloaded from KitabYurdu.org



238 

 

Ləkə.  Dərinin  və  selikli  qişanın  məhdud  bir  sahəsinin  rənginin 



dəyişilməsinə  ləkə  deyilir.  Ləkə  üç  cür  olur:  iltihab,  hemorragiya  və 

piqment ləkələri. 

Köpüşük.  Xüsusi  dərinin  (dermanın)  məməyəbənzər  təbəqəsində  baş 

vermiş  kəskin  iltihablı  şişkinliklərə  köpü-  '  şük  deyilir.  Köpüşüyün 

xüsusiyyəti  ondan  ibarətdir  ki,  o,  müəyyən  ekzogen  və  endogen 

səbəblərdən gözlənilmədən aşkar olur və tezliklə heç bir iz buraxmadan 

yox olur. 

Qabarcıq.  Dermanın  dəri  qatlarında  infiltrat  hücey¬rələrinin  məhdud 

toplantısı  nəticəsində  əmələ  gəlmiş  boşluqsuz  dəri  elementidir.  Onlar 

sifilisdə, dəri vərəmində,  

cüzamda, dəri leyşmaniozunda və s. olduğu kimi iltihablı infiltratm əmələ 

gəlməsi  nəticəsində  törənir.  Qabarcıq  adətən  dəri  səthində  qabarır. 

Sağalarkən özündən sonra çapıq və yaxud atrofiya buraxır. 

Sudurcuq.  Sudurcuq  boşluqlu  dəri  elementidir.  O,  epi-  dermis 

təbəqələrinin  arasına  ekssudat  mayesinin  yığılması  nəticəsində  əmələ 

gəlir.  Sudurcuq  bilavasitə  buynuz  təbəqəsinin  altında,  epidermis 

təbəqələrinin  və  epidermislə  xüsusi  dəri  arasında  əmələ  gəlir,  darıdan 

mərcimək böyüklüyünə qədər olur. 

Mərciməkdən böyük sudurcuqlar sudur adlanır. O,  yanıqda daha böyük 

ola  bilər.  Bir  neçə  sudurcuq  bəzən  birləşib  çoxboşluqlu  sudurlar  əmələ 

gətirir. 

İrinlik. Epidermisdə və ya dermada irinli ekssudatın yığılması nəticəsində 

əmələ gəlmiş boşluqlu dəri elementinə irinlik deyilir. 

Dərinin  irinli  xəstəlikləri.  Piodermitlər.  Piodermitlər  yaxud  piodermiya 

insanlara məlum olan ən qədim dəri xəstəliklərindəndir. Piodermitlər dəri 

örtüyünün bütün sahələrində əmələ gələ bilər. Ancaq onlar ən çox əllərdə, 

qollarda, üzdə və ayaqlarda müşahidə olunur. Piodermit- ləri əsas etibarilə 

downloaded from KitabYurdu.org




239 

 

orqanizmin  müqavimətinin  zəifləməsi  və  dəri  bütövlüyünün  pozulması 



şəraitində piokokklar törədir. 

Piodermitlərin əsas törədiciləri stafilakokklar və streptokokklardır. 

Follikulit.  Bu,  tük  kisəciyinin  irinli  iltihabıdır.  Xəstəlik  zamanı  iltihab 

prosesi tük kisəciyini, onun ətraf toxumalarını və tük məməciyini əhatə 

edir. 

Follikulitin  mərkəzindən  adətən  tük  keçir,  içərisində  irin  müşahidə 



olunur;  3-4  gündən  sonra  mərkəzində  əmələ  gəlmiş  irinlik  quruyub 

qartmağa çevrilir; qartmaq düşəndən sonra infıltrat tezliklə sorulub yox 

olur.  Bəzi  hallarda  follikulit  abses  verir.  Həmin  abses  cərrahi  yolla 

müalicə olunduqda, yerində xırda çapıq qalır. Follikulitin gedişi 7-8 gün 

çəkir,  sonra  isə  adətən  sağalır,  yerində  qısa  müddətdə  sorulub  gedən 

piqmentli ləkə və ya nöqtəşəkilli çapıq qalır. 

Müalicəsi. Follikulitlərin müalicəsi antibiotiklərlə  

başlanır.  Penisillin  200000  -  300000  vahid,  gündə  3-4  dəfə  əzələyə 

yeridilir. Penisillin 0,5 %-li novokain məhlulunda həll edilir. Bəzi uzun 

sürən  follikulitiərdə  penisillin  aııto-  qanla  vurula  bilər.  Bundan  başqa 

biomisin, tetrasiklin, oksimetilpenisillin və s. 200000 vahiddən gündə 3-

4  dəfə  daxilə  təyin  olunur.  Antibiotiklərlə  müalicə  bütün  hallarda 

piokokkların  onlara  qarşı  həssaslığının  müəyyən  olunması  əsasında 

aparılmalıdır. 

Follikulitlərin  ətrafındakı  sağlam  dərinin  tüklərini  qırxmaq  və  həmin 

yerləri arabir 50 %-li spirtlə və yaxud odekolonla təmizləmək lazımdır. 

Follikulitli xəstənin yuyunması məqsədəuyğun deyil. 

Furunkul. Furunkul və ya çiban tük kisəciyinin dərin iltihabıdır. O, iltihab 

prosesinin  tük  kisəciyi  ağzından  dərin¬liklərə  və  ətraf  toxumalara 

yayılması nəticəsində əmələ gəlir. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə