S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə68/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   64   65   66   67   68   69   70   71   ...   153

223 

 

gərginləşir,  qan  təzyiqi  yüksəlir.  Sifət  qızarır,  tərləyir,  iflic  baş  verir, 



həmin tərəfdə ağız bucağı sallanır. 

qarışığı 

eufillin 

ml) 


10-12 

Bu zaman xəstəyə ilk yardım kimi rahatlıq verilməli, uzandırılmalı, başı 

bir  qədər  hündürdə  yerləşdirilməli,  başa  buz,  ayaqlara  isə  isitqac 

qoyulmalıdır. Venaya qlükoza  

gündən sonra iflicləri masajla müalicəyə başlayırlar. Prozerin, dibazol və 

s. işlədilir. 

Kəskin  poliomielit.  Onurğa  beyninin  boz  maddəsinin  iltihabıdır.  Uşaq 

onurğa  beyni  iflici  adlanır.  Xəstəliyi  virus  törədir.  Törədici  xəstə  ilə 

kontaktda olduqda, qida, hava və həşəratlarla sağlam şəxslərə keçə bilər. 

Bağırsağın  selikli  qişasında  viruslar  artır,  çoxalır  və  qana  sorulur.  Ən 

əvvəl temperatur yüksəlir, üşütmə, yorğunluq müşahidə edilir, bağırsaq 

fəaliyyəti  pozulur.  Onurğada  ağrılar  duyulur.  Sonra  illic  dövrünə  keçir. 

Müxtəlif formalarda ifliclər verir. Bərpa dövrü bir neçə aydan bir neçə ilə 

qədər uzana bilər. 

qlobulın, qan B12 vitaminləri təyin 

Müalicəsi ciddi yataq rejimi ilə başlanır. Onurğa sütununun əyilməsinin 

qarşısını  almaq  üçün  döşək  hamar  və  bərk  olmalıdır.  Ağrıkəsicilər, 

qamma-qlobulin, 

qlütamin 

müalicədən 

travmatik zədələnmədir 

downloaded from KitabYurdu.org




224 

 

Travmadan sonra qəflətən şüur itir. Yüngül formada 



219  

saat, ağır travmada isə 2-3 günədək davam edir. Urəkbu- 

laııma, qusma baş verir. Yaddaş pozulur. Travmanm aradan 

qaldırılması istiqamətində müalicə aparılır. Xəstə 10-15 gün 

yataq rejimində olmalıdır. Simptomatik müalicə aparılır. 

• •  < 


Urək dərmanlarından istifadə edilir. 

Beyin  sərpməsi.  Yerli  zədələnmələrdən  sonra  baş  verə  bilər.  Hissiyyat, 

nitq pozulur. Beynin zədələnmiş yerində sərpmə nəticəsində toxumanın 

nekrozu  baş  verir.  Ölmüş  nahiyənin  limfa  və  qanı  sorulmağa  başlayır. 

Xəstəlikdən  sonra  bir  sıra  pozulmalar,  ağıl  zəifliyi  qala  bilər.  Kəskin 

dövrdə punksiya edilərək, oradakı maye çıxarılır. Simpto¬matik müalicə 

aparılır.  Daxilə  brom  preparatları,  parez  və  ifliclərdə  masaj,  prozerin, 

dibazol tətbiq edilir. 

Epilepsiya.  Şüurun  itməsi  ilə  müşayiət  olunan  qıcolma  şəklində 

xəstəlikdir.  Qıcolmalar  tutmaşəkilli  olur.  Xəstəli¬yin  əsas  səbəbləri 

müxtəlif sinir travmaları, doğuş travma- ları, sinir xəstəlikləri, infeksion 

xəstəliklər  ola  bilər.  Xəstəlik  ən  çox  10-20  yaşlarda  təsadüf  edir,  irsi 

olmasa  da,  meyllik  vardır.  Epilepsiya  tutması  həm  beyin  qabığında 

yayılmış ləngimə, şüurun itməsi, hərp. də hərəki analizatorlarm həddindən 

artıq oyanması, qıcolma şəklində təzahür edir. 

İlk  əvvəl  xəstə  şüurunu  itirir,  yıxılır,  bütün  əzələləri  gər¬gin  olur, 

bəbəkləri genəlir, işığa reaksiya vermir, çənəsi sıxılır, tənəffüsü dayanır, 

sifəti  solur,  göyərməyə  başlayır.  İkinci  fazada  tənəffüs  xırıltılı  olmaqla 

bərpa  olunur,  köpüklü,  bəzən  qanlı  ağız  suyu  ifraz  olunur,  qıcolmalar 

downloaded from KitabYurdu.org




225 

 

dayanır. Birinci faza yarım dəqiqəyə qədər, ikinci faza 2-5 dəqiqə çəkir. 



Üçüncü fazada soporoz hal baş verir  - halsızlıq, dərin yuxu halı. Sonra 

xəstə ayılır, şüuru bərpa olur. Tutmaarası dövrdə xəstələr heç də sağlam 

adamlardan  fərqlənmir.  Lakin  epilepsiya  vaxtında  düzgün  müalicə 

edilməlidir.  Belə  ki,  ən  çox  lüminaldan  istifadə  edilir.  Bromidlərdən 

difenin, trimetin və başqa dərmanlardan istifadə olunur. Bəzən punksiya 

və ya şüalandırmadan istifadə edilir. 

Sinir  sisteminin  çox  yüksək  gərginliklərindən  müxtəlif  pozulmaları  baş 

verir. Bunlara nevrozlar deyilir. Müxtəlif səbəblərdən ola bilər. 

Nevroz - psixi travma nəticəsində psixi fəaliyyətin geri dönən pozulması 

olub, bu zaman real aləmin inikası pozulur və şəxs xəstəliyini dərk edir. 

Nevrozun  əsas  əlamətləri  təşvişdən  (həyəcandan)  və  həmin  təşviş 

hissindən qurtarmağa yönəldilmiş həddən artıq nəzərə çarpan davranışdan 

ibarətdir.  Nevrozlar  müxtəlif  sinir  -  psixi  əlamətlər,  o  cümlədən, 

emosional davamsızlıq, psixi və fiziki yorğunluq, bədən ağrıları və s. ilə 

təzahür  edir.  Nevrozların  təsnifatı  indiyədək  mübahisəli  qalır.  Müxtəlif 

müəlliflər bunlara nevrozların 3 klassik forması olan nevrasteniya, sarışan 

hallar, histeriyadan başqa, ipoxondrik, depressiv nevroz, qorxu nevrozu, 

vegetonevroz və s. kimi nevrotik halları da aid edirlər. 

Nevrozların ən geniş yayılmış forması nevrasteniya- dır. Sənayenin sürətli 

inkişafı ilə əlaqədar yaranan gərginlik xəstəliyin etiologiyasmda mühüm 

amil hesab edilir. Xəstəliyin əsas simptomokompleksi isə asteniyadır. Ən 

adi  iş  belə  xəstəni  yorur,  əhvalım  pisləşdirir.  Cüzi  bir  qıcıq  şiddətli 

affektiv  reaksiya  törədir,  yuxunu  pozur.  Beyin  qabığı  ilə  qabıqaltı 

mərkəzlər  arasındakı  neyrodi-  namikanın  pozulması  vegetativ  sinir 

sisteminin  normal  fəaliyyətini  dəyişdirir  və  bu,  daxili  orqanlarda 

funksional  patologiyaya  səbəb  olur.  Başağrısı,  başgicəllənməsi, 

təng¬nəfəslik,  ürəkdöyünmə,  ürək  ağrısı,  iştahanın,  cinsi  fəaliyyətin 

pozulması müşahidə.edilir. 

downloaded from KitabYurdu.org



226 

 

Nevrasteniyalı  şəxslər  öz  xəstəliklərini  şişirdir,  tez-tez  müxtəlif  tibbi 



müayinələrdən keçməyə cəhd edirlər. 

Sarışan hallar nevrozu olan şəxsləri əsasən qorxular, hərəkətlər, fikirlər, 

xəstəliklər və s. şəklində sarışan hallar narahat edir. Xəstə həmin hiss və 

fikirlərin lüzumsuz olduğunu başa düşsə də, onlardan yaxa qurtara bilmir. 

Sarışan  halların  nozofobiya  (ağır  xəstəliyə  tutulmadan  qorxma), 

psixofobiya  (psixi  xəstəliyə  tutulmaqdan  qorxma),  akrofobiya 

(yüksəklikdən  qorxma),  aqorafobiya  (geniş  küçə  və  meydanlardan 

keçməkdən  qorxma),  monofobiya  (yaxın  adamlarını  itirib  evdə  tək 

qalmaqdan  qorxma),  sarışan  fikirlər  (məzmunsuz,  qeyri-sağlam 

müdriklik) və s. kimi bir çox formaları vardır.  

Histeriyanın  əsas  xüsusiyyəti  hərəkətin  və  hissiyyatın  (emosiya) 

funksional pozulmaları, xəstənin asanlıqla təlqinə və özünütəlqinə məruz 

qalmasıdır.  Xəstələr,  bir  tərəfdən,  müalicə  üçün  həkimə  müraciət  edir, 

digər tərəfdən isə sanki öz hərəkətlərindən zövq alaraq, xəstəlik halından 

çıxmaq istəmirlər. Xəstəliyin klinik əlamətlərinə histerik qıdıq, vegetativ 

və  hərəki  funksiyaların  histerik  pozulması,  histerik  psixi  pozulmalar 

aiddir. 

Epilepsiya tutmasından fərqli olaraq, histeriya tutması daha mülayim və 

düşüncə  tam  pozulmadan  keçir,  xəstənin  şıltaqlığını  əks  etdirən 

məzmunda olub, əslində nümayiş xarakteri daşıyır. Xəstə ehtiyatla, astaca 

və münasib yerə (yatağa, xalça üstünə və s.) yıxılır, bədəni, həmçinin dil-

dodağı  zədələnmir.  Bəbəklərin  işığa  qarşı  reaksiyası  pozulmur,  sidik 

ifrazı müşahidə edilmir. 

Nevrozun səbəblərini və klinikasını akad. İ.P.Pavlov . dərindən öyrənmiş, 

həm  də  nevrozun  eksperimental  modelini  yaratmışdır.  Müəyyən 

edilmişdir  ki,  eyni  psixogen  amillərin  təsirindən  I  siqnal  sisteminin 

üstünlük  təşkil  etdiyi  şəxslərdə  (bədii  tip)  daha  çox  histeriya,  II  siqnal 

sistemi  üstün  olanlarda  (təfəkkür  tipi)  sarışan  hallar,  hər  iki  siqnal 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə