S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə64/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   60   61   62   63   64   65   66   67   ...   153

209 

 

tənzimedici təsir göstərir. Orqanizmdə vahid neyro-endokrin tənzimedici 



sistem mövcuddur. 

ENDOKRİN XƏSTƏLİKLƏR 

Bazedov xəstəliyi 

Bazedov  xəstəliyi  (tireotoksikoz,  diffuz  toksik/tireotok-  sik  ur, 

ekzoftalmik ur, Qreyvs xəstəliyi) geniş yayılmış endokrin xəstəliklərdən 

olub,  qalxanabənzər  vəzinin  hiper-  funksiyası  nəticəsində  sekresiyası 

artmış tiroksinin və triyod- tironinin orqanizmə göstərdiyi toksik təsirlə 

əlaqədardır. 

Xəstəliyə çox vaxt psixi travmalar, həmçinin infeksiya- lar, hipoflzin ön 

payında  tireotrop  hormonun  sekresiyasının  artması  səbəb  olur;  irsi 

amillərin əhəmiyyəti vardır. Ən çox 20-50 yaşlarda, xüsusən qadınlarda 

təsadüf edir. 

Xəstəliyi  ilk  dəfə  İrlandiya  həkimi  Qreyvs  təsvir  etmişdir.  Əsas 

əlamətlərini  isə  Merzeburq  (Almaniya)  həkimi  Karl  Bazedov  təsvir 

etdiyindən, bunlar «Merzeburq triadası» adlanır: stronıa və ya ur (vəzinin 

böyüməsi),  ekzoftalm  (gözlərin  bərəlməsi)  və  taxikardiya  (ürək 

təqəllüşlərinin tez- ləşməsi). Bundan başqa, kaxeksiya (kəskin arıqlama), 

tez  yorulma,  əllərin  əsməsi,  tərləmə,  əsəbilik,  narahatlıq,  ağla-  ğanlıq, 

yuxusuzluq, fikrin dağınıqlığı, yaddaşın pisləşməsi, əmək qabiliyyətinin 

azalması müşahidə edilir. Əsas müba¬dilə və bədən temperaturu yüksəlir. 

Bazedov  xəstəliyi  zamanı  ürək-damar,  endokrin,  sinir  sistemlərinin, 

qaraciyərin  və  s.  fəaliyyəti  pozulur.  Ağır  formaları  nevroz,  qadınlarda 

aybaşı tsiklinin pozulması, 

sonsuzluq və s. törədə bilər. 

downloaded from KitabYurdu.org




210 

 

ilk  əlamətlər  olan  kimi  həkimə  müraciət  etmək  lazım¬dır.  Xəstə  üçün 



sakit  şərait  yaradılmalıdır.  Müalicədə  radioaktiv  yod,  ııeomerkazol, 

rezerpin, anaprilin, pişikotu, üskükotu preparatı təyin edilir. Simptomatik 

müalicədə  Lüqol  məhlulu,  FİBS,  rezerpin,  panangin  və  s.  məsləhətdir. 

Gün ərzində sağlam adamın yoda tələbatı 150 mkq-dır. Qida vitaminli və 

zülalla  zəngin  olmalıdır.  Tireostatik  preparatlar  merkazolil  və  b.  effekt 

vermədikdə cərrahi üsula əl atılır. 

Endemik ur 

Əsasən  mühitdə  -  suda,  havada,  torpaqda  yodun  az  miqdarda  olması 

nəticəsində,  çox  vaxt  10-20  yaşda,  bəzən  30  yaşdan  yuxarı,  daha  çox 

qadınlarda baş verir. Xəstəlik bəzən elə bir əlamət vermir, qalxanabənzər 

vəzi böyüyür. Yodun kiçik dozaları ilə müalicə edirlər. Xəstələrə sakitlik 

və yaxşı qidalanma lazımdır. 

Konservativ  müalicə  nəticə  vermədikdə,  həmçinin  ur  mexaniki  yolla 

həyat üçün vacib orqanları sıxdıqda,   

cərrahi  müalicə  aparırlar.  Profilaktika  məqsədilə  endemik  ur  yayılmış 

rayonlarda duza yod qatırlar. 

Miksödema 

Klinik  mənzərə.  Xəstələr  tez  yorulmadan,  oynaq  və  əzələlərdə  ağrıdan, 

soyuğa davamsızlıqdan şikayət edirlər. Onlar ağırtərpənən, laqeyddirlər, 

yaddaşları  zəifləmişdir,  intellektləri  (ağıl)  azalmışdır.  Onlar  azdanışan, 

«gec  başa  düşən»,  yuxucul  olurlar,  çox  vaxt  depressiv  hala  düşürlər. 

Üzləri  maskayabənzər  və  şişkindir,  bu  xüsusilə  gözlərin  və  boyunun 

ətrafında olur. Körpücükaltı sahələrdə balış şəklində selikli ödem vardır. 

Dərinin  ödemi  dərialtı  birləşdirici  toxumaya  yayılır.  Dodaqlar 

qalınlaşmışdır. Tər vəzilərinin sekresiyası azaldığından dəri quru, ödemli 

və qalınlaşmışdır, az hissiyyatlı və solğundur. Tüklər tez qırılan (kövrək) 

downloaded from KitabYurdu.org



211 

 

olur,  kirpiklər,  habelə  qasıq,  qoltuq  və  kişilərdə  üz  tükləri  tökülür. 



Dırnaqlar tez sınır, dişlər ovulur, tökülür (düşür), diş əti qanayır. 

Müalicə.  Tireoidinlə  müalicə  çox  yaxşı  nəticə  verir.  Xəstələrin  fəallığı 

yüksəlir,  yuxuculluq  yox  olur,  ürək-damar  sisteminin  normal  fəaliyyəti 

bərpa olur, ürəyin konturları kiçilir. Tireoidini 0,1 q dozada gündə iki-üç 

dəfə  verirlər.  Əsas  mübadilə  yüksəldikdən  sonra  (bu  müalicəyə 

başla¬dıqdan 1-2 ay sonra baş verir) uzun müddət fasilələrlə az dozalarla 

müalicəyə keçirlər. Müalicəni dayandırdıqdan sonra miksödemanm bütün 

simptomları yenidən bərpa olur. 

Akromeqaliya 

Bədənin  periferik  hissələrinin  böyüməsidir.  Hipofizin  ön  payının 

eozinofil adenoması və onun boy hormonunun güclü surətdə hasil olması, 

həmçinin ara beyində şişin inkişafı, yaxud anadangəlmə və ya qazanılma 

sifilislə ara beynin və hipofizin zədələnməsi nəticəsində baş verir. 

Akromeqaliya  ətrafların,  falanqalarm  böyüməsi,  kəllə  sümüklərinin 

qalmlaşması, dərinin, selikli qişaların, daxili 

205  


orqanların  hipertrofiyası  və  daxili  cinsiyyət  orqanlarının  atrofiyası  ilə 

təzahür edir. Burun, qulaqlar, baş, dodaqlar böyüyür, qaşüstü qövslər və 

almacıqlar önə doğru çıxır. Həmçinin çənə də böyüyür, dişlər arasındakı 

məsafə  artır,  dil  böyümüş,  qalınlaşmış  olur,  ağıza  güclə  yerləşir  və 

danışığa mane olur. Bəzən əl və ayaqlar yalnız uzununa deyil, eninə də 

böyüyür  və  kürəyəbənzər  şəkil  alır.  Körpü¬cüyün,  döş  sümüyünün, 

qabırğaların  şiddətli  böyüməsi  (inkişaf  etməsi),  boyun-döş  şöbəsinin 

kifozu, bel hissəsinin lordozu əlamətləri ilə döş qəfəsinin yuxarı şöbəsinin 

böyüməsi  müşahidə  edilir.  Tüklər  qalınlaşır,  dəri  quru,  qırışıqlı  və 

qalınlaşmışdır. 

downloaded from KitabYurdu.org



212 

 

Müalicə. Hipofizin şişindən şübhə olduqda,  müalicə cərrahi  yolladır ki, 



bu, bəzən yaxşı nəticə verir. Cərrahi əməliyyata ilk növbədə akromeqaliya 

çox sürətlə inkişaf edən, görmənin sürətlə zəiflədiyi və başqa əlamətlərin 

daha  da  inkişaf  etdiyi  hallarda  və  şüa  müalicəsi  effekt  vermə¬dikdə 

göstəriş sayılır.  

XII.  SİNİR SİSTEMİ VƏ ONUN XƏSTƏLİKLƏRİ 

Sinir sistemi 

Canlı orqanizm daim onu əhatə edən mühitdən qıcıq¬ları qəbul edərək, 

onlara qarşı müvafiq cavab verir. Bu proses sinir sistemi vasitəsilə həyata 

keçir.  Sinir  sistemi  sinir  toxumasından  təşkil  olunmuşdur.  Bu  toxuma 

oyanma və oyanmam nəqletmə qabiliyyətinə malikdir. Oyanmanın sinir 

sistemində  yayılmasına  impuls  deyilir.  Sinir  toxuması  neyrondan  (sinir 

hüceyrəsi)  və  neyroqliyadan  təşkil  olunmuşdur.  Neyronlaı*  arasında 

anatomik rabitə olmadı¬ğından, oyanma bir neyrondan digərinə mediator 

adlanan  xüsusi  kimyəvi  maddələrin  ifraz  olunduğu  sinapslar  vasitəsilə 

ötürülür. Sinir hüceyrələrinin uzun çıxıntıları olan aksonları sinir liflərini 

əmələ gətirir. Sinir lifləri toplaşaraq sinir dəstələrini, kiçik sinir dəstələri 

isə böyük sinir dəstələrini, nəhayət bunlar da siniri təşkil edir. 

Vəzifə cəhətdən hissi, hərəki və ara neyronlar ayırd edilir. 

insanın vahid sinir sistemi şərti olaraq iki hissəyə bölünür: 1) somatik sinir 

sistemi, 2) vegetativ sinir sistemi. 

Somatik  sinir  sistemi  hərəkət  aparatını,  daxili  orqanlar¬da  olan 

eninəzolaqlı əzələləri, dərini, ağız və burun boşlu¬ğunun selikli qişasını 

və  duyğu  orqanlarını  innervasiya  edir.  Vegetativ  sinir  sistemi  isə  bütün 

daxili  orqanları  (həzm,  tənəf-füs,  sidik-cinsiyyət  orqanlarını),  vəziləri, 

dərinin  saya  əzələlə¬rini,  ürəyi  və  damarları  innervasiya  edir.  Bundan 

başqa,  vege¬tativ  sinir  sistemi  eninəzolaqlı  əzələlərə  də  liflər  verərək 

onların  tonusunu  tənzim  edir.  Vegetativ  sinir  sistemi  öz  növbəsində 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə