S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə63/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   59   60   61   62   63   64   65   66   ...   153

205 

 

Cinsiyyət vəziləri. Bunlar qarışıq vəzilərdir. Onlarda həm xarici sekretor, 



həm də daxili sekretor fəaliyyət müşahidə olunur. Kişilərin bu vəzilərində 

spermatozoidlər - kişi cinsiyyət hüceyrələri, qadınlarda isə qadın cinsiyyət 

hüceyrələri (yumurta hüceyrələri) yaranır. 

Kişi  cinsiyyət  hormonları  androgenlər,  qadın  cinsiy¬yət  hormonları 

estrogenlər  adlanır.  Bunların  hər  ikisi  həm  kişi,  həm  də  qadın 

orqanizmində, amma müxtəlif nisbət¬lərdə hasil olur. 

Androgenlər,  xüsusən  testosteron  və  estrogenlər  birincili  cinsiyyət 

əlamətlərinin (daxili və xarici cinsiyyət orqanlarının inkişafı) və ikincili 

cinsiyyət əlamətlərinin (kişilərdə bığ, saqqal, qadınlarda süd vəziləri, enli 

çanaq və s.) əmələ gəlməsini təmin edir. Estrogenlər kişi orqaniz¬mində 

spermatozoidlərin  yaranmasını,  androgenlər  isə  qadınlarda  aybaşını 

ləngidir. 

Androgenlər  orqanizmdə  maddələr  mübadiləsinə  müsbət  təsir  göstərir, 

qaraciyərdə və toxumalarda qli- kogenin sintezini tormozlayır. 

Qadın  cinsiyyət  hormonları  uşaqlıqda,  uşaqlıq  yolla¬rında  və  vulvada 

aybaşı vəziyyətinə uyğun morfoloji və funksional dəyişiklikləri törədir. 

Qadın cinsiyyət tsikli ovulyasiya ilə əlaqədar olan 

  

aylıq qanaxmalar 



bioloji prosesdir və dövri 

menstruasiya  (aybaşı)  şəklində  təzahür  edir.  Həmin  tsiklin  müddəti 

normal,  sağlam,  yetkin  qadınlarda  27-28  gündür  və  4  mərhələdən 

ibarətdir: 

1. 

Ovulyasiyadan əvvəlki dövr - 14-15 gün. Orqaniz¬min cinsi akta və 



hamiləliyə hazır vəziyyətidir. Uşaqlıq bir 

downloaded from KitabYurdu.org




206 

 

qədər  böyüyür,  qanla  zənginləşir.  Qraaf  qovuqcuqlarmda  yumurta 



hüceyrəsi yetişir və qovuqcuq partlayır, cinsi 

• 

hüceyrə azad olur; 



2. 

Ovulyasiya dövrü - 3 gün davam edir. Yumurta hüceyrəsi uşaqlığa 

yönəlir. Əvvəlki dövrdə cinsi akt olubsa, mayalanma baş verir, hamiləlik 

başlanır. Mayalanma baş verməyibsə, üçüncü dövr başlanır. 

3. 

Ovulyasiyadan  sonrakı  dövr-menstruasiya  3-7  gün  davam  edir. 



Uşaqlıq əzələsinin təqəllüsü ilə əlaqədar olan ritmik hərəkətlər baş verir. 

Uşaqlığın selikli qişasından külli miqdarda örtük epitel hüceyrələri ayrılır 

və  menstruasi-  ya  qanı  ilə  xaric  olur.  Qadında  zəiflik,  yorğunluq, 

başağrısı, əsəbilik müşahidə edilir, psixi davranışı pozulur. Sonra sakitlik 

dövrü başlanır. 

4. 


Sakitlik dövründə uşaqlığın selikli qişası bərpa olunur. Bir neçə gün 

davam edir. Sonra qadının cinsiyyət tsikli yenidən başlanır. 

Mayalanma  baş  veribsə,  mayalanmış  diploid  hücey¬rədə  blastula  və 

qastrulyasiya  bölünmələri  baş  verir,  sonra  ektodermal,  mezodermal  və 

entodermal rüşeym qatla¬rından rüşeymin müxtəlif orqan və toxumaları 

yaranır,  inkişaf  edir.  Qadınlarda  hamiləlik  dövrü  40  həftə  davam  edir. 

Androgen  hormonlar  həm  kişi,  həm  də  qadın  fərdlərində  sintez  olunur. 

Lakin onların qanda miqdarı bu fərdlərdə eyni deyildir. Kişilərin qanında 

androgenlər,  qadınların  qanında  isə  estrogenlər  üstünlük  təşkil  edir  və 

bununla əlaqədar olaraq, iki cinsiyyət arasında müəyyən morfo-fizioloji 

fərqlər yaranır. 

Hormonların  təsir  mexanizmi.  Hormonlar  orqanizmin  böyümə  və 

funksional  yetişkənlik  prosesində,  maddələr  mübadiləsinin  bütün 

sahələrinin  tənzim  olunmasında  iştirak  edərək  daxili  mühitin  nisbi 

sabitliyinin saxlanmasını 

downloaded from KitabYurdu.org




207 

 

• 



təmin  edir.  Müəyyən  hormonlar  xarici  mühit  amillərinin  təsiri 

nəticəsində törənən stress reaksiyaları zamanı orqa¬nizmin uyğunlaşma 

reaksiyalarında (ümumi adaptasiya 

sindromu) bilavasitə iştirak edir. Hormonlar orqanizmdə  



  

Dilin quruluşu 

1-dad nahiyələri 

a-şirin; b-acı; v-turş; q-duzlu  

  

13 


Böyrəyin quruluşu 

I- 


böyrək; 2-sidik axarı; 3-sidik kisəsi; 4-böyrək arteriyası; 5-böyrək 

venası; 6- qabıq maddə; 7-beyin maddə; 8-kapilyar yumaqcıqlar; 9-kiçik 

piramid; 1 O-böyrək məməcikləri

II- 


böyrək ləyəni; 12-qədəhəbənzər kapsul; 13-qıvrım sidik borucuğu; 

14-böyrək  arteriyasının  şaxələri;  15-xırda  damarlar;  16-kapilyar 

damarlar; 17-kiçik vena.  

  

Kişi cinsiyyət orqanları 



1 - sidik kisəsi; 2 - toxumdaşıyıcı axacıq; 3 - prostat vəzi; 4 - kişi cinsiyyət 

üzvü; 5 - sidik kanalı; 6 - xayalar; 

7 - xaya artımı; 8 - xayalıq; 9 - düz bağırsaq  

Qadın cinsiyyət orqanları 

downloaded from KitabYurdu.org



208 

 

1  -  yumurtalıq;  2-  uşaqlıq  borusu;  3-  uşaqlıq;  4-  sidik  kisəsi;  5  -  qasıq 



sümüyü; 6 - uşaqlıq boynu; 7 - uşaqlıq yolu; 

8 - cinsiyyət dodaqları  

bir sıra digər funksiyaları da icra edir. Qan vasitəsilə orqan və toxumalara 

çatdırılan hormonların bioloji təsiri aşağıdakı xüsusiyyətlərlə xarakterizə 

edilir: 

1. 


Hormonlar  yüksək  dərəcədə  spesifikliyə  malikdir  ki,  bunun 

nəticəsində  hər  bir  hormon  müəyyən  orqanların  fəaliyyətini  və  ya 

müəyyən funksiyasını tənzim edir. 

2. 


Hormonların molekul çəkisi nisbətən kiçik oldu¬ğundan, onlar qan 

kapilyarlarmdan  hüceyrələrarası  maye¬yə,  oradan  isə  hüceyrə  daxilinə 

asanlıqla keçir. 

3. 


Qida  ilə  həzm  orqanlarına  çatdırılan  hormonları  həzm  şirələri 

parçalayır. 

4. 

Hormonlar azacıq miqdarda olduqda belə öz təsiri¬ni göstərir, yəni 



onlar yüksək bioloji aktivliyə malikdir. 

Hormonların  təsir  mexanizmində  ikinci  mühüm  cəhət  odur  ki,  onlar 

müxtəlif orqanların hüceyrələrində ferment- lərin sintezini stimullaşdırır 

və 


hüceyrələrdə 

kimyəvi 


reaksiyaları  müəyyən  istiqamətlərdə 

sürətləndirir. 

Daxili  sekresiya  vəzilərinin  qarşılıqlı  əlaqədə  fəaliyyət  göstərməsi, 

hormonların təsir mexanizminin üçüncü əsas cəhətidir. 

Vəzilər arasında qarşılıqlı funksional əlaqənin möv¬cud olması hesabına 

orqanizmdə  tənzimedici  humoral  sistem  əmələ  gəlmişdir.  Bu  sistemdə 

hipofiz  həlledici  rol  oynayır.  Mərkəzi  sinir  sistemi  isə  hipofizin 

funksiyasına  və  eləcə  də  bütün  daxili  sekresiya  vəzilərinin  fəaliyyətinə 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə