S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə59/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   55   56   57   58   59   60   61   62   ...   153

192 

 

olur.  Çox  vaxt  ağrılar  göynədici  və  deşici,  az  hallarda  sıxıcı  xarakter 



daşıyır, bəzi xəstələrdə kürəyə və sol qola irradiasiya edir. 

Çox  vaxt  klimakterik  nevrozlu  xəstələrdə  normal  qan  təzyiqi  vaxtı 

başağrıları  olur.  Klimakterik  nevroz  ətraflar¬da  paresteziyalar,  onların 

keyləşməsi, çox vaxt qəbizlik və meteorizmlə keçir. 

Klimakterik nevroz vaxtı bir sıra xəstəliklərə - hiper- . toniya xəstəliyi, 

ateroskleroz, piylənmə, şəkərli diabet, xronik qeyri-spesifik poliartrit və 

mübadilə poliartritlərinə meyllik artır. Klimakterik nevroz bu xəstəliklərlə 

yanaşı  gedirsə,  hormona!  müalicə  bunların  bəzilərinin  gedişinə  də  xoş 

təsir  göstərir.  Qadınların  çoxunda  menopauzadan  son¬rakı  dövrdə 

osteoporoz  başlanır.  Bu,  sümük  kütləsinin  azalmasına,  xüsusən 

fəqərələrin kiçilməsinə, sıxılmasma, 

fəqərə sütununun əyilməsinə, boyun kiçilməsinə, beldə və aşağı ətraflarda 

ağrılara səbəb olur. Estrogenlər və androgenlərlə kombinələşmiş müalicə, 

prosesin inkişafının qarşısını almağa imkan verir. 

Müalicəsi. Yüngül klimakterik nevrozu olan qadın¬ların çoxunun xüsusi 

müalicəyə ehtiyacı yoxdur. Belə hallarda düzgün əmək və sakitlik rejimi, 

rasional  qidalan¬ma,  A,  B,  C,  E  və  s.  qrup  vitaminlərin  təyini,  təmiz 

havada olmaq, müalicəvi bədən tərbiyəsi kifayət edir. 

Klimakterik nevrozun nisbətən ağır formalarında 

müalicə kompleks şəkildə aparılmalıdır. Burada əsas 

müalicə üsullarından biri psixoterapiyadır. Xəstələri başa 

salmaq lazımdır ki, klimakterik nevroz vaxtı əmələ gəlmiş 

vegetativ pozulma müvəqqəti xarakter daşıyır, orqanizm 

yeni fizioloji şəraitə uyğunlaşandan sonra bu hallar 

keçəcək və reproduktiv funksiyanın kəsilməsi heç də cinsi 

downloaded from KitabYurdu.org




193 

 

■ 



həyatın kəsilməsi  demək deyildir, izah etmək lazımdır ki, əmələ gəlmiş 

pozulma heç bir üzvi xəstəliklə əlaqədar deyil, funksional xarakterlidir. 

Mərkəzi sinir sistemini sakitləşdirmək məqsədilə rezerpin çox yaxşı təsir 

göstərir. 

Klimakterik  nevrozun  müalicəsində  simptomatik  və  sakitləşdirici  təsirə 

malik olan qaraca alkaloidləri də işlədilir. Bunlar, xanımotu alkoloidləri 

və barbituratlarla birlikdə “belloid” və “akliman” preparatlarının tərkibinə 

daxildir. 

Hipoqonadizm. 

Hipoqonadizm 

kişilərdə 

xayaların 

funksional 

çatışmazlığı nəticəsində daxili və xarici cinsiyyət orqanlarının, cinsiyyət 

vəzilərin və ikincili cinsi əlamətlərin inkişafdan qalmasıdır. 

Xəstəliyin səbəbi bəzi hallarda xayaların anadan¬gəlmə aplaziyası və ya 

hipoplaziyası  olur,  başqa  hallarda  cinsiyyət  orqanları  uşaqlıq  və  ya 

gənclik  dövründə  inkişaf¬dan  qalır.  Xayaların  anadangəlmə  inkişafdan 

qalmasının  səbəbi  hamiləlik  vaxtı  ananın  keyfiyyətsiz  qidalanması, 

infeksion xəstəliklər və intoksikasiyalar ola bilər. Uşaq və gənc yaşlarda 

cinsiyyət orqanlarının inkişafdan qalmasının 

aramasıdır 

səbəbi cinsiyyət vəzilərində zədələnmə və infeksiya nəticə¬sində iltihabi 

dəyişikliklərin əmələ gəlməsi və sonradan vəzilərin atrofiyaya ı.0   

Darenximasmda 

Hipoqonadizm  zamanı  xayaların  pan  degenerativ  dəyişikliklər  və 

kanalcıqlar arasında birləşdiri¬ci toxumanın inkişafı aşkar edilir. Prostat 

vəzi atrofiya- laşır, vəzi elementləri azalır, birləşdirici toxuma artır. 

Xayaların 

downloaded from KitabYurdu.org




194 

 

əlmə hipoplaziyasıııda və ya 



onların  uşaq  yaşlarında  zədələnməsi  zamanı  xarici  cinsiy¬yət  orqanları 

kəskin surətdə inkişafdan qalır, ikmcili cinsi əlamətlər olmur. Testikulyar 

çatışmazlıq  pubertat  dövrün¬də  başlanıbsa,  xarici  cinsiyyət  orqanları 

müəyyən dərəcədə inkişaf edə bilir, ancaq xayalar kiçik olur, ikincili cinsi 

əlamətlər zəif inkişaf edir. 

Davamlı  əvəzedici  və  ya  stimuləedici  homıonal  müalicə  həm  birincili, 

həm də ikincili hipoqonadizmin bir çox əlamətlərinin zəifləməsinə səbəb 

olur. Tam sağalma olmur. 

Müalicəsi.  Kişi  cinsiyyət  hormonları  ilə  əvəzedici  müalicə  aparmaq 

lazımdır. 

Kriptorxizm.  Kriptorxizm  dedikdə,  bir  və  ya  hər  iki  xayanın  xayalığa 

düşməməsi nəzərdə tutulur. Bu iki növ olur: xaya qarın boşluğunda qalır, 

ya da onun xayalığa düşməsi başa çatmır. 

  

.  Yalan  kriptorxizmi  müalicə  etmək  lazım  deyil.  Həqiqi  kriptorxizmi 



cərrahi  və  konservativ  yolla  müalicə  edirlər.  Konservativ  müalicəni 

xorionik  qonadotro-  piıı  və  testosteronla  aparırlar.  Oğlan  uşaqlarında 

müalicə 10 yaşa kimi aparılmalıdır, çünki bu vaxta qədər xayaların normal 

quruluşu  saxlanılır,  ikitərəfli  kriptorxizmdə  müali¬cəni  7-9  yaşlarda 

xorionik qonadotropinlə başlamaq lazımdır. Preparatı 500 TV dozada, 20 

gün müddətində, həftədə iki dəfə əzələ daxilinə yeridirlər. Effekt olmasa, 

müalicə  kursunu  2-3  aydan  sonra  təkrar  etmək  lazımdır.  Birtərəfli 

kriptorxizmdə  və  xayanın  qasıq  ektopiyasmda  cərrahi  müalicə 

aparılmalıdır. 

Kişi klinıaksı. Kişi klimaksı orqanizmin normal 

downloaded from KitabYurdu.org



195 

 

fizioloji  vəziyyətidir.  Bu,  hipotalamus-hipofiz-qonadlar  sistemində 



neyroendokrin qarşılıqlı münasibətlərin yaşla əlaqədar olaraq dəyişilməsi 

nəticəsində,  cinsiyyət  vəziləri¬nin  funksiyalarının  itməsi  ilə  keçir. 

Klimakterik  nevroz  kişilərdə  ürək-damar  sistemi,  sinir  sistemi  və 

psixikada,  cinsiyyət  orqanları,  sidik,  həm  də  endokrin  sistemində 

pozulmalarla  keçə  bilər.  Kişilərdə  klimaks  45-60  yaşlar  ara¬sında  baş 

verir. Klimakterik nevroz isə kişilərin 10-20 %-də müşahidə edilir. 

Kişilərdə  klimaks  qadınlara  nisbətən  tədricən  başla¬nır,  adətən,  cinsi 

potensiyanın zəifləməsi  ilə keçir. Cinsi  meyllik çox vaxt zəifləyir, bəzi 

hallarda' isə artır.  Klimakte¬rik nevroz kişilərdə ürək-damar sistemində 

dəyişikliklər,  ürək  nahiyəsində  ağrılar,  ürəkdöyünmə,  paroksizmal 

taxikardiya tutmaları, çox vaxt tranzitor və ya daimi hipertoniya, başda 

istiləşmə, tərləmə, parasteziyalar və s. şəklində meydana çıxır. Sinir-psixi 

pozulmalar  qıcıqlanma,  ağlağanlıq,  yaddaşın  zəifləməsi,  əsassız  qorxu 

hissi, depressiya və bəzən psixozlar'şəklində aşkara çıxır. Sidik- cinsiyyət 

sistemində 

potensiyanın  zəifləməsi,  sidik  ifrazının  pozulması, 

çətinləşməsi, sidik kisəsi nahiyəsində küt ağrılara təsadüf olunur. 

Müalicəsi.  İlk  növbədə  ümumi  möhkəmləndirici  müalicə  aparılır.  Bu 

məqsədlə əmək və istirahət rejimini qaydaya salmaq, rasional qidalanma

fizioterapevtik müalicə və s. məsləhətdir. A, B, C və E vitaminləri, biosti- 

mulyatorlar  -  aloe,  apilak,  jenşen,  fitin  və  s.  təyin  edilir.  Əzələyə 

novokainin 2 %-li məhlulunu 5 ml (birinci inyeksiya 2 ml), həftədə 3 dəfə, 

cəmi  10-15  inyeksiya  təyin  etmək  də  məsləhətdir.  Bu,  sinir  sisteminin 

trofik funksiyasını yaxşılaşdırır. 

Həqiqi  hermafroditizm.  Həqiqi  hermofroditizm  vaxtı  xəstədə  həm 

yumurtalıq, həm də xaya olur. Xəstəlik olduqca az rast gəlir. 

Müalicəsi. Xəstənin cinsiyyəti qonadlarm (cinsiyyət vəzilərinin) qadın və 

ya  kişi  funksiyasının  üstünlüyünə  və  psixoseksual  meylliyə  əsasən 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə