S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə56/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   52   53   54   55   56   57   58   59   ...   153

182 

 

Cinsiyyət orqanlarına kişi və qadın cinsiyyət orqan¬ları aiddir. 



Kişi cinsiyyət orqanları. Kişi cinsiyyət orqanları mən¬şə cəhətcə iki qrupa 

bölünür: 1) daxili cinsiyyət orqanları, 2) xarici cinsiyyət orqanları. 

Kişi  daxili  cinsiyyət  orqanlarına  xayalar,  xaya  artımları,  toxumdaşıyıcı 

axacaqlar, toxum kisəcikləri, prostat vəzi, 

xarici cinsiyyət orqanlarına isə kişi cinsiyyət üzvü, sidik kanalı və xayalıq 

aiddir. 


Xaya.  Xayalar  yastılaşmış  ellipsoid  şəklində  cüt  kişi  cinsiyyət  vəziləri 

olub, xayalıqda yerləşir və özü də kişi cinsiyyət hüceyrəsi - spermatozoid 

və cinsiyyət hormonunu ifraz edir. Hər bir xayanın çıxıq bayır və basıq 

içəri səthi, ön və arxa kənarı, yuxarı və aşağı ucu vardır. 

Xaya  artımı.  Xaya  artımı  retortayabənzər  orqan  olub,  xayanın  arxa 

kənarına söykənir. 

Xaya  artımı  daxili  quruluşca  xayadan  gələn  12-15-  dək  aparıcı 

axacaqlardan  ibarətdir.  Bu  axacaqlar  xaya  torundan  başlanaraq,  xaya 

artımının başına daxil olur, onun kütləsində bir neçə dəfə qıvrılaraq xaya 

artımı  pay-  cıqlarını  əmələ  gətirir.  Aparıcı  axacaqlardan  ən  yuxarıdakı 

uzun  olub,  yerdə  qalan  axacaqları  qəbul  edərək,  xaya  artımı  axacağını 

təşkil edir. Xaya artımı axacağından toxumdaşıyıcı axacaq başlanır. 

Toxumdaşıyıcı  axacaq.  Toxumdaşıyıcı  axacaq  50-60  sm  uzunluğunda 

silindrəbənzər bir borudur. 

Toxumdaşıyıcı  axacaq  xaya  artımı  axacağından  başlanaraq,  onun  içəri 

tərəfilə  yuxarı  gedir  və  xayanın  ucu  bərabərində  toxum  ciyəsinə  çatır. 

Sonra  toxum  ciyəsinin  tərkibində  qasıq  kanalma  keçir  və  onun  dərin 

halqasından kiçik çanağa enir. Beləliklə, toxumdaşıyıcı axacaq gedişinə 

görə dörd hissəyə bölünür: 1) xaya hissəsi, 2) ciyə hissəsi, 3) qasıq hissəsi, 

4) çanaq hissəsi. 

downloaded from KitabYurdu.org



183 

 

Çanaq  hissəsi  düz  bağırsaqla  sidik  kisəsinin  arasından  keçib,  sidik 



kisəsinin  dibinə  çatır.  Burada  toxumdaşıyıcı  axacağın  ucu  genələrək, 

onun  ampulunu  əmələ  gətirir.  Bu  da  tədricən  daralaraq,  prostat  vəzinin 

yuxarı kənarı bərabərində toxum kisəciyinin çıxarıcı axacağı ilə birləşir 

və toxumtullayıcı axacağı əmələ gətirir. Toxumtullayıcı axacaq 1,5-2 sm 

uzunluğunda  olub,  prostat  vəzini  arxa  tərəfdən  dəlir  və  sidik  kanalının 

prostat hissəsinə açılır. 

Toxumdaşıyıcı axacaq xayadan ta qasıq kanalının dərin halqasına qədər 

bir sıra damar (xaya arteriya və 

venaları) və sinirlərlə müşayiət olunur ki, bunlar da hamısı birlikdə toxum 

ciyəsini əmələ gətirir. 

Toxum  kisəcikləri.  Toxum  kisəciyi  5  sm  uzunluğunda  cüt  orqan  olub, 

sidik  kisəsinin  dibi  ilə  düzbağırsaq  arasında,  toxumdaşıyıcı  axacaq 

ampulunun bayır tərəfində yerləşir. 

Toxum kisəciyinin aşağı ucu nazikləşərək, toxumçıxa- rıcı axacağa keçir 

ki, bu da toxumdaşıyıcı axacaqla birləşərək, toxumtullayıcı axacağı əmələ 

gətirir. Həmin axacaq sidik kanalının prostat hissəsinə açılır. 

Prostat vəzi. Prostat vəzi bozumtul rəngdə, şabalıda- bənzər orqan olub, 

sidik kisəsinin altında yerləşir, ön tərəfdən qasıq bitişməsinə, arxadan' düz 

bağırsağa və aşağıda sidik-ciıısiyyət diafraqmasma söykənir. 

Prostat vəzinin parenximası 30-50 paycıqdan təşkil olunmuşdur. Prostat 

vəzi quruluşca başqa vəzilərdən kütləsində saya əzələ liflərinin olması ilə 

fərqlənir. Bu vəzinin ifraz etdiyi şirə - ağımtıl zülali maye, xüsusi qoxuya 

malik olub, koitus (cinsi əlaqə) zamanı ifraz olunaraq spermaya qarışır və 

spermatozoidlərə təsir edərək, onları hərəkətə gətirir. 

Kişi cinsiyyət üzvü. Kişi cinsiyyət üzvü xarici cinsiyyət orqanlarına aid 

olub, vəzifəsi spermanı (toxumu) qadın cinsiyyət orqanlarına tökmək və 

sidiyi  xaricə  çıxarmaqdır.  Kişi  cinsiyyət  üzvü  quruluşca  cinsiyyət 

downloaded from KitabYurdu.org




184 

 

üzvünün  iki  ədəd  mağaralı  cismindən  və  cinsiyyət  üzvünün 



süngərəbənzər  cismindən  təşkil  olunmuşdur.  Hər  bir  mağaralı  cisim 

birləşdirici toxuma qişasına malikdir ki, bu da içəriyə doğru arakəsmələr 

verərək, bir çox boşluqlara bölünür. Bu boşluqlar qanla dolu olur. 

Qadın  cinsiyyət  orqanları.  Qadın  cinsiyyət  orqanları  da  kişi  cinsiyyət 

orqanları kimi iki qrupa bölünür: 1) daxili cinsiyyət orqanları, 2) xarici 

cinsiyyət orqanları. 

Qadın  daxili  cinsiyyət  orqanlarına  yumurtalıqlar,  uşaqlıq,  uşaqlıq 

boruları, uşaqlıq yolu aiddir; bunlar kiçik çanaqda düz bağırsaqla sidik 

kisəsi arasında yerləşir. Xarici cinsiyyət orqanlarına qasıq dağcığı, böyük 

və kiçik cinsiyyət dodaqları, klitor, uşaqlıq yolu dəhlizi, dəhliz soğanağı, 

dəhliz vəziləri və qızlıq pərdəsi aiddir. 

Yumurtalıq. Yumurtalıq cüt qadın cinsiyyət vəzisi olub, kiçik çanaqda, 

uşaqlığın yan tərəflərində və uşaqlığın enli bağının arxasında yerləşir. Hər 

bir  yumurtalıq  ellips  şəklində  olub  bayır  və  içəri,  sərbəst  və  müsariqə 

kənarı, boru və uşaqlıq ucu vardır. Yumurtalığın uşaqlıq ucu onun xüsusi 

bağı vasitəsilə uşaqlığın cisminə bağlanır. 

Yumurtalığın sərbəst kənarı çıxıq olub arxaya baxır, düz kənarı isə önə 

doğru  baxaraq  uşaqlığın  enli  bağına  bitişir.  Düz  kənarında  onun  qapısı 

yerləşir,  buradan  isə  daxilinə  qan  damarları  keçir.  Yumurtalığın  bayır 

səthi  qövsi  xəttin  altında  çanağın  yan  divarına  söykənir,  içəri  səthi  isə 

uşaqlıq borusuna baxır və uşaqlıq borusu saçaqları ilə örtülmüş olur. 

Yumurtalığın  kütləsi  iki  qatdan  -  qabıq  maddədən  və  beyin  maddədən 

ibarətdir. 

Qabıq maddədə qadın cinsiyyət hüceyrəsi - yumurta əmələ gəldiyi üçün 

o, yumurtalığın ən əhəmiyyətli hissəsi hesab olunur. 

Büluğ dövründən başlayaraq, ayda bir dəfə, hər 28 gün¬dən bir ilk follikul 

inkişaf  edərək,  yetişmiş  follikula  çevrilir.  Tam  yetişmiş  follikul 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə