S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə52/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   48   49   50   51   52   53   54   55   ...   153

168 

 

üçün soyuqdan qorunmalı, spirtli içkilər qadağan edilməlidir. Orqanizmi 



möhkəmləndirmək zəruridir. 

Plevritlər.  Plevra  vərəqələrinin  iltihabına  plevrit  deyi¬lir.  Quru  və 

ekssudativ  ola  bilər.  Quru  plevrit  döş  qəfəsinin  müəyyən  bir  yerində 

birdən-birə baş vermiş ağrı, quru öskürək və qızdırma ilə başlanır. Zəiflik, 

kefsizlik,  iştahanın  pozulması,  gecələr  tərləmə  əsas  əlamətlərdəndir. 

Xəstəlik  bir  neçə  günə  qurtarır,  bəzən  iki  həftəyə  qədər  çəkir.  Quru 

plevritdə  xəstə  yataqda  olmalı,  sonra  isə  özünü  soyuqdan  qorumalıdır. 

Müalicə plevritin əmələ gəlməsində rol oynayan əsas xəstəliyin müalicəsi 

istiqamətində  aparılır.  Simptomatik  müalicə  -  ağrıkəsici  analgin,  döş 

qəfəsinə ağrılı nahiyəyə yodun, doktor «MOM» məlhəminin sürtülməsi, 

təzyiqedici  sarğının  qoyulması  yaxşı  nəticə  verir.  Butadion,  dimedrol 

təyin edilir. Ağrılara qarşı kodein verilir, banka və xardal yaxmasından, 

döşə kompreslərdən istifadə edilir. Gündə 3 dəfə 0,5 q aspirin məsləhət 

görülür. 

Ekssudativ plevrit. Çox zaman quru plevrit yaxşı müali¬cə olunmadıqda 

baş  verir.  Göstərilən  əlamətlərlə  yanaşı,  temperatur  azca  yüksəlir. 

Sonralar  plevra  boşluğuna  maye  toplanır  və  xəstənin  halı  ağırlaşır. 

Temperatur  39-40  dərəcəyə  çatır,  ürək-damar  sisteminin  fəaliyyəti 

pozulur, əsas əlamət 

kimi quru öskürək davam edir, təngnəfəslik başlanır. Maye yığıldıqca və 

artdıqca  qonşu  orqanlar  sıxılır,  yerini  dəyişir.  Diaqnoz  qoymaq  üçün 

punksiya aparılır. Xəstəliyin gedişi 10-15 gündən 5-6 həftəyədək çəkir. 

Müalicəsində  ciddi  yataq  rejimi  gözlənilməlidir.  Ağrıları  kodein,  quru 

banka, xardal yaxması sakitləşdirir. Daxilə gündə 3 dəfə 1,0 q natrium-

salisilat  və  ya  0,5  q  gündə  üç  dəfə  aspirin  təyin  edilir.  Fizioterapevtik 

müalicə üsullarından da (kvars şüaları, solyuks) istifadə edilir. 

Ağciyərin absesi. Ağciyərin irinli iltihabıdır. Əksər 

downloaded from KitabYurdu.org




169 

 

hallarda abses axırıncı mərhələlərdə bronxlara açılır və 



• • 

onlar  vasitəsilə  təmizlənir.  Üşütmə,  qızdırma,  tərləmə,  orqanizmin 

intoksikasiyası  müşahidə  edilir.  Abses  açıldıq¬da,  bronxlar  vasitəsilə 

çoxlu irinli bəlğəm ifraz olunur, xəstənin vəziyyəti yaxşılaşır, temperaturu 

düşür. Xəstə yataq rejimində müalicə olunmalıdır. 

Abses zamanı antibiotik məhlullarından, aerozollar- dan istifadə olunur 

və traxeyaya məhlullar yeridilir. Qidada çoxlu zülal, vitaminlər, kalsium 

duzları  olmalıdır.  Absessin  tez-tez  baş  verdiyi  xəstələr  tənəffüs 

orqanlarının  digər  xəstə-liklərindən  qorunmalı  və  bədənlərini 

möhkəmlətməlidirlər. 

Tənəffüs 

orqanlarının  xəstəliklərinin  ağırlaşmış  forma¬larında 

qanhayxırma ola bilər. Belə hallar ürək-damar siste¬minin xəstəliklərində 

də baş verə bilər. Qanhayxırmanm mənbəyini və səbəbini müəyyən etmək 

üçün  bəlğəmi  nəzər¬dən  keçirmək  lazımdır.  Təmiz  al  qan  ağciyər 

vərəmində olur, traxeya və bronx zədələnmələrində bəlğəmlə qarışıq qan 

olur. 

Yardım:  Güc  verərək  öskürmənin  qarşısı  alınmalıdır.  Daxilə  kalsium-



xloridin 10 %-li məhlulundan bir xörək qaşığı gündə 3 dəfə, venaya 10 ml 

10 %-li kalsium-xlorid, əzələyə kalsium-qlükonat və s., antibiotiklərdən 

penisillin,  ampisillin,  linkomisin,  gentamisin  təyin  edilir.  Qanaxmanı 

kəsmək üçün 1 stəkan suya bir xörək qaşığı duz töküb, hər yarım saatdan 

bir 1 xörək qaşığı qəbul edilir. 100 ml qan- köçürmə də qanhayxırmanı 

kəsir. Ağır hallarda ətraflara turna qoymaq da olar.  

Sudaboğulma tənəffüs yolları maye ilə, əksər hallarda su ilə dolarkən baş 

verir. Nəfəs kəsilir, kəskin oksigen çatışmazlığı yaranır. Ürəyin fəaliyyəti 

dayanır.  Boğulan  adamı  sudan  mümkün  qədər  tez  çıxarmaq  lazımdır. 

Sonra bədəndəki suyu axıdır, boşaldırlar. Zərərçəkənə süni tənəffüs verir 

downloaded from KitabYurdu.org



170 

 

və  ürəyi  xaricdən  masaj  edirlər.  Tənəffüs  və  ürəyin  fəaliyyəti  bərpa 



olunduqda,  zədələnmiş  adamı  qızdırmaq,  ona  isti  çay  vermək  və  tibb 

məntəqəsinə çatdırmaq lazımdır. İlk yardım xəstə özünə gələnədək və ya 

ölüm ləkələri görünənə qədər davam etdirilməlidir.  

IX.  HƏZM SİSTEMİ VƏ ONUN XƏSTƏLİKLƏRİ 

Həzm orqanları 

Həzm  sisteminin  vəzifəsi  qəbul  olunmuş  qidanı  müəyyən  mexaniki  və 

kimyəvi  dəyişikliklərə  uğradaraq  həzm  etmək,  həzm  olunmuş  qidanı 

sormaq və qalıq hissəni bədəndən xaric etməkdir. 

Həzm  sisteminə  həzm  kanalı  və  həzm  sistemi  vəziləri  aiddir.  İnsanda 

həzm kanalı 8-10 m uzunluğunda olub, aşağıdakı şöbələrə bölünür: ağız 

boşluğu,  udlaq,  qida  borusu,  mədə,  nazik  və  yoğun  bağırsaqlar.  Həzm 

siste¬minin  böyük  vəzilərinə  qaraciyər,  mədəaltı  vəzi  böyük  ağız  suyu 

vəziləri aiddir. 

Ağız boşluğuna düşmüş qida müəyyən mexaniki və kimyəvi dəyişikliyə 

uğradıqdan sonra əsnək vasitəsilə . udlağa, oradan qida borusuna, mədəyə 

keçir. Mədədə həzm olunmuş qida nazik bağırsağa, sonra yoğun bağırsağa 

daxil olur və nəhayət, qalıq hissə xaric olur. Qida həzm olduqdan sonra 

lazımi maddələr qana sorulur. 

Qidalanma orqanizmin normal böyüməsi, inkişafı və həyat fəaliyyəti üçün 

vacib şərtdir. 

Müxtəlif  qida  məhsullarının  tərkibində  əsas  qida  maddələri  -  zülallar, 

yağlar,  karbohidratlar,  habelə  mineral  duzlar,  su  və  vitaminlər  vardır. 

Bitki  və  heyvan  mənşəli  qida  məhsulları  bir-birini  tamamlayıb, 

orqanizmin hüceyrələrini bütün lazımi qida maddələri ilə təmin edir. Su, 

mineral  duzlar  və  vitaminlər  qidada  olduğu  şəkildə  mənimsənilir. 

Zülalların, yağların və karbohidratlarm molekulları iri olduğu üçün həzm 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə