S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə49/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   45   46   47   48   49   50   51   52   ...   153

158 

 

sından ibarətdir. Halqaların ön və yan divarları qığırdaq- dan, arxa divarı 



isə birləşdirici toxumadan əmələ gəlmişdir. Nəfəs borusu daxildən selikli 

qişa ilə örtülmüşdür. Selikaltı qişada çoxlu kiçik selik vəziləri vardır. 

Nəfəs borusu (traxeya) iki böyük - sağ və sol bronx- lara ayrılır. Onların 

daxili səthi kirpikli epitellə örtülüdür. 

əmələ gələn 

selik 


Kirpiklərin hərəkəti ilə bronxlarda qırtlağa doğru hərəkət edir. 

Ağciyərlər cüt orqan olub, döş boşluğunda yerləşir. Ağciyərin zirvəsi və 

əsası  vardır,  içəri  səthinin  ortasından  bir  az  yuxarıda  ağciyər  qapısı 

yerləşir.  Baş  bronxlar  və  ağciyər  arteriyaları  buradan  ağciyərlərə  daxil 

olur,  ağciyər  venaları  və  limfa  damarları  isə  xaricə  çıxır.  Histoloji 

quru¬luşuna görə ağciyərlər  mürəkkəb borulu-aleveollu vəzilərə aiddir. 

Böyük  bronxlar  ağciyərlərə  daxil  olduqdan  sonra  bronxlara  və 

bronxiollara, sonuncular isə öz növbəsində alveol axacaqlarına bölünür.' 

Alveol axacaqları alveol kisəciklərinə açılır. 

Bronxiollar, alveol axacaqları və alveol kisəcikləri birlikdə ağciyərlərin 

quruluş vahidləri olub, asinus adlanır. Bronxial sistem vəzifəcə iki hissəyə 

bölünür: 

1. 

Bronx  ağacı  hüdudi  bronxiollara  qədər  hava  daşı¬yıcı  funksiyam 



yerinə yetirir. 

2. 


Alveolyar  aparat-bronxiollardan  alveollara  qədər  olub,  qazlar 

mübadiləsini həyata keçirir. 

Ağciyərlərdə qazlar mübadiləsi alveolun ikiqatlı epitel divarı ilə kapilyar 

divarı arasında gedir. Alveoliarda olan oksigen kapilyarlara, kapilyarlarda 

olan karbon qazı alveol a diffuziya edir. 

downloaded from KitabYurdu.org




159 

 

Hər  bir  ağciyər  seroz  qişadan  əmələ  gəlmiş  plevra  kisəsinin  daxilində 



yerləşir.  Plevra  iki  vərəqədən  ibarətdir:  visseral  və  parietal  plevra. 

Visseral plevra ağciyərləri hər tərəfdən, parietal plevra isə döş boşluğunun 

divarlarım daxildən örtür. Bu plevra vərəqələri arasındakı yarıq (plevra 

boşluğu)  qismən  maye  ilə  tutulmuşdur.  O,  plevra  vərəqələrini 

sürtünmədən qoruyur, ağciyərləri nəm saxlayır. 

Ağciyərlərdə qaz mübadiləsi. Orqanizm üçün mühüm bioloji əhəmiyyətə 

malik olan tənəffüs sistemi bir sıra funksiyalar yerinə yetirir. Hüceyrələri 

oksigenlə  təmin  etməklə  orqanizmdə  gedən  oksidləşmə-reduksiya 

proseslə¬rinin  təşkilində  mühüm  rol  oynayır.  Bunlar  vasitəsilə  karbon 

qazı  və  qaz  vəziyyətində  olan  bəzi  qoxulu  maddələr  xaric  olunur. 

Tənəffüs  yollarında  ifraz  olunan  seliyin  tərkibindəki  lizosim  adlı 

bakterisid maddə və qan kapilyar- larından seliyə keçən leykositlər xarici 

mühitdən tənəffüs yollarına düşən mikroorqanizmləri məhv edir. Nəfəslə 

alınan  atmosfer  havası  tənəffüs  yollarında  toz  cisimcik-  lərindən 

təmizlənir  və  bədən  temperaturunadək  qızdırılır.  Bundan  başqa,  burun 

boşluğunda  yerləşmiş  qoxubilmə  orqanının  reseptorları  vasitəsilə  qaz 

halında olan maddə¬lərin qoxusu ayırd edilir. 

Tənəffüs  prosesi  havanın  xarici  mühitdən  alınmasın¬dan,  yəni 

ağciyərlərdə  qaz  mübadiləsindən  (xarici  tənəffüs  və  ya  ağciyərlərin 

ventilyasiyası),  qazların  qan  vasitəsilə  hüceyrələrə  və  əks  istiqamətdə 

daşınmasından, toxumalar¬da qaz mübadiləsindən (daxili tənəffüs və ya 

toxuma  tənəffüsü),  eləcə  də  venoz  qanla  çatdırılan  karbon  qazının 

ağciyərlərlə orqanizmdən xaric olunmasından ibarətdir. 

Xarici  və  daxili  tənəffüs  zamanı  ağciyərlərdə  və  toxumalarda  qaz 

mübadiləsi osmos və diffuziya qanunları əsasında gedir. Bu proses sinir-

humoral yolla tənzim olunur. 

Xarici  tənəffüs.  Nəfəsalma  (inspirasiya)  zamanı  diafraq-  ma  və  xarici 

qabırğaarası  əzələlər  təqəllüs  edir,  diafraqma  yastılaşır  və  qabırğalar 

downloaded from KitabYurdu.org



160 

 

qalxır. Nəticədə döş qəfəsinin həcmi üç istiqamətdə (şaquli istiqamətdə, 



arxadan  önə  və  yanlara  doğru)  böyüyür,  daxilindəki  təzyiq  enərək, 

atmosfer  təzyiqin¬dən  az,  yəni  mənfi  olur.  Bu,  ağciyərlərin 

genişlənməsinə səbəb olur və atmosfer havası ağciyərlərə keçir. 

Nəfəsvermə  (ekspirasiya)  passiv  proses  olub,  diafraq¬ma  və  tənəffüs 

əzələləri boşalır, döş qəfəsinin həcmi kiçilir, burada təzyiq bir qədər artır. 

Buna görə də ağciyərlər yığılır və hava ağciyərlərdən qovulur. 

İnsan sakit nəfəsalmada ağciyərlərinə orta hesabla 500 kub. sm hava qəbul 

edir.  Bu,  ağciyərlərin  tənəffüs  həcmidir.  Dərhal  dərindən  nəfəs  alarkən 

ağciyərlərə daha 1500 kub sm hava daxil olur. Bu, nəfəsalmanm ehtiyat 

həcmidir. İnsan dərindən nəfəs verərkən ağciyərlərdən əlavə olaraq 1200 

kub.  sm  hava  qovulur.  Bu,  nəfəsvermə-  nin  ehtiyat  həcmidir.  Tənəffüs, 

ehtiyat  nəfəsvermə,  ehtiyat  nəfəsalma  həcmlərinin  cəmi  ağciyərlərin 

həyat  tutumu  adlanır.  Cavan  adamda  ağciyərlərin  həyat  tutumu  4000- 

4200 kub sm-ə bərabərdir. 

Ən  dərin  nəfəsvermədən  sonra  da  ağciyərlərdə  bir  qədər  hava  qalır  ki, 

buna qalıq hava deyilir. Ağciyərlərin ümumi tutumu onun həyat tutumu 

ilə havanın qalıq həcminin cəmindən ibarətdir. 

Atmosfer  havasının  tərkibində  təxminən  20,94%  oksi¬gen  qazı,  0,04% 

karbon qazı, 79,02% azot, nəfəslə verilən havada müvafiq olaraq 16,4%, 

4,1%, 79,5%, alveol havasında isə 14,5%, 5,6%, 80,5% təşkil edir. 

İnsan 1 dəqiqə ərzində 16-20 dəfə tənəffüs edir. 

Ağciyərlərdə  qaz  mübadiləsi  qazların  parsial  təzyiqin¬dən  və 

gərginliyindən  asılı  olur.  Parsial  təzyiq  qazlar  qarışığında  hər  bir  qazın 

payına düşən təzyiqə deyilir. Maye¬də həll olmuş qazlar üçün «parsial 

təzyiq» əvəzinə «gərginlik» termini işlədilir. Qazlar qradiyent üzrə, yəni 

parsial  təzyiqinin  və  ya  gərginliyinin  çox  olduğu  yerdən  az  olan  yerə 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə