S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə48/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   44   45   46   47   48   49   50   51   ...   153

155 

 

rejimi qaydaya salınır. İlk növbədə valerian, brom preparatları, elenium, 



seduksen, 

trioksazin, 

dibazol, 

maqnezium-sulfat, 

diazoksid 

preparatlarından geniş istifadə olunur. 

Hipertoniya  xəstəliyi  uzun  müddət  davam  etdikdə  damarların  böyük 

dəyişiklikləri baş verir, ürəyin, böyrək¬lərin, beyinin funksiyası pozulur. 

Hipertoniya  xəstəliyini  vaxtında  müalicə  etdikdə  xəstə  tamam  sağalır. 

Xəstəlik 

• 

kəskinləşdikdə  xəstəyə  yataq  rejimi  təyin  edilməlidir.  Sinir 



sistemini sakitləşdirən bromidlər, valerian preparatları və arterial təzyiqi 

aşağı salan dibazol, papaverin, eufıllin və s. təyin edilir. Xəstəlik zamanı 

xəstəyə  mümkün  qədər  mənəvi  sakitlik  vermək,  yuxusunun  dərin 

olmasına  kömək  etmək  lazımdır.  Vəziyyəti  yaxşılaşdıqdan  sonra  ona 

ancaq hava¬da gəzməyə icazə verilir. Xəstənin yeməyində xörək duzunu 

azaltmaq  lazımdır.  Ifəskin  yeməklər,  kolbasa,  bulyon,  yağlı  ət  və  s. 

qadağan edilıı. Siqaret və spirtli içkilər olmaz. 

Hipertonik  kriz  bu  xəstəliyin  mühüm  ağırlaşmasıdır.  Krizdən  əvvəl 

yuxusuzluq,  şiddətli  başağrısı,  başgicəllən¬məsi,  arterial  təzyiqin 

qalxması, qusma, görmə qabiliyyəti¬nin və nitqin pozulması, ətraflarda 

zəiflik, sonra isə qıcol- malar və s. baş verir. 

Xəstəyə fiziki və psixi rahatlıq verilməlidir. Baldır 

• 

əzələlərinə,  ayağa  xardal  yaxması,  isti  ayaq  vannaları,  zəli  ilə 



qanalma, venaya 10 ml 25 %-li maqnezium məhlulu, 1 ml 1 %-li dibazol 

təyin edilir. 

Tromboflebit  -  xəstəliyin  şiddətlənməsi  və  həmçinin  tromboemboliya 

kimi  təhlükəli  ağırlaşmanın  meydana  çıxması  sayəsində  bəzən  ölümlə 

nəticələnən  qan  damarla¬rının  geniş  yayılmış  iltihabi  xəstəliyidir. 

Adətən, trombofle¬bit əzələ işinin kifayət qədər olmaması, uzun müddət 

downloaded from KitabYurdu.org



156 

 

ayaq üstə dayanma, venoz qapaqların çatışmazlığı səbəbindən aşağı ətraf 



venalarının genəlməsi nəticəsində inkişaf edir.  

• 

Qadınlarda  hamiləlik,  hamiləlikdən  sonrakı  dövrlərdə  venaların 



genəlməsi,  uşaqlığın,  çanağın  venoz  şəbəkəsinə  təzyiqi  və  venoz  qanın 

aşağı  ətraflardan  geriyə  qayıtma¬sının  çətinləşməsi  ilə  əlaqədardır. 

Venaların  genəlməsinə  maddələr  mübadiləsinin  pozulması,  piy 

toxumasının  yığılması  zamanı  əzələ  sisteminin  və  əzələ  təqəllüsüni'ın 

qanın  hərəkətinə  etdiyi  təsirin  azalması  nəticəsində,  bütövlükdə 

orqanizmin zəifləməsi də şərait yaradır. 

Aşağı ətrafların tromboflebitinin əmələ gəlməsinin mexanizmindən asılı 

olmayaraq, bu patoloji prosesdə həmişə iltihab iştirak edir. 

Trombun meydana çıxması ilə əvvəlcə tromboz, sonra isə flebit (damar 

divarının  iltihabı  -  yun.  «flebos»  -  vena)  inkişaf  edir.  Ancaq  bəzən 

tromboflebit flebitlə başlanır, onun fonunda isə tromb əmələ gəlir. 

Çanaq  venalarının  tromboflebiti  -  babasil  -  düz  bağır¬sağın  genəlmiş 

venalarında  tromb  əmələ  gəlməsi  ilə  ağırlaşan,  ən  çox  təsadüf  edilən 

xəstəliklərdən biridir. Adətən, babasil qan dövranının pozulması zamanı 

orqanizmin  zəifləməsi  ilə  əlaqədar  venoz  qan  durğunlu-  ğunda, 

bağırsaqların  funksiyasının  zəifləməsi  və  normal  defekasiya  aktının 

yubanması ilə baş verən az hərəkətli həyat tərzində, maddələr mübadiləsi 

pozularkən inkişaf edir. Nəzərə çarpacaq dərəcədə gücənmələr qarındaxili 

təzyiqin artmasına, çanaq və düz bağırsağın vena damarlarında venoz qan 

durğunluğuna  səbəb  olur  ki,  bu  da  öz  növbəsində  vena  damarlarının 

genəlməsi,  babasil  düyünlərinin  böyüməsi  ilə  nəticələnir.  Genəlmiş 

venalar  tədricən  böyüyür,  onların  divarları  nazikləşir,  babasil 

düyünlərinin həcmi artır, bərk və tarım olur, genəlmiş 

• 

venalarda laxtaların əmələ gəlməsi (tromboflebit) başlanır. 



VIO. TƏNƏFFÜS SİSTEMİ VƏ ONUN XƏSTƏLİKLƏRİ 

downloaded from KitabYurdu.org




157 

 

Tənəffüs orqanları 



Hər bir canlı kimi insan da daim nəfəs alır. Orqa¬nizmdə tənəffüsə xidmət 

edən orqanlar sistemi aşağıdakı¬lardan ibarətdir: burun boşluğu, qırtlaq, 

traxeya  (nəfəs  borusu),  bronxlar,  ağciyərlər.  Tənəffüs  yolları  yuxarı  və 

aşağı  olmaqla  iki  yerə  bölünür.  Yuxarı  tənəffüs  yolları  burun 

boşluğundan,  udlağm  burun  hissəsindən  təşkil  olunmuşdur.  A.şağı 

tənəffüs yollarına qırtlaq, nəfəs borusu və bronxlar aiddir. 

Tənəffüs  orqanları  üçün  səciyyəvi  xüsusiyyətlərdən  biri  də  budur  ki, 

onların  bəzilərinin  divarlarındakı  hialin  qığırdaq  toxuması  həmin 

orqanların boşluğunun sıxılma- sını məhdudlaşdırır. Tənəffüs yollarının 

selikli qişası çoxsıralı kirpikli silindrik epitellə örtülmüşdür. Bu toxuma 

nəfəsalma zamanı havanı toz hissəciklərindən təmizləyir. 

Nəfəsalma  zamanı  hava  burun  boşluğundan  udlağa,  oradan  qırtlaq 

vasitəsilə nəfəs borusuna keçir. Nəfəs borusundan hava bronxlar vasitəsilə 

ağciyərlərə,  oradan  da  alveollara  daxil  olur.  Ağciyər  alveollarma  dolan 

hava ilə alveol divarının kapilyarlarmda cərəyan edən qan arasında qazlar 

mübadiləsi  baş  verir.  Havadan  oksigen  qana,  qandan  karbon  qazı  isə 

alveollara keçir. Nəfəsvermə zamanı karbon qazı xaricə çıxır. 

Burun boşluğu tənəffüs orqanlarının başlanğıcı olub, sağ və sol hissələrə 

bölünür. Onun aşağı hissəsi tənəffüs, yuxarı hissəsi isə qoxu funksiyası 

daşıyır.  Tənəffüs  hissə¬sinin  daxili  epitel  örtüyündə  çoxlu  qan 

kapilyarları olub, o, qırmızı rəngdə görünür. Qoxu hissəsi havadakı qaz 

halında olan iyli maddələrlə qıcıqlanan reseptorlarla zəngindir. 

Qırtlaq  boyunun  ön  tərəfində,  dilaltı  sümüyün  altında  yerləşir.  Onun 

üstündə qırtlaq qapağı vardır. Nəfəs borusu 9-15 sm uzunluqda olub, qida 

borusunun ön tərəfi ilə aşağıya doğru enir. 16-20-yə qədər hialin qığırdaq 

halqa- 


downloaded from KitabYurdu.org


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə