S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə47/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   43   44   45   46   47   48   49   50   ...   153

152 

 

şiddətli, dözülməz ağrıdır. Ağrı qəflətən, bəzən huşun itməsi ilə meydana 



çıxır, sağ qabırğa altında, qarnın üst hissəsində olur, qarın köpür, ağrılı və 

gərgin olur. Bu, mədə formasıdır. Ağrılar sol qola, çiyinə, boyuna vurur. 

Nitroqliserin kömək etmir. Bəzən tutma ürək astması tutması ilə başlanır. 

Bu zaman xəstə oturaq və ya yarımoturaq vəziyyət almağa məcbur olur. 

Bu  formada  ölüm  faizi  çox  olur.  Temperatur  tutmadan  2  gün  sonra 

yüksəlib  38-38.5  dərəcəyə  çatır.  Leykositoz  olur,  EÇS  artır.  Bədən 

yapışqan tərlə örtülür, boz rəng alır. Nəbz kiçik, tezləşmiş olur. Arterial 

təzyiq azalır, ağciyərlərdə yaş xırıltılar eşidilir, boğulma baş verir. Bəzi 

xəstələrdə  miokard  infarktı  ağrısız,  ürək-damar  çatışmazlığı  şəklində 

keçir. Diaqnoz elektro- kardioqramın köməyilə qoyulur. 

Yardım:  Xəstəlikdən  şübhələndikdə  həmin  şəxs  xəstə¬xanaya 

yerləşdirilir. Ağrıları azaltmaq üçün dəri altına 0,1- 0,5 ml atropin-sulfat 

məhlulu  ilə  birlikdə  1-2  ml  1  %-li  morfin  vurulur.  Arterial  təzyiq 

azaldıqda venaya simpatol 

və  qlükoza  ilə  birlikdə  dərhal  1  ml  strofantin  və  ya  korqlükon  vurulur. 

Trombozlarm  qarşısını  almaq  üçün  heparin,  dikumarin  təyin  edilir. 

Ağrıkəsicilərdən  analgin,  baralgin,  promedol,  morfın,  papaverin, 

dimedrol və b. istifadə olunur. Yeni preparatlardan fentanil, droperidol, 

talamonal,  hepa¬rin,  lidokain,  novokainamid,  aymalin,  izoptin  və  b. 

dərman¬lardan  istifadə  olunur.  Müalicə  xəstəliyin  klinik  gedişinə 

əsaslanır. 

Xəstə  müstəqil  hərəkət  etməyə  başladıqda  tibb  bacısı  onun  yanında 

olmalı,  baş  verə  biləcək  ağırlaşmaların  qarşısını  vaxtında  almalıdır, 

infarkt  keçirmiş  xəstənin  yanında  həmişə  nitroqliserin  və  ya  validol 

olmalıdır; ağrılar əmələ gələn kimi onlardan istifadə etməlidir. 

Xəstəliyin birinci  günləri xəstəyə ancaq  lA stəkan  meyvə şirəsi vermək 

olar. Sonrakı günlər qidanın kalori- liyini və miqdarını azaldırlar. Sutkada 

600 ml-dən çox mayeyə icazə verilmir. Xəstəyə müxtəlif pürelər, buxarda 

downloaded from KitabYurdu.org



153 

 

bişmiş kotlet verilir. Xəstə az yeməli, mənəvi sakitlikdə olmalıdır. Onu 



daim sağalacağına inandırmaq lazımdır. 

Kəskin ürək çatışmazlığından biri ürək astmasıdır. O, boğulma tutmaları 

ilə izah olunur. Hipertoniya, kəskin diffuz nefrit, miokard infarktı olan və 

yaşı  50-ni  keçmiş  kişilər  daha  çox  xəstəliyə  meyllidirlər.  Xəstəliyin 

səbəb¬lərindən  biri  sol  mədəciyin  işinin  kəskin  çatışmaması,  yaxud 

tənəffüs,  qan  dövranı  və  sinir  sisteminin  vəziy¬yətində  baş  verən 

dəyişikliklərdir. Boğulma tutmaları xəstəni oturaq vəziyyətə məcbur edir. 

Xəstə narahat olur, tənəffüsü tezləşir, səthiləşir və çətinləşir, sianoz baş 

verir,  yapışqanaoxşar  tər  əmələ  gəlir.  Bir  neçə  dəqiqədən  bir  neçə 

saatadək  bu  vəziyyət  davam  edir.  Sonra  ürəyin  işi  tezləşir,  qan  təzyiqi 

artır, müalicə olunmazsa, ölümlə nəticələnər. 

Yardım:  500  ml-dək  qanburaxma,  venaya  10  ml  qlü-  •  kozada  0,5  ml 

strofantin  məhlulu  yeritmək,  nitroqliserin,  morfin,  tənəffüs  mərkəzini 

oyadan lobelin, kofein və s. təyin edilir. 

Xəstənin başı hündürdə olmalı, ona tam qulluq edil¬məlidir. Xəstə daim 

nəzarətdə saxlanmalıdır. 

Kəskin  damar  çatışmazlığı.  Çoxlu  qanitirmədə,  intok-  sikasiyalarda, 

zəhərlənmə və zədələnmələr zamanı rast gəlir. Belə hallarda damarların 

tonusu  azalır,  veııoz  yataq  genişlənir,  onda  qan  təzyiqi  düşür,  nəticədə 

ürəyə  venoz  qan  az  daxil  olur.  Buna  görə  də  beynin  və  ürəyin 

qidalan¬ması çətinləşir. Kəskin damar çatışmazlığı bayılma (özün- 

# • 


dən getmə), şok, kollaps şəklində təzahür edir. 

Hipertoniya  xəstəliyinin  mahiyyəti  arteriolalarm  uzun¬müddətli  spazmı 

nəticəsində arterial qan təzyiqinin yüksəlmə¬sindən ibarətdir. Bu, damar 

tonusunun sinir tənzimi pozul¬duqda, qüvvətli həyəcanların, sinir sistemi 

gərginliklərinin nəticəsində əmələ gəlir. Əsasən yaşlı adamlarda baş verir. 

downloaded from KitabYurdu.org




154 

 

Xəstəliyin  əmələ  gəlməsində  mərkəzi  sinir  sisteminə  təsir  edən  xarici 



amillərlə  bərabər,  o  amillərə  qarşı  şəxsin  özünün  reaksi¬yası,  yüksək 

oyanıcılıq,  irsiyyət,  böyrəklərin,  hipofızin  və  böy-  rəküstü  vəzilərin 

fəaliyyətinin pozulması da böyük rol oynayır. 

Xəstəlik  öz  inkişafında  bir  sıra  mərhələlərdən  keçir.  Əvvəlcə  xalis 

funksional xarakter daşıyır, sonra damar¬larda üzvi dəyişikliklər əmələ 

gəlir, daha sonralar isə sklerozlaşmış orqanların fəaliyyətinin çatışmazlığı 

əlamətləri  meydana  çıxır.  Başlanğıcda  xəstələr  keçici  başağrılarmdan, 

başgicəllənmədən,  qulaqlarda  küydən,  yuxusuzluq,  tez  yorulma, 

zəiflikdən,  gicgahda,  boyunda,  başda  ağrılardan,  başa  qan  yığılması 

hissindən,  bəzən  əl  barmaqlarının  ke-  yiməsindən,  qarışqa  gəzməsi 

hissindən şikayət edirlər. Sonra isə xəstələr tövşümədən, tez yorulmadan, 

ürək ağrılarından narahat olurlar. 

Hipertoniya xəstəliyi zamanı ən çox rast gələn və 

təhlükəli fəsad hipertonik insult (beyinə qansızma) hesab 

olunur. Insultdan əvvəl bəzən başgicəllənməsi, başağrısı, 

qarışqa gəzməsi hissi olur. Xəstənin üzü qızarır, dil ağızda 

çətinliklə hərəkət edir. Xəstə qəfildən yıxılır və şüurunu itirir. 

Tənəffüs tezləşir, bəbəklər işığa reaksiya vermir, nəbz gərgin, 

• • 

bədəni soyuq tər basır. Ətraflarda ifliclər olur. Olüm dərhal və ya bir neçə 



gündən  sonra  baş  verə  bilər.  Sağalma  zamanı  hissiyyat  bərpa  olunur, 

nitqin itməsi, ağıl zəifliyi qala bilər. 

Müalicə  səbəbə  uyğun  aparılır.  Ən  əvvəl  rezerpin  və  ya  raunatin,  ağır 

hallarda klofelin, adelfan, kristepin, kaptopril kimi dərmanlardan istifadə 

olunur. Xəstənin iş və istirahət rejimi qaydaya salınır. Eyni ilə qidalanma 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə