S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə45/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   41   42   43   44   45   46   47   48   ...   153

145 

 

ONUN XƏSTƏLİKLƏRİ 



Ürək-damar sistemi 

Ürək-damar sisteminin mərkəzi orqanı ürəkdir, perife- • rik hissəsini isə 

damarlar təşkil edir. Qan damarları arteriya, vena və kapilyarlara bölünür. 

Qanı  ürəkdən  periferiyaya  aparan  damarlara  arteriyalar,  periferiyadan 

ürəyə gətirən damarlara venalar, arteriyalarla venaları birləşdirən mikro- 

skopik damarlara isə kapilyarlar deyilir. 

Qan  bədəndə  cərəyan  edərkən  venalarla  ürəyə  gəlir  və  arteriyalarla 

periferiyaya qayıdır. Qan orqan və toxumalara qida maddələri və oksigen 

daşıyır. Ürək-damar sistemi bədəndə iki dövran təşkil edir: böyük və kiçik 

qan dövranı. 

Böyük  qan  dövranı  vasitəsilə  qan  orqanizmin  bütün  orqan  və 

toxumalarına çatdırılır, burada qaz və maddələr mübadiləsi həyata keçir. 

Böyük qan dövranı ürəyin sol mədəciyindən aorta ilə başlanır. Aortadan 

ayrılan  ümumi  yuxu  və  körpücükaltı  arteriyaları  baş,  boyun  və  kürək 

nahiyələrini  qanla  təchiz  edir.  Daha  sonra  aorta  bir  sıra  böyük  və  kiçik 

arteriyalara  bölünərək,  bədənin  digər  sahələrinə  qanı  çatdırır.  Orqan  və 

toxumalarda  qaz  və  maddələr  mübadiləsi  baş  verdikdən  sonra  qan 

kapilyar-  lardan  venalara  keçərək  ürəyə  doğru  hərəkət  edir.  Nəha¬yət, 

karbon  qazı  ilə  zənginləşmiş  venoz  qan  yuxarı  və  aşağı  boş  venalar 

vasitəsilə ürəyin sağ qulaqcığına, buradan da sağ mədəciyə daxil olur. 

Kiçik  qan  dövranı  vasitəsilə  qan  ağciyərlərə  çatdırılır,  oksigenlə 

zənginləşərək yenidən ürəyə doğru yönəlir. Kiçik qan dövranı ürəyin sağ 

mədəciyindən  ağciyər  kötüyü  ilə  başlanır.  Ağciyər  kötüyü  sağ  və  sol 

ağciyər  arteriyalarına  bölünür  ki,  bunlar  da  venoz  qanı  ağciyərlərə 

çatdırır. Ağciyər alveollarmdakı atmosfer havası ilə kapilyarlardakı qan 

arasında qaz mübadiləsi baş verir. Oksigenlə zəngin¬ləşmiş qan ağciyər 

downloaded from KitabYurdu.org



146 

 

venaları ilə ürəyə doğru hərəkət edir və ürəyin sol qulaqcığına daxil olur. 



Sol qulaqcıqdan qan sol  

mədəciyə, oradan isə aortaya, yəni böyük qan dövranına keçir. 

Arteriyaların divarı üç qişadan ibarətdir. 

1. 


Daxili  və  ya  intima  qişası  -  daxildən  yastı  endotel  hüceyrələri  ilə 

örtülmüş nazik elastik birləşdirici toxuma¬dan təşkil olunmuşdur. 

2. 

Orta  və  ya  əzələ  qişası  -  halqaşəkilli  saya  əzələ  toxumasından  və 



elastik liflərdən ibarətdir. 

3. 


Xarici və ya adventisiya qişası - sıx lifli birləşdirici toxumadan təşkil 

olunmuşdur. 

Arteriyalar damardaraldıcı (simpatik) və damargenəl- dici (parasimpatik) 

sinir lifləri ilə təchiz olunmuşdur. 

Venaların  divarı  da  üç  qişadan  ibarətdir.  Bunlar  arteriyalarda  olduğu 

kimidir, lakin bir qədər nazikdir. Venaların daxilində xüsusi qapaqcıqlar 

vardır ki, bu da qanın geriyə axmasına mane olur. 

və 


Arteriyalardan qanın 'hərəkətini ürəyin işi 

damarların  elastikliyi  təmin  edir.  Bunun  hesabına  aortada  müvafiq  qan 

təzyiqi  yaranır.  Qan  təzyiqi  Riva-Roççi  sfiqmomanometri  ilə  ölçülür. 

Ürəyin sistolası və diastolası zamanı təzyiqlər eyni olmur. Sistola zamanı 

olan  təzyiq  maksimal,  diastolik  təzyiq  isə  minimal  hesab  edilir.  Yaşlı 

insanlarda maksimal arterial qan təzyiqi orta hesabla 110- 120 mm civə 

sütununa, minimal qan təzyiqi isə 70-80 mm civə sütununa bərabərdir. 

Ürəyin  sol  mədəciyinin  yığılması  nəticəsində  arteri¬yaların  divarının 

ritmik rəqslərinə (genəlib-yığılmasma) arterial nəbz deyilir. Arterial qan 

təzyiqi, nəbz müxtəlif xarici və daxili təsirlər nəticəsində dəyişilir. 

downloaded from KitabYurdu.org



147 

 

  



Ürəyin quruluşu və işi. Ürək yastılaşmış konusabənzər əzələvi orqandır. 

Onun yuxarı və arxaya baxan enli tərəfi əsası, aşağı, sola və önə baxan 

ucu isə zirvəsi adlanır. Ürək dörd kameraya bölünür: yuxarı hissədə sağ 

və sol qulaqcıq, aşağıda isə sağ və sol mədəcik yerləşir. Sağ və sol hissə 

bir-  birindən  arakəsmə  ilə  ayrılır.  Sağ  mədəcikdən  ağciyər  kötüyü 

vasitəsilə kiçik qan dövranı və sol mədəcikdən aorta vasitəsilə böyük qan 

dövranı başlanır. Sağ qulaqcığa  

yuxarı və aşağı boş vena, ürək venaları açılır. Burada 

yerləşən qapaq ürəkdən qanın geri qayıtmasına mane olur. 

Sol qulaqcığa 4 ədəd ağciyər venaları açılır. 

Ürəyin əzələ divarının xarici və daxili səthləri 

birləşdirici toxuma ilə örtülür. Qulaqcıqlarla mədəcikləri 

birləşdirən dəlikdə taylı qapaqlar yerləşir. Aortamn və 

ağciyər arteriyalarının ürəyin mədəciklərindən çıxdığı 

yerlərdə isə aypara qapaqları vardır. Bu qapaqlar qanın bir 

istiqamətdə: qulaqcıqlardan mədəciklərə, mədəciklərdən 

isə arteriyalara axmasını təmin edir. 

» 

insanın ürəyi döş qəfəsində asimmetrik vəziyyətdə iki 



ağciyər arasında yerləşmişdir. Xaricdən ürək perikard 

adlanan xüsusi kisə ilə örtülmüşdür. 

• • 

Urək 3 qişadan ibarətdir: 



downloaded from KitabYurdu.org


148 

 

1) 



daxili qişa - endokard 

2) 


əzələ qişası - miokard 

3) 


xarici seroz qişa - epikard. 

• • 


Urək əzələsinin tərkibində qiikogenlə zəngin olan 

atipik 


  

lifləri vardır. Bunlar Purkinye lifləridir. Bu 

liflər  vasitəsilə  oyanma  dalğası  ürək  əzələlərinə  nəql  olunur.  Ürəyin 

aparıcı  sistemi  (düyünlər,  His  dəstəsi,  Purkinye  lifləri)  ürəyin 

avtomatizmini, yəni sinir sisteminin iştirakı olmadan ürəyin təqəllüsünü 

təmin edir. 

Bəzi hallarda ürək fəaliyyətinin sinir tənziminin 

pozulması ürəyin işində aritmiyaya səbəb olur, yəni ürəyin 

• • 

yığılıb-boşalması  ritmi  pozulur.  Urək  fəaliyyətinin  sürət¬lənməsi  və 



bunun  nəticəsində  nəbzin  tezliyinin  artması  -  laxikardiya,  azalması  - 

bradikardiya adlanır. 

Ürəyin  işi  reflektor  xarakter  daşıyır.  Ürək  əzələlərinin  ritmik  işi  - 

təqəllüsü  və  boşalması  mərkəzi  sinir  sistemin¬dən  ürək  nahiyəsinə 

yönələn  iki  cüt  efferent  sinirlərlə  çatdırılan  impulslar  hesabına  olur. 

Bunlar  simpatik  və  azan  sinirin  lifləridir.  Simpatik  sinirlərin  tərkibində 

qüvvət-  ləndirici  və  sürətləııdirici  liflər  ayırd  edilir.  Azan  sinir  qıcıq- 

landırıldıqda ürəyin təqəllüsü tormozlanır və hətta ürək diastola fazasında 

dayanır. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə