S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə53/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   49   50   51   52   53   54   55   56   ...   153

171 

 

yolunun divarlarından keçə bilmir. Ona görə də bu maddələr kimyəvi və 



mexaniki . çevrilməyə uğrayır, parçalanır, yəni həzm olunur. 

Ağız boşluğu həzm kanalının başlanğıcını təşkil edir. İki hissəyə bölünür: 

ağız dəhlizi və xüsusi ağız boşluğu. Ağız dəhlizi ön və yan tərəflərdən 

dodaqlar, yanaqlar, 

arxadan isə dişlər və alveol çıxıntıları ilə əhatə olunur. Ağız dəhlizi ağız 

yarığı  vasitəsilə  xaricə  açılır.  Ağız  yarığı  dodaqlarla  əhatə  olunur. 

Dodaqlar daxildən selikli qişa, xaricdən isə dəri ilə örtülmüşdür. 

Yanaqlar xaricdən dəri, daxildən selikli qişa və bunların arasında yerləşən 

yanaq əzələsindən əmələ gələrək, ağız dəhlizinin yan divarını təşkil edir. 

Xüsusi  ağız  boşluğu  yuxarıdan  sərt  və  yumşaq  damaqla,  ön  və  yan 

tərəflərdən  dişlər,  aşağıdan  isə  ağız  diafraqması  ilə  əhatə  olunur.  Ağız 

qapandıqda, xüsusi ağız boşluğu, demək olar ki, dil ilə tutulur. Xüsusi ağız 

boşluğu əsnək dəliyi vasitəsilə udlaqla birləşir. 

. Damaq ağız boşluğunun damını təşkil edərək iki 

• • 

hissədən ibarətdir. On 2/3 hissə sərt damaq, arxa 1/3 hissə yumşaq damaq 



adlanır.  Yumşaq  damaq  sərt  damağın  arxaya  doğru  davamı  olub, 

qurtaracağında dilçəyi və iki cüt damaq qövslərini əmələ gətirir. Damaq 

qövslərinin arasında cib əmələ gəlir ki, burada damaq badamları yerləşir. 

Damaq  badamları  həzm  sisteminin  selikli  qişası¬nın  ən  böyük  limfoid 

törəmələridir.  Əsnək  bir  dəlik  olub,  yuxarıdan  yumşaq  damaq,  yan 

tərəfdən  damaq  qövsləri,  aşağıdan  isə  dil  kökü  ilə  əhatə  olunur.  Əsnək 

vasitəsilə ağız boşluğu udlaqla birləşir. 

Ağız boşluğu selikli qişasının üzəri çoxqatlı yastı epitellə örtülür və çoxlu 

selikli vəzilərə malikdir. Bu vəzilər ağız suyu ifraz edir. 

downloaded from KitabYurdu.org




172 

 

Dil  qan  damarları,  sinirlər  və  vəzilərlə  zəngin  olub,  selikli  qişa  ilə 



örtülmüş  əzələvi  orqandır  və  ağız  boşluğunda  yerləşir.  Dilin  əzələləri 

xüsusi və xarici olmaqla iki yerə bölünür. Dilin xüsusi əzələləri yığıldıqda 

dilin forması dəyişilir. Dilin xarici əzələləri isə onu arxaya-yuxarı, arxaya-

aşağı, önə-aşağı, önə-yuxarı hərəkət etdirir. Dil üç hissəyə bölünür: ucu-

zirvəsi,  orta  hissəsi  -  cismi  və  arxa  hissə  -  kökü  adlanır.  Dil  arxasının 

selikli  qişası  məmə-  ciklərlə  örtülür.  Dil  taktil  və  dad  orqanı  olub, 

çeynəmədə,  qida  porsiyasımn  təşəkkülündə  iştirak  edir.  Bundan  başqa, 

insanda dil aydın danışmaqda mühüm rol oynayır. 

Dişlər ağız dəhlizi ilə xüsusi ağız boşluğu arasında, alveol çıxıntılarında 

yerləşir.  Qidanı  tutmaq  və  xırdalamaq  vəzifəsi  daşıyır.  Eyni  zamanda 

nitqin aydın olmasında da iştirak edir. Vəzifə və formasına görə kəsici, 

köpək, kiçik və böyük azı dişləri ayırd edilir. 

Ağız suyu vəziləri üç cütdür: qulaqaltı, çənəaltı və dilaltı vəzilər. 

Qulaqaltı vəzi çənəarxası çuxurda, qulaq seyvanının aşağı və ön tərəfində 

yerləşir. Çənəaltı  vəzi çənə altında yerləşir, dilaltı  ətciyin üzərində ağız 

boşluğuna açılır. Dilaltı vəzi ağız boşluğu dibinin selikli qişasının altında 

yerləşərək, öz sekretiıri xüsusi ağız boşluğuna ifraz edir. 

Ağız suyu böyük və kiçik ağız suyu vəzilərinin sekreti olub, tərkibində 

karbohidratlara təsir edən ptialin (amilaza) və salivain fermentləri vardır. 

O, ağız boşluğunda qidanı isladır və həm də onun həzmində iştirak edir. 

Udlaq  12-14  sm  uzunluğunda  borulu  orqan  olub,  ağız  boşluğunu  qida 

borusu  ilə,  burun  boşluğunu  qırtlaqla  birləşdirir.  Udlaq  öndən  burun 

boşluğu, ağız boşluğu və qırtlaqla, arxadan boyun fəqərələrinin cisimləri 

və yanlardan boyun damarları, sinirləri ilə əhatə olunur. Yuxarıda kəllə 

əsasına bağlanır. 

Udlağın divarı selikli, lifli, əzələ və birləşdirici toxuma qişasından təşkil 

olunmuşdur.  Udlağı  qaldıran  əzələlərin,  yumşaq  damağın  və  dilin 

downloaded from KitabYurdu.org




173 

 

əzələlərinin birgə yığılması nəti¬cəsində udma aktı meydana çıxır. Udma 



zamanı  qırtlaq  yuxarı  qalxır  və  dilin  kökü,  geriyə  dartılaraq  qırtlaq 

qapağını aşağı və arxaya basır, qırtlaq girəcəyini qapayır. Beləliklə, qida 

udlaqdan qida borusuna keçir. 

Qida  borusu  25-30  sm  uzunluğunda  boruşəkilli  orqan  olub,  3  hissəyə 

bölünür:  boyun,  döş,  qarın  hissə.  Qida  borusu  udlaqdan  gələn  qidanı 

mədəyə ötürür. Onun diametri hər yerdə eyni olmayıb, üç daralma əmələ 

gətirir:  başlanğıcda  -  üzüyəbənzər  qığırdağm  arxasında,  IV-V  döş 

fəqərələri bərabərində, diafraqmadan keçən yerdə. 

Mədə həzm kanalının ən geniş hissəsini təşkil edir. Uzunluğu 21-25 sm, 

eni 12-14 sm, tutumu 3 litrdir. Mədənin  

qida borusu açılan hissəsinə girəcək, onikibarmaq bağırsağın başlandığı 

hissəsinə  çıxacağı  deyilir.  Girəcək  dəliyi  ilə  çıxa¬caq  arasında  olan 

hissəsi  cismi,  girəcək  dəliyindən  yuxarı  olan  hissəsi  isə  dibi  adlanır. 

Mədənin iki əyriliyi vardır: bunlardan kiçik əyriliyi sağa, böyük əyriliyi 

sola baxır. Mədənin divarları selikli, selikaltı, əzələ və seroz qişaların¬dan 

təşkil olunmuşdur. Selikli qişası çəhrayı rəngdə olub, üzərində mədə şirəsi 

ifraz edən çoxlu vəzilər vardır. Mədə vəziləri mədə dibi və mədə çıxacağı 

vəzilərinə  bölünür.  Qismən  həzm  olunmuş  qida  mədədən  onikibarmaq 

bağır-sağa keçir. Mədə soldan dalağa, yuxarıdan diafraqmaya, 

sağdan qaraciyərə, 

  

köndələn çənbərbağırsağa və 



arxadan  mədəaltı  vəziyə  söykənir.  Mədədə  zülallar  və  qismən  yağlar 

həzm olunur. Qida ilə  mədəyə daxil olmuş mikroblar xlorid turşusunun 

təsirindən tələf olur. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə