S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə51/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   47   48   49   50   51   52   53   54   ...   153

165 

 

Bronxial  astma  -  bronxların  spazmı  ilə  əlaqədar  onların  havakeçirmə 



qabiliyyətinin pozulması nəticəsində əmələ gəlir və birdən-birə baş verən 

tutmaşəkilli boğulma ilə təzahür edir. 

Xəstəliyin əmələgəlmə səbəbləri müxtəlifdir. Sinir sisteminin zəifləməsi, 

allergiya çox rast gələn səbəblərdən- dir. Alimlərin fikrincə, son zamanlar 

bronxial  astmanın  geniş  yayılmasının  səbəbi  əhalinin  allergiyaya 

meylliyinin  artmasıdır.  Bu  vəziyyəti  törədən  səbəblər  çox  olub,  o 

cüm¬lədən, əhalinin müxtəlif dərmanlar, xüsusən antibiotiklər (penisillin, 

streptomisin və s.) qəbul etməsidir. Kimyəvi və boyaq maddələr allergiya 

yaradır.  Bronxial  astma  qripdən,  ağciyərlərin  iltihabından  sonra  da 

meydana çıxır. Bu xəstəliklərdə allergenlər (zülali maddələr) mühüm rol 

oyna¬yır. Bunlar orqanizmə tənəffüs, mədə-bağırsaq sistemi, dəri, selikli 

qişalar  vasitəsilə  daxil  olur.  Uşaqlarda  çox  zaman  göyöskürək,  qrip  və 

sətəlcəmdən sonra bronxit başlanır. 

Astmanın  tutmaları  adətən  birdən-birə,  çox  vaxt  gecələr  olur.  Bəzən 

bundan qabaq xəstə döşdə sıxıntı, ümumi zəiflik, yxıxuculluq hiss edir, 

əsnəyir, burnu gicişir və tutulur. Qida allergiyası hallarında qusma, mədə 

qıcqırması  və  s. olur. Astma tutması zamanı xəstə  əllərini  möhkəm  bir 

şeyə söykəyir, rahat nəfəs almağa çalışır. Bu zaman əzələlər gərgin olur. 

Xəstələr  bəzən  yerindən  dik  qalxır,  qorxmuş  olur,  pəncərəni  açır,  üzü 

solğunlaşır,  bədəni  tər  basır,  tənəffüsü  seyrək  və  ağır  olur.  Bədən 

temperaturu normal olur və ya azca yüksəlmiş olur. Boyun venaları şişir, 

nəbz seyrəkləşir, artenal təzyiq düşür. 

Astma tutması bir neçə dəqiqədən bir neçə günə kimi davam edir. Tutma 

bəlğəm gəlməsi ilə başa çatır. Bundan sonra xəstənin əhvalı yaxşılaşır, o, 

yuxuya gedir. 

Tibbi yardımla tutmanı aradan qaldırmaq lazımdır. Bu məqsədlə adrenalin 

preparatından (0,1 %-li 0,5-1 ml dəri altına) istifadə edilir. Eufillinin 2,4 

%-li məhlulu qlükoza ilə qarışdırılıb, venaya və ya 12-24 %-li 2,0 ml dəri 

downloaded from KitabYurdu.org



166 

 

altına  yeridilir.  Eufillin  bronxları,  böyrək  və  tac  damar¬larını  tez  bir 



zamanda  genişləndirir,  buna  görə  də  qan  dövranının  pozulması,  ürək-

damar çatışmazlığı ilə gedən astma zamanı əvəzsiz dərman hesab olunur. 

Adrenalin,  efedrin,  noradrenalin,  mezaton,  simpatol,  novodrin,  izadrin, 

astmopent  kimi  dərmanlar  təyin  edilir.  Alupent,  salbutamol,  berotek, 

berodual,  ditek  kimi  aerozollardan  istifadə  edilməsi  yaxşı  nəticə  verir. 

Bunların hər hansı birindən 1 - 2 nəfəsalmada təyin edilir. 

Boğulma  tutmalarına  qarşı  uzunmüddətli  -  12-18  saata  qədər  təsir 

göstərən preparatlardan teopek, teodur tətbiq edilməsi yaxşı nəticə verir. 

Bu  zaman  hormonal  preparatlardan  da  istifadə  olunur.  Hidrokortizon, 

prednizolon-hidroxlorid venaya yeridilir. 

Xəstənin çox həssaslıq göstərdiyi allergenləri aradan qaldırmaq lazımdır. 

Sinir  sistemini  sedativ  və  ümumi  möhkəmləndirici  vasitələrlə,  su 

müalicəsi, psixoterapiya, tənəffüs gimnastikası, idman və bədən tərbiyəsi 

ilə möh-kəmlətmək lazımdır. 

Ağciyərlərin  iltihabı  (pnevmoniya).  Pnevmoniyalar  kru-  poz,  ocaqlı, 

qripoz və s. növlərə bölünür. Krupoz pnevmo¬niya kəskin xəstəlik olub, 

iltihab  prosesi  ağciyərlərin  bütöv  bir  payına  və  plevraya  yayılmış  olur. 

Xəstəliyi  pnevmokokk-  lar,  streptokokklar  və  ya  stafılokokklar  əmələ 

gətirir.  Krupoz  pnevmoniya  döş  qəfəsinin  əzilməsi  nəticəsində  də  ola 

bilər.  Bu  xəstəlik  bütün  yaşlar  üçün  xarakterikdir.  Əmələ  gəlməsinə 

bədənin  soyuması,  sərxoşluq,  sinir-psixi  gərginlik,  ağır  fiziki  iş  və 

intoksikasiyalar, travmalar, yuxarı tənəffüs yollarındakı iltihab prosesləri 

şərait yaradır. Xəstəlik yazda və payızda tez-tez baş verir. 

Xəstəlik  kəskin  şəkildə  bərk  üşütmə  ilə  başlanır,  temperatur  39-40 

dərəcəyə  çatır.  4-6  gündən  sonra  tempe¬ratur  maksimuma  çatır,  12-24 

saat  ərzində  normaya  düşür  və  xəstə  tərləyir,  zəiflik  hiss  edir,  arterial 

downloaded from KitabYurdu.org



167 

 

təzyiq  düşür,  nəbz  tez-tez  vurur.  Sonra  xəstənin  halı  yaxşılaşır,  dərin 



yuxuya gedir. 

Əlamətləri: döş qəfəsində ağrı, öskürək, bəlğəm ifrazı, üşütmə. Bəlğəm 

əvvəl suvaşqan, ikinci gün pas rəngində, proses qurtardıqdan sonra selikli-

irinli olur. Ürəyin işi zəifləyir, nəbz dəqiqədə 100-120-yə çatır, çox zaman 

arterial  təzyiq  düşür.  Qusma,  iştahanın  azalması,  susuzluq,  meteorizm 

müşahidə edilir. Sidiyin miqdarı azalır, tünd qırmızı olur. 

Ocaqlı  pnevmoniya  isə  ağciyərin  bir  və  ya  bir  qrup  paycığında  gedir. 

Bunu pnevmokokklar, streptokokklar, stafılokokklar, qrip virusları və s. 

törədir. Bu zaman tempe¬ratur qalxır-enir, xəstə zəif olur. Bronxitdən və 

ya qripdən sonra baş verdikdə xəstəlik uzun çəkir. Temperatur bir neçə 

gündən  1-2  həftəyə  qədər  yüksək  səviyyədə  qalır.  Xarakter  əlamətləri 

selikli-irinli bəlğəmlə öskürək, döş qəfəsində ağrı, tezləşmiş səthi tənəffüs 

(dəqiqədə  30-40  dəfə),  təngnəfəslik  və  sianozdur.  Qanda  leykositlər 

çoxalır və EÇS (eritrositlərin çökmə sürəti) artır. 

Tibbi yardım. Pnevmoniyalı xəstələr havası yaxşı dəyişilən və gün düşən 

otaqda yerləşdirilməlidir. Asan 

nəfəs alması üçün xəstənin baş tərəfi bir qədər yüksəkdə olmalıdır. Diş və 

ağız boşluğunu 2 %-li hidrogen-peroksid məhlulu ilə silmək, başağrısında 

başa  buz  qoymaq  lazımdır.  Penisillin,  ampisillin,  oksasilliıı, 

sulfanilamidlərdən biseptol, sulfazin, baktrim və s. təyin edilir. Xəstəyə 

bronxolitik, bəlğəmgətirici, simpatomimetiklər təyin edilir. Bu məqsədlə 

eufıllin, efedrin, kamfora, bronxolitin, mukaltin, terpinhidrat və s. verilir. 

Vitaminoterapiya,  xəstədə  sağalma  başladıqda  fizioterapiyadan  istifadə 

olunur.  Sinir  sistemini  sakitləşdirən  və  yuxunu  yaxşılaşdıran  brom, 

lümiııal, ürək-damar sistemini möhkəmləndirmək üçün kofein, kamfora, 

strixinin, strofan- tin, öskürəyə və ağrılara qarşı kodein, banka və xardal 

yaxması  təyin  edilir.  Xəstələrin  yeməyi  duru,  asan  mənimsə¬nilən, 

yüksək kalorili, vitaminlərlə zəngin olmalıdır. Xəstəli-yin qarşısını almaq 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə